G Ü L Ü S T A N
14
MƏRHƏMƏTLİ VƏ MEHRİBAN ALLAHIN
ADI İLƏ BAŞLAYIRAM
İzzət və calal sahibi olan allaha şükr edirəm ki, itaət etməklə ona
yaxınlaşır, şükr etməklə öz nemətini artırırsan. Hər nəfəs aldıqca
ömür uzanır, hər nəfəs verdikcə ürək şadlanır. Deməli, hər nəfəs
almaqda iki nemət mövcuddur və hər nemətə şükr etmək kərək.
Beyt
Məgər əldə dildə var öylə hünər,
Edə xaliqə şükr lazım qədər...
Şer
Bəndə odur kim bilə təqsirini,
Üz tutaraq allahına yalvara,
Çünki ona layiq olan xidməti,
Kimsə bacarmaz edə bu dünyada.
Onun hesabsız rəhmət yağışı hər yerə yağmış, əsirgəmədiyi
nemət süfrəsi hər yerə yayılmışdır. Öz bəndələrinin namus pərdəsini
balaca günah üçün parçalamaz, səhvən onu inkar edənləri də ruzisiz
qoymaz.
Şer
Ey kəramət sahibi, başı bağlı xəznəndən
Tərsayə də, gəbrə də bol–bol ruzi verirsən.
Düşmənlərə sən belə nəzər salan zamanda,
Unutmazsan yəqin ki dostlarını bir an da
Fərş sahibi, Səba yelinə əmr etdi ki, öz yaşıl fərşinin yer üzünə
sərsin, bahar buludunun dayəsinə də buyurdu ki, bitkilərin qızlarını
yer beşiyində boya–başa çatdırsın. Ağaclar Novruz xələtilə yaşıl
paltarı bürünüb, yaz mövsəminin gəlişilə budaqlarının balaları başına
çiçək papağı qoydu. Onun qüdrətilə şirinlik yarandı, xurma toxumu
cücərib gözl ağaca çevrildi.
Şer
15
Bulud, külək, qəmər, günəş fələk daim işdədir,
Ki, bir qarın çörək tapıb sən yeyəsən ləzzətlə.
Hər şey olmuş sənin üçün hərəkətdə, fərmanda,
Düzgün olmaz sən vaxtını keçirəsən qəflətlə
Belə xəbər verirlər kainatın başçısı, bütün mövcüdatın iftixarı,
aləmin qoruyucusu, insanların hamisi, zamanın son peyğəmbəri
Məhəmməd Mustafa–allah onu səlamət etsin
Beyt
Şəfaətli, itaətkar, kəramətli peyəmbər,
Ədalətli, şücaətli, mürüvvətli peyəmbər
Beyt
Ümmətinin nə dərdi var sən tək arxa olan zaman,
Nuh gəmiçi olan yerdə qorxmaz heç kəs tufanlardan.
Beyt
Əngin fəza kəmalıdır, Günəş bənzər gəmalına
Gözəlliyin cəlalıdır, alqış ona və alına
*
Əgər günahkar və halı pərişan olan bir bəndə ümmidlə o yüksək
cəlallı həqqin dərgahına yalvarış əlini qaldırıb paz–piyaz etsə, böyük
yaradandan etina görmədikdə yenə əl qaldırıb ah–nalə ilə ondan
kömək istəsə, allah taala buyurar: mənim qulumun məndən başqa
köməyi olmadığından onun istəyini yerinə yetirdim, arzusuna
çatdırdım ki, öz bəndəmin nə qədər yavarışından xəcil oldum.
Beyt
Gör nə qədər allahda vardır lütfü kəramət
Bəndə günah eyləmiş o sa çəkir xəcalət.
*
ал–аиля, йахын адамлар
16
Onun cəlal Kəbəsində bir guşəyə çəkilib ibadət edənlər özlərinin
layiqincə ibadət edə bilmədiklərin etirafla, camalının gözəlliyini vəsf
edənlər heyrət içində qalıb demişlər: biz sənin mərifətini layiqincə
dərk edə bilmədik.
Şer
Kim sorsa allahın vəsfini məndən,
Nişansız varlığı bilərmi bir kəs?
Aşiqlr məşuqun ölmüşləridir,
Çıxmaz, şübhəsiz ki, ölmüşlərdən səs.
Ariflərdən biri başını aşağı salıb fikir dəryasına qərq olmuşdu,
elə ki, düşüncədən ayrılıb özünə gəldi, dostlardan biri soruşdu:
–Getdiyin bostandan bizə bir hədiyyə ver.
O, dedi:
–Gedəndə yadımda idi ki, əkər gül ağacına çatsam, ətəyimi
doldurub dostlara hədiyyə gətirəcəyəm. Lakin elə ki, bostana çatdım,
gülün ətri məni o qədər məst etdi ki, ətəyimdən belə tuta bilmədim.
Şer
Ey mürği–səhər eşqi bu pərvanədən öyrən,
Yandısa canı çıxmadı ondan yenə avaz.
Bu müddəilər bilməyir əsla nə xəbərdir,
Kim tutsa diləkdən xəbər, ondan xəbər olmaz.
Şer
Ey xəyaldan üstün olan sirri bilinməz qüdrət,
Çox dedilər, çox eşitdik, çox oxuduq, nəhayət,
Məclis bitdi, ömür çatdı başa biz də qocaldıq,
Lakin yenə biz əvvəlki nöqtədə donub qaldıq.
Atabəy Əbubakr ibn Sədin tərifi
**
**
Цзəриндə немрə гойулмуит ад вə бейтлəр китабын
17
Sədinin gözəl tərifinin dillərə düşməsi, şair avazəsinin dünyaya
yayılması, şirin hekayələrinin ağızda şəkər dadıb əsər–lərinin hər
yarpağının qızıl vərəqi tək əldən–ələ gəzməsi, onun öz fəzilət və
sanətkarlığının yetkinliyindən deyil, bəlkə cahanın hökmdarı,
zəmanənin sərdarı, Süleyman taxtının varisi və iman sahiblərinin
hamisi, şahlar şahı Atabəy Müzəffərəddin Əbubəkr ibn Səd ibn
Zənginin (yer üzündə allahın gölkəsi odur. İlahi, ondan razı ol və
könlünü şad elə!) Ona mərhəmət nəzərilə baxıb, sənətinə yüksək
rəğbət və həqiqi məhəbbət bəsləməsindəndir. Xalqın da ona dərin
məhəbbəti bu səbəbdəndir.
Şer
Mənə ki, salırsan belə xoş nəzər,
Günəşdən məşhurdur yazdığım əsər.
Olsa da qulunda çox eybü nöqsan,
Hünərdir hər eybi bəyənsə sultan.
Şer
Gecən gün hamamda ətirli bir gül,
Yetişdi əlimə bir dost əlindən.
Soruşdum müşksən, ya inki ənbər,
Ki, belə məst oldum sənin iyindən?
Dedi ki, yararsız bir palçıq idim,
Bir müddət gül ilə etdim nişimən.
Mənə dost kamalı eyləmiş təsir,
Yoxsa ki, yararsız haman giləm mən!
Allah Şiraz torpağını adil hökmdarların gücü və işgüzar
alimlərin himmətilə dünya durduqca əmin–amanlıqda saxlasın.
Yəqin bu Pars mülkunə toxunmaz afəti–dövran,
Ki, salmış başına sayə sənin tək sayeyi–yezdan.
сонунда изаһ едилмишдир.
18
Tapa bilməz yəqin heç kəs gəzərsə cümlə dünyanı,
Sənin dərgahi–alin tək ki, versin dərinə dərman.
Özünsən arxası hər bir zavallı bəndənin daim,
Görüm versin mükafatın sənin ol xaliqa–keyhan.
Bu xaki–Parsı sən saxla ilahi badi–afətdən,
Nə qədri abü xak olsa cahanda baqi, cavidan.
19
KİTABIN YAZILMASININ SƏBƏBİ
Bir gecə gecən günləri xatırlayıb hədər getmiş ömrümə təəssüf
edir, könlümün saray daşını göz yaşımın almaz danələrilə deşir, öz
halıma münasib olan bu beytləri deyirdim:
Şer
Ömürdən gedir bu gecən hər nəfəs
Baxıram ətrafa qalmamış bir kəs
Ey yatan əlli il qəflətdə bütün,
Qoyma ki, boş gecə bu qalan beş gün
Utansın o kəs ki, ömrü puç etdi,
Dünyadan köçəndə xəcalət getdi.
Köç vaxtı səhərin şirin yuxusu.
Qoyar piyadəni yoldan, doğrusu.
Hər gələn dünyada bir bina saldı
O getdi, mənzili özgəyə qaldı.
Çoxları dünyaya göstərdi həvəs.
Tikdiyi binada qalmadı bir kəs.
Vəfasız dünyaya meyl etmə, zinhar.
Dostluğa yaramaz bu köhnə qəddar
İndi ki, öləcək pis də, yaxşı da.
Xoş ona ki çatdı yaxşı bir ada.
Bir yarpaq göndər öz qəbrinə bu gün
Ki, sonra göndərmök deyildir mümkün.
Dövran bir günəşdir, ömür isə qar
Hələ gör xacədə necə qürrə var?
Ey pulsuz bazara gedən sərsəri,
Xorxuram əliboş dönəsən geri.
Sütülkən kim yesə əkinin hər il,
Başşaq toplayacaq xirmən üstü bil.
Bu düşüncələrdən sonra belə qərara gəldim ki, xəlvət bir guşəyə
çəkilib heç kəslə söhbət etməyim, sinə dəftərimi mənasız sözlərdən
təmizləyib, daha hədərən–pədərən danışmayım.
20
Beyt
Qalıb bir kuşədə sakit danışmaz olsa bir insan,
Daha xoşdur, açıb dil boş, ləyaqətsiz danışmaqdan.
Elə bu zaman vaxtilə kəcavədə həmnişinim
4
və hücrədə həmdə-
mim olan dostlarımdan biri qabaqkı adəti üzrə qapımdan içəri girdi.
O, nə qədər gülüb–danışıb, zarafat etdisə, cavab vermədim və başımı
ibadətdən qaldırmadım. İncik nəzərlə məni süzüb dedi:
Şer
Bu gün mümkün ikən danışmaq sənə,
Dil ac, qardaşım, söylə, xoşluqla din!
Əcəl peyki bir gün yaxandan tutar.
Zərurət üzündən susarsan, yəqin.
Yaxın adamlarımdan biri vəziyyəti görüb, dostumu başa saldı ki,
filankəs qalan ömrünü dünyada kuşənişinliklə keçirib, tənhalıq və
sükutla başa vurmağı qərara almışdır. Əgər bacarırsan, sən də öz
başının çarəsini qıl, nə məsləhət bilirsənsə elə də et.
Dedi:
– O böyük izzətə və qədim səmimiyyətə and olsun, əgər o,
mənimlə həmişəki kimi dostcasına danışmasa, əl çəkib, ayaq geri
qoymayacağam. Çünki dostun gönlünə dəymək nadanlıqdır. İçdiyi
andın günahını isə asanlıqla yuya bilər. Onun seçdiyi bu yol düz yol
deyil, ağıllı adamlar rəva bilməzlər ki, Əlinin zülfüqarı qınında, Sə-
dinin sözü qəlbində qalsın.
Şer
Nədir dil ağızda, ey ağlı olan,
Hünər xəznəsinə açardır inan.
Əgər bağlı olsa, kim anlar ki, o,
Cavahir satandır, ya muncuq satan
21
Şer
Ədəb sayılsa da məclisdə susmaq,
Məsləhət zamanı danışmaq kərək.
İki şey ağıla nöqsan sayılır,
Yersiz susmaq ilə yersiz söz demək.
Nəhayət onunla danışmaqdan boyun qaçırıb, üz döndərməyə in-
safım yol vermədi, o mənim ən yaxın dostum və sədaqətli sirdaşım
idi.
Beyt
Necə vuruşasan, o adamla sən,
Ki, onun üzündən gecə bilmirsən.
Onunla söhbət etməyə məcbur oldum. Qalxıb gəzə–gəzə seyrə
çıxdıq. Bahar fəsli idi, şaxtalı soyuqlar zamanı keçmiş, qızıl gül
dövranı çatmışdı.
Nəzm
Ağaclar üstündə yarpaq köynəyi,
Bayram paltarıdır şadlıq bağında
Birinci günüdür Ordibehiştin,
5
Bülbüllər oxuyur gül budağında.
Qızılgül üzünə al şəbnəm
qonmuş.
Sanki tər düzülmüş yar yanağında.
Gecəni dostlarımızdan birinin bağında keçirməli olduq. Gözəl və
səfalı bir yer idi. Ağaclar baş–başa vermiş, sanki torpağına mina
zərrələri səpilmiş, budaqlarına ulduz danələri asılmışdı.
Şer
Cənnəttək bir bağdır, cağlayır sular, .
Quşların səsilə dolmuşdur hər yan.
Al–əlvan lalələr bəzəmiş yeri.
22
Meyvələr doldurmuş bağı firavan.
Külək ağacların kölgəliyində.
Rəngbərəng fərşləri döşəmiş əlvan.
Səhər açılanda qayıtmaq arzusu qalmaq istəyinə üstün kəldi,
dostumun ətəyini cürbəcür güllər və çiçəklərlə doldurub, şəhərə
aparmaq istədiyini gördüm. Ona dedim:
–Özün bilirsən ki, külün davamı, gülüstanın isə vəfası yoxdur.
Atalar yaxşı demişlər: ömrü az olan şeyə könül bağlamağa dəyməz.
Dedi:
–Nə etmək lazımdır?
Dedim:
–Oxuyanlara səfa, eşidənlərə şəfa verən «Gülüstan» adlı bir
kitab yazmaq lazımdır ki, heç bir xəzan yeli onun yarpaqlarına əl
vura bilməsin və zamanın gərdişi onun nəşəli baharını boranlı qışa
çevirə bilməsin.
Şer
Nəyinə lazımdır gül tabaq–tabaq,
Kəl, «Gülüstan»ımdan apar bir varaq.
Kül beş–altı günə saralıb solar,
Mənim Gülüstanım daim xoş olar.
Mən bu sözləri deyən kimi dostum ətəyindəki gülləri yerə töküb,
ətəyimdən yapışdı və dedi:
–Kişi vədinə vəfa etməlidir.
Elə həmin gün «Ünsiyyət və söhbət qaydaları barəsində» natiq–
lərə fayda verən, yazıçılara sənətkarlıq öyrədən iki fəsil hazır oldu.
xülasə, gülüstandan kül qurtarmamış «Gülüstan» kitabı tamam oldu.
Lakin, həqiqətdə bu kitab o zaman bitmiş hesab edilə bilər ki, o,
dünyanın pənahı, allahın (yer üzərində) kölgəsi, yaradanın mər–
həmət nuri, zamanın zinəti, sülhün dayağı, göylərdən kömək alan,
düşmənlərə zəfər çalan, qalib dövlətin qüvvəti, millətin parlaq çırağı,
dövranın camalı, islamın kamalı, Səd ibn Atabək, böyük, əzəmətli
şahlar şahı, ümmətin ümidi, Ərəb və Əcəm hakimlərinin başcısı,
quruların, dənizlərin sultanı, Süleyman mülkinin varisi,
Müzəffəraddin Əbubəkr ibn Səd ibn Zənginin (allah, onun səadətini
23
əbədi et, cəlalını artır, işlərinə rəvac ver) sarayında bəyənilsin və
(şahzadə) öz lütfkar nəzərlərilə ona baxmış olsun.
Şer
Bəzərsə mərhəməti bu kitabı sərvərimin,
Olar bu Çin bəzəyi ya ki, nəqşi–«Ərjəngi»
6
Ümidlərim bunadır ki, qəbula layiq olar,
Ki, gülüstan ola bilməz məkani–diltəngi
Ələlxüsus onun əvvəlində xoş xətlə,
Yazılsa Səd Əbubəkr Səd bini Zəngi.
Mənim fikrimin gəlini zinətdən məhrum olduğu üçün, utan–
dığından başını yuxarı qaldırıb, yaslı gözlərini xəcələtin ayağı
altından ayıra bilmir. Nə qədər ki, böyük əmir, alim və ədalətli,
qələbələr ilhamçısı, səltənət təxt–tacını qoruyanların başçısı,
məmləkətin tədbirçilər tədbirçisi, fəqirlərin pənahı, qəriblərin
istinadgahı, alimlərin hamisi, zahidlərin dostu, fars əhlinin iftixarı,
din və dövlətin fəxri, islamın və müsəlmanların köməkçisi, şahların,
sultanların etimadlısı Əbubəkr ibn Əbunəsr (allah onun ömrünü uzun,
mənsəbini böyük, ürəyini geniş, yaxşı əməllərinin mükafatını artıq
etsin. Çünki, o, dünyanın ən böyük adamlarının tərifinə layiq olmuş,
xasiyyətlərin ən gözəllərini özündə toplaya bilmişdir) bu əsəri qəbul
edib, onu öz mərhəməti ilə zinətləndirməyincə (bu kəlin) ariflər
məclisinə çıxa bilməyəcəkdir.
Şer
Onun kölgəsində kim olsa, əlbət,
Kini dostluq olar, günahı taət.
Dərvişlərdən başqa hər bir bəndənin və xidmətçinin bir və–zifəsi
vardır. Bunlardan hər kim öz işində kahıllıq etsə və səhlən–karlığa
yol versə, danlanılar və məsuliyyətə cəlb olunarlar. Dərviş tayfası isə
böyüklərin nemətləri müqabilində şükür edib xeyirdua oxuyurlar.
Belə bir xidməti zahirdə etməkdənsə gizlində etmək daha
münasibdir, çünki, birincisi yaltaqlığa yaxındır, ikincisi qədirdanlığa,
ona görə də tez müstəcab olar.
24
Şer
Bu fələyin qaməti şadlıq ilə oldu rast
Ta ki sənin tək oğul doğdu bu bətni–zaman.
Hikməti var xaliqin, lütf eləsə hər kəsə,
Bəndəni xas eyləyib xalqa edər hökmran.
Kim yaşadı xeyrilə, tapdı əzəl dövlətin,
Xeyir–dua saxlayar yaxşı adı cavidan.
Əhli–kəmal etsə də etməsə də vəsfini,
Məşşata lazım deyil gül uzə heç bir zaman.
Saray xidmətindən çəkinib guşənişin olmağımın səbəbi bu
misaldakı Hikmətə görədir: hind filosoflarından bir neçəsi bir yerə
yığışıb Bozorcmehrin
7
fəzilətindən söhbət açmış və nəhayət onun
ağır–ağır danışmasından başqa bir eybini tapmamışlar; yəni o,
danışarkən çox düşünür, dinləyici isə onun fikrinin sonunu intizarla
gözləməli olurmuş. Bozorcmehr bunu eşidib demişdir:
– Əvvəlcə «nə deyim», haqqında fikirləşmək, sonradan «niyə
dedim?» peşmançılığından yaxşıdır.
Şer
Dünya görmüş qoca söz ustadı, bil,
Əvvəlcə fikir edər, sonra açar dil.
Tələsik söyləməz sözünü bir dəm.
Fikrini kamil de, kec olsa nə qəm!
Düşünüb sonra de sözü müxtəsər,
O qədər danışma, «bəsdir» desinlər.
Nitqilə üstündür heyvandan insan.
Heyvandan əskiksən boş–boş danışsan
Xüsusən böyük hökmdarın ariflər və bilikli alimlər iştirak edən
hüzurunda danışmağa cəsarət göstərsəm, utanmazlıq edər və hüzuri–
mübarəkə dəyərsiz mal gətirmiş odardım. Cavahirat bazarında
muncuğun bir arpa qədər qiyməti olmaz. Çıraq, günəş qarşısında işıq
verməz, uca minarələr Əlvənd dağı
8
yanında alçaq görünər.
25
Şer
Kim xalqa iddia göstərsə əgər,
Hər yerdən başına bir zərbə dəyər.
Sədisə yazıqdır, qəlbi azada,
Yazıqla kim dava edər dünyada?
Əvvəlcə bir düşün, sonra dilə gəl,
Divar tez yıxılar olmasa təməl,
Mən də bir gülcüyəm, bostandan uzaq.
Mən də bir Yusifəm Kənand
an
9
uzaq.
Loğmandan
10
soruşdular ki, «elmi kimdən öyrəndin?» Dedi:
kor–lardan, onlar ayaqları altını yoxlamadan irəli addım atmazlar.
Atalar demişlər:
– Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün! Fərd.
Kişiliyini sına, sonra arvad al.
Şer
Xoruz cəld olsa da savaşda, lakin,
Qızıl quş cənginə o qadir deyil,
Pişik siçan üçün pələng olsa da,
Pələng qarşısında bir siçandır bil.
Lakin alicənab şəxslər öz tabeliklərində olan adamların eyibləri-
ni üzə vurmayıb, xırda qüsurlarını açmadıqlarına əmin olduğumdan,
müxtəsər şəkildə bir sıra qəribə hekayələri, təmsilləri, şer və nağılları,
həmçinin keçmiş hökmdarların əxlaq və rəftarlarından bəhs edən
rəvayətləri bu kitabda topladım və əziz ömrümün bir hissəsini ona
sərf etdim.
Şer
Bu dünya duracaq illər boyunca,
Lakin torpaq olar bizim bu bədən.
Bir xəyal qalacaq bizdən yadigar.
Varlıqsa yox olub gedəcək həmən
26
Bəlkə bir xeyirxah biz yazıqları,
Rəhmətlə xatırlar dua edərkən.
Kitabı tərtib edib fəsillərə ayırarkən, mətləbi qısa bir surətdə
ifadə etməyə diqqət göstərməyi lazım bildim və oxucunun da–
rıxmaması üçün behişt bağlarına oxşayan bu «Gülüstan» kitabını
səkkiz fəslə böldüm:
1.
Hökmdarların rəftarı haqqında.
2.
Dərvişlərin əxlaqı haqqında.
3.
Qənaətin fəziləti haqqında.
4.
Susmağın faydaları haqqında.
5.
Eşq və cavanlıq haqqında.
6.
Zəiflik və qocalıq haqqında.
7.
Tərbiyənin təsiri haqqında.
8.
Söhbət qaydaları haqqında.
Günümüz xoş ikən, keçmədəydi bil,
Hicrətdən altı yüz əlli altı il,
Qəsdimiz verməkdi düz yolu nişan,
Allaha tapşırıb köçdük dünyadan.
27
I FƏSİL
HÖKMDARLARIN RƏFTARI HAQQINDA
1. Hekayət
11
Nağıl edirlər ki, bir padşah bir əsirin öldürülməsini əmr etmişdi.
Yazıq əsirin ümidi kəsildikdə, ağzına gələni deyib padşaha söyüşlər
yağdırmağa başladı. Məsəl var deyərlər: canından əl çəkən ağzına
kələni deməkdən qorxmaz!
Beyt
Yoxsa bərk ayaqda qaçmağa imkan,
Kəsərli qılıncı qarmalar insan.
Şer
Ümidsiz qalsa hər insan
Açar dil, qorxmaz aləmdə.
Hücum eylər itə birdən
Pişik məğlub olan dəmdə.
Padşah yanındakılardan əsirinnə danışdığını soruşdu. Xeyirxah
vəzirlərdən biri dedi:
–Ey hökmdar, o deyir ki, qəzəblənəndə özünü saxlaya bilən
adam, başqalarının da günahını bağışlaya bilər.
Padşah rəhmə gəldi, əsirin ölümündən əl çəkdi. Xeyirxah vəzirin
rəqibi olan başqa bir vəzir sözə qarışıb dedi:
–Hökmdarın hüzurunda yalan danışmaq bizim kimi adamlara
yaraşmaz. Bu əsir padşahı söyüb, ona nalayiq sözlər dedi.
Şah bədxah vəzirin bu sözündən hiddətlənərək dedi:
–Onun yalanı sənin doğrundan xoş idi, çünki o, xeyirxahlıq
məqsədilə deyilmiş, səninki isə bədxahlıq. Ağıllı adamlar demişlər:
«Sülh doğuran yalan, fitnə törədən doğrudan yaxşıdır».
Şer
28
Kimin ki, sözünə əməl edir şah,
O, kərək hər sözdə olsun xeyirxah.
Fridunun
12
saray ın ın tağ ında yaz ılm ışd ır:
Lətifə
Bu dünya məgər qald ım ı bir şaha?
Get öz qəlbini bağla bir allaha.
Bu dünya, bu mülkə s ığ ınma bir an,
O sən tək çoxun məhv edibdir, inan.
Nə fərqi gedərkən bu canü, bu tən,
Ya töxt üstə öl, ya da torpaqda sən?
Dostları ilə paylaş: |