5. Hekayət
Bir necə səyyah yoldaş olub, səyahətə çıxmışdı. Onlar qabaqları-
na gələn bütün əziyyətlərə birgə qatlaşır, mənzillərdə birgə rahatla-
şırdılar. Mən də onlarla qonşu olmaq istədim, razı olmadılar. Dedim:
–Miskinlərin söhbətindən üz döndərib, onları öz söhbətinin
ləzzətindən məhrum etmək kərəm sahiblərinə yaraşmaz. Mən isə öz
nəfəsimdə elə bir təsir və qüdrət bilirəm ki, adamların xidmətində
ürək sıxan daş deyil, könül acan yoldaş ola bilərəm.
Beyt
Gedərəm piyada yanınızla mən,
Olum yəhər tutan, üzəngi çəkən.
Onlardan biri dedi:
– Sözümüzdən incimə, çünki bu günlərdə bir oğru özünü dərviş
qiyafəsinə salıb yanımıza gəldi.
Beyt
İnsanın qəlbini göstərməz paltar,
Yazan özü bilər kağızda nə var.
78
Dərvişlər saf ürəkli olduqlarından heç nədən şübhələnməyib onu
yoldaşlığa qəbul etdilər.
Şer
Arifin geyimi köhnə olsa da,
Ona xəlqiliyi bəsdir dünyada.
Nə geysən özün bil, yaxşı ol ancaq,
Ya tac qoy, ya da tut çiynində bayraq,
Zahid atmalıdır eyşi–işrəti
Nə təkcə paltarı, varı, dövləti,
Döyüşdə mərdanə olmağı öyrən,
Lakin müxənnəsə qarşı durma sən.
Bir gün axşamacan yol gedib, gecəni bir qalanın yanında qalmalı
olduq. Biz yuxuda ikən o uğursuz oğru, yoldaşının qumqumasını
götürüb, həyətə çıxmaq bəhanəsi ilə oğurluğa getmişdi.
Beyt
Möminə bax, xirqə geyib necə vüqarla gedir.
Kəbəninsə örtüyünü eşşəyinə çul edir.
O, yoldaşlarının gözündən yayınıb qalanın bürcündən içəri
girmiş, bir sandıq cavahir oğurlamış, gecə ikən oradan qaçıb
uzaqlaşmış, biz isə heç şeydən xəbərimiz olmadan, yatıb yuxuya qal-
mışdıq. Səhər açılan kimi qala gözətçiləri gəlib hamımızı qalaya
apardılar, döydülər və həbsa saldılar. O gündən bəri yadlarla dostluğu
tərk edib, başqalarından kənar gəzməyi qərara admışıq. Məsəl var
deyərlər: tək başım dinc başım. .
Şer
Tayfadan bir qanmaz çıxarsa, əlbət,
Böyük də, kiçik də çəkər xəcalət.
Eşitməmisənmi bir məsəl də var:
«Bir dana naxırın adını korlar.»
79
Dərvişin bu söhbətini dinlədikdən sonra dedim:
–Allahın izzət və calalına şükür olsun zahirən dərvişlərdən ayrı
düşüb tək qalsam da, onların verdiyi bu öyüd mənim kimi adamlar
üçün ömür boyu bəsdir.
Şer
Məclisdə bir nəfər nanəcib olsa,
Bütün məclis əhli incik görünər.
Doldursan gülabla bir hovuzu sən.
Bircə it düşərsə, çirkaba dönər
6. Hekayət
Bir zahid bir padşaha qonaq idi. «Hökmdarın yanında hörmətim
artsın» – deyə o, süfrə başında əyləşərkən adətindən az yedi, ibadətə
başladıqda isə namazı həddən artıq uzatdı.
Beyt
Kəbəyə çatmazsan ərəb, ayıq ol,
Türküstan yoludur bu getdiyin yol.
Elə ki, evinə qayıdıb gəldi, yemək istədi. Onun ağıllı bir oğlu var
idi, atasından soruşdu:
–Ata, nə üçün hökmdar hüzurunda doyunca yemədin? Zahid
dedi:
–Hökmdar hüzurunda karlı bir şey yeyə bilmədim. Oğlu dedi:
–Elə isə namazını da təzələ, çünki karlı namaz da qıla bilmədin.
Şer
Ey məğrur, ey əli hünər bilməyən.
Eyiblə, nöqsanla öyünürsən hey...
Pis günə düşərsən, işin əyəndə,
Belə qəlp puluna verməzlər bir şey.
7. Hekayət
80
Yadımdadır, uşaqlıqda gecələr ibadətlə məşğul olur, dindarlığa
maraq göstərirdim. Bir gecə atamla birlikdə səhərə qədər yatmayaraq,
quran oxuyurduq. Ətrafımızda isə hamı yatmışdı. Atamdan
soruşdum:
–Bunların biri də başını qaldırmır ki, heç olmasa iki rükət namaz
qılsın, onlar elə qəflət yuxusuna gediblər ki, sanki yatmamışlar,
ölmüşlər.
Atam dedi:
–Ey əziz oğlum, xalqın qeybətini etməkdənsə, yatsaydın daha
yaxşı olardı.
Şer
Müddəi özündən qeyrisin görməz,
Çünki xudpəsəndlik tutmuş gözünü
Allahı görməyi bacarsa hər kəs,
Hamıdan zavallı görər özünü.
8. Hekayət
Böyük adamlardan birini məclisdə tərifləyir və yaxşı sifət-
lərindən uzun–uzadı danışırdılar. Nəhayət o, başını qaldırıb Dedi:
– Mən özüm bilirəm ki, mən kiməm.
Beyt
Ey mənə hey tərif deyib incidən,
Kaş xəbər tutaydın bu batinimdən.
Şer
Bütün aləm mənə baxıb zahirimi xoşlayır.
Bu natəmiz batinimsə məni edir xəcalət.
Xalq heyrandır min rəng ilə gəzən tavus quşuna.
Tavus isə ayağına baxıb çəkir xəcalət.
9. Hekayət
81
Ərəb ölkələrində öz kəramətilə şöhrət tapmış bir Livan şeyxi bir
gün Dəməşq məscidində daş hovuz kənarında dəstəmaz alarkən ayağı
sürüşüb hovuza düşdü. Çox çətinliklə oradan çıxa bildi. Namaz
qurtardıqdan sonra əshabələrindən biri dedi:
–Bir şey mənə qaranlıqdır, icazə versəydiniz soruşardım.
Dedi: – O nədir?
Dedi: – Şeyxim, yadımdadır deyirdiniz ki, siz Məğrib dənizinin
48
üzərində yeriyir, heç ayağınız da islanmırmış, indi nə oldu ki, siz az
qala balaca bir hovuzda boğulmuşdunuz?
Şeyx bir müddət fikrə daldı, sonra başını qaldırıb dedi:
–Eşitməmisənmi ki, peyğəmbəri–aləm (Məhəmməd) səlləllahi
əleyh vəsəlləm demişdir: «Mən bəzən allaha o qədər yaxın oluram ki,
heç mələklər və nəbilər də bizə yaxınlaşmağa cürət etmirlər». Lakin
o deməmişdir ki, həmişə belə olur.
Bildiyin kimi, bəzən o Cəbrail və Mikaili
49
yanına buraxmazdı,
bəzən isə Həfsə və Zeynəbi
50
yanından buraxmazdı.
Şeyxlər
51
demişlər ki, müqəddəs adamların haqqı dərk etməsi
zühur ilə qeyb arasındadır. O gan görünər, gan yox olar.
Beyt
İşvəylə üz göstərib, qaçıb uzaq durursan,
Bazarı qızışdırıb, bizə də od vurursan
Şer
Haçan ki, sevgilim keçir fikrimdən,
O zaman yolumu itirirəm mən,
Eşqinin oduyla yandığım zaman,
Lütfüylə söndürür bu odu haman.
Şer
Birisi, soruşdu qoca Yəqubdan.
Ey qəlbi nur saçan ağıllı insan.
Bir köynək iyini duydun Misirdən.
Kənanda quyunu görmədin nədən
52
82
Dedi ki, halımız bir kəhkəşandır.
O gan əyandırsa, gan da nihandır.
Edərəm gan yüksək səmayə pərvaz.
Gah öz önümü də görmərəm bir az
Dərviş qalsa əgər durğun halda bil.
Hər iki aləmdə o salmaz mənzil.
10. Hekayət
Vaxtilə Bəlbək
53
məscidində bir dəstə cahil, korafəhim adamlara
moizə edirdim. Hələ zahiri aləmin bəhsini qurtarıb, batini adəmə
keçməmişdim ki, taqətdən düşdüyümü hiss etdim; nə qədər
danışırdımsa göz yaş odunu yandıra bimədiyi kimi, mənim də
sözlərim onlara təsir etmirdi. Xülasə, belə heyvanların tərbiyəsi üçün
çalışdığıma təəssüflənir və sanki korlar məhəlləsində güzgü
gəzdirirdim. Lakin artıq məna xəzinəsinin qapıları açılmış, söz,
mirvariləri silsiləsi düzülməyə başlamışdı. «Və nəhnu əqrəbu ileyhi
min həblil vərid»
54
ayəsini izah edib deyirdim:
Şer
Dost mənə məndən də yaxında ikən.
Bəs niyə mən onun fərağındayam?!
Dərdimi mən kimə, necə söyləyim.
Ki yar yanımda, mən sorağındayam
Mən bu sözün badəsi ilə məst olub sanki axırıncı qədəhi əlimdə
tutmuşdum ki, bu zaman kənardan gecənlərdən biri son sözümün
təsirindən elə bir nərə çəkdi ki, bütün məclis cuşə gəldi, elə bil
yatmışlar huşə gəldi. Öz–özümə dedim: Aman allah! Necə oldu ki,
uzaqdakı gözüaçıqlar yaxınlaşdı, yaxındakı korlar isə uzaqlaşdılar.
Şer
Sözü əgər anlamırsa dinləyən,
Söz deyənin təbi artmaz dünyada.
Acıq, geniş, təmiz bir meydan gərək.
Ta natiq də at çapa, top oynada.
83
11. Hekayət
Bir gecə Məkkə səhrasında yuxusuzluqdan ayaq atmağa halım
qalmamışdı, başımı yerə qoyub dəvəçiyə dedim: sən məndən əlini üz!
Şer
Necə yol yerisin yazıq piyadə,
Ki dəvə yorulub ahü vay edər.
Bir kök arıqlayıb çöpə dönüncə,
Arıq çoxdan ölüb dünyadan gedər.
Dedi. – Ay qardaş, hərəm qarşıdadır, hərami dalda, ayaq atsan
sağ qalacaqsan, yıxılıb yatsan həlak olacaqsan.
Beyt
Səhrada kol altında yatmaq xoş olsa da, sən
Köç gecəsi kərəkdir canından əl çəkəsən.
12. Hekayət
Bir dəniz kənarında bir zahid gördüm, onu pələng yaralamışdı və
heç bir dərmanla sağalmırdı. Çoxdan idi ki, yara ona əziyyət verir, o
isə hey allaha şükür edirdi. Soruşdular: – Bəs şükür nə üçündür?
Dedi: – Şükür edirəm, yaxşı ki, xəstəliyə yatmışam, günaha
batmamışam.
Şer
Gər mənim qətlimə fərman verə ol yari–əziz,
Sən güman etmə çəkəm mən bu yazıq can qəmini
Deyərəm ki, nə günah etdim o yar incidi ah,
Çəgərəm mən belə bir hissilə canan qəmini.
13. Hekayət
Bir dərvişə böyük ehtiyac üz verdi. Sadiq dostunun kilimini
84
oğurladı. Qazı əlini kəsməyi əmr etdi. Kilim sahibi rəhmə kəlib dedi:
– Mən malımı ona halal edirəm. Qazı dedi: – Sənin halal etməyinlə
şəriət qanununu poza bilmərəm. Kilim sahibi dedi: – Doğru
buyurursunuz, lakin yoxsul malı vəqf
55
malıdır, vəqf malını
oğurlayanın isə əlini kəsməzlər.
Qazı oğrunu bağışlayıb danlamağa başladı və dedi: – Başına yer
qəhət idi ki, gedib belə bir dostunun evini yardın?
Dedi: – Qazı sağ olsun, eşitməmisən ki, deyiblər:
«Dost evini sil–süpür et, düşmən qapısına getmə?!»
Beyt
Ruhdan düşmə, üz verərsə sənə çətinlik günü
Soy düşmənin dərisini, dostunsa al kürkünü.
14. Hekayət
Bir hökmdar bir zahidi görüb soruşdu: –Bizi heç yada
salırsanmı?
Dedi:
– Bəli, allahı unudanda.
Beyt
Kimi allah qovarsa, onu sərkərdan edər,
Kimə olsa rəğbəti, salşaz onu dərbədər.
15. Hekayət
Əməli saleh adamlardan biri yuxuda gördü ki, padşah cən-
nətdədir, zahid cəhənnnəmdə. Soruşdu ki, bunun belə yüksəlməsinin
və onun belə alçalmasının səbəbi nədir? Camaat bunun əksini
gözləyirdi. Nida gəldi ki, bu padşah yoxsullara yaxşılıq etdiyi üçün
cənnətdə, o zahid şahlara yaxınlıq etdiyi üçün cəhənnəmdədir.
Şer
Nəyinə lazımdır bəzəkli paltar
85
Yaxşıdır özünü pis işdən qurtar.
Dəri papaq qoyub çox qaldırma boy.
Dərvişsifət olub sadə papaq qoy.
16. Hekayət
Hicaz karvanı Küfədən
56
kecərkən ayaqyalın, baş açıq, çılpaq
piyadə bir yoxsul bizə qoşuldu. O, yorğun bir halda gedir və deyirdi:
Şer
Nə dəvəyə minmişəm, nə dəvə tək yüküm var
Nə ağaya bir qulam, nə də qula şəhriyar.
Qəmim yoxdur dünyada bilmərəm qorxu nədir,
Asudəyəm, dərdu qəm ruhuma biganədir.
Dəvəyə minmişlərdən biri ona dedi:
–Ey dərviş hara gedirsən; qayıt yol çətindir, ölərsən. Dərviş qu-
laq asmayaraq yoluna davam etdi. Karvanımız Nəxleyi–Məhmuda
57
yetişəndə həmin dəvəyə minmiş adamın əcəli çatdı.
Dərviş onun başı üstə gəlib dedi:
– Mən piyadə ölmədim, sən isə dəvə üstündə həlak oldun!
Beyt
Ağladı bütün gecə bir adam xəstə üstə,
Ağlayan gündüz öldü, sağaldı, durdu xəstə.
Şer
Çox olmuş qaçan at yollarda batmış.
Çolaq eşşək isə mənzilə çatmış.
Çox sağlam ağlayıb qəbrə kömüldü.
Yaralı ölmədi, sağaldı, güldü.
17. Hekayət
Nağıl edirlər ki, şah bir abidi yanına çağırmışdı. Abid fikirləşdi:
86
«Bir az dərman atıb zəifləyim, bəlkə çox ibadət etdiyim zahirimdən
məlum ola, mənə olan etiqadları bir qədər də arta». Deyirlər dərman
öldürücü zəhər imiş, atmağı ilə ölməyi bir oldu.
Şer
Püstə kimi məğz hesab eylədiyim,
Soğan kimi pərdəliymiş o yaramaz.
Çox zahidi gördüm xalqa üz tutaraq
Qibləsinə dal çevirib qılır namaz.
Beyt
Allahını salanda hər bir bəndəsi yada,
Lazımdır ki, başqa şey tanımasın dünyada.
87
18. Hekayət
Yunan ölkəsində yol kəsənlər bir karvanı çapıb, çoxlu qənimət
ələ gətirdilər. Tacirlər nə qədər ağlayıb, sızlayıb, allaha–peyğəmbərə
and verdilərsə, bir faydası olmadı.
Beyt
Oldusa bir qəddar oğru kamiran,
Qəm yeməz, ağlasa bütün karivan
Həkim Loğman da həmin karvanda idi. Karvandakılardan biri
ondan xahiş edib dedi:
– Oğrulara öyüd, nəsihət ver, moizə oxu, bəlkə mallarımızın bir
hissəsi əlimizdə qala. Heyifdir bu qədər mal tələf ola.
Loğman dedi: – Heyif hikmətli sözdür ki, onlara deyilə
Şer
Pas yemiş dəmirdən mümkün deyildir,
Silməklə yenidən saf dəmir almaq.
Daş qəlbə kar etməz öyüd–nəsihət,
Dəmir mıxı olmaz qayaya çalmaq.
Şer
Şad günündə sınıq qəlbləri güldür,
Zorla könül qırmaq yamandır bilsən,
Sayil nə istəsə, xoşluq ilə ver,
Yoxsa zalim alar zorla əlindən.
19. Hekayət
Görkəmli alim, böyük şeyx mərhum Əbülfərəc ibn Cövzi
58
mənə
məclisində iştirak etməyi mən edərdi. Lakin başımda gənclik havası,
qəlbimdə eyş–işrət həvəsi olduğundan qoca ustadın dediyinə qulaq
asmır, musiqi məclislərinə getməkdən həzz alırdım. Şeyxin verdiyi
öyüd–nəsihəti xatırladıqda isə öz–özümə deyir:
88
Beyt
Qazi bizlə otursa, eyləyər rəqsə həvəs,
Darğa içsə mey özü, məsti müqəssir etməz.
Yenə bir axşam bir kef məclisinə yetişdim, orada elə bir ki,
Beyt
Qırır qəlbin tellərini mizrab ilə nəki var,
Səsi mərhum atasının səsi kimi xırıldap.
Məclisdəkilər onun səsini eşitdikdə gah öz qulaqlarını tuturdular,
gah «sus!» – deyə barmaqlarını dodaqlarına qoyurdular.
Beyt
Sevərlər səs ilə hər xanəndəni,
Sən sussan daha çox sevərlər səni
Beyt
Səsin razı salmaz heç bir adamı
Susduqda sevinib şadlanar hamı.
Şer
Elə ki, səsləndi o bərbət yenə,
Dedim kəndxudaya: «allah eşqinə,
Ya tök qulağıma civə kar olum,
Ya aç bu qapını tez kənar olum.»
Xülasə, dostların xatirinə bütün kecəni bu qayda ilə səhər
eylədim.
Şer
89
Müəzzin qışqırır yersiz, mövqesiz,
Bilməyir nə qədər keçib gecədən.
Soruş göslərimdən uzun gecəni,
Çünki bircə an da yatmamışam mən.
Dan yeri sökülərkən qurşağımdan bir dinar çıxarıb, başımdakı
çalmanı açdım və onları xanəndəyə bağışladım, sonra qucaqlayıb
minnətdarlıq elədim. Dostlar mənim ona qarşı göstərdiyim bu
ehtiramı adətdən xaric bilib, ağılsızlığıma yozdular. Dostlarımdan
biri diliuzunluq edib məni danlamağa başladı ki, ovcunda bir gümüş,
dəfində bir qruş görməyən xanəndəyə şeyxlik paltarını bağışlamaqda
ağıllı iş görmədin.
Şer
Bu məclisdən uzaq olsun, var idi bir nəğməxan,
Ki, bir yerə iki dəfə cağrılmazdı heç zaman.
Rast oxumaq istər ikən məlum oldu hünəri,
Eşidənin bədənində biz–biz oldu tükləri.
Saray quşu qorxusundan eyvandan uçdu getdi,
Boğazını yırtdı özü, bizi yarımcan etdi.
Dedim:
– Məncə ağzını yumub, etiraz etməsən, daha yaxşıdır. Çünki bu
adamın kəraməti mənə aydın oldu.
Dostum dedi:
– Elə isə nə üçün səbəbini mənə demirsən ki, mən də ona hörmət
edib, zarafatla dediyim sözün üzrünü istəyim?
Dedim: – Səbəbi budur ki, hörmətli şeyxim mənə çoxlu öyüd–
nəsihət verər, musiqi məclisində iştirak etməyimi qadağan edərdi.
Mən isə qulaq asmazdım. Bu axşam isə mənə böyük bir səadət üz
verdi, uğurlu taleyim gətirib məni bu evə çıxartdı. Burada həmin
xanəndənin səsini eşitdikdə tövbə etdim ki, nə qədər bir də belə
məclislərdə iştirak etməyim.
Şer
Gözəl ağız, şirin dodaq, xoş boğazdan gələn səs
90
Nəğmə desə, deməsə də, sevər onu hər bir kəs.
Amma Üşşaq, İsfahan və hicaz kimi müqamlar.
Çirkin, kobud bir ağızdan çıxsa heç kim dinləməz
Hikmət. Loğmandan soruşdular:
– Ədəbi kimdən öyrəndin,
–Ədəbsizlərdən. Onlarda gördüyüm xoşuma gəlməyən hərəkət-
ləri təkrar etmədim.
Zarafatyana da deyilsə bir söz,
Ağıllı o sözdən götürər ibrət.
Əkər anlamaza yüz hikmət desən,
Oyüncaq görünər ona bu hikmət.
20. Hekayət
Yadımdadır, bir dəfə bütün gecəni karvanla yol getmiş, səhərə
yaxın bir meşənin kənarında yatmışdıq. Bir dəli aşiq də bizimlə idi.
Birdən nərə çəkib yerindən qalxdı. baş götürüb səhraya qaçdı,
səhərə qədər bir an da belə aram olmadı. Gündüz ondan soruşdum: –
O nə hal idi?
Cavab verdi: – Gördüm ağacdakı bülbüllər naləyə gəlmiş, dağ-
dakı kəkliklər, göldəki qurbağalar, meşədəki heyvanlar səs–səsə ver-
mişlər. Dedim insafdan deyil ki, hamı vird edib, zikr oxusun, məni
isə qəflət yuxusu aparsın.
Şer
Dünən sübhə yaxın inlərdi bir quş,
Naləsi alırdı məndən əql, huş.
Səmimi dostlardan birisi demə –
Mənim halətimdə xəbərdar olmuş.
Demiş ki, heç güman etməzdim buna,
Səni bir quş səsi eyləsin mədhuş.
Dedim ki, adamlıq şərti deyildir,
Quş razü niyazda, mən isə xamüş
21. Hekayət
91
Vaxtilə hicaz səfərinə çıxıxmışdım. Arif cavanlardan neçəsi də
mənimlə idilər. Onlar bəzən astadan zümzümə edib, hikmətamiz
şerlər oxuyurdular.
Dərvişlərdən xoşu gəlməyən, onların mənəvi aləmlərindən
xəbərdar olmayan və hənəfi
59
məsləkinə mənsub bir zahid də bizimlə
həmsəfər idi. Bəni–hilal
60
tayfasına çatdıqda bir qarasifət ərəb uşağı
rastımıza gəldi. O elə bir avazla oxudu ki, uçan quşlar göydən yerə
endilər. Birdən gördüm zahidin dəvəsi də oynamağa başladı. Zahidi
yerə vurub biyabana doğru baş aldı. Zahidə dedim:
– Ey şeyx, bu necə işdir ki, xanəndənin səsi heyvanı oyadır,
lakin səndə heç bir təsir oyatmır?
Şer
Heç bildin nə dedi səhər bülbülü?!
Dedi: «Ey eşqdən xəbərsiz insan,
Dəvə də rəqs edir ərəb şerilə,
Sənin zövqün yoxsa, pissən heyvandan».
Şer
Onun zikrində hər bir şey gəlir vəcdə, edir tüğyan
Bunu dərk eyləyər ancaq ürəklə dinləyən insan
Güman etmə gülə bülbül oxur nəğmə, olub mayil,
Onun tərifinə bax ki, tikanlar da açıbdır dil.
22. Hekayət
Bir padşahın ömrü sona çatırdı, lakin taxtında əyləşəcək varisi
yox idi. Vəsiyyət etdi ki, səhər tezdən şəhər darvazasından kim ilk
daxil olsa, şahlıq tacını onun başına qoyub, ölkənin işlərini ona
tapşırsınlar. Təsadüfən darvazadan ilk girən bir dilənçi oldu. O, bütün
ömrünü tikə–tikə çörək yığmaq, cındır paltarına yamaq üstündən
yamaq vurmaqla keçirmişdi. Dövlət xadimləri və ölkənin mötəbər
adamları şahın vəsiyyətini yerinə yetirdilər. Qala və xəzinənin bütün
açarlarını dilənçiyə verdilər və o bir necə müddət padşahlıq etdi.
Necə deyərlər: loğmaya həsrət qalan, halva yedi bol, kalan.
92
Lakin çox çəkmədi ki, dövlət xadimlərindən bir neçəsi ona itaət
etməkdən boyun qaç ırd ılar, qonşu hökmdarlar isə düşmənçiliyə
başlay ıb, hər tərəfdən ölkənin üstünə qoşun çəkdilər. Nəhayət
camaatla qoşun birləşib üsyan etdi. Ölkənin bəzi şəhfrləri hökmdar ın
əlindən getdi.
Bu hadisələr yeni padişah ı həddən art ıq kədərləndirdi. Elə bu
zaman keçmiş dilənçilik dövrü yoldaşlar ından biri səfərdən qay ıtd ı,
dostunun çox yüksək bir mərtəbəyə çatd ığ ın ı görcək dedi:
- Şükür olsun allah ın izzət və çalal ına ki, nəhayət sənin q ız ıl
külün tikandan xilas oldu, yoxsulluq tikan ı isə ayağ ından ç ıxd ı.
Yüksək taleyin, böyük səadətin yar olub, səni belə bir mənsəbə
çatd ırd ı. Deməli, bütün çətinlik və əziyyətin ax ırda belə rahatl ıq və
asudəliyi də varm ış.
Beyt
Çiçək gah aç ıqd ır, kah da pünhand ır,
Ağac gah keyimli, kah da üryand ır.
–Ey əziz dostum. sən gördüyün günlər çörəyin dərdini çəkir, indi
isə dünyan ın qəmini yeməli oluram.
Şer
Var–dövlət olmasa dərd çəkər insan,
Olanda, rahatl ıq yox olur ondan.
Xülasə, belədir bu qoca dünya
Əzabd ır olsa da, ya olmasa da.
Şer
Dövlətli olmağ ı istəsən bil ki,
Ancaq qənaətdir səfal ı dövlət.
Dövlətli pul töksə ətəyinə, sən,
Onun səvab ından götürmə minnət.
Atalar söyləmiş:Yoxsulun səbri
Varl ı bəxşişindən yaxş ıd ır əlbət!
93
Beyt
Bəhram
61
əgər gur ovlay ıb görünsə də qəhrəman
O, zəifdir bir çəgirtkə sürüyən qar ıncadan.
Dostları ilə paylaş: |