Sədi Şirazi GÜLÜstan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#6772
1   2   3   4   5   6   7   8   9   10   ...   17

23. Hekayət 
 
Bir  şəxsin dövlət xadimləri içərisində bir dostu var idi, çoxdan 
bəri onunla görüşə bilmirdi. Birisi soruşdu: 
–Çoxdandır dostunla görüşmürsən? 
Dedi: 
–Görüşmək arzusunda da deyiləm. 
Təsadüfən dostunun yaxın adamlarından biri orada idi, bu sözü 
eşitcək soruşdu: 
–Dostunun günahı nədir ki, onunla görüşməyi arzulamırsan? 
Dedi: 
–Dostumun günahı yoxdr, lakin dövlət xadiminin yalnı
vəzifədən azad edildikdən sonra görmək olar. Mən isə öz rahatlığı
üçün onun vəziyyətə düşməsinə razı deyiləm. 
Qitə 
 
 
Böyüyər, qarışar başım işlərə, 
Çıxar xatirinən dostlar, tanışlar. 
Elə ki, rütbədən salınar yerə, 
Gələr dosta açar nə ki dərdi var. 
 
24. Hekayət 
 
Nağıl edirlər ki, bir abid hər axşam 10 batman ağırlığında xörək 
yeyib səhərə  qədər Quran oxuyarmış. Böyüklərdən biri bunu eşidib 
demişdir: 
–Gündə yarım çörək yeyib yatsa idi, ariflərin nəzərində daha 
yaxşı olardı
Şer 
Qarnını doldurma yeməklə ta ki,  
Özündə görəsən mərifət nuru. 
Başın boşdur, çünki doludur qarnın, 
Qarnı dolmuşların olmaz şüuru. 

 
94
 
25. Hekayət 
 
Bir yoldan azmışın qarşısına haqq nuru səpələndi, əyrilikdən əl 
çəkib doğru yola gəldi, dərvişlərə qoşuldu, onların söhbətinin 
gücündən; nəfəsinin təsirindən pis adətləri unutdu, yaxşı xasiyyətlərə 
sahib oldu, əyyaşlıqdan  əl çəkdi. Lakin ağzıgöyçək adamlar dili 
uzunluq edərək onun haqqında şayiyə yaymağa başladılar ki, əvvəldə 
olduğu kimidir, pəhriz saxladığına, ibadət etdiyinə də etibar yoxdur. 
Beyt 
 
Qurtarasan üzrlə allahın əzabından, 
Xalqın dilindən ancaq qurtarmazsan bircə an. 
 
Nəhayət dedi–qoduya davam gətirməyib təriqət başçısını
yanına şikayətə getdi. Mürşudləri dedi: 
Getmək üçün bundan daha gözəl nə ola bilər ki, sən təsəvvür 
etdiyindən daha yaxşısan. 
 
Beyt 
 
Çox demə ki, paxıl adamlar mənə  
Eyib axtarırlar hey axşam, səhər.  
Gah tökmək istərlər qanımı mənim,  
Gah da «pisdir» – deyib yayırlar xəbər.  
Yaxşı ol, qoy «pisdir» desinlər sənə,  
Nə ki pis olasan «yaxşı» desinlər. 
 
Lakin fikir çəkib qəm yemək, həqiqətdə qüsurlu olub zahirdə 
nöqsansız hesab edilən mənim kimi adamlara lazımdır: 
 
Beyt 
 
Onlar tərif edən kimi olsaydım, 
 Yaxşılığa çəkilərdi bil adım. 
 
Beyt 
 
 
95
Yaxın qonşum bilə bilməz mənim heç bir əsrarımı,  
Lakin yalnız allah bilir bütün gizli-aşkarımı
 
Şer 
 
Qapımızı xalq üzünə bağladıq,  
Bilməyələr ta bizdə nə eyib var.  
Nə fayda bu qapını bağlamaqdan  
Ki hər sirri allah bilir aşikar. 
 
26. Hekayət 
 
Bir gün şeyxlərdən birinin yanına gedib şikayətləndim ki, 
filankəs mənim pisliyimə danışır.  
Dedi: 
– Sən yaxşılığına danış, utandır! 
 
Şer 
 
Sən yaxşı işlər gör, ta ki pis gözlər,  
Nə qədər axtarsa tapmasın nöqsan,  
Əgər düz çıxarsa bərbətin səsi, 
Çalğıçı qulağın burmaz heç zaman. 
 
27. Hekayət 
 
Şam
62
  şeyxlərindən birindən soruşdular ki, sufiliyin mahiyyəti 
nədən ibarətdir? 
Dedi: – Əvvəllər dünyada bir qrup adamlara deyirdilər ki, zahi–
rən dağınıq idilər, daxilən mütəşəkkil; indi isə elə adamlara de–yirlər 
ki, zahirdə mütəşəkkildirlər, daxildə dağınıq. 
 
Qitə 
 
Hər saat ürəyin bir yerdə olsa,  
Təklikdə görməzsən rahatlıq, səfa.  
Varsa çox dövlətin, əkinin, rütbən,  
Qəlbin allahlasa, xəlvətnişinsən. 

 
96
 
 28. Hekayət 
 
Əbu Hüreyrə
63
 (allah ondan razı olsun)hər gün Məhəmməd 
peyğəmbərin yanına gələrmiş və həmişə də peyğəmbər ona deyərmiş: 
«Ya  əba Hüreyrə, zurni ğibbən təzdid hübbən», yəni: Ya Əbu 
Hüreyrə, hər gün gəlmə ki, məhəbbətimiz çox olsun.  
Bir arifə dedilər: – Günəşin bu qədər gözəl olmasına baxma–
yaraq, birinin ona vurulduğunu və ya dost olduğunu indiyə  qədər 
eşitməmişik. 
Dedi: – Çünki hər gün görürsünüz. Birçə  qışda, o az görünür, 
çox sevilir. 
 
 
97
Şer 
 
Xalq ilə görüşmək eyib deyildir,  
Lakin o qədər ki, deməsinlər «bəs».  
Əkər sən özünü məlamət etsən,  
Töhmət eşitməzsən heç kəsdən əbəs. 
 
29. Hekayət 
 
Böyüklərdən birinin qarnında yel vardı. Birdən burulmağa 
başlayıb dışarı  çıxmaq istədi. O, nə  qədər  əlləşdisə, özünü saxlaya 
bilmədi. Axırda naqafıl yel səslə dışarı çıxdı
Dedi: – Dostlar, qəsdən etmədiyim üçün günahı mənə yetişməz, 
lakin mənə böyük bir rahatlıq nəsib oldu, siz də kəramətiniz xatirinə 
bunu üzürlü hesab edmn. 
 
Şer 
 
Ey aqil, qarındır yelə bir zindan, 
Yeli bənddə qoymaz şüuru olan. 
Qarında yel olsa saxlama zinhar,  
Çünki o ürəyə ağır yük olar. 
 
 
Beyt 
 
Can sıxıcı həriflə bir məclisdə oturma,  
O rədd olmaq istəsə sən heç üstünü vurma. 
 
30. Hekayət 
 
Dəməşq dostlarımın söhbətindən yorulduğuma görə, baş alı
Beytül-müqəddəs
64
 çölünə getmişdim. Orada heyvanlarla ünsiyyət 
tapıb yaşamaqda idim ki, firəngilərə  əsir düşdüm. Onlar məni 
Trablis
65
  xəndəyində  yəhudilərlə birlikdə torpaq işində  işləməyə 
məcbur etdilər. Keçmişdə tanış olduğum hələb başçılarından biri 
kecərkən məni tanıyıb dedi: 
– Bu nə haldır? 

 
98
Dedim: 
 
Şer 
 
Qaçırdım bu xalqdan dağa–daşa mən,  
Allahla birləşmək istərdim həmən.  
İnbi gör nə yazıq hala düşdüm ki,  
Namərdlə tutmuşam töylədə məskən. 
 
Beyt 
 
  Dostlar 
ilə məhbus olmaq yaxşıdır, bir zindanda,  
 
 
Nə ki, düşmən sənin ilə ömür sürə bostanda. 
 
Mənə çox yazığı gəldi, on dinar verib əsirlikdən azad etdi və özü 
ilə Hələb şəhərinə apardı. Orada qızını mənə verib, yüz dinar mehrlə 
kəbinini kəsdirdi.  
Demə bu qız bədxasiyyət, həyasız və dikbaş imiş. Bir müddət 
keçdi. Qız diliuzunluğu ilə günümu qara etməyə başladı
 
Şer 
 
Yaxşı kişi, pis arvadla həyat sürərsə bahəm.  
Bu dünya da olar ona bir dözülməz çəhənnəm.  
Pis arvadın əllərindən dadü fəryad, əlaman,  
Allah! Bizi xilas eylə bu çəhənnəm odundan 
 
Axırda bir gün o tənə ilə üzümə qabarıb dedi:  
–Sən o adam deyilsən ki, atam səni pul ilə firənglərin  əsir-
liyindən azad etmişdir? 
Dedim: 
–Bəli, mən haman adamam ki, atan məni on dinara firənglərin 
əlindən satın alıb, yüz dinara sənin çəngində əsir etdi. 
 
Şer 
 
Eşitdim ki, bir pəhləvan zavallı bir qoyunu  
Xilas etdi bir yırtıcı canavarın əlindən.  
 
99
Axşam çağı boğazına biçaq qoydu yazığın,  
Dilə gəldi o qoyunun ruhu dedi: «Aman sən  
Əgər məni canavardan qurtardınsa, nəhayət,  
Əsil qurdum özün oldun, öldürdün uf demədən» 
 
31. Hekayət 
 
Padşahlardan biri oğul–uşağı çox olan bir abiddən soruşdu:  
–Əziz vaxtını necə keçirirsən?  
Dedi: –Gecə  səhərə  qədər münacat verirəm, səhərlər ehtiyacı
üçün dua edirəm, bütün günü xərclik üçün əlləşirəm.  Şah abidin nə 
demək istədiyini başa düşdü, əmr verdi ona maaş təyin etsinlər, ailə 
yükünü onun üzərindən götürüb əhli–əyalın təmin etsinlər. 
 
Şer 
 
Ey ailə zəncirinə bağlı qalan binəva, 
Rahatlıq və asudəlik xəyal etmə bir daha. 
Övlad, çörək, paltar qəmi, dolanacaq kədəri, 
Sənə imkan verməyəçək seyr edəsən göyləri. 
Hər gün səhər əhd edirəm, mən verirəm iltizam, 
Ki, rəbbimlə razu niyaz edəcəyam bu axşam. 
Gecə olcaq mən hər şeyi unuduram nə ki var,  
Dərd götürür ki, bəs sabah nə yeyəcək balalar?! 
 
32. Hekayət 
 
Şam abidlərindən biri meşədə yaşayır və  ağac yarpağı ilə 
dolanırdı. Bir padşah onun görüşünə gedib dedi: 
–Məsləhət görsəniz sizdən ötrü şəhərdə bir saray tikdirərəm. 
Orada həm siz asudə ibadət edərsiniz, həm də camaat sizin hikməta-
miz sözlərinizdən faydalanar, pak əməllərinizi görüb ədəb öyrənərlər. 
Zahid hökmdarın təklifini rədd etdi. Vəzirlərdən biri ona dedi: 
–Hökmdarın dediyi söz hörmətinə, yaxşı olar ki, şəhərə gəlib bir 
neçə gün vəziyyəti öyrənəsiniz.  Əgər yad adamlar vaxtınızı alıb, 
söhbətlərilə sizi narahat etsələr, yenə qayıda bilərsiniz.  
Nağıl edirlər ki, zahid şəhərə gəldi. Hökmdarın öz xüsusi bağ və 
sarayında onun üçün çox səfalı və ürək açan bir yer verdilər. 

 
100
 
Şer 
 
Gözəllər hüsnünə bənzər bu gülşəndə qızıl güllər, 
Nigapın zülfü tək xoşdur bu yerdə türfə sünbüllər 
Qışın bərk şaxtası keçmiş, soyuqdan qalmamış qorxu,  
ıb sanki ağız tifli–gülüstan gözləyir qayğu. 
 
Beyt 
 
Yaşıl donlu budaqlarda düzülmüş nar gülü od tək, 
Əcəbdir yarpaq üstündə belə qan rəngli od görmək! 
 
Hökmdar dərhal göyçək bir kəniz də onun yanına göndərdi. 
 
Şer 
 
Abidlər aldadan ay üzlü canan, 
Huri tək gözəldir, tavus tək əlvan.  
Onun çəmalını mömin də görsə,  
Bilməz harda qaldı din ilə iman. 
 
Şah onun ardınca yaraşıqlı, gözəl bir qulam da zahidə bağışladı
 
Şer 
 
Xalq ölür ətəşdən suçu yanında,  
Suçu görərsə də bir damcı qıymaz.  
Gözlərim doymayır səndən, necə ki,  
İstisqa içərsə fəratı doymaz. 
 
Zahid ləzzətli xörəklər yeyib, təmiz paltarlar geydi, dadlı 
meyvələrin,  şirələrin  ətrindən məst olub, gözəl kənizin və qulamı
gül camalından zövq almağa başladı
ıllı adamlar demişlər: 
–Gözəllərin zülfü ağlı  əsir edən bir kəmənd, zirək quşu tora 
salan bir bənddir. 
 
 
101
Beyt 
 
Imanımı, qəlbimi yar yolunda qoymuşam,  
Sanki çox bildiyimdən tora düşən bir quşam. 
 
Nəhayət bütün bu xoşbəçtliklər zahidi zavala gətirdi. 
 
Şer 
 
Mürşid də, mürid
66
 də, qoça, çavan da 
Xülasə hər kəs ki, qoca cahanda  
Bu alçaq dünyaya bir həvəs saldı
Milçək kimi bala yapışıb qaldı
 
Hökmdar ikinci dəfə onu görməyə  gəldikdə gördü ki, zahidin 
əvvəlki solğun rənki dəyişmiş,  ətə–qana dolub qıp–qırmızı  qızar-
mışdır.  İpək yastığa söykənmiş, mələk kimi gözəl qulam onun başı 
üzərində tavus qanatı kimi bir çətir açmışdır. Xülasə, hökmdar, 
zahidin səhhətinin sağalmağından sevindiyini bildirib, hər tərəfdən 
söhbət açdı. Axırda söhbətinə yekun vuraraq dedi: 
–Mən iki cür adama məhəbbət bəsləyirəm: bir alimə, bir də 
zahidə. Dünyada mənim kimi onları sevən yoxdur. 
Orada olan dünyagörmüş ağıllı bir vəzir dedi: 
–Ey hökmdar, məhəbbətin şərti budur ki, bacardıqca hər ikisinə 
yaxşılıq edəsən: alimlərə qızıl verəsən ki, daha artıq elm qazansınlar, 
zahidlərə bir şey verməyəsən ki, zahid olaraq qalsınlar. 
 
Şer 
 
Gönül alan gözəl üzlü gözələ,  
Üzük, sırğa, bəzək, düzək nə lazım?!  
Xoş əxlaqlı, xoş məcazlı zahidə,  
Qapı–qapı pay diləmək nə lazım?!... 
 
33. Hekayət 
 
Bu sözün qüvvəsi, bir padşaha böyük bir məsələ üz vermişdi. 
Əhd etdi ki, əkər məsələ onun istədiyi kimi həll olsa, zahidlərə çoxlu 

 
102
pul bağışlasın.  İş o istədiyi kimi də  həll olundu. Hökmdarın ürəyi 
sakitləşdi, sonra öz əhdini yerinə yetirmək qərarına gəldi. Xüsusi 
qullarından birinə bir kisə  qızıl pul verdi ki, aparıb zahidlərə 
paylasın. 
Deyirlər ki, qul çox ağıllı  və  zəkalı idi, bütün günü şəhərdə 
gəzib, axşam olduqda şahın hüzuruna qayıtdı, qızıl kisəsini öpüb 
qarşısına qoydu və dedi: 
–Nə qədər axtardımsa, bir zahid tapa bilmədim.  
Padşah bundan hirslənib dedi: 
–Mənim bildiyimə görə ölkədə 400 zahid vardır. Qul cavab 
verdi: 
–Ey böyük hökmdar, əsl zahid almaz, alan isə zahid olmaz. 
Hökmdar güldü və nədimlərinə dedi: 
– Nə  qədər möminlərə  rəğbət, bu arsıza  ədavət bəsləsəm də, 
onun haqq olduğunu etiraf etmək lazımdır. 
 
Şer 
 
Bir zahid alarsa dirəmlə dinar,  
Ondan daha mömin bir zahid axtar.  
Bir zahid göz tiksə özgə malına  
Yaxşıdır heç zahid demə sən ona... 
 
34. Hekayət 
 
Etibarlı alimlərin birindən soruşdular: – Necə bilirsiniz, vəqf 
çörəyi halaldır, ya yox? 
Dedi: – Cəmiyyət üçün alırlarsa, halaldır, mənimsəmək üçün 
cəm olurlarsa haram. 
 
Beyt 
 
İbadətçin çörək lazımdır, əlbət,  
Çörək üçün etməmişlər ibadət. 
 
35. Hekayət 
 
Bir dərviş  gəlib bir yerə  çıxdı ki, oranın yeyəsi  əliaçıq, qəlbi 
 
103
geniş bir adam idi. Zövq əhli, fəzilət sahibləri onun evinə toplanır, 
dərin hikmətlər zərif lətafələr söyləyirdilər. Dərviş ac-yalavac uzaq 
yoldan gəlmiş, dilinə bir şey dəyməmişdi. Zarafatyana biri dedi: – 
Sən də bir söz de! 
Dedi: – Mən başqaları kimi gözəl danışmağı bilmirəm, savadı
da o qədər çox deyil, ançaq bir beyt ilə sözümü qurtaracağam. 
Hamısı maraqlanıb dedi: – Söylə! 
Dedi: 
 

 
104
Beyt 
 
Mən bir acam önümdə də süfrə dolu xoş təam,  
Sanki arvad hamamının önündə bir subayam. 
 
Dostlar onun çox ac olduğunu başa düşüb süfrə açdılar. Ev 
yiyəsi dedi: - Əzizim, bir az gözlə, xidmətçilər sənə döyülmüş  ət 
hazırlasınlar. Dərviş başını qaldırıb küldü və edi: 
 
Beyt 
 
Döyülmüşə, döyülmüş ət nə gərək?!  
Ac olana küftədir hər duz-çörək. 
36. Hekayət 
 
Bir mürid öz mürşüdünə dedi: 
–Adamların  əlindən zara gəlmişəm, O qədər görüşümə  gəlirlər 
ki, vaxtımı alır, narahatlığıma səbəb olurlar. Onlardan xilas olmaq 
üçün mənə bir yol göstər. 
Dedi: 
–Yoxsullara borc ver, varlılardan borc istə. Bir daha ətrafına 
dolanmazlar. 
 
Beyt 
 
Əgər islam ləşkərində gəda düşsə önə tək,  
İstəməsin bir pay deyə, kafir qaçar Çinədək. 
 
37. Hekayət 
 
Fiqh elmini
67
 öyrənən bir tələbə atasına dedi:  
–Vaizlərin bu gurultulu və bəzəkli sözləri əsla mənə təsir etmir, 
çünki onların sözləri əməllərilə düz gəlmir. 
 
Şer 
 
O, hamıya bu dünyanı at deyir, 
Özü isə qızıl-gümüş cəm edir. 
 
105
Hər alim ki, əməl etməz sözünə, 
Heç vaxt onun inanmazlar özünə. 
Alim odur pislik etməz heç kəsə,  
Əməl edər özü, xalqa nə desə. 
 
Beyt 
 
Bir adam ki, hər zaman öz xeyrini axtara,  
Özü yolu azmışdır, o hara, rəhbər hara?! 
 
Atası dedi: 
–Ey oğul, belə bir səhv mülahizəyə əsaslanıb xeyirxah adamları
tərbiyəsindən üz çevirmək, alimləri azğınlıqda taqsırlandıraraq, 
məsum alim axtarıram – deyə elm öyrənməkdən məhrum olmaq 
düzgün iş deyildir. Bu, palçığa batmış korun məsəlinə  bənzəyir. 
Nağıl edirlər ki, bir kor gecə qaranlıqda kedərkən palçığa batmışdı
O, çığırıb deyirdi: 
–Ey müsəlmanlar, heç olmazsa mənim yolumun üstünə bir çıraq 
tutun. 
Hazırcavab bir qadın korun sözünü eşidib dedi: 
–Sən ki, çırağı görmürsən, çıraqla nə görəcəksən?  
Həmçinin, moizə məclisi bəzzaz dükanı kimidir: orada pul ver-
məsən, mal ala bilməzsən; buraya rəğbət bəsləməsən, səadət əldə edə 
bilməzsən. 
 
Qitə 
 
Alim hər nə söyləyərsə, canla-başla qulaq as, 
Nəsihətçin onun dili bir söz tutana qədər.  
O müddəi düz deməmiş, yanılmışdır sözündə, 
«Bir yatmışı başqa yatmış necə oyada bilər?»
68
 
Mərd odur ki, deyiləni yaxşı yadda saxlasın,  
Daş üstündə ğazılsa da öyüd, nəsihət əgər! 
 
Şer 
 
Xanəqahdan
69
 mədrəsəyə gələrək,  
Bir sahibdil atdı əhli-təriqi.  
Dedim : «fərqi nədir alim, abidin  

 
106
Ki alimi tutub, atdın rəfiqa?»  
Dedi: «O, öz kilimini qoruyur,  
Bu çalışır xilas etsin ğəriqi»
*
 
38. Hekayət 
 
Bir sərxoş  gənc yol kənarında yatmış, özündən bixəbər yerə 
sərilib qalmışdı. Bir abid oradan keçərkən bu iyrənc mənzərəyə nəzər 
saldı. Gənc məstlik yuxusundan baş qaldıraraq bu ayəni oxudu: – 
Mömin adamlar iyrənc şeylərin yanından keçərkən, kəramət edib onu 
görməməzliyə vurarlar... 
 
Şer 
 
Günahkar görəndə eybini açma,  
Daima səbirli, mərdanə ol sən. 
Bir nöqsan görsən də mənim işimdə,  
Olmazmı lütfünlə onu örtəsən? 
 
Şer 
 
Hər günah edəndən sən üz döndərmə,  
Ona əfv edənlər kimi sal nəzər,  
Mən əgər cavanmərd deyiləm işdə.  
Sən mərd ol, kərəmlə bir qayğu göstər. 
 
39. Hekayət 
 
Bir dəstə  əyyaş bir dərvişlə sözə  gəldilər, ağızlarına gələn 
nalayiq söyüşlər söyüb onu əzişdirdilər. Dərviş  şikayət üçün 
mürşüdün yanına getdi, başına gələni nəql etdi. 
Dedi: – Ey oğul dərviş xirqəsi razılıq, dözümlük libasıdır, onu 
geyən hər zülmə qatlaşmalıdır, əks halda dərvişliyi tərk edib xirqəni 
çıxartmalıdır. 
 
Beyt 
 
                                                           
*
 ьяриг – Суда боьулан 
 
107
Ümman bir daş ilə heç dalğalanmaz,  
Arif inciyərsə, dayazdır-dayaz. 
 
Şer 
Bir zərər dəyərsə sənə səbr elə,  
Əfv ilə günahdan təmizlənərsən;  
İndi ki, hər şeyin sonu torpaqdır,  
Torpaq tək sakit qal, elə indidən. 
 
40. Mənzum hekayət 
 
Sənə bir hekayət söyləyim dinlə,  
Bağdadda deyişdi bayraq pərdəylə  
Bayraq öz alından edib şikayət  
Pərdəyə acıqla dedi nəhayət  
«Bizki, hər ikimiz mərdü mərdana,  
Xidmət eləyirik eyni sultana.  
Neçün dincəlmirəm xidmətdə bir -an,  
Səfərdə puç olur ömrüm hər zaman.  
Sən isə bilmirsən əziyyət, hasar,  
Nə səhra görürsən, nə toz, nə qubar,  
Belə ağır ikən mənim xidmətim,  
Bəs neçün sən qədər yoxdur hörmətim?  
Sən gözəl bəndələr qucağındasan,  
Səninlə əl verir hər nazlı canan.  
Mən isə gəzirəm hey əldən-ələ.  
Çöllərdə sərkərdan qalmışam hələ»  
Dedi: «Mənim başım asitandadır.  
Lakin sənin başın asimandadır.  
Kim biça boynunu dik tutsa hər an,  
Gəzər boyunlarda belə sərkərdan». 
 
41. Hekayət 
 
Ariflərdən biri bir pəhlivanı hirslənmiş  və  ağzı köpüklənmiş 
görüb soruşdu: 
–Buna nə olubdur? 
Dedilər: 

 
108
–Filan adam onu söyübdür.  
Arif adam dedi: 
–Bu necə  işdir ki, bu yaramaz min batmanlıq daşı götürə bilir, 
lakin bircə sözü götürə bilmir? 
 
Şer 
 
Sən, gücündən dəm vurub, demə «cavanmərdəm mən»  
Mərdlik deyil nəfsinə qul olub aciz durmaq.  
Hünərin var şirin et bir ağızı, yoxsa ki,  
Cavanmərdlik deyildir ağıza zərbə vurmaq. 
 
Şer 
 
Birisi filə də qalib gəlirsə,  
O, hələ qəhrəman cavan deyildir.  
Torpaqdan yoğrulmuş insanın zatı,  
Təmkini olmasa, insan deyildir. 
 
42. Hekayət 
 
Bir böyük adamdan Səfa qardaşlarının
70
 xasiyyətlərini soruşdum. 
Dedi: 
–Ən azı odur ki, dostlarının xeyrini öz şəxsi mənafelərindən üs-
tün tutarlar. 
Alimlər deyiblər: «Yalnız öz hayına qalan qardaş, nə qardaşdır, 
nə yoldaş». 
 
Beyt 
 
Yol yoldaşı tələsərsə, qoy o getsin, sən dincəl,  
Sənlə dostluq etməyənə, sən də ürək vermə, gəl. 
 
Beyt 
 
Dəyanət görməsən əgər qohumdan,  
Qısırlıq yaxşıdır belə doğumdan. 
 
 
109
Yadımdadır, müddəilərdən birisi mənim bu beytimə etiraz edib 
dedi ki, allah öz müqəddəs kitabında rəhmsiz olmağı qadağan etmiş, 
yaxın adamları sevməyi buyurmuşdur, sənin dediklərin isə bunlara 
ziddir. Dedim qələt edirsən, Quranda deyilmişdir: 
«Əkər ata-anan çalışıb bir şeyi mənə  şərik qoşmağa səni vadar 
etsə, onlara itaət etmə!» 
 
Beyt 
 
Haqqı yad etməyən min qohumdansa,  
Xoşdur bir yad dosta ürək bağlansa. 
 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin