Sədi Şirazi GÜLÜstan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#6772
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 21. 
Hekayət 
 
 Hökmdarlardan 
biri 
qış  fəslində bir dəstə yaxın adamları ilə 
birlikdə ova çıxıb,  şəhərdən xeyli uzaqlaşmışdı. Qaranlıq düşdükdə 
hökmdar yaxınlıqda bir kəndli daxması görüb soyuqdan qorunmaq 
üçün orada gecələməyi məsləhət bildi. Vəzirlərindən biri etiraz 
edərək dedi: 
 –Yüksək mənsəbli hökmdara yaraşmaz ki, çirkli bir kəndlinin 
daxmasına pənah gətirsin.  Əmr et elə burada çadır qurub, od 
yandırsınlar. 
 
Kəndli bu məsələdən xəbərdar olcaq yemək hazırlayıb, çadıra 
gətirdi və təzim edərək dedi: 
 –Kəndli daxmasına gəlməklə hökmdarın qədr–qiyməti azal-
mazdı, lakin görünür ki, kəndlinin qədr–qiymətinin artmasına razı 
olmamışlar. 
 
Kəndlinin sözü hökmdarın xoşuna gəldi və gecə ikən köçüb 
onun evinə getdi. Səhər kəndliyə çoxlu pul və bəxşiş verilməsini əmr 
etdi. Hökmdarı müşayiət edərkən kəndli ondan bir neçə addım geridə 
gedir və deyirdi: 
 
 Şer 
 
Sultanın şöhrəti aşağı düşməz, 
Olarsa bir gecə kəndliyə mehman. 
Kəndlinin yüksələr fələyə başı
Qonağı olarsa qüdrətli sultan. 
 
 22. 
Hekayət 
 
 Nağıl edirlər ki, nankor bir dilənçi, çoxlu mal yığmış, hədsiz 
dövlət toplamışdı

 
128
 
 
129
Beyt 
 
Geçə–gündüz həris idi qızıl–gümüş yığmağa, 
Qızıl–gümüş düşmüş idi bir namərddə dustağa. 
 
 Padşahlardan biri ona dedi: – Danışırlar ki, sənin sərvətin həddi-
ni aşıbdır, bizim isə pula böyük ehtiyacımız vardır. Əgər ondan bir az 
əlborcu versən, məhsul yığıldıqda, vergi toplandıqda qaytarılıb sənə 
təşəkkür edilər. Dedi: – Ey yer üzünün allahı, şahın şəninə yaraşmaz 
ki,  əlini mənim kimi bir dilənçinin murdar malı ilə çirkaba bulasın. 
Çünki mən onları dilənçilik yolu ilə  dənə–dənə toplamışam, xırda–
xırda yığmışam. Şah dedi: – Eybi yoxdur, düşmənə verəcəyəm. 
 
Beyt 
 
Nəsrani quyusu pak olmasa gər, 
Cuhud meyyidini yumağa dəyər. 
 
Beyt 
 
Dedilər ki, əhəgin xəmiridir natəmiz, 
Dedik ayaqyoluna suvayarıq onu biz. 
 
 
 Deyirlər ki, şahın təklifini rədd etdi, höcətə başladı, min bir 
bəhanəyə əl atdı. Şah əmr etdi lazım olan pulu ondan zorla döyədöyə 
alsınlar. 
 
Şer 
 
Bir iş ki, lütf ilə yerinə yetməz, 
Axır hörmətsizlik baş verər əbəs. 
Hər kəs başqasına xeyir verməsə 
Düz olar, ona xeyr verməsə bir kəs. 
 
23. Hekayət 
 
 
Bir taçirin yüz əlli dəvə yükü malı, qırx qulu və xidmətçisi var 
idi. Bir axşam o Giş adasında
83
 məni öz yanına çağırdı, bütün gecəni 

 
130
sakit olmayıb boş–boş danışmağa başladı ki, Türküstanda filan 
anbarım var, Hindistanda filan malım, bu filan yerin qəbaləsidir, bu 
filan  şeyin zəmanəti. Gah deyirdi: İskəndəriyyənin havası xoşdur, 
oraya gedəcəyəm, gah da əvvəl dediyinin əksinə danışırdı. Yox, 
Məğrib dənizi qorxuludur, ora gedə bilmərəm. Sonra dedi: – Ey Sədi, 
bir səfərim də qalmışdır, əgər o, baş tutsa, qalan ömrümü bir guşədə 
oturub dinc yaşayacağam. 
 Soruşdum: 
 
– O hansı səfərdir? 
 Dedi: 
 –Farsdan 
Çinə kükürt aparacağam, eşitdiyimə görə çox bahadır. 
Oradan Çin kasası alıb, Ruma
84
 Rumdan ipək alıb, Hindistana, 
Hindistandan polad alıb Hələbə, hələbdən  şüşə alıb Yamənə, 
Yəməndən də paltar alıb vətənə qayıdacağam. Ondan sonra artı
ticarət daşını atıb bir dükanda oturacağam.  
 Xülasə, o qədər belə hədərən–pədarən danışdı ki, axırda taqətdən 
düşdü. Sonra mənə müraciət edərək dedi: 
 – 
Sədi, sən də gördüklərindən, eşitdiklərindən bir şey danış! 
 Dedim: 
 
Şer 
 
Eşitdinmi biyabanda bir tacir, 
Atdan düşüb söylədi son sözünü: 
«Doydurar ya qəbir, ya da qənaət 
O dünyagir xəsisin ac gözünü». 
 
 24. 
Hekayat 
  
 Nağıl edirlər ki, Hatəmi–Tai səxavətdə məşhur olduğu kimi, bir 
varlı da xəsislikdə  şöhrət tapmışdı. O, zahirini dünya malı ilə 
bəzəmiş, lakin batinində elə bir xəsislik kök salmışdı ki, nə  Əbu 
Hüreyrənin pişiyinə bir tikə  ət verər, nə  də  Əshabi–Kəhfin itinə bir 
parça sümük atardı. Çan bahası olsaydı da heç kimə bir tikə çörək 
verməzdi. Xülasə, onun qapısını və süfrəsini açıq görən olmamışdı
 
Beyt 
 
 
131
Yoxsul onun qapısında iy çəkərdi xörəkdən,  
Quşlar belə həyətində tapmazdı bir dənə dən 
 
 
Bir gün o varlanmaq məqsədilə  Məğrib dənizi ilə Misrə doğru 
səfərə  çıxdı. Qarşı  tərəfdən güçlü külək  əsməyə başladı, o, gəminin 
qərq olacağını başa düşdü. 
 
Beyt 
 
    Mümkündür 
səndəki xislətə dözmək,  
 
 
 
 
Düz gəlməz çox zaman gəmilə külək. 
 
 O, 
əllərini qaldıraraq faydasız yerə qışqırmağa və dua oxumağa 
başladı. Adamlar gəmiyə minəndə qorxularından allaha əl açıb dua 
edir və dinə sadiq olduqlarını inandırmağa çalışırlar. 
 
Beyt 
 
Möhtac bəndə dua vaxtı allahına əl açar, 
Kərəm çağı əllərini qoynuna qoyub qaçar. 
 
Şer 
 
Qızıla, gümüşə etmə qənaət, 
Onları sərf edib ömür sür rahət. 
Bu ev ki, yadigar qalacaq səndən, 
Düzəlt kərpicini qızıl–gümüşdən. 
 
 
Həmin adam tufanda qərq oldu. Onun Misirdəki yoxsul qohum-
ları bu ölüm münasibəti ilə  cındır paltarlarını  yırtıb, varlıdan miras 
qalmış ipək və xəzdən təzə paltar tikdirdilər. Hələ bir həftə keçməmiş 
gördüm ki, varislərindən biri yorğa bir ata minib, bir qulun müşayiəti 
ilə hara isə gedir. 
 
 Şer 
 
Əgər ölən dirilərək gəlsəydi, 
Qohumları içinə şad, üzü şən. 

 
132
Mərhumun ölümü yüngül olardı
Onun mirasını geri verməkdən. 
 
Onunla qabaqcadan tanış olduğuma görə ətəyindən tutub dedim: 
 
 
133
Şer 
 
Ye, ey xoşbəxt, heç nəyə uf demədən, 
Bədbəxt öldü yığdığını yemədən. 
 
25. Hekayət 
 
 Bir 
zəif balıının torüna bir güclü balıq düşdü. Nə qədər əlləşdi 
onu saxlaya bilmədi, balıq zor gəlib, toru balıının  əlindən aldı
dartıb özü ilə apardı
 
 Şer 
 
Nökər getdi çaya ki, su gətirsin, 
Çay daşaraq aldı onu apardı  
Tor həmişə balıq dolu gələrdi, 
Bu dəfə də balıq toru apardı 
 
 Camaat 
balıını danlamağa başlayıb dedilər: – Adam da elə 
balığı əldən buraxarmı?! Dedi: – Ay qardaş nə edim, görünür, mənə 
qismət deyilmiş, ya əcəli çatmamışmış. 
 
Hikmət 
 
Ruzusu olmasa, ovçu Dəclədə balıq tuta bilməz, 
Əcəli çatmasa, balıq quru yerdə də ölməz. 
 
 26. 
Hekayət 
 
 
Əli–ayağı olmayan bir adam bir qırxayağı öldurdü. Yoldan ötən 
bir arif onu görüb dedi: 
 –Çox 
təəccüblüdür! Gorünür ki, bu qırxayağın əcəli çatmışdı ki, 
qırx ayağı ola–ola bir əlsiz–ayaqsızın əlindən qaçıb qurtara bilmədi. 
 
 Şer 
 
Quduz düşmən gələn zaman sürətlə dal tərəfdən, 
Qaçan atın ayağını əcəl tutub bağlayar. 

 
134
Düşmən saysız qoşun çəkib keçən zaman hücuma 
Çəksən, Kəyan
85
 kamanını fələk tutub saxlayar. 
 
 
 
27. Hekayət 
 
 Qarnıyoğun bir əbləh əynində bahalı paltar, başında Misirsayağı 
çalma bir ərəb atına minib hara isə gedirdi. 
 Bir 
adam 
məndən soruşdu: 
 –Sədi, belə naxışlı ipək paltarı belə qanmaz bir heyvanın əynində 
necə görürsən? 
 Dedim: 
 
Beyt 
 
Eşşəkdir deyirəm mən bu nadana, 
Səsindən öküzdür, yerişdə dana. 
 
 Bir 
gözəl xilqət min ipək xələtdən yaxşıdır. 
 
Şer 
 
Bənzədir insana kim bu heyvanı
Paltarı andırır azca insanı
Hər şeyi haramdır bu nanəcibin, 
Halaldır təkcə bir tökülsə qanı
 
Şer 
 
Nəcibyoxsul olsa, yəqin bil, onun, 
Azalmaz el içrə qədri, qiyməti. 
Qızıl mıx vursalar gümüş təxtinə, 
Yenə nanəcibin artmaz qiyməti. 
 
28. Hekayət 
 
 
 Bir 
oğru bir dilənçiyə dedi: – heç utanmırsan ki, bir quruşdan 
ötrü hər kəsə əl açırsan? 
 
135
 Dedi: 
 

 
136
Beyt 
 
Əlim açılsa da hər kəsə bil sən 
Yaxşıdır kəsilən bir oğru əldən. 
 
29. Hekayət 
 
 Nağıl edirlər ki, bir yumruqvuran (boksçu), yoxsulluqdan və ağı
yaşayışdan zara gəlmişdi. Öz vəziyyətindən atasına  şikayət edərək 
dedi ki, səyahətə çıxmaq fikrindəyəm, bəlkə qolumun gücü ilə özümə 
bir gün qazana biləm. 
 
Beyt 
 
Söylə, nəyə lazımdır görsənməyən bir hünər? 
Ud yananda, mişk isə əziləndə iy verər! 
 
 Atası dedi: 
 –Oğul, bu boş xəyalı başından çıxar, rahatlıq istəyirsənsə qənaət 
et. Böyük adamlar demişlər–: Dövlət təkcə çalışmaqla deyil, çətinliyə 
alışmaqla da mümkündür. 
 
Beyt 
 
Zor ilə kimsə mal toplaya bilməz, 
Korun qaşlarına vəsmə çəkilməz. 
 
Beyt 
 
Başının hər tükündə yüz hünər olsa əgər
Baxtın yoxsa bu hünər bir iş görməz tük qadər. 
 
 
Oğlan dedi: 
 
–Ey ata, səyahətin bir çox faydaları var: adamın könlünü açır və 
mənfəət gətirir. Səyahət edən adam dünyanın  əcaib və  qəraib 
şeylərini görüb eşidir,  şəhərləri gəzib, xeyirxah adamlarla görüşür; 
məlumatı artır, yar–yoldaş tapır,  şöhrət qazanır, var–dövlət sahibi 
olur, təcrübə əldə edir. Necə ki, təriqətçilər demişlər: 
 
137
 

 
138
Şer 
 
Evə və dükana bağlansan əgər, 
Ey naşı, dünyada avam qalarsan. 
Fürsətin var ikən get dünyanı gəz, 
Köçməmiş bu qoca, köhnə dünyadan. 
 
 Atası dedi: 
 –Ey 
oğul, doğrudur, səyahətin mənfəəti çoxdur, ançaq beş qrup 
adam üçün: Birinçi – çoxlu malı, gözəl kəniz və qulamı, bacarıqlı 
xidmətçiləri olan tacir üçün: çünki hər gün bir şəhərə gedib, hər 
axşam bir yerdə gecələr, hər an təbiətin nemətlərindən faydalanıb, 
hikmətli sözlər eşidər. 
 
 Şer 
 
Dövlətli dağda da qərib deyildir, 
O hara gedərsə hörmət qoyular. 
Hər kəs ki, məhrumdur dünya malındn, 
Doğma evində də qəriblik duyar. 
 
 
İkinci – şirin söhbəti, qüvvətli fəsahəti, qüdrətli bəlağəti 
sayəsində hər yerdə hermət, izzət qazanan alim üçün: 
 
 Şer 
 
ıllı adamlar qızıl kimidir, 
Haraya getsələr olar hörməti. 
Böyük adamınsa səfeh övladı
Saxta pul kimidir, olmaz qiyməti. 
 
 
Üçüncü – aşiqlərin hüsn–rəğbətini cəlb edən nazənin dilbər 
üçün: çünki böyük adamlar demişlər: azca gözəllik dünyaca var-
dövlətdən yaxşıdır! Gözəl dilbər xəstə  qəlblərin dərmanı, bağlı 
qapıların açarıdır. Kim onunla müsahib olsa, özünü bəxtiyar sanar, 
ona xidmət göstərən minnətdar olar. 
 
Şer 
 
139
 
Gözəl hara getsə hörmət qazanar, 
Valideyni onu evdən qovsa da. 
Tavus lələyini quranda gördüm, 
Dedim: «Layiqmisən belə busata?» 
Dedi: «Sus, hər kəsin olsa Cçamalı
Rədd olmaz haraya getsə dünyada». 
 
Şer 
 
Övladın kamalı, camalı olsa, 
Ata da rədd etsə qorxusu yoxdur. 
Mirvarı sədəfdə qalmasın gərək. 
Ki, dürri–yetimi sevənlər çoxdur. 
 
 
DördünCü – xoş avazı ilə çayda axan suyu, göydə uçan quşu 
saxlayan xanəndə üçün, çünki o, bu məlahətli səsi ilə musiqi 
aşiqlərinin gönlünü alar, məhəbbət əhli hər yerdə onunla dost olmağa 
çalışıb xidmət göstərməyə can atar. 
 
Beyt 
 
Bir gözəl nəğməni eşidirəm mən, 
Kim çalıb oxuyur belə ürəkdən? 
 
 Şer 
 
Gözəldir hər səsdə olsa məlahət, 
O səhər məstinə verər təravət. 
Gözəl səs yaxşıdır gözəl camaldan
Bu, ruha güc verər, o, nəfsə ləzzət. 
 
 Beşinçi – bir parça çörəkdən ötrü biabır olmamaq üçün öz əmə-
yinin gücü ilə pul qazanan peşəkar üçün; çünki ağıllı adamlar demiş-
lər: 
Şer 
 
Qürbətə getsə pinəçi şübhəsiz, 

 
140
Duymaz həmən yerdə ağır möhnəti. 
Ölkəsini tərk eləsə padişah, 
Ac yataraq hiss eləyər qürbəti. 
 
 
– Ey oğul, bu dediyim sifətlər səyahət zamanı xatircəmliyə  və 
gözəl istirahətə səbəb olar. Bu sifətlərdən məhrum olan adamlar xam 
xəyala düşüb dünyanı  gəzərlərsə, heç kəs onlardan bir xəbər tutub, 
adını belə çəkməz. 
 
Şer 
 
Hər bir kəsə kinlə baxsa ruzigar, 
Nə istəsə, istədiyi əks olar. 
Yuvasına dönməməli bir quşu, 
Qəza sərrast tora tərəf aparar. 
 
 
Oğlan dedi: 
 –Ata, 
alimlərin dediklərinə necə zidd ola bilərəm ki, demişlər: – 
Doğrudur hər kəsin bir ruzusu var, lakin ona çatmaq üçün insan 
bütün imkanlardan istifadə etmədidir, hərçənd olacağa çarə yoxdur, 
amma buna baxmayaraq fəlakətə  səbəb olan hadisələrdən qaçmaq 
lazımdır. 
 
 Şer 
 
Şübhəsiz ki, ruzi verir yaradan, 
Lakin gərək özün çarə tapasan. 
Hər adamı aparsa da bir əcəl, 
Əjdahanın ağzına sən girmə gəl. 
 
 Bir 
də mən elə güclüyəm ki, qızmış fili yıxar, qəzəblənmiş şirlə 
pəncələşə bilərəm. Ey ata, yaxşısı budur ki, səyahətə  çıxım, yoxsa 
bundan artıq yoxsulluğa taqətim yoxdur: 
 
 Şer 
 
Kim itirsə var–dövləti, nə qəmi 
Sərbəst gəzsin qoy o bütün aləmi. 
 
141
Varlı yatar saraylarda gecələr, 
Yoxsul isə harda olsa geçələr. 
 
 
Oğlan bunu deyib atasından xeyir–dua aldı. Vidalaşıb yola 
düşərkən o, öz–özünə deyirdi: 
 
Beyt 
 
Hünər sahibi olsa bəxtsiz adam, 
Gedər bir yerə ki, tanınmaz tamam. 
 
 
Oğlan bir qədər getdikdən sonra böyük bir çayın sahilinə çatdı
Çay elə güclü idi ki, iri qayaları bir–birinə çırpır, gurultusu bir ağac 
məsafədən eşidilirdi. 
 
Beyt 
 
Elə bir çay ki, ördəyi qorxudurdu hər zaman, 
Xırdaca dalğasına dözmürdü daş–dəyirman. 
 
 
Gördü ki, çayın kənarında bir dəstə adam səfər yügünü bağlayı
oturmuşdur. Pulsuz gəncin ehsan əli bağlı olduğuna görə, sədəqə 
əlini açmalı oldu. Lakin, nə qədər yalvardısa yardım göstərən olmadı
Hətta rəhmsiz gəmiçi də istehza ilə ondan üz çevirib dedi: 
 
Beyt 
 
Pulsuz keçə bilərsənmi zorla dəniz yolunu, 
On dirinin zorundansa ver bir ölü pulunu! 
 
 
Gənc, gəmiçinin tənəsindən hiddətlənib ondan intiqam almaq is-
tədi. Lakin, bu zaman gəmi hərəkət etməyə başladı. Gənc sevinərək 
gəmiçiyə dedi: 
 – 
Əynimdəki paltara razı olsan, verərəm! 
 
Gəmiçi tamahkarlığına görə gəmini qaytardı
 
Beyt 
 

 
142
Hərislik ağılı salar kəməndə, 
Tamahsa quşları, balığı bəndə. 
 
 Elə ki, gəncin əli gəmiyə çatdı, gəmiçinin yaxasından tutub onu 
möhkəmcə döydü. 
 
 
143
Beyt 
 
Əlinə keçərsə məhv et əğyarı
Ki, qısas ürəkdən silər qubarı
 
 
Gəmiçinin yoldaşı gəmidən çıxıb ona kömək etmək istədi. Lakin 
o da bacara bilmədi. Nəhayət, bu qərara gəldilər ki, gənclə barışıb, 
onu pulsuz aparsınlar. 
 
 Şer 
 
Acıq, hirs görəndə sus dayan zinhar, 
Bəlanın qarşısın müdara alar. 
Hər kimin olarsa bir şirin dili, 
Tük ilə o çəkər dalınca fili. 
Bərkliyə rast gəlsən yumşaqlıq göstər, 
Ki, yumşaq ipəyi doğramaz xəncər. 
 
 
  
Onlar  gəncin ayaqlarına düşüb üzr istədilər və öpüşüb gəmiyə 
götürdülər. Gəmi yola düşdü. Bir qədər getdikdən sonra suyun 
ortasında yunanlılardan qalmış  təmir sütununa rast gəldilər. Gəmiçi 
sərnişinlərə müraciət edərək dedi: 
 –Gəmi xarab olubdur, onu təmir etmək lazımdır. Bir nəfər güclü, 
igid adam sütuna çıxmalı  və  gəminin kəndirini ona bağlamalıdır. 
İgidliyinə qürrələnən gənc, incidilmiş ürəkdəki kini unutdu, halbuki, 
atalar demişlər: könlünü bir dəfə sındırdığın adama yüz dəfə yaxşılı
etsən də, yenə o bir pisliyin intiqamından ehtiyat etməlisən. Çünki 
süngü yarası sağalar, söz yarası sağalmaz! 
 
Beyt 
 
Xilbaşa verirdi Bəktaş nəsihət
86
 
Düşməni döydünsə oturma rahət. 
 
Şer 
 
İncitsən bir qəlbi arxayın olma, 
Ki, sənin öz qəlbin asudə qalar. 

 
144
Hasarın bürçünə daş atsan bil ki, 
Bir daş da hasardan sənə atılar. 
 
 
Gənc gəminin kəndirini qoluna sarıyıb sütuna çıxan kimi, gəmiçi 
kəndiri dartıb onun əlindən aldı  və  gəmini sürüb getdi, yazıq gənc 
heyran qaldı. O, suyun ortasında iki gün əziyyət və  əzab çəkdi, 
üçüncü gün yuxu onun yaxasından tutub suya saldı. Bir gecə–gündüz 
suda  əl–ayaq çalıb  əlləşdikdən sonra, nəhayət ölümcül bir halda 
sahilə çıxdı, ağaç yarpaqlarından, ot köklərindən yeyərək azacıq cana 
gəldi, sonra baş alıb çöllərə yollandı. Xeyli yol getdikdən sonra o
ac–susuz taqətdən düşmüş halda bir quyu başına çatdı. Bura 
toplanmış: camaat hərəsi bir qara pul verib su içirdi. Gəncin isə pulu 
yox idi. O, zorla məqsədə çatmaq istədisə, yenə mümkün olmadı
Ümidi kəsildi, bir neçə adamı gotürüb yerə vurdu. Camaat birləşib 
onun üstünə düşdülər, döyüb möhkəm əzişdirdilər. 
 
Şer 
 
Fildə çox olsa da qüvvət, cəsamət, 
hünülər birləşsə yıxarlar yəqin. 
İttifaq bağlasa qarıncalar da, 
Dərisin deşərlər qızmış şirlərin. 
 
Gənc çarəsiz qalıb, nəhayət karvanın dalınca yola düşdü. Karvan 
axşam vaxtı elə bir düşərgəyə çatdı ki, orada hər an oğruların basqı
etməsi ehtimalı var idi. Karvan əhlinin qorxudan əsdiyini və ölümü 
gözləri qabağına gətirdiyini gördükdə gənc dedi: 
–Mən tək başıma əlli adamın cavabını verə bilərəm. Əgər o biri 
gənclər də kömək etsələr, heç kim bizə bata bilməz. 
Karvan  əhli bu gopa inanıb ürəkləndilər, gənclə yoldaş 
olmaqdan sevinərək, onu su və yeməklə təmin etməyi lazım bildilər. 
Oğlanın acından az qalmışdı canı çıxsın. O, lap taqətdən düşmüşdü. 
Buna görə də onların verdiyi çörəkdən bir neçə tikə acgözlüklə yeyib, 
üstündən su içdi, toxdayıb şirin yuxuya getdi. Karvanda qoca bir kişi 
vardı. O, yoldaşlarına müraciət edib dedi: 
–Ay yoldaşlar, mən oğrulardan çox sizin yanınızdakı bu adam-
dan qorxuram. Deyirlər ki, bir ərəb bir qədər pul toplamışdı. O, oğru-
ların qorxusundan gecələr evində  tək yata bilmirdi, buna görə 
 
145
dostlarından birini evinə  gətirdi ki, ona ürək–dirək olsun. Dostu bir 
neçə gün evdə qaldıqdan sonra pulların yerini öyrəndi və  oğurlayı
şəhərdən qaçdı. Sabahısı gün camaat ərəbin gözündə yaş, cibini boş 
görüb soruşdu: 
 –Sənə nə olub? Yoxsa pullarını oğru aparıbdır? 
 Dedi: 
 –Pullarımı oğru yox, gözətçi apardı
 
Qitə 
 
İlandan arxayın yaşamadım mən, 
Bilirəm çalmaqdır onun xisləti. 
İlanın dişindən daha bətərdir, 
Dostcildli düşmənin qafil zərbəti. 
 
Nə bilirsiniz, bəlkə bu gənc də  oğrudur. O yəqan karvana 
qoşulubdur ki, fürsət tapıb yoldaşlarına xəbər elsin. Məsləhət 
görürəm ki, onu yuxuda qoyub yola düşək. 
Karvandakı  gənclər qocanın məsləhətani qəbul etdilər. 
Pəhləvanın qorxusu qəlblərinə çökdü, onu yuxuda qoyub yola 
çıxdılar. O bir vaxt yuxudan ayıldı ki, günəş xeyli qalxmış, 
karvandan isə heç bir əsər qalmamışdı. Yazıq nə  qədər dolanı
axtardısa, yolu tapa bilmədi. Ac–susuz üzüquylu yıxıldı, ölümünü 
gözünün qabağına gətirərək dedi: 
 
Beyt 
 
Dəvələr yollandı, artdı qəm–gədər,  
Qəribin həmdəmi olar qəriblər. 
 
Beyt 
 
Qəribə o adam verər əziyyət, 
Ki, özü görməmiş ömründə qürbət. 
 
Yazıq bu halda ikən ova çıxıb, qoşunlarından ayrı düşmüş bir 
şahzadə gəlib onun yanına çıxdı və oxuduqu bu şerləri eşitdi. 
Şahzadə gənci diqqətlə gözdər keçirdi, görkəmini sadə, əhvalını 

 
146
isə pərişan görüb soruşdu: 
–Haralısan, necə olub gəlib bura çıxmısan? 
Gənc başına gələn hadisələrin bəzilərini nağıl etdi. Şahzadənin 
qəlbi riqqətə  gəldi, ona bəxşiş, xələt verdi, öz şəhəriiə salamat 
çatması üçün etibarlı bir adamla yola saldı
Atası onu gördükdə, çox sevindi, sağ–salamat qayıqdığı üçün şü-
kür etdi. Axşam olduqda gənc atasına gəmidə  gəmiçinin verdiyi 
əziyyətdən, quyu başında çəkdiyi məşəqqətdən, səhrada karvan 
əhlinin ona rəva gördüyü xəyanətdən danışdı. Atası dedi: 
–Oğul, gedəndə  sənə demədimmi ki, yoxsulların güclü əlləri 
sındırılmış, pəhləvan qolları qırılmışdır. 
 
Beyt 
 
Nə gözəl söylədi yoxsul pəhlivan, 
«Bir qızıl yaxşıdır, dağ qədər zordan» 
Oğlan dedi: 
–Lakin xəzinə tapmaq üçün zəhmətə qatlaşmaq, qələbə çalmaq 
üçün ölümlə çarpışmaq, taxıl  əldə etmək üçün dən səpib, 
yerşumlamaq lazımdır. Görmürsənmi ki, azacıq  əziyyət çəkməklə 
necə xoş rahatlığa çatdım, balaca acılıq dadmaqla necə  şirin həyat 
tapdım? 
 
Beyt 
 
Artıq yeməsə də insan ruzidən,  
Lazımdır yenə də bir iş görəsən. 
 
Beyt 
 
Nəhəngdən qorxarsa dənizdə qəvvas, 
Heç zaman qiymətli incilər tapmaz. 
 
Dəyirmanın alt daşı  hərəkət etmədiyi üçün bütün ağırlıq onun 
üzərinə düşür. 
 
Şer 
 
 
147
Mağara içində nə tapar aslan? 
Uçmayan qartala ovmu gələcək! 
Kim evdə oturub ruzi gözləsə, 
Axırda o dönüb olar hörümçək. 
Atası dedi: 
– Ey oğul, bu dəfə fələk sənə yar, taleyin huşyar olmuşdur. Bir 
dövlət sahibi sənə rast gəlmiş,  əli-açıqlıq göstərərək həyata 
qaytarmışdır. Belə hadisə nadir hallarda olar. Nadir hadisələrə isə bel 
bağlamaq olmaz. Amandır ayıq ol, tamaha düşüb bir də belə boş 
xəyallara aldanma! 
 
Beyt 
 
Ovlamaz həmişə ovçu ahunu, 
Bəzən də, parçalar pələng ovçunu. 
 
Neçə ki, nağıl edirlər: Fars hökmdarlarından birinin barmağında 
qiymətli qaşı olan bir üzük varmış. Bir gün o bir neçə yaxın adamları 
ilə birlikdə Şirazda Müsəllayə
87
 gəzməyə çıxır və əmr edir ki, həmin 
üzüyü  Əzüdüddövlə  məqbərəsinin
88
 günbəzinin üstünə sancsınlar. 
Kim nişan alıb oxu üzüyün halqasından keçirsə, üzük onun olsun. 
Hökmdarın yanında derd yüz məharətli ox atan varmış. Onları
hamısı üzüyü nişan alıb atırlar, lakin heç birinvn oxu üzüyə dəymir. 
Təsadüfən orada oynayıb, oyan-buyana havayı ox atan bir uşağı
oxunu külək gətirib üzüyün halqasından keçirir. Beləliklə uşaq üzüyə 
sahib olub varlanır. Bundan sonra o uşaq ox atmağı  tərk edib 
kamanını yandırır. Camaat bunun səbəbini soruşduqda deyir: 
Ona görə ki, əldə etdiyim şöhrəti saxlaya bilim. 
 
Qitə 
 
Mümkündür gah qoca, müdrik bir alim, 
Səhv etsin, işində olsun nöqsanı
Gah da bir anlamaz, hünərsiz uşaq, 
Səhvən sərrast atıb vursun nişanı
 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin