SOMATİK KOMPANENTLİ FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN
SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Yasəmən SULTANOVA
Bakı Slavyan Universiteti
siren_90@box.az
AZƏRBAYCAN
Frazeoloji vahidlər içərisində ən geniş yayılmışı somatik frazeoloji vahidlərdir. Somatik
frazeoloji vahidlərdə hər bir xalqın adət-ənənələri, tarixi inkişaf mərhələləri, etnoqrafiyası,
düşüncə tərzi, bu və ya digər həyat hadisələrinə münasibəti əks olunur.
Somatik frazeoloji vahidlər dedikdə insanın bədən üzvlərini bildirən sözlərin iştirakı ilə
yaranan ifadələr nəzərdə tutulur. Həmin sözlər somatik frazeoloji vahidlərin tərkibində müasir
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
837
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dövrdə konkret mənasını itirərək məcazlaşır və digər komponentlə birlikdə yeni mənanın ya-
ranmasına xidmət edir.
Əsl somatik frazeoloji vahidlər milli səciyyə daşıyır. Bu tip frazeoloji vahidlər hər bir
xalqın həyat və yaşayış tərzi, sənəti-peşəsi, mifik rəvayətləri, dini və mövhümi təsəvvürləri,
adət-ənənəsi, dünyagörüşü ilə bağlıdır.
Somatik frazeologizmlər təkcə türk dillərində deyil, başqa müxtəlifsistemli dillərdə də
geniş yer tutur.
“Baş” somatizmi insanın zehni fəaliyyətini və düşüncə tərzini simvolizə edir. “Baş” sözü
ilə işlənən frazeoloji birləşmələr olduqca çoxdur. Bu somatizmlər bütün hind-avropa dillərin-
də müşahidə edilir. Azərbycan dilində “baş” komponenti ən məhsuldar olan komponentdir.
Bu söz ilə yaranan frazeoloji birləşmələr frazeologizmlərdə birinci yeri tuturlar.
Rus, azərbaycan və türk dillərində bu söz çoxmənalı sözdür və əsasən də bədən üzvü
nəzərdə tutulur. Lakin bu söz ağıl, dərrakə kimi də işlədilir. İkinci məna frazeoloji birləşmələ-
rin işlənməsində daha aktiv rola sahibdir. Qeyd edək ki, bu söz köhnə slavyan dilində «глава»
formasında işlənmiş və müasir rus dilində «голова» sözünün bu ilkin forması işlənmir.
Bu sözün məcazi mənada işlənməsindən insanın müəyyən yaşam forması olan həyat və
ölümlə bağlı bir sıra frazeloji birləşmələr yaradılmışdır, məs, сломать себе голову - boynunu
sındırmaq,özünü öldürmək - kafasını kırmak и сломать голову /за что-нибудь - ayağının
altına baxmaq.
Bu söz frazeoloji birləşmənin əsas sözünü təşkil edir. “Baş” leksemi özünün spesifik
funksional-semantikasına görə çoxlu frazeoloji birləşmələr yarada bilir, lakin bunların hamısı
eyni mənanı daşımır. Hər üç dildə bu sözün məcazi mənası frazeoloji birləşmələr yaranmasın-
da daha məhsuldar fəaliyyət göstərir. Məs, умная голова - ağıllı,kafası işləyən - kafası çalışan
и пустая голова - boş bəyinli - boş kafalı.
“Baş” lekseminin semantik strukturu özünü həm pozitiv, həm də neqativ cəhətdən
büruzə verir, məs, с царем в голове - başında ağlı var, ağlı-kamalı var - aklı başında olmak;
без царя в голове - ağıldan kəm,ağıldan qıvraq - akılsız,aklı başında olmayan.
“Baş” komponenti ilə işlənən semantik frazeologizmlərin çoxsaylı qrupları insanın
fiziki və psixi durumu ilə bağlıdır, məs, baş ağrısı, yorğunluq, baş gicəllənməsi və s. Məsələn,
голова закружилась -başı gicəlləndi - baş dönmek; мутится/помутилось в голов - ağlı
qarışmaq - aklı karışmak,aklı bulanmak. İnsanın psixi vəziyyətini ifadə edən frazeoloji
birləşmələr, məs, Хоть головой об стенку бейся - istəyirsən özünü qaldır göyə vur yerə,
istəyirsən başını divara döy - başını duvara vurmak,başını sağa sola vurmak; Вешать голову -
başını aşağısallamaq,ruhdan düşmək - başı aşağıya düşmek,başını sallamak, голова не болит
- nə vəcinə,başı ağrımır - başı ağrımamak,umursamamak обозначает отсутствие забот,
переливаний. Maraqlı olan faktlardan biri də budur ki, aşağıdakı frazeoloji birləşmələr həm
həqiqi, həm də məcazi mənada işlənmişdir , məs, голова болит (за него, о ком-чем) -
vəcində olmaq,almaq - başı ağrımak,umurunda olmak. Bunlar insanın həm fiziki və həm də
psixi vəziyyətinə aid ola bilər. Belə frazeoloji birləşmələr hər üç dildə üçüncü bir qrup
yaradırlar, məs, голова пухнет - (adamın)başı şişir - başını şişirmek. Hər üç dildə elə
frazeoloji birləşmələr vardır ki, onlar fiziki bir şeyə aid olsalar da, həqiqi mənada işlənə
bilmirlər, məs, кровь бросилась в голову - qan vurub başına,cin vurub başına,qan vurub
beyninə - başından kan akmak. Demək olar ki, məcazi mənada işlənən bütün frazeoloji
birləşmələr həm struktur və həm də semantik cəhətdən eyni formadadırlar.
İnsan həyatına aid frazeoloji birləşmələr daha məhsuldardırlar, məs, заплатить головой
- başına qurban vermək(bir şəydən ötrü) - başına kurban vermek,başına kurban adamak;
Ругаться /поругаться головой - başına qışqırmaq üstüne bağırmak; Дать голову на
отсечение - uğruna başını vermək - başını kurban etmek.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
838
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
KÖŞƏ YAZILARINDA (FƏRDİ ÜSLUB NÜMUNƏSİNDƏ)
ÜSLUB PROBLEMİ
Fərid İBRAHİMLİ
feridletter@gmail.com
AZƏRBAYCAN
Köşə yazarlarının üslublarında oxşar və fərqli cəhətlər özünü göstərir. Oxşar, ümumi
cəhətlər üslubi fiqurlardan, bədii təsvir və ifadə vasitələrindən, leksik-semantik qatdan istifadə
baxımından özünü göstərir. Həmçinin köşə yazarlarının çıxış etdiyi mətbu orqanların xitab
etdiyi ictimai sinfə, mətbu orqanın baş verən ictimai-siyasi hadisələrə münasibətindən asılı
olaraq yazarların üslublarında ümumi çalarlar yaranır. Köşə yazarlarının üslubunda olan
ümumi çalarlar yazarların fərdi üslublarında oxşar dil materialından və üslubi priyomdan
istifadənin ortaya çıxmasına səbəb olur. İctimai düşüncə cəhətdən fərqlənən qəzetlərin
yazarlarının üslublarında isə ortaq cəhətlər az, fərqli cəhətlər çox olur. Narazı kütləyə xitab
edən mətbu orqanın yazarları daha çox tənqid dilindən, satirik və satirik-yumoristik dildən,
pamflet ünsürlərindən, ezop fəndindən istifadə edir. Hakim sinfə xitab edən hər hansı
şəxslərin maddi və mənəvi maraqlarını müdafiə edən qəzet yazarları isə daha çox şablon
mətndən istifadə edirlər. Onların fərdi yaradıcılıqları aydın görsənmir. Bir çox hallarda tənqid
dilindən istifadə etsələr belə yazılarının əsasını şərhçilik təşkil edir. Onlar ictimai, siyasi,
iqtisadi hadisələrə qəzet mövqeyindən irəli gələn şərhlər verirlər. Beləliklə, mətbuatımızda
fərdi üslublarla yanaşı ayrı-ayrı qəzet üslubları formalaşıb inkişaf edir. Hər qəzetin
özünəməxsus dil zənginliyi özünü göstərir. Yazı texnikası ümumilikdə müəllifin fərdi
üslubunu səciyyələndirir. Ancaq yazı texnikası fərdi üslubun eynisi deyildir. “Fərdi üslub
nədir?” sualına dilçilik ədəbiyyatlarında bir çox cavablara rast gəlinir. Üslub “bəlli bir du-
yum, görüş ve biliyə sahib olan sənətçinin həyatı boyunca əldə etdiyi təcrübə və qabiliyyət-
lərlə seçdiyi problemi, biçim ve məzmuna uyğun vasitə və üsullar istifadə edərək özünə xas
bir üsulla hördüyü kəlmələrlə anlatmasından doğan bir ədəbi dəyər ünsürü və ölçüsüdür”
(Ahmet Çoban, Edebiyatta Üslup Üzerine, s. 10, Akçağ Yay., Ankara, 2004 ). Yazarların fərdi
üslubları köşə yazılarının forma olaraq ümumi xüsusiyyətlərindən kənara çıxa bilməsə də,
köşə yazıları janr yox, məhz forma olduğundan müəlliflərə daha geniş imkanlar verir. Qəzet
səhifəsində müəllif üçün ayrılmış yerdə, yazar adi məqalə, felyeton, bəzən də, pamflet yazır.
“Gərək ki, 6-7 il əvvəl yazıçı-publisist Nərmin Kamal yazmışdı ki, İspaniyada 500-dən artıq
bayram var və bunlar istər ölkə, istər bölgə səviyyəsində keçirilir. Belə çıxırdı ki, matadorlar
ölkəsində hər gün bayramdır, hətta çox vaxt bir günə iki bayram düşür.
Bu yerdə bizim oxucu dərhal folklora əl atacaq və ilk reaksiyası belə olacaq: “Dəliyə
hər gün bayramdır”. Sonra mentalitet, milli dəyərlər keşikçiləri deyəcəklər ki, eh, onlara nə var,
arsız adamlardır, bütün günü çalıb-oynayır, atdanıb-düşürlər, elə yüngüllük bizə yaraşmaz.
Bu cür başqa ölkələr də var. Məsələn, nə vaxt baxırsan, Braziliyada karnavaldır, yüz
minlərlə insan küçələrə tökülüb dingildəyir, oxuyur, deyir, gülür, şoular göstərirlər.
Bu o demək deyil ki, onların sosial problemləri yoxdur. Xeyr, var, amma onlar müxtəlif
sosial problemlərə görə qanlarını çox da qaraltmır, keflərindən qalmırlar.
Biz, əlbəttə fərqli camaatıq, ciddi ağırtaxtalı xalqıq, yüngülməcaz, fıştırığa oynayan
deyilik. Ona qalsa, bizdə də bayram çoxdur, amma bizdə əsasən qara bayramlardır. İşğal
olunmuş rayonlarımızın işğal günlərinin hər biri bizim üçün ağlaşma günləridir. Hələ bunun
qətliam, vertolyot qəzası, metro terroru günləri də var. Biz o dərdləri hər il çəkirik, kütləvi şə-
kildə oturub ağlaşmasaq da, özümüzü ağlamsınmış, təsirlənmiş kimi göstəririk.” (Samir Sarı
“Göyçayda nar bayramı, Vəngdə qoduq cıdırı”, Yeni Müsavat, səh.4, 03.11.2014, №270) Bu
nümunədə müəllifin fərdi üslubu aydın seçilir. Müəllifin təfəkkür tərzi mövzuyla bağlı konk-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
839
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ret nəticəyə gəlir və gəldiyi nəticəyə oxucunu inandırmağa səy göstərir. Müəllif bunu müxtə-
lif üsullarla edir. Sitatlar və müqayisələr mətndə əsas fikri şərh etməyə yönəlir. Aydın, anla-
şıqlı təhkiyə dili ilə yazılmışdır. Mətndə müəllif təhkiyəsi daxilində vasitəli nitqdə hadisə və
əhvalatlara simvolik oxucu münasibəti, yəni cəmiyyətin dilindən müəllif təxəyyülü aparıcı
yer tutur. Mətndə obrazlılıq və bədiilik hadisələrin tipikləşdirilməsi, xalq deyimindən nümu-
nə, dialekt sözlərindən və ümumilikdə xalq dili ilə ədəbi dilin sintezindən istifadə nəticəsində
yaranmışdır. Cümlələr, abzaslar bir-birilə qarşılaşdırılır və nəticə hasil olur. Yəni müəllifin
fikri üzə çıxır. Yazı bir söhbət havasında və inandırıcı bir təfəkkür tərzi ilə yazılıb. Məsələn:
“Bu cür başqa ölkələr də var. Məsələn, nə vaxt baxırsan, Braziliyada karnavaldır, yüz min-
lərlə insan küçələrə tökülüb dingildəyir, oxuyur, deyir, gülür, şoular göstərirlər.
Bu o demək deyil ki, onların sosial problemləri yoxdur. Xeyr! Var. Amma onlar müxtə-
lif sosial problemlərə görə qanlarını çox da qaraltmır, keflərindən qalmırlar.” Mətndən gətiril-
miş bu nümunədə birinci abzasda Braziliyada vəziyyət şərh olunur. Həmçinin həmin vəziyyət
digər abzaslardakı fikirlərlə qarşılaşdırılır. İkinci abzasda isə müəllifin şərhindən çıxan nəticə
müəllifin dili ilə oxucuya çatdırılır. Bu da köşəni daha inandırıcı edir və əyanilik yaradır. Müəl-
lif sanki oxucunu özü ilə bərabər hadisə ətrafında fikirləşməyə, nəticə çıxarmağa səfərbər edir.
Ancaq fərdi üslubu daha çox nəzərə çarpdıran müəllifin ümumi yaradıcılığıdır. Müəl-
lifin ümumi yaradıcılığı ilə tanış olmadan müəllifin üslubu haqqında dolğun fikir söyləmək
qeyri-mümkündür. Həmçinin müəllifin yaradıcılığını digər müəlliflərin yaradıcılığı ilə müqa-
yisə etmək, fərdi üslub xüsusiyyətlərini görməyə kömək etmiş olur.
YAŞAR KAMAL “AĞRIDAĞI ƏFSANƏSİ”
ROMANINDA DASTAN MOTİVLƏRİ
Mehriban QULİYEVA
Naxçıvan Dövlət Universiteti
quliyeva.mehriban@list.ru
AZƏRBAYCAN
Müasir türk nəsrinin ən görkəmli simalarından biri Yaşar Kamalın əsərləri içərisində bu
günə qədər on beş dəfəyə yaxın nəşr edilən “Ağrıdağ əfsanəsi” romanı mühüm yer tutur. Əsər
haqqında tanınmış türkoloqlar Q.İsmayılov, Q.Qorbatkina , və S.Uturqaurinin son dərəcə
dəyərli məqalə, təhlil və fikirləri vardır. Biz bu məqalədə çağdaş bir romanla qədim türk
dastan mədəniyyəti, əfsanə ilə reallıq, miflə gerçəklik arasındakı bağların ənənə və novatorluq
müstəvisində təhlilini verməyə çalışacağıq.
“Ağrıdağ əfsanəsi” romanı özünün süjet xətti, obrazların təsviri, bədii şərtiliklər və
konfliktlərin həlli, təsvir və ifadə vasitələri, dil, üslub və təhkiyə tərzi, əfsanəvi və real zaman-
məkan anlayışları baxımından qədim və zəngin türk epos mədəniyyətinin çağdaş söz
sənətində ən gözəl nümunələrindəndir.
Əsərdə yer alan hadisələr Şərqi Anadolunun hələ bütün qəbilələrinin Osmanlı imperiya-
sının hakimiyyəti altında olmadığı çox uzaq dövrlərdə cərəyan edir. Əsərin əsas süjet xəttini
Əhmədin qapısına təsadüfən gəlib çıxmış Qır atın Allah tərəfindən göndərilən hədiyyə
sayılması və yeni sahibinin qaytarılmayan mülkiyyəti hesab olunması kimi tayfa-əşirət
ənənəsi təşkil edir. Qapıya qədər gəlmiş atı geri vermək də, onu geri istəmək də bölgə
xalqının yüzillərdir sürüb gələn adət-ənənələrinə ziddir. Çünki at Haqdan yadigardır. Onu
saxlamaq, qorumaq lazımdır. Ənənələrin belə tələb etdiyini xalq müdriki, bölgənin bütün
oymaqlarının elini-dilini bilən Sofinin verdiyi məsləhətdən başa düşürük. Lakin əvvəlcə,
Əhməd atı üç kərə aparıb, dağın arxa tərəfinə buraxmalıdır; əgər at hər səfərində qayıdıb, ye-
nə bu qapıya gələrsə, o zaman atı əsla geri verməməlidir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
840
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Romanın III şəxs adından folklorik təhkiyəsi dastan üzərində köklənməsinin ilk işarəsi-
dirsə, əsərin baş personajının qapısına gələn Qıratla onu ilk görən Əhmədin qonşusu Sofi
arasındakı sözsüz mükalimə ikinci simvoldur. Atın belindəki üzərində günəş və ağac işlənmiş
yəhəri və bu rəmzlərin hansı tayfa və əşirət mənsubuna aidliyini "hər şeyin bilicisi" Sofi
xatırlaya bilmir. Lakin o fəhmlə dərk edir ki, bu, fəlakət işarəsidir, belə olmasaydı, Sofi bu
rəmzi şəkilləri mütləq tanımalıydı. Üçüncü bir dastani rəmz Qır atın qapısında dayandığı evin
içərisindən ətrafa yayılan yanıqlı tütək səsidir. Ürəkləri sızladan bu ney Ağrıdağının ən
kədərli türküsünü səsləndirirdi; Bu, Ağrıdağının hiddəti idi və tütəyi çalan xalq arasında çox
sevilən, sifəti daima kədər və həsrət ifadə edən igid Əhməddən başqası deyildi.
Əsərin ilk səhifələrində heç kəsdən və heç nədən qorxmayan bir obraz kimi təqdim
edilən Mahmud xanı hadisələr inkişaf etdikcə qorxu hissi çulğayır. Onun qorxduğu şey
ayrılıqda götürülmüş bir fərddən qaynaqlanan qorxu deyildir. Bu qorxu xalqın qəzəbidir,
kükrəmiş selin gücüdür, qullar dünyasının intiqamıdır. Hətta sükutudur, çünki bu sükutun
tufan öncəsi sakitlik olduğunu və hər an qasırğaya dönə biləcəyini yaxşı başa düşür. Heç vaxt
bir sözü iki olmayan Mahmud xan gözləmədiyi bu hadisədən sarsılır, hiss edir ki, xalq ayağa
qalxarsa, onun qabağında durmaq mümkün olmayacaqdır. Ustad yazıçı bu qorxu hissinin
Mahmud xanda yaratdığı psixoloji ovqatı oxucuya onun daxili monoloqu vasitəsilə çatdırır:”
İnsanları, şu dağlardan, ovalardan kopup gelen kalabalığı düşünüyordu. Bunlar bir erkek ve
bir kadının mutluluğu için buraya toplanmışlardı. Dışardan bakınca öyle görünüyordu. Ama
bunun altında çok şey vardı. İnanılmaz bir ölke vardı. Yüzbin yılların başkaldırma duygusu
vardı. Şu konuşmayan, kıpırdamayan öfke.... Gittikce zaman bozuluyor ve halk azıtıyor. Bu-
gün benim sarayımın, kapısını tutarlar kız bahanesiyle, yarın İstanbul şehrini doldurur, Padi-
şahın sarayının kapısını tutarlar başka bir bahaneyle. Vakit erişti gibime gelir. Şu halka bir
çare bulamazsak hepimizin kellesi gider. Yarın zulmü bahane ederler, öbürsü gün ekmeği...
Ve birikirler birikirler. Yüz bin yılın öfkesi ve de acısıyla. Şimdiki gibi sessiz birikirler. Ve bu
kalabalığa güc yetmez. Onlarla ordular, bir dünya kadar ordu olsa başa çıkamaz”.
Romandan gətirdiyimiz bu nisbətən geniş alıntı Yaşar Kamalın Bəyazid paşası Mahmud
xanın qəddarlıq, rəhmsizlik və zalımlığının getdikcə onun üçün vahiməyə, ümidsizliyə,
qorxuya çevrilmə prosesini necə böyük sənətkarlıqla canlandırdığını vurğulamaq məqsədi
daşıyır. Daha əvvəllər də müxtəlif üsyan, qiyam, iğtişaşlarla qarşılaşmış olan Mahmud xan öz
hakimiyyətini hər dəfə müəyyən güzəştlər etməklə əldə saxlayır. Romanda iki dəfə Bəyazid
qalasının qarşısında toplanan xalq birincidə Xan qızının zindandan azad olunmasını, ikincidə
isə Osmanlı paşasının müqavimətini qırıb, Gülbaharla Əhmədin qovuşmasını reallaşdırır.
Haqqı, həqiqəti, ədaləti təmsil edən xalq qarşıya çıxan maneələrin hamısını dəf edir və
Ağrıdağının hiddətini sevgiyə ( sonu faciə ilə bitsə də) döndərməyi bacarır.
AZƏRBAYCAN DİLİNDƏ “BAŞ” KOMPONENTLİ
FRAZEOLOJİ VAHİDLƏR
Elzadə SADIQOVA
Bakı Slavyan Universiteti
sadiqli.elya@mail.ru
AZƏRBAYCAN
Hər dildə xalqın yaşam tərzini, mədəni xüsusiyyətlərini əks etdirən vahidlər və birləş-
mələr var. Bir dildə danışarkən sadəcə sözlərdən deyil, qəlibləşmiş söz birləşmələri yəni,
frazeoloji vahidlərdən də istifadə olunur. Bu birləşmələr dildə qəlib şəklində mövcuddur. Fra-
zeoloji birləşmələr dili zənginləşdirən ən önəmli materiallardırlar. Din, fəlsəfə, tarix, folklor
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
841
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
və.s. ilə bağlı bir çox birləşmələr anlatma gücü və qavrama zənginliyi baxımından bir dilin
əvəzolunmaz ünsürləridirlər.
Frazeoloji birləşmələrin ifadə etdiyi mənalar bütöv haldadır. Frazeoloji birləşmələr sabit
birləşmələrdir, yəni belə birləşmələrdə sözlərin sırası dəyişməzdir, buna görə də onlar qram-
matik cəhətdən ayrı-ayrılıqda təhlil olunmur.
Frazeologiyanın məqsədi frazeoloji vahidlərin (frazemlərin) dildə mövqeyini müəyyən-
ləşdirmək, onların müvafiq prinsiplərə əsasən təsnifini vermək, üslubi xüsusiyyətlərini aydın-
laşdırmaq, əmələgəlmə və inkişaf etmə yollarını aşkar etməkdən ibarətdir. Frazeoloji vahid-
lər həqiqətin obrazlı qəbul edilməsi əsasında yaranır, hər hansı dil kollektivinin gündəlik yaşa-
yışını, mədəni və tarixi təcrübəsini əks etdirir.
Dildə frazeoloji vahidlərin öyrənilməsi ilə əlaqədar olaraq tədqiqat obyekti kimi “baş”
komponentli somatik birləşmələrin araşdırılması onların Azərbaycan dilində mühüm yer tutdu-
ğunu göstərir. Dildə somatizmlərin semantikası aşağıdakı kimi təzahür edir:
Bədənin üzvü – həmin üzvün fəaliyyət funksiyası:
baş → «düşünmək», «ağıl»,«dərrakə».
Baş insan bədəninin kəllə və sifətdən ibarət olan hissəsidir. Azərbaycan dilində “baş”
somatizminin etimologiyası haqqında prof. A.Axundovun fikrinə əsaslanaraq demək olar ki,
qədim ümumaltay dilinin süqutundan sonra yaranmış ümumtürk sözüdür.
“Baş” sözü Azərbaycan dilində bu mənaları verir: 1) insanın anatomik orqanı 2) hər
hansı bir məsələni düşünən, anlayan hissə 3) bir şeyin ən yuxarı hissəsi, təpəsi, zirvəsi,üstü 4)
bir şeyin başlandığı yer, başlanğıc.
Azərbaycan dilində mövcud olan baş tərkibli somatik frazeologizmləri aşağıdakı tema-
tik qruplara ayırmaq olar:
1) Əqli fəaliyyət bildirənlər: baş açmaq – anlamaq, düşünmək. Vallah, mən sənin sözlə-
rindən baş açmıram. (C.Məmmədquluzadə). Biz də .. bisavad adamıq, kitabdan nə baş açacaq
idik. (Ə.Haqverdiyev); Baş çıxarmaq–anlamaq, başa düşmək, qanmaq. Mən sənin işindən heç
baş çıxara bilmirəm. Məgər sənin işindən mən baş çıxardıram? (N.Vəzirov); Baş işlətmək –
fikirləşmək; Başa düşmək – anlamaq,düşünmək, qanmaq. Vallah, başa düşə bilmirəm, mən-
dən nə istəyirsiniz? (N.Vəzirov).
2) Əqli qabiliyyət bildirənlər: Bu qrupa daxil olan baş tərkibli somatik frazeologizm-
lərin özlərini də semantikasına görə iki yerə bölmək olar:
a) Təsdiq, müsbət mənalı somatik birləşmələr: başını sudan çıxarmaq; yaxşı başı olmaq;
başını itirməmək və.s.
b) İnkar mənalı somatik frazeologizmlər: başı çıxmamaq – bələd olmamaq,tanış olma-
maq, bilməmək, başa düşməmək, bacarmamaq. Tükəzban xalanın siyasətdən çox da başı çıx-
mazdı. (B.Talıblı); Haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim. (İ.Əfəndiyev); Başına
girməmək– başa düşə bilməmək, anlaya bilməmək.
3) İnsanın emosional vəziyyətini, fiziki vəziyyətini bildirən somatik frazeologizmlər:
Başdan keçmək – candan keçmək, özünü fəda etmək. Başdan keçibən eşqdə cövlan gərək
olsun; Meydani-məhəbbətdi bu, ey dil, ciyər istər. (S.Ə.Şirvani); başına od(kül) ələmək:
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan! (M.Şəhriyar)
4) İnsanın davranışını bildirən somatik frazeoloji vahidlər: Başa gətirmək – düzəltmək,
hazırlamaq. Ustanın neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əl-ələ gəzirdi. (Y.Çə-
mənzəminli); Başdan eləmək (etmək) – rədd etmək, başdan ötürmək, özündən uzaqlaşdırmaq,
canını qurtarmaq. Xanpəri qardaşı oğlunun suallarına ağızucu cavab verib, onu başdan etməyə
çalışdı. (Ə.Vəliyev).
Azərbaycan dilində tərkibində “baş” komponenti işlənən frazeoloji birləşmələr üslubi
cəhətdən zəngindirlər və dilə müxtəlif məna çalarları verirlər. Dilin lüğət tərkibini təşkil edən
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
842
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
sözlərin yalnız müəyyən qismi frazeoloji birləşmələrin formalaşmasında iştirak edir. Dildə elə
sözlər vardır ki, onlar bir sıra frazeoloji vahidlərin yaranmasında iştirak edir. Bunlar sırasında
somatizmlərin adını çəkmək mümkündür. Bəzi sözlər isə yalnız bir neçə birləşmənin formalaş-
masında iştirak edirlər.
Dostları ilə paylaş: |