AZƏRBAYCANDİLİNİNQƏRB ŞİVƏSİNDƏ ARXAİKLƏŞMİŞ SÖZLƏR
(M.KAŞĞARİNİN "DİVANÜ LÜĞAT-İT-TÜRK" ƏSƏRİ ƏSASINDA)
Vüsalə QURBANOVA
ADPU
qurbanovavusale@gmail.com
AZƏRBAYCAN
Türkologiyanın ilk əsəri olan "Divanü lüğat-it-türk" həcm etibarilə də ən iri və ən zən-
gin bir kitabdır. Bu əsər bir çox türk xalqlarının dillərini müqayisəli şəkildə öyrənmək baxımın-
dan dövrümüzdə də öz aktuallığını saxlamaqdadır. "Divan"da Oğuzlar haqqında maraqlı
məlumatlara da rast gəlirik : "İslam dinini qəbul etdikdən sonra türkmən adlanmışlar. Səlcuq
Sübaşı, Toğrul, Çağrı, Alp Arslan, Məlikşah və Osmanlı sultanları ən görkəmli oğuz başbuğ-
larıdır. (504)
"Divanü lüğat-it-türk" əsərini fonetik, leksik, morfoloji, semantik və s. baxımdan tədqiq
etmək mümkündür. Mahmud Kaşğari "Divan"da bu sözləri isimlər, fellər və s olmaqla hərflər
üzrə bölmüşdür. Professor Ə. Tanrıverdiyevin "Azərbaycan dilinin tarixi qrammatikası" kita-
bında qeyd etdiyi kimi, "Divan"dakı sözlərin bir hissəsi Azərbaycan dilinin qərb şivələrində
ilkin forma və semantikasına uyğun işlənir".
"Divanü lüğat-it-türk" əsərində eynilə müasir ədəbi dilimizdə olduğu kimi feilin quru-
luşca üç növü vardır. Abidədəki feillərin böyük əksəriyyəti sadə feildir. Məsələn: almak, bak-
mak, atmak, bilmək, içmək, körmək.
Düzəltmə fellər isə əsasən aşağıdakı şəkilçilərin köməyi ilə düzəlir:
1. -la, -lə. atlamak, közləmək
2. -lan, -lən. atlanmak, közlənmək
3. -lat, -lət. atlatmak, közlətmək
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
854
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
4. -laş, -ləş. atlaşmak, közləşmək
5. -at, -ət. atatmak, közətmək
6. -ış
4
. atışmak
7. -ıl
4
. atılmak
8. -ın
4
. alınmak
9. -ıt
4
. korkutmak
10. -dır
4
. aldırmak
11. -sa, -sə. atsa, körsə
12. -msın
4
. Bu şəkilçi əslində olmayan bir hərəkəti olmuş kimi göstərmək mənası yara-
dır. barımsındı = evə gedirmiş kimi göstərmək.
Azərbaycan dilinin qərb şivəsində arxaikləşmiş sözlərin bir çoxu da "Divanü lüğat-it-
türk" əsərindəki lüğətdə mövcuddur. Düzəltmə fellərin bir neçəsinə nəzər salaq:
Yaprattı - "at kulakın yaprattı = at qulağını şəklədi". At bir şeyə təpik atacağı və ya bir
şeydən qorxduğu an belə edir. (333)
Yapratmaq - (Qazax) şəkləmək, yastılamaq. At qulağlarını yapratıf geler. 541
Tomurdu - ər yığac tomurdu = adam ağacı dirək kimi dəyirmi şəkildə kəsdi. (119)
Tomar- (Şəmkir) ucları bir birinə qarışmış, dəyirmi formada olan kol-kos. Ujdarı bir-
rəşsə şivlərin tomar olar. (501)
Arındı - ər arındı = adam təmizləndi, yuyundu. (246)
Arıtdamax-(Qazax, Tovuz)-təmizləmək.Yetim bir çuvux kəsdidi, arıtdadı, xanıma verdi. (26)
"Divan" da digər nitq hissəsinə mənsub sözlərin də vaxtilə dilimizin qərb şivəsində iş-
ləndiyi məlum olmuşdur. Misal üçün düzəltmə isimlərə nəzər yetirək:
Bağır - qaraciyər, "heç kimə boyun əyməyən adama bedük bağırlığı" deyilir ki, "ciyəri/
bağrı böyük" deməkdir. (366)
Bağır-(Gəncə, Qazax, Şəmkir)-qaraciyər. Bağır kavavı yaxşı olur; Qoyunun bağrınnan yaxşı
kavaf yedix`; Lət ürəx`də olsa öldürər, öhvədə olsa öldürər, bağırda olsa öldürməz, zayıf olar. (35)
Ətəklik - ətəklik böz = ətək tikiləcək bez. (207)
Ətəx` - (Borçalı) -qadın paltarı adı. Söylü özünə bir ətəx` tix`di.(166)
Ətəx`lix` - (Qazax, Gəncə, Şəmkir, Tovuz) döşlük, önlük (166)
Tütək - aftafa və cürdəyə bənzər şeylərin lüləsi. (387)
Tütək - (Qazax) lülə. Avcı tütəyi ceyrana tuşladı. (499)
Təzik - xalq arasında çaxnaşma. (387)
Təzix` - (Qazax, Borçalı) hürkmək, ürkmək, çaxnaşmaq. Təzikif getməx`. (349)
Göründüyü kimi "Divanü lüğat-it-türk" lüğətinə daxil olmuş bir çox sözlər Azərbaycan
dilinin digər şivələrində olduğu kimi Qərb şivəsində də işlənmişdir. Bu sözlərin bir qrupu
müasir dövrümüzdə də işlənir, bəziləri isə arxaikləşərək lüğət fondumuzu tərk etmişdir
MƏTN KOMPONENTLƏRİNİN AKTUAL ÜZVLƏNMƏSİNDƏ
SÖZ SIRASININ ROLU
Dürdanə TARIVERDİYEVA
Bakı Slavyan Universiteti
pearl087@hotmail.com
AZƏRBAYCAN
Bildiyimiz kimi, cümlənin qrammatik üzvlənməsi ilə yanaşı, eyni zamanda xüsusi bir
üzvlənmə səviyyəsi də vardır ki, bu səviyyə cümlənin aktual üzvlənməsidir. Qrammatik
üzvlənmə dedikdə, cümlənin məlum beş üzvə ayrılması, aktual üzvlənməsi dedikdə isə
cümlənin tema və remaya ayrılması nəzərdə tutulur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
855
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Mətnin semantikasının öyrənilməsində mətn komponentlərinin aktual üzvlənməsinin,
yəni tema – rema əvəzlənməsinin böyük rolu vardır. Cümlədə sözlərin və söz birləşmələrinin
yeri cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktual üzvlənməsi ilə bağlı olur və söz
sırası normaları həmin iki cəhətə əsasən müəyyənləşir. Prof. Kamal Abdullayev “Azərbaycan
dili sintaksisinin nəzəri problemləri” kitabında yazır: Cümlənin aktual üzvlənməsi mümkün
olan başqa üzvlənmələrindən öz funksional yönü ilə fərqlənir. Funksional sintaksisin əsas
tədqiqat obyektlərindən biri olan aktual üzvlənmə prinsip etibarilə cümləyə yalnız onun
quruluşundan çıxış edib, qiymət vermir, bu quruluşu sərhədlərindən kənara çıxarır”.
Mətndə müəyyən məqsədlə işlədilən hər bir cümlə “məlum olan”ı bildirən və dilçilikdə
“tema” adlandırılan çıxış nöqtəsinə və “yeni”ni bildirən, “rema” adlandırılan hissəyə malik
olur. Tema həm danışanın, həm qəbul edənin ümumi bilik bazasıdır. Bu ümumi bilik olmasa,
prinsip etibarilə informasiya ötürmək nöqteyi-nəzərindən irəli addım atmaq mümkün olmaz.
Tema cümlələr arasında semantik bağlılıq yaradır, nəticədə bir cümlədə qeyri-müəyyən olan
sonrakı cümlədə müəyyənləşir. Rema isə əksinə, məlumatın əsas nüvəsini və canını təşkil
edir. Hər bir cümlədə verilən yeni informasiya remanı təşkil edir. Rema məntiqi vurğu ilə
fərqləndirilir və cümlənin kommunikativ mərkəzini təşkil edir. Cümlənin strukturu danışanın
məqsədindən, tema və remanın cümlədə necə yerləşdirilməsindən asılı olur. Tema cümlənin
çıxış nöqtəsi kimi cümlənin əvvəllində, rema isə fikir ifadəsinin əsas məqsədini – “yeni”ni
bildirməklə sonra işlənir. Bu hal cümlənin komponentlərinin belə bir ardıcıllıqla düzülüşü
fikrin məntiqi ifadəsinə xidmət edir.
Tema və remanın hər bir cümlədə formal əlamətləri söz sırası və intonasiyadır. Ədəbi
dilimizin normalarına müvafiq qurulmuş sadə nəqli cümlələrdə adətən tema əvvəl, rema sonra
işlənir; temada ton nisbətən yüksək olur, rema isə məntiqi vurğu ilə, nisbətən aşağı tonda
tələffüz edilir. Prof.Qəzənfər Kazımov yazır: “Rema vasitəsilə tema - təbiət hadisələri,
müxtəlif proseslər, şəxslər və əşyalar, ayrı-ayrı faktlar, zaman, şərait və s. haqqında yeni
məlumat verilir, müxtəlif məsələlər dəqiqləşdirilir.”
Azərbaycan dilində digər müxtəlif sistemli dillərdə olduğu kimi cümlə üzvünün
aktuallaşması yazılı dildə əsasən söz sırasının hesabına həyata keçirilir. Dilimizin kəskin,
sabit, möhkəm söz sırasına malik olması aktual üzvlənmə elementlərinin təzahürü üçün çox
münbit bir zəmin yaradır. Söz sırası sabit olduğu zaman aktuallaşma nəticəsində baş verən hər
hansı yerdəyişmə cümlənin quruluşunda çox aydın, qabarıq şəkildə onun əsas səthindən
seçilir.Azərbaycan dilinin qrammatik quruluşuna görə cümlədə sözlərin müəyyən sırası var.
Əgər cümlə müxtəsərdirsə, mübtəda birinci, xəbər isə ikinci gəlir. Geniş cümlələrdə də
mübtəda ilə xəbərin sırası yuxarıdakı kimi olur: mübtəda əvvəldə (təyin varsa, təyindən sonra)
xəbər cümlənin sonunda gəlir. Tamamlıqlar mübtədadan sonra, xəbərdən əvvəl, zərfliklər isə
daha çox xəbərin yanında əvvəlində olur.Lakin bu, o demək deyil ki, cümlə üzvlərinin yeri
heç vaxt dəyişə bilməz. Bəzən zərflik tamamlıqdan, hətta mübtədadan da digər cümlə
üzvlərinə nisbətən əvvəl gələ bilər
Müxtəsər cüttərkibli cümlələrdə mübtəda temaya, xəbər remaya uyğun gəlir; məsələn:
Leyla oxuyur –cümləsində Leyla tema, oxuyur remadır. Əgər bu cür cümlələrdə tema və rema
yerini dəyişsə (Oxuyur Leyla), qrammatik və aktual üzvlənmə uyğun gəlməz: oxuyur – tema,
Leyla –rema olacaqdır, lakin həmin sözlərin əvvəlki qrammatik funksiyası qalacaqdır: oxuyur
– xəbər, Leyla – mübtəda. Geniş cümlələrdə isə qrammatik üzvlənmə beş cümlə üzvünün
müəyyənləşdirilməsini tələb edir. Aktual üzvlənmədə isə söyləm hökmün üzvlərinə - subyekt
və predikata müvafiq olaraq iki üzvə - tema və remaya ayrılır. Bu cür hallarda tema mübtəda
zonasına, rema xəbər zonasına uyğun ola bilir.
Beləliklə, məlumatı tema ilə dəqiqləşdirilmiş remanı cəminə bərabərləşdirmək mümkün-
dür. Və bu hal istənilən dildə predikatların müəyyənləşməsində əsas çıxış nöqtəsi ola bilər.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
856
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİNDƏ QAN QOHUMLUĞU
TERMİNLƏRİNİN MƏNŞƏYİ
Rəna MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
rena.memmedova.1991@inbox.ru
AZƏRBAYCAN
Qohumluq terminləri dilin ən qədim semantik sahələrindən olduğu üçün bu termin-lərə
tarixi yazılı abidələrdə də rast gəlinir. Həmçinin, bir çox türk dillərində işlənən ortaq qo-
humluq terminləri mövcuddur.
Ağadadaş – ağa böyük deməkdir. Ağadadaş “böyük dadaşdır” (Həm ad kimi işlədilir,
həm də kiçiklərin böyüklərə müraciət formasıdır).
Ana – Tuva dilində bu sözün yerinə iyə (qida verən) işədilir. Görünür, ana sözü iyə sö-
zünün dəyişmiş formasıdır. İyə isə öz növbəsində yemək feli ilə bağlıdır, “кормилица” de-
məkdir (mənbələrdə ana sözünün ruscaya tərcüməsi məhz bu cür verilmişdir.
Ata – nəinki türk dillərində, hətta latın dilində, elamlarda və s. işlədilmişdir. Amma türk
dillərində daha geniş yayılmış və dədə, ata babası, əmi, böyük qardaş, erkək adam anlamlarını
əks etdirmişdir. Noqay, tatar, başqırd dillərindəindi də kişi (yəni erkək adam) mənasını
bildirir. Çox maraqlıdır ki, bir çox dillərdə dədə “ata babasına” deyirlər. Ehtimal ki, aba (böyük
bacı, ana və s.) və baba sözləri eyni kökdən törəyib, süd tərəflə bağlı işlədilir. Ata, dədə isə
kök tərəflə bağlı olub və daha çox erkək mənasına uyğun gəlib. Dədə və ata eyni kökdəndir,
bütün başqa dillərə türk dilərindən keçib. Qədim mənası kişi (erkək) deməkdir. Sözün başqa
yozumu da mümkündür: ruslarda отец sözü “o” səsi ilə başlayır. Bizdə od, ocaq sözü də ailə,
ev mənalarında işlədilir. Oтец və od sözləri arasındakı fonetik yaxınlığa əsasən deyə bilərik
ki, ata – “od başçısı” (ailə başçısı, ocaq rəhbəri, ocaq yandıran) deməkdir.
Qağa – “ağa” (böyük) sözünün dəyişmiş formasıdır, əvvəllər “böyük qardaş” mənasın-
da işlədilib.
Qardaş – bu söz qarın və daş kəlmələrindən əmələ gəlib, “bir qarında olanlar” demək-
dir. Qıza da qardaş demişik, oğlana da. İndi təkcə oğlana deyirik ( bəzi başqa türk dillərində
indi bacıya “qız qardaş deyirlər).
Qız – mənbələrdə “qısır qısraq” ifadəsi var və hələ cinsi əlaqəyə girməmiş dişi ata deyib-
lər. Zənn edirəm ki, qısır sözünün qədim mənası qız sözü ilə eyni olub. Evli qadın qız adlan-
dırılmır, qız yalnız ərə gedənə qədər qız adlanır. Deməli, qız və qısır eyni kökə malikdir. İndi
qısır sözünün mənası dəyişib, bakirə olmayan heyvan da doğmursa, ona qısır deyirlər. Tuva
dilində qız (qıs) “dişi mənasında da işlədilir. Bizdə cici kəlməsi dişi sözünün təhrifindən ya-
ranmışdır. Qız sözünü “bakirə dişi” kimi başa düşmək olar. Tuva dilində qancıq yerinə qız it
birləşməsindən istifadə olunur. Rus dilində дочъ və доитъ sözləri eyni kökə malikdir “дочъ”
– süd verə bilən,yəni dişi deməkdir.
Dayı – ana qohumlarının hamısı birlikdə day adlanıb: dayza – xala, dağay – dayı, day-
baş – ana babası kimi şərh olunub. Ata tərəfdən qohumlar əm sözü ilə bağlıdır (əmi – atanın
qardaşı, əmə, məmə, mama - atanın bacısı və s.). Bu əmmək feli ilə qohumdur, eyni döşdən
süd içənlər deməkdir. Ana tərəfdən olan qohumların day sözü ilə ifadəsi göstərir k, həmin
kəlmə doğmaq sözü ilə qohumdur. Dayı “Doğan tərəfin (ananın) vasitəsilə olan qohum”dur.
Əmi – mama sözü “əmiyə oxşayan” deməkdir (eyni məməni əmmiş olan). Dayza isə
doğana (anaya) oxşayandır. Latın dilində xalaya matertera (подобная матери) deyirlər.
Deməli əmi və mama (bibi), eləcə də dayı və dayza (xala) kökdaş sözlərdir.
Yadıca – nəvədən sonra nəticə gəlir, üçüncü uşaq kötücə,dördüncü nəbibə, beşinci
nədidə, altıncı yadıca, yeddinci isə tullancı adlanır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
857
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Nəvə, nəticə sözləri ərəb, nəbibə, nədidə isə fars mənşəlidir. Kötücə (əsli: kötükcə), ya-
dıca (yadlaşmaqda, qohumluğu itirməkdə olan), tullancı (qohumluq əlaqəsinin kəsilməsi, yəni
yedi arxa dönən) türk sözüdür. Yadıca “yadlaşmaq” anlamı ilə bağlıdır.
Mama – bibi mənasında işlədilir (bibi ərəb sözüdür), əmi sözü ilə qohumdur, “eyni döş-
dən süd əmən” deməkdir. Əsli əvvəl əmə, sonra məmə kimi olub.
Nəvə - nəvə, nəticə, nəbibə, nədidə kimi sözlər alınmadır. Bizdə nəvə yerinə torun işlə-
dilib, görünür, törəmək sözü ilə bağlıdır. Kötücə, yadıca, iticə, tullancı kəlmələri də öz sözləridir.
Nədidə - farsca “görünməyən” deməkdir. Nəticənin uşağına nədidə deyirlər (bizdə
“kötücə” sözü işlədilib). Farsca “didən” (görmək) məsdərinin qrammatik əsası bin sözüdür
(zərrə bin və s.).
Nənə - serb dilində bu söz ana, polyak dilində dayə, hind dilində ana, alban dilində qida-
landırıcı (dayə), bolqar dilində xala, fin dilində “məmə” (döş) mənalarında işlədilir. Няня for-
masında rus dilinə də keçib. Belə zənn edirəm ki, ana sözü ilə qohumdur və başqa dillərə türk
dillərindən keçib.
Oğul – indi bu söz oğlan uşağı ilə bağlı işlədilir, amma qabaqlar qıza da oğul deyiblər
(indi də qalmaqdadır). Söz doğul feli zəminində əmələ gəlib, oğlaq da buradandır (qabaqlar
quzuya da oğlaq deyilib). Yakutiada (saxa dilində) oğo “uşaq” deməkdir, oğolon “родитъ” ki-
mi tərcümə edilib. Bu bir daha sübut edir ki, oğlan və doğmaq sözləri eyni kökə malikdir. Başqa
dillərdə də belədir: сын sözü ruslara qədim hind dilindən keçib, doğmaq anlayışını əks etdirir.
Xala – bizdə ananın bacısına dayza deyiblər. Xala alınma sözdür. Fars dilində dayı əvə-
zinə xal işlədirlər. Xal və xala, dayı və dayza sözləri necə də uyğun gəlir!
AZƏRBAYCAN ŞİFAHİ FOLKLORUNDA “ATALAR SÖZLƏRİ
VƏ BAYATILARDA” İŞLƏNƏN HİDRONİMLƏR
Lalə HÜSEYNOVA
Bakı Slavyan Universiteti
lhuseynova22@gmail.com
AZƏRBAYCAN
Dilimizin onomastik vahidləri xalqımızın qədim və zəngin sərvətidir. Xalqımızın bir
dövlət kimi təşəkkülündə, millət kimi formalaşmasında, əsrlərdən bəri onun müqəddəsliyinin
qorunmasında, xalqın təfəkkürünün, dilinin, adət- ənənələrinin xalqın sosial və mədəni həyatı-
nın əksi özünü adlarda göstərir.
Dilimizdəki adlar-onomastik vahidlər müxtəlif qruplara bölünür. Bu bölgülər içərsində
hidronimlər xüsusi əhəmiyyət kəsb edir. Hidronim yunan sözüdür, hidos və onoma sözlərinin
birləşməsindən əmələ gəlmişdir. Yunan dilində hidos “su”, onoma “ad” deməkdir. Dilçilikdə
su ilə, su mənbələrinin adları ilə əmələ gələn xüsusi adlar - bulaq, çay, göl, şəlalə, dəniz, okean
adları hidronim adlanır. Azərbaycan dilinin lüğət tərkibində hidronimlərin miqdarı olduqca
çoxdur. Azərbaycan tarixini hərtərəfli öyrənmək baxımından daha çox əhəmiyyət kəsb edən
tayfa, qəbilə və qədim yer adlarının mühafizə edib saxlayan hidronimləri öyrənmək, xüsusilə
onların şifahi folklorda necə yaşadığını hansı dəyişikliyə uğradığını müəyyənləşdirmək çox
vacibdir. Su obyektlərinin adının formalaşması uzaq keçmişlərə gedib çıxır ki, bu da
insanların ta qədimdən suya olan böyük ehtiyacı ilə bağlıdır.
Azərbaycan dili qədim və zəngin hidronimik leksikaya malikdir. Folklorumuzun demək
olar ki, bütün janrlarında hidronimlərə rast gəlirik. Xüsusilə Atalar sözləri və bayatılar
hidronimlərlə zəngindir. Folklorda tez-tez adı çəkilən hidronimlər; Kür, Araz, Tərtər, Arpa
çayı, Ağdərə gölü, Şahbulaq, Zümrüd bulaq və s. göstərə bilərik. Bu adlar nəinki folklorda, ta-
rixi mənbələrdə, səyyah və coğrafiyaşünasların da əsərlərində də özünü göstərir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
858
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Şifahi folklor janrının bir nümunəsi olan atalar sözləri keçmişdən bu günə, bu gündən
gələcəyə əcdadlarımızın bizə nəsihətləri və vəsiyyətləridir. Müdriklik xəzinəsi olan atalar söz-
ləri milli dəyərlər sisteminin göstəricisi olduğu qədər də milli dilin qrammatik, leksik, semantik
xüsusiyyətlərinin daşıyıcısı, onun məna yükü, ifadə imkanlarının da göstəricisidir. Atalar söz-
lərində dilimizin onomastik vahidlərinin bütün örnəklərinə rast gəlmək mümkündür, xüsusilə
hidronimlər bu sırada diqqəti cəlb edir.
Atalar sözlərində işlənən hidronimlər: “Araz aşığındandır, Kür topuğundan”, / “Hər
guruldayan Kür deyil”, / “Hər aparan su Araz deyil”, / Araz axır, gözüm baxır”, / “Araz, altını
da bilirəm üstünü də”, / “Araz duru, Kür sarı”, / “Araz axır, Kür baxır”.
Azərbaycan şifahi folklorunun lirik qolunun geniş, çoxçeşidli janrlarından biri də baya-
tıdır. Bayatılar insan həyatının canlı poetik salnaməsidir. Bayatıların yaradıcısı olan xalq öz
həyat tərzini, duyumlarını xüsusilə dilini bu janrda yaşatmışlar. Bayatılarda dilimizin leksik
zənginliyi özünü göstərir. Burada onomastik vahidlər, xüsusilə toponimlər və hidronimlər öz
zənginliyi ilə seçilir
Bayatılarda işlənən hidronimlər: “Araz, Araz xan Araz , Gəl eyləmə qan Araz, Qoy ge-
dim yar gözləyir, Nədir bu tüğyan Araz?”, / “Arazam Kürə bəndəm, Bülbüləm gülə bəndəm.
Dindirmə qan ağlaram, bir şirin dilə bəndəm.”, / “Araza gəmi gəldi, mən dedim, hamı gəldi.
Sən ağla ay gözlərim, Ayrılıq dəmi gəldi”, / “Araz, Araz, can Araz! Mən sənə qurban Araz!
Zaman məni yandırdı, Sən də alış, yan, Araz!”. / “Qateq daşar, Kür daşar, Çıxıb körpüdən aşar.
Mən dərdimi danışsam, Dağlar, daşlar ağlaşar.”, / “Çimdim Gəncə çayında, Baharında, yayında.
Mən azadlıq quşuyam, Düşmən canın hayında.”, / “Arpa çayı dərindi, Suyun içdim sərindi.
Nə yatıbsan dur, oğlan, Keçən bu nazpərindi.”və s.
Göstərilən şifahi folklor nümunələrinə nəzər salsaq görərik ki, həm bayatılarda, həm də
atalar sözlərində ən çox işlədilən hidroobyekt adı Araz və Kür adlarıdır. Bu da təsadüfi de-
yildir, çünki Azərbaycan ərazisində ən böyük çaylar Araz və Kürdür. Kür - Azərbaycanda və
bütün Qafqazda ən böyük çaydır. Hidronimə ilk dəfə Ptolomeyin “Coğrafiya” kitabında
təsadüf olunur. Həmin əsərdə leksik vahid “Kor” formasında verilmişdir.
“Kür” haqqında geniş məlumata Strabonun yaradıcılığında rast gəlinir. Burada isə
leksik vahid “Kir” formasında işlədilir.
Ümumiyyətlə, mənbələr üzərində aparılan araşdırmalar göstərir ki, hidronimə antik
müəlliflərin əsərlərində və eləcə də şifahi xalq yaradıcılığında Kuruş, Kor, Kür, Əl-Kür vari-
antları mövcud olmuşdur.
Xalq etimologiyasında kür dalaşqan, dəcəl, cızığından çıxan mənasında anlaşılır.
Araz çayının adına da tarixi mənbələrdə təsadüf olunur. Onomastik vahidin müxtəlif
mənbələrdə bir-birindən fərqli yazılış formaları diqqəti cəlb edir. Ar-ras, Rase, Arraks, Aras,
Eraks, ruda Aras və s.
Hidronimin birici tərəfi “ar” hissəsinin “su”, “çay” mənasını ifadə edir. “Az” hissəsi isə
tarixən “uz” formasında olmuş “çay yatağı” mənasındadır. Azərbaycan dilindəki ümumişlək
su leksik vahidi özüdə uz sözünün fonetik variantıdır. Nəticə etibarilə deyə bilərik ki, Araz
hidronimi ar və az birləşmələrindən əmələ gəlmiş, çay, çay yatağı mənasını ifadə edir.
Göründüyü kimi Azərbaycan şifahi folklorunda işlənən hidronimlər tarixi yaşadır,
xalqın etnogenezində mühüm rol oynayır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
859
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ANTONİMLİK MƏSƏLƏSİNİN DİLÇİLİKDƏ QOYULUŞU
Mirvari QASIMOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
qasimovamirvari@gmail.com
AZƏRBAYCAN
Dildə məna münasibətləri fonunda fərqləndirilən söz qruplarından biri də antonimlərdir.
Sinonimlər kimi antonim sözlər də dilin lüğət fondunda olduqca geniş yer tutan, dil daşıyıcı-
larının gündəlik ünsiyyət tələbatlarını ödəmək üçün tez-tez müraciət etdikləri aktiv leksik va-
sitələrdir.
Əks və ya zidd məna dedikdə nə başa düşülür? Sözlər - haqqında danışdığımız zidd, əks
mənanı sonradan qazanır, yoxsa elə birbaşa real aləmdə tərs mütənasib münasibətlər zəminin-
də yaranmış, biri-digərinin əksi olan mövcud real hal, vəziyyət, şərait və s.-ni ifadə etməklə,
adlandırmaqla bu mənanı əldə edirlər? Antonimlərin mövcudluğunu şərtləndirən, təbiətini
müəyyənləşdirən belə suallar daim maraq doğurmuşdur.
Alimlər güman edirlər ki, əks mənalı sözlər dilin inkişafının ilk dövlərinə-insan təfəkkü-
rünün inkişaf etməsi ilə gecəni gündüzdən, acını şirindən, yaxşını pisdən ayırmağa, fərqləndir-
məyə başladığı dövrə təsadüf edir.
Antonimlik və antonim sözlər məsələsinin fundamental tədqiqatçılarından olan Stiven
Cons “antonim” termininin ilk dəfə 1867-ci ildə C.J.Smis tərəfindən sinonim sözünün əksi və
analoqu kimi düzəldiyini və həmin tarixdən günümüzədək bu anlayışın (antonimliyin) tam
izahını və praktik tərifini vermək üçün saysız cəhdlər edildiyini lakin buna hələ də birmənalı
şəkildə nail olunmadığını qeyd edir. Tədqiqatçı məsələnin çətinliyini belə görür: “Antonimlik
sözlə təsvirdən daha çox əyani mümunələrə yatımlıdır; yaşlı/cavan, pis/yaxşı, aşağı/yuxarı,
uduzmaq/qalib gəlmək kimi “zidiyyətlər” hamıya intuitiv tanışdır, lakin bu “ziddiyyət”lərin
hamısı üçün adekvat, işlək tərif təyin etmək daha çətindir”.
Antonim termini yunan mənşəli anti (sözlərin əvvəlinə artırılaraq əks məna yaradan ön
şəkilçi) və onoma (onuma; ad ) sözlərinin birləşməsindən yaradılıb, dilçilikdə əks mənalı
sözləri bildirmək üçün istifadə edilir.
Burada bu söz qrupuna verilən ad ilə onun mahiyyəti, mənası arasındakı təzad diqqəti
cəlb edir. Belə ki, yuxarıda göstəridiyimiz kimi “əks ad” mənasını ifadə edən antonim termini
nədənsə “əks mənalı” sözləri bildirmək üçün istifadə olunmaqdadır.
Ənənəvi olaraq bir-birinə əks, zidd olan sözlər qismində tanıdığımız antonimlərə
müxtəlif dilçilərin birmənalı yanaşmaması deyilənləri bir daha təsdiq edir.
Ümumiyyətlə, dilçiliyə dair mənbələrdə sözlər arasında antonimik münasibətlərin iki
üsulla təyin edildiyini qeyd edilir - 1) semantik meyar əsasında ; 2) leksik meyar əsasında.
Sözlərin tam qarşı-qarşıya qoyulması antonimlik kimi qiymətləndirilir. Sözlər
mənasındakı ən ümumi və əhəmiyyətli cəhət olan semantik cəhət baxımından bir-birinə qarşı
qoyulduqda antonim hesab edilə bilər.
Antonimlərin ümumi cəhətləri bu sözlər vasitəsilə ifadə edilən hadisə və əşyaların real
xüsusiyyətlərindən yox, onların öz semantik cəhətlərindən əldə edilir. Real aləmdə zidd əşya
və hadisənin olmaması fikrimizin əsaslı olmasına dəlalət edir.
V.N.Komissarovdan fərqli olaraq L.A.Novikov isə antonimlərin əks anlayışları ifadə
etdiyini və zidd mənalara malik olduqlarını qeyd edir.
“Mənaca başqa bir sözə əks olan söz antonimdir”; “Semantik ziddiyyətin bütün növləri
antonimliyə aiddir”; “Mənaca qarşı-qarşıya qoyulan sözlər antonimdir və ancaq eyni bir
qrammatik kateqoriyadan olan sözlər antonimik münasibətdə olurlar”.
Bəzi dilçilər hesab edirlər ki, antonimlər fərqli deyil, eyni hadisələrə məxsus olan zidd
cəhətləri ifadə edirlər. Yəni, eyni kateqoriyadan hesab edilən müəyyən bir anlayışın bir-birinə
|