PSİXOLOJİ FİKİRLƏR VƏ ONUN TƏDQİQİ
Qəribə RƏHİMOVA
1364
MƏKTƏB VƏ AİLƏNİN ƏMƏKDAŞLIĞI
Fərqanə İSAYEVA
1365
MÜASİR DÖVRDƏ AİLƏLƏRDƏ VALİDEYN-QIZ
KONFLİKTİNİN PSİXOLOJİ PROBLEMLƏRİ
Şahnaz QULİYEVA
1366
SOSİAL STRUKTURDA MEYDANA GƏLƏN
DƏYİŞİKLİKLƏRİN AİLƏ İNSTİTUTUNA TƏSİRİ
Vüqar İSMAYILOV
1368
TƏLİM PSİXOLOGİYASI, TƏLİM VƏ PSİXİ İNKİŞAF
Zenfira SƏLİMOVA, S.TAĞIYEVA
1370
UŞAQLARDA ÖZÜNÜ GÖSTƏRƏN IRADI NÖQSANLAR,
YARANMA SƏBƏBLƏRI VƏ ARADAN QALDIRILMASI YOLLARI
Nərgiz ALLAHVERDİYEVA
1371
İNTERNET BAĞIMLILIĞI VE ÖNLEM YOLLARI
Mələk KERİMOVA
1372
HƏYAT YOLUNUN MÜXTƏLİF VARİANTLARININ QISA TƏHLİLİ
İlahə ABDULLAYEVA
1373
AİLƏ SİSTEMİ VƏSİSTEM TERAPİYA
Gülnar AĞABALAYEVA
1376
3. TRANSLATION
1379
ADEQUACY VS. ACCEPTABILITY
Aida SULEYMANOVA
1380
TRANSLATION MISTAKES
Teymur DÜNYAMALIYEV
1381
HISTORY OF TRANSLATION
Asif SƏFXANLI
1382
WHY TRANSLATION MATTERS
Asmar HASHIMLI
1383
xxviii
TRANSLATION PRACTICES
Ayten QARAYEVA
1384
BODY LANGUAGE
Ceyhun RZALI
1385
BEYNƏLXALQ TƏRCÜMƏÇILƏR FEDERASIYASI
Elvin NÜRƏDDİNLİ
1386
BƏZİ ÇEX ZOOMETAFORİZMLƏRİNİN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ
Şəbnəm HACIYEVA
1388
QLOBALLAŞMA VƏ AZƏRBAYCANDA TƏRCÜMƏÇİLƏRİN HAZIRLIĞI MƏSƏLƏSİ
Ülviyyə HÜSEYNOVA
1389
AN APPROACH TO SCREEN TRANSLATION
Ilhama MUSTAFAYEVA
1390
MULTİKULTURALİZMDƏ ( MƏDƏNİYYƏTLƏRARASI
DİALOQDA) TƏRCÜMƏNİN YERİ
İsmayıl RƏSULZADƏ
1391
İ.Y.KRAÇKOVSKİNİN “QURANİ-KƏRİM”İ RUS DİLİNƏ TƏRCÜMƏSİ HAQQINDA
Kəmalə NURIYEVA
1393
THE ONLY LANGUAGE IN THE WORLD THAT DOESN`T NEED ANY TRANSLATION
Murad ZEYNALOV
1395
NOTE-TAKING SKILLS IN CONSECUTIVE INTERPRETING
Nazrin CAMALLI
1396
ECONOMIC TEXT TRANSLATIONS, COMMON
MISTAKES, PROBLEMS AND SOLUTIONS
Polad POLADOV
1397
THE TRANSLATION PROBLEMS IN MULTICULTURAL ENVIRONMENTS
Şahrun PİRİYEVA
1398
İDİOMLARIN İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ PROBLEMLƏRİ
Tofiq QULIYEV
1399
EYE-CATCHING IDIOMS AND JAW-DROPPING SLANGS
Ulvi OJAQLI
1400
TƏRCÜMƏ ZAMANI ETNIK TƏFƏKKÜRÜN MƏHSULU KIMI IDIOMLAR
Vüsalə HÜSEYNOVA
1402
QİDA İLƏ BAĞLI KONNOTATİV REALILƏRIN DOĞMA DİLƏ TƏRCÜMƏSİNƏ DAİR
Xuraman MƏMMƏDOVA
1403
TRANSLATION STUDIES AND INTERPRETING
Zaur MIRZƏZADƏ
1405
TRANSLITERATION
Zülfiyyə ABBASOVA
1406
LEKSİK TRANSFORMASİYALARIN NÖVLƏRİ
Zümrüd ƏLİZADƏ
1407
ПРОБЛЕМЫ ПРИ ПЕРЕВОДЕ ЭКОНОМИЧЕСКИХ ТЕКСТОВ
Амина АХМЕДОВА
1408
İNGİLİS DİLİNDƏN BƏDİİ TƏRCÜMƏNİN PROBLEMLƏRİ LÜİS
KEROLUN ALİSA MÖCÜZƏLƏR DİYARINDA ƏSƏRİ TİMSALINDA
Natiq ADİLOV, Yaqub ƏLİYEV
1410
xxix
SECTION V. HISTORY AND LAW
1413
1. HISTORY
1415
İLK AZƏRBAYCANLI ALİ TƏHSİLLİ QADIN – NİGAR XANIM ŞIXLİNSKAYA
Günay HEYDƏRLİ
1416
AVROPA BİRLİYİNİN KİPR SİYASƏTİ
Nərgiz QULİYEVA
1417
ÇAĞDAŞ TARİXİMİZİN YENİLMƏZ SƏRKƏRDƏSİ
Baxış ƏLƏSGƏROV, Araz ƏLİYEV
1419
NOBEL QARDAŞLARI NEFT İSTEHSALI FİRMASININ
MÜƏSSİSƏLƏRİNDƏ ƏMƏK HAQQI MƏSƏLƏSİNƏ DAİR
(“NEFTYANOYE DELO” QƏZETİNİN MATERİALLARI ƏSASINDA)
İlqar HACIYEV
1422
XXI ƏSRİN İLK DEKADASINDA İSRAIL-FƏLƏSTİN SÜLH
DANIŞIQLARI PROSESİNDƏ ABŞ-IN İŞTİRAKI
Nigar ƏSGƏROVA
1423
ŞİMALİ AZƏRBAYCANIN ÇAR RUSİYASI TƏRƏFİNDƏN
İŞĞALI TÜRKİYƏ TARİXŞÜNASLIĞINDA
Vidadi UMUDLU
1425
AZƏRBAYCANIN SƏRHƏD MÜHAFİZƏSİNİN İNKİŞAFI TARİXİ 1918-1920-Cİ İLLƏR
Qərib ƏSGƏROV
1426
İRANIN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLƏ MÜNASİBƏTLƏRİNDƏ
TƏRƏDDÜDLÜ MÖVQEYİ VƏ BUNUN SƏBƏBLƏRİ
Şəbnəm YUSİFOVA
1428
ОСОБЕННОСТИ ОБРЯДА ЗАХОРОНЕНИЯ В КУВШИННЫХ
ПОГРЕБЕНИЯХ В НИЗМЕННОМ ГАРАБАХЕ
Гюлана ГУСЕЙНОВА
1430
GÜRCÜSTANIN QISA TARİXİ (1801-1918)
Günel YOLÇUYEVA
1432
İSLAM İNTİBAHININ ELMİ NAİLİYYƏTLƏRİ
VƏ DÜNYA ELMİNƏ VERDİYİ TÖHFƏLƏR
Günay HEYDƏRLİ
1433
“XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ QAFQAZDA GEDƏN PROSSESLƏRİN
QAFQAZ BİRLİYİ İDEYASINA TƏSİRİ”
Təhminə YARƏLIYEVA
1435
ПРОБЛЕМЫ НАУЧНЫХ ТРУДОВ ПО ИСТОРИИ АЗЕРБАЙДЖАНСКОЙ
ГОСУДАРСТВЕННОСТИ 15-16 ВЕКОВ В СОВЕТСКОЙ ИСТОРИОГРАФИИ
Умид ИСМАЙЛОВ
1437
İLHAM ƏLİYEV VƏ CƏNUBİ QAFQAZ MÜASİR GEOSİYASİ ŞƏRAİTDƏ
Ülkər MƏMMƏDZADƏ
1439
RUSIYA GEOSIYASƏTINDƏ QAFQAZDAN KEÇƏN ENERJI DƏHLIZININ ƏHƏMIYYƏTİ
Əzim HEYDƏROV
1441
NAXÇIVAN DİYARI ƏHALİSİNİN ETNİK VƏ DİNİ TƏRKİBİ
TARİXİ MƏNBƏLƏRDƏ (XII-XIV əsrlər)
Elnur KƏLBİZADƏ, Həşim KƏLBİYEV
1442
АЗЕРБАЙДЖАНО-УКРАИНСКИЕ ОТНОШЕНИЯ
Шахла РАГИМОВА
1445
ОБ АЗЕРБАЙДЖАНСКОМ ГОСУДАРСТВЕ САДЖИДОВ В ПРОИЗВЕДЕНИЯХ
ВЫДАЮЩЕГОСЯ БРИТАНСКОГО ВОСТОКОВЕДА К.Э.БОСВОРТА
Ламия КАФАР-ЗАДЕ
1447
ƏRƏB ƏNDƏLUS ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİ
Səadət İBRAHİMOVA
1449
xxx
FƏZLULLAH RƏŞIDƏDDIN HƏMƏDANININ VƏZIRLIYI
Arzu XASIYEVA
1450
MƏDƏNİ İRSİN MƏHVİ
İsrafil CƏFƏROV
1452
AZƏRBAYCANIN QAYAÜSTÜ RƏSMLƏRİNDƏ TƏSƏRRÜFAT
HƏYATININ ƏSAS SAHƏLƏRİNİN TƏSVİRİ
Anar ƏLIMƏMMƏDOV
1453
TARİXİ ƏLYAZMA KİTABLARIN MÜHAFİZƏSİ
VƏ İSTİFADƏSİNİN MÜASİR PROBLEMLƏRİ
Qutiyera CƏFƏROVA
1455
İRƏVAN BÖLGƏSI OSMANLI IMPERIYASININ TƏRKIBINDƏ
Mehmet ALAUDDİN
1457
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ TÜRKİYƏ CÜMHURİYYƏTİ
İLƏ ƏLAQƏLƏRİN YARADILMASI NAXÇIVANIN BLOKADADAN
ÇIXARILMASININ ƏSAS AMİLİ KİMİ (1990-1993-CI İLLƏR)
Mehman ŞABANOV
1458
TÜRKİYƏ- RUSİYA GEOSİYASİ QARŞIDURMASININ ƏSAS İSTİQAMƏTLƏRİ
Elgün QƏHRƏMANOV
1460
Z.M.BÜNYADOVUN YARADICILIĞINDA ORTA
ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR
Elməddin QULIYEV
1462
1941-1945-CI İLLƏR MÜHARİBƏSİ AZƏRBAYCAN SOVET TARIXŞÜNASLIĞINDA
Şəfa MÖVSÜMOV
1464
TÜRKİYƏDƏ IŞIQ ÜZÜ GÖRƏN İLK MÜHACİR NƏŞRLƏRİ
Mətanət HÜSEYNOVA
1465
“MİR`ATUZ-ZAMAN Fİ TƏRİXİL-Ə`YAN” ƏSƏRİNƏ ƏSASƏN SULTAN
TOĞRUL BƏY DÖVRÜNDƏ TƏBRİZ ŞƏHƏRİNDƏ BAŞ VERƏN HADİSƏLƏRDƏN
Könül SADIQOVA
1468
ZEYL-İ TARİX-İ ALƏMARA-Yİ ABBASİ ƏSƏRİ
AZƏRBAYCAN TARİXİNİN MƏNBƏYİ KİMİ
Şahin AĞAYEV
1469
AMEA MƏRKƏZİ ELMİ KİTABXANASININ BEYNƏLXALQ
ƏLAQƏLƏR TARİXİ VƏ MÜASİR VƏZİYYƏTİ
Günay ALLAHVERDIYEVA
1470
OSMANLI DÖVLƏTİNİN ŞAHNAMƏÇİ ŞAİRİ ƏFLATUN ŞİRVANİ
Bilal DƏDƏYEV
1473
ТОРГОВЫЕ СВЯЗИ ГОРОДОВ МУГАНИ
Рамиль РУСТАМОВ
1474
ÜÇTƏPƏ YAŞAYIŞ YERİ
Taleh ƏLIYEV
1476
ŞİMALİ AFRİKANIN ƏRƏB ÖLKƏLƏRİNİN SİYASİ
HƏYATINDA İSLAMÇIPARTİYA VƏ HƏRƏKATLARIN ROLU
Günel KƏRİMOVA
1477
XƏZƏRİN HÜQUQİ STATUSUNA DAİR DANIŞIQLAR VƏ BU
PROSESİN HÖVZƏDƏ ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ TƏSİRİ
Pərvanə İSLAMOVA
1478
QƏDİM TÜRK SƏNƏTİ ƏNƏNƏLƏRİNİN TƏDQİQİNDƏ
GƏNCƏNİN DULUSÇULUQ NÜMUNƏLƏRİNİN MULTİDİSSİPLİNAR
ƏSASLARLA ÖYRƏNİLMƏSİNİN ƏHƏMİYYƏTİ
Elnur HƏSƏNOV
1480
XXI ƏSRIN İLK DEKADASINDA İSRAIL-FƏLƏSTİN SÜLH
DANIŞIQLARI PROSESİNDƏ ABŞ-IN İŞTİRAKI
Nigar ƏSGƏROVA
1481
xxxi
TARİX DƏRSLƏRİNİN TƏŞKİLİNDƏ İKT
İMKANLARINDAN İSTİFADƏ TƏCRÜBƏSİNDƏN
Gültəkin RÜSTƏMOVA
1483
BİNGÖL KENTİNİN TARİHİ HAKKINDA
Könül VƏLİYEVA
1485
QIPÇAQ TAYFALARI VƏ AZƏRBAYCAN
Qumru FƏRHADOVA
1487
2. LAW
1491
DÜNYA TƏCRÜBƏSİNDƏ AZƏRBAYCAN
KONSTİTUSİYA NƏZARƏTİ İNSTİTUTU MODELİ
Vüsal MƏMMƏDOV
1492
AZƏRBAYCANDA İNFORMASİYA CƏMİYYƏTİ:
ELMİ-NƏZƏRİ və HÜQUQİ PROBLEMLƏRİ
Natiq MÜRSƏLOV
1493
İNTERNAT MƏKTƏBLƏRİNDƏ YAŞAYAN VƏ OXUYAN UŞAQLARIN
TİPİK ORTA MƏKTƏBLƏRƏ İNTERQRASİYASI GÜNÜNTƏLƏBİDİR
MÖVZUSU ÜZRƏ APARILMIŞ TƏDQİQAT İŞİNİN TƏQDİMATI
Süsən NƏBİYEVA
1496
ACTIVITY OF THE HUMAN RIGHTS COMMISSIONER OF THE AZERBAIJAN
REPUBLIC FOR PROTECTION OF PEOPLE IN PLACES OF DETENTION
Gunay SULEYMANOVA
1497
RIGHTS OF RELATIVES OF MISSING PERSONS
Sarkhan MURADOV
1498
GƏNC ALİMİN HÜQUQLARI VƏ MÜASİR ELMDƏ YENİ ÇAĞIRIŞLAR
Aqil ƏHMƏDOV
1499
MIGRATION POLICIES AND GOVERNANCE IN
COUNTRY OF ORIGIN AND DESTINATION
Aytakin NURIYEVA
1502
ACTIVITY OF OBBUDSMAN OF AZERBAIJAN FOR
PREVETION OF USE OF FORCE IN PRISONS
Gunay SULEYMANOVA
1503
İNSAN HÜQUQLARININ TƏMİNATI ALİMENT ÖHDƏLİKLƏRİ
Vüsal MƏMMƏDOV
1504
DAHİLƏR ÖLMƏZDİL, TARİXDƏ QOYDUQLARI İZLƏR ONLARI ƏBƏDİ EDİR
Kəmalə ABBASOVA
1506
MADRİD PROTOKOLUNA GÖRƏ ƏMTƏƏ
NİŞANLARININ BEYNƏLXALQ QEYDİYYATI
Səma ARİFLİ
1507
XÜSUSİ MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİNİN ANLAYIŞI
Aysel BABAYEVA
1509
xxxii
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
791
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
17-18, April 2015, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION IV
PHILOLOGICAL SCIENCES
Philology
Pedagogy and Psichology
Translation
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
792
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
793
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
17-18, April 2015, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION IV
PHILOLOGICAL SCIENCES
Philology
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
794
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI
AZƏRBAYCAN DİLİNİN QƏRB ŞİVƏLƏRİ VƏ TÜRK DİLİNİN QARS
ŞİVƏLƏRİNDƏ QƏDİM TÜRK SÖZLƏRİ
Sevinc QƏMBƏROVA
Gəncə Dövlət Universiteti
sevinc.qemberova@mail.ru
AZƏRBAYCAN
Azərbaycan dilinin qərb şivələrinin yerləşdiyi ərazidə ta qədimdən oğuz tayfalarının
məskunlaşması məlumdur. Bunu göstərən tarixi faktlar və toponimik göstəricilərlə yanaşı,
qərb şivələri leksikasının əsasını təşkil edən qədim türk təbəqəsi də bunu bir daha təsdiqləyir.
Dialektoloji ədəbiyyatda türk dilinin Qars şivələri qarışıq xarakterli şivələr kimi
səciyyələndirilir. Qərb-Oğuz ədəbi ləhcəsinə daxil olan Azərbaycan və türk dilinin təsir
dairəsində olan Qars şivələri ilə Azərbaycan dilinin qərb şivələri arasında kifayət qədər ortaq
leksik material vardır. Qədim yazılı abidələrdə istifadə olunan bir çox sözlər sonradan ədəbi
dil səviyyəsində işləkliyini itirərək öz varlıqlarını şivələrdə qoruyub saxlamışlar.
Aba-“Azərbaycandilinin dialektoloji lüğəti”ndə qərb şivələrinə daxil olan Gədəbəy,
Zəngilan şivələrində bu vahidin “ata”, Cəbrayıl, Şəmkir şivələrində isə “ana” mənasında işlə-
dilməsi qeydə alınmışdır. Məs.: -Abam bi:lləri də kö:nə biniyə aparajax bizi, de:səη
(Gədəbəy).
Yerli Qars şivələrində bu söz “ana, nənə” mənalarında işlədilir. Məs.: -Ebem varıdı.
Yüz on yaşında. Ebem de artıh, ayıb olmasın, bizim yanımızda yatir. Kaşğarinin lüğətində aba
“ana” mənasında verilərək oğuzca olduğu qeyd edilmişdir.
Aşığ.Kaşğarinin lüğətində bu söz aşuk şəklində verilərək “insanın topuq sümüyü, topuq
aşığı” kimi izah edilmişdir. Lüğətdə aşukladı “aşığına vurdu, “ol anı aşukladı=o onun aşığına,
aşıq sümüyünə vurdu”, (aşuklar-aşuklamak) nümunəsi də verilmişdir.
Qarsın hənək türkmənləri şivəsində bu söz “aşığ” şəklində istifadə olunur. Məs.: -Burç
namında bir kimse varıdı. Çok böyük bir adamıdı ki Nufun tufanında gırh arşın sular üsgeldi;
onun aşığına ancah çıhardı.
Bildiyimiz ki, bölgələrdə “aşığ-aşığ” adlanan uşaq oyunu da var. Belə ki, uşaqlar mal-
heyvanların topuq sümüklərini toplayaraq onlarla oyun oynayırlar. Göründüyü kimi, bu
oyunun adında da bu söz mühafizə edilmişdir. Qars tərəkəmələri şivəsində də buna rast
gəlinir. Məs.: -Cızın ortasına aşıh dizerih, dört beş tane; -Kim utsa aşu udar.
“Kitabi-Dədə Qorqud”da bu söz işlədilmişdir. Məs.: -Məgər sultanım, Dirsə xanıη
oğlancığı, üç dəxi ordı uşağı meydanda aşuq oynarlardı; -Altun aşıq oynar Sancıdanıη bəgləri.
Boşanax- asanlıqla yarılan (odun). Bu söz Azərbaycan dilinin Zəngilan şivəsində qeydə
alınmışdır. Gürcüstan ərazisindəki Azərbaycan dili şivələrində də bu söz işlədilir. Məs.: -Bir
az boşanax bağla, a bala.
Qars tərəkəmələrinin şivələrində bu söz olduğu kimi qorunub saxlanılmışdır. Məs.: -
Torpah çoh boşanağıydı. Bir yer açıldı. Külegiren aşağa tüşdü.
Kaşğarinin lüğətində bu sözün ilkin forması “boşutğan” şəklində qeydə alınmışdır və
ifadə etdiyi məna “bu ot ol karın boşutğan = bu, ishal yaradan dərmandır. Çox vaxt bir şeyin
qatılığını, sərtliyini yumşaldan nəsnəyə də belə deyilir” kimi izah edilmişdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
795
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Çanax- ölçü qabı, ölçü vahidi. Məs.: -Çanax aşağdan olur (Ağdam); -Bir çanax on
girvənkədi (Zəngilan); -Maηa bir çanax taxıl ver (Gəncə).
Qarsın Hənək türkmənləri şivəsində də bu sözdən istifadə edilir.Məs.: -Bu mübarek bi
toprah çanağıyla bir gaş mercimek danesi alıp da yemek yapmaya çalışdı.
Kaşğarinin lüğətində bu söz “çanak” şəklində qeydə alınaraq iki mənada işlənmişdir:
1.ağacdan yonulmuş duzqabı, nəməkdan; 2.çanax; kasa. Oğuzca.
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Oğul-qız evin çanağı-çölməyi kibidür;
Qonşı qazan almaq çanaqdan su içmək kibidir.
Dam – hər cür tikili, bina. Cəbrayıl şivəsində bu söz istifadə edilir. Məs.: -Toy damı
tix´məx
´
çox çətindi.
Qars azərbaycanlıları və tərəkəmələrinin şivələrində də bu söz işlədilir. Məs.: -Pedişağın
fil bahçası da garının damına pitişiğ idi; -Yere goyduh yer tutmadı, göğa goyduh, göy
tutmadı; dama goyduh, dam tutmadı.
Kaşğarinin lüğətində belə bir məsəl qeydə alınmışdır: “tam külf yıkıldı=dam gurultu ilə
yıxıldı”. Müəllif oğuz qəbilələrinin ləhcələrində izlənilən d
etmişdir: “Oğuzlar və onlara yaxın olanlar sözdəki t hərfini d ilə əvəz edirlər. Türklər dəvəyə
”təwəy”, bunlar “dəvəy” deyirlər. Eynilə dəlik mənasına gələn söz türklərdə “öt”, bunlarda
“öd” olur”.
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Nərdübanı tam üstinə çəkmə, aqibət
sarqup enərsən.
İlkindi-axşamüstü, günbatan vaxtı. Bu söz Ağdam, Borçalı, Hamamlı, Qazax və digər
qərb şivələrində işlədilir. Məs.: -Xoruz sə:r də maηlıyır, günorta da maηlıyır, ilkindi də
(Şəmkir).
Qars tərəkəmələrinin şivəsində də bu vahidə rast gəlinir. Məs.: -İlkindiynen gün ortan
çağında.
Kaşğarinin lüğətində ikindi “ikindi, ikindi namazı vaxtı” sözü qeydə alınmışdır.
“Kitabi-Dədə Qorqud”da bu söz işlədilmişdir. Məs.: -Aydır: “Mərə qocalar, ekindü
vəqti munı maηa çevirəsiz, yiyəm” –dedi.
Qərb şivələrinin müqayisəli-tarixi metodla tədqiqi bir daha göstərir ki, qədim tayfa dili
elementləri ən çox bu bölgədə qorunub saxlanılmışdır.
ƏDƏBIYYATDA SIYASI OXŞAR (DVOYNIK) ARXETIPININ
TƏZAHÜRFORMALARI (K. ABDULLANIN “YARIMÇIQ ƏLYAZMA”
VƏ L. FEYXTVANGERIN “YALANÇI NERON” ƏSƏRLƏRININ
ƏSASINDA)
Elnarə QARAGÖZOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
e.garagozova.bsu@gmail.com
AZƏRBAYCAN
İnsan özünü dərk etdiyi qədim zamanlardan bəri öz oxşarının mövcudluğuna
inanmışdır. Bir çox mədəniyyətlərdə insanın və heyvanların oxşarlarının mövcudluğuna inam
özünü göstərir. Oxşar obrazının yaranması qədim mifoloji köklərə dayanır. Lakin oxşar obrazı
çox zaman insanın mənfi səciyyəli əkizi, faciəli mövzu ilə bağlıdır. Məsələn, alman
folklorunda belə bir obraz doppelganger (hərfi tərcüməsi "phantom əkiz") adlanır. Bəzi
inanclara görə doppelganger xəstəlik və ya təhlükə ehtimalı olduqda insanın dostlarına və ya
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
796
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
qohumlarına görünür. Şotlandiya folklorunda da oxşar doppelganger kimi təzahür edir.
Norveç mifologiyasında bu «vardøger» adlı sirli kabus kimi meydana çıxır.
Bu motiv xüsusilə XIX-XX əsrlərdə inkişaf etmişdi. Bir çox bədii nümunələrdə oxşar
əsasən şeytani əkiz kimi meydana çıxır. Onun görünməsi bəzən qəhrəmanın tezliklə öləcəyini
xəbər verir. Oxşar çox zaman insanın "qaranlıq tərəfi», alter ego, düşmən kimi səciyyələnir.
Doppelgangerlərə Hofmanın əsərlərində, Puşkinin “Vasilyevski adasında tənha ev”,
Odoyevskinin “Silfida”, Qoqolun “Şinel”, Dostoyevskinin “Oxşar”, C. Hoqqun “Bağışlanmış
günahkarın tövbəsi”, Edqar Ponun “Vilyam Vilson”, “Qara pişik”, R.L.Stivensonun “Sahibkar
Ballatre” əsərlərində rast gəlinir.
İnsanın qeyri-maddi oxşarı olan "Ka" haqqında Misir konsepsiyası da maraqlıdır. Lakin
Avropalı həmkarından fərqli olaraq Misirli Ka qeyri-adi, çox yönlü bir fenomen deyil, kifayət
qədər təbii qəbul edilir və heç bir mistik dəhşəti özündə ehtiva etmir.
Ədəbiyyatda rast gəlinən maraqlı oxşar növlərindən biri siyasi oxşarlardır. Bu məqsədlə
L. Feyxtvangerin “Yalançı Neron” və K. Abdullanın “Yarımçıq əlyazma” əsərlərinin qarşılıqlı
müqayisəsi maraqlı faktların ortaya çıxmasına səbəb olmuşdur.
Oxşarın meydana çıxması. K. Abdullanın “Yarımçıq əlyazma” romanında Şah
İsmayılın lələsi (tərbiyəçisi) Hüseyn bəy Lələ şahın tapşırığı ilə onun Xızır adlı oxşarını tapıb
gətirir. Şahın tapşırığı ilə Lələ Xızıra şahın hər jestini, mimikasını, o cümlədən şətrənc
(şahmat) oynamağı da öyrədir və onu gizli şəkildə saxlayır. Xızırın şahdan yeganə fərqi onun
Xətai təxəllüsü ilə çox gözəl şeirlər yazması idi. Şahın özü də bu şeirləri olduqca bəyənir.
L. Feyxtvangerin „Yalançı Neron“ əsərində isə Imperator Neronun oxşarı Terrensini
Senator Varron tapıb gətirir ki, imperator onunla əylənsin. Neronun ölümündən sonra Varron
paytaxtdan uzaqlaşır, uzaq Suriyada yaşamağa başlayır. Qəflətən bu vilayətə qubernator təyin
edilən Tseyon onu sıxışdırır, külli miqdarda vergi verməyə məcbur edir. Varron qərara gəlir ki,
vilayətdə qarışıqlıq salsın. Bu məqsədlə də Terrensini yalançı Neron kimi siyasi səhnəyə
çıxarır.
Dostları ilə paylaş: |