Qafqaz Universiteti Materiallar



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə5/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   2   3   4   5   6   7   8   9   ...   124

Oxşara münasibət. Əsərdən görünür ki, Şah İsmayıl öz oxşarı ilə hörmət və qayğı ilə 

rəftar edir, onunla şahmat oynayır, ailəsi haqqında sorğu-sual  edir. L. Feyxtvangerin „Yalançı 

Neron“ əsərində isə imperator öz oxşarına insan kimi yox, meymun kimi baxır, əylənir. 

Oxşarın yeni roluna və vəziyyətinə münasibəti. Oxşarların öz talelərinə münasibətləri 

heç də  həmişə eyni cür olmur. K. Abdullanın “Yarımçıq  əlyazma”  əsərində  Şah  İsmayılın 

oxşarı Xızırın öz  taleyinə münasibəti haqqında geniş məlumat verilmir. 

 Terrensi isə öz taleyindən hədsiz razı qalır. Hətta imperatorun oyuncağı olmaq belə 

onun üçün xoşbəxtlik olur. 

Oxşar sirr pərdəsi altında.  Xızırın ailəsinə onun saraydakı  fəaliyyətinin mahiyyəti 

barədə heç bir məlumat verilməsə  də xüsusi qayğı  və maddi yardım göstərilir. Terrensinin 

kiçik emalatxanası isə sarayın sifarişlərini yerinə yetirmək şərəfinə nail olur. Hər iki əsərdə bu 

oxşarlıq dövlət sirri kimi gizli saxlanılır. Lakin L. Feyxtvangerin „Yalançı Neron“ əsərində 

Terrensinin arvadı onun sarayda nə işlə məşğul olduğunu bilir və bunu əri üçün təhqir hesab edir. 

Oxşarın taleyi. K. Abdullanın “Yarımçıq  əlyazma”  əsərində  Şah  İsmayıl Çaldıran 

döyüşündə uduzacağını gördüyü zaman öləcəyini bilə-bilə özü döyüşə girir. Lakin döyüşə 

girmədən öncə son tapşırıqlarını verərək öxşarı  Xızırı öz yerinə qoyur.L. Feyxtvangerin 

„Yalançı Neron“ əsərində Terrensi Neron kimi qətlə yetirilir. 

 

 

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

797



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

AZƏRBAYCAN DİLİNİN LÜĞƏT TƏRKİBİNİN 

ZƏNGİNLƏŞMƏSİNDƏ ZAMAN MƏZMUNLU SÖZLƏRİN ROLU

 

 

İlkin QULİYEV 

Kafkas Universiteti, Türkiyə, Qars 



quliyevilkin@yandex.ru 

TÜRKİYƏ 


 

Türk dillərində, o cümlədən Azərbaycan dilində zaman məzmunlu sözlər, onların dildə-

ki mövqeyi, struktur-semantik xüsusiyyətləri, söz yaradıcılığında və dilin lüğət tərkibinin 

zənginləşməsində rolu kimi məsələlər türkoloqlar tərəfindən yetərincə araşdırılmamışdır və bu 

səbəbdən gündəlik ünsiyyət tələbatının  əsas hissəsini təşkil edən zaman məzmunlu sözlərin 

leksik-semantik və qrammatik xüsusiyyətlərinin öyrənilməsi hələ  də aktual məsələ olaraq 

qalmaqdadır. 

Dilin lüğət tərkibi dilin dəyişməyə daha çox meyl edən bir hissəsidir. Digər dillərdə 

olduğu kimi, Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsi dilin daxili imkanları və başqa 

dillərdən alınma sözlər hesabına baş verir. Tarixi inkişaf prosesində bütün dillər bir-birilə 

qarşılıqlı  əlaqə  və münasibətdə inkişaf edir, zənginləşir. Dilin lüğət tərkibinin inkişafı, 

əslində, bütünlüklə dilin inkişafı deməkdir, hətta  əksər dillər lüğət tərkibindəki sözlərin 

çoxluğuna görə zəngin dil olaraq tarixə düşür.  

Azərbaycan dilində  işlənən zaman məzmunlu sözlərin böyük bir qismini ərəb, fars 

dillərindən, az qismini isə türk mənşəli və rus dili vasitəsilə latın dilindən sözlər təşkil edir. 

Orta əsrlərdə ərəblərin, XX əsrdə isə rusların Azərbaycanı öz hakimiyyəti altına salmasından 

sonra alınma sözlər Azərbaycan dilində çoxalmağa başlamışdır. Bir dildən başqa bir dilə 

sözlərin keçməsi prosesi yer üzündəki bütün dillərə xas olan bir prosesdir. Başqa dillərdən 

sözalma prosesi dilin lüğət tərkibini zənginləşdirən başlıca amil olaraq bu günün özündə belə 

fəal surətdə davam etməkdədir. Alınma sözlərin  əksəriyyəti Azərbaycan dilinin qanunlarına 

tabe edilmiş və onlardan istifadə yolu ilə xeyli miqdarda yeni söz yaradılmışdır.  

Alınma sözlərin  əksəriyyətinə Azərbaycan dilinin leksik şəkilçilərini artırmaqla yeni 

sözlər yaranır. Söz köklərinin alınma olmasına rəğmən, sözyaratma prosesi dilin öz qanunları 

əsasında getdiyi üçün bu yolla əmələ gələn sözlərin yaranması dilin daxili imkanları hesabına 

gerçəkləşmiş sayılır. 

Azərbaycan dilinin dörd cilddən ibarət izahlı lüğətində  təsbit etdiyimiz zaman məz-

munlu sözləri quruluşuna görə sadə, düzəltmə və mürəkkəb quruluşlu olmaqla üç yerə ayır-

maq mümkündür. Biz məqaləmizdə  əsasən düzəltmə  və mürəkkəb quruluşlu zaman 

məzmunlu sözlərdən bəhs edəcəyik.  

Söz yaradıcılığında ən fəal üsul morfoloji yolla, yəni söz köklərinə şəkilçilərin əlavəsi 

ilə müəyyən məfhum ifadə edən yeni leksik vahidlər yaratmaqdır. Nitq hissələrinə aid 

olmaları baxımından zaman məzmunlu düzəltmə sözlər, əsasən, isim, sifət və zərflərdən, çox 

az sayda fellərdən ibarətdirlər. Zaman məzmunlu düzəltmə sözlər struktur-semantik 

xüsusiyyətlərinə görə iki yerə ayrılır: 

1. Leksik şəkilçi artırıldıqdan sonra zaman məzmunu qazanan sözlər (bunların sayı 

nisbətən azdır); məs.:  doğuluş, ezamiyyət, keçmiş, gələcək  və s. Belə sözlər bu və ya digər 

mənada birbaşa zaman vahidi sayılmasa da, məzmunundan hər hansı bir zaman dilimini 

göstərdiyi bəlli olur. 

2. Zaman məzmunlu sadə sözlərə leksik şəkilçi artırmaqla yaranan sözlər; məs.: tarix-

şünas, tarixçi, qışlaq, mövsümi, baharıstan, stajor, tətilçi, qədimi, çoxdankı, sonralar  və s. 

Azərbaycan dilində söz yaradıcılığı prosesinin başqa bir qolunu da sintaktik-semantik 

üsulla söz yaradıcılığı  təşkil edir. Mürəkkəb  quruluşlu, yəni sintaktik üsulla əmələ  gələn 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

798



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

zaman məzmunlu sözləri tərkib hissələrinin birləşməsi üsuluna, tərəfləri təşkil edən sözlərin 

nitq hissələrinə mənsubluğuna, tərəflər arasında semantik quruluş cəhətdən təsnif edə bilərik. 

Bunlardan  ən məqsədəuyğunu zaman məzmunlu mürəkkəb sözlərin nitq hissələrinə 

mənsubluğuna görə bölünməsidir. Belə sözlərin tərkib hissələrindən biri və ya hər ikisi zaman 

məzmunlu sözdən ibarət olur, tərkib hissələr mənşəyinə görə fərqli ola bilir; məs.: gecəçiçəyi, 



bayramqurdu, saatqabı, çoxəsrlik, anbaan, aybaay və s. 

 

 



AZƏRBAYCAN DİLİNDƏKİ SİNONİMLƏRİN FONOSEMANTİKASI 

 

Sahilə İBRAHİMOVA  

ADPU 


sahila.ibrahimova@yahoo.com 

AZƏRBAYCAN



 

 

Məlum olduğu kimi sinonimik paradiqma - yaxın və ya eynimənalı sözlərin bir qrupda 



cəmlənməsidir. Buna görə də sinonimlərlə fonosemantika arasında əlaqəni qurarkən identiklik 

və yaxınmənalılıq  əlamətlərini nəzərə almaq lazımdır. Amma yalnız leksik deyil, eyni 

zamanda fonetika baxımından bu əlamətlərə baxılmalıdır. Belə ki, əgər sinonimlik cərgəsini 

təşkil edən sözlərin müsbət, mənfi, neytral əlamətlərin fərqi 9% təşkil edirsə onda bu 

sinonimlər fonosemantik səviyyədə identiklik ifadə edir. 

Hər sinonim sözün məna çalarının təsviri üçün müsbət, mənfi və neytral səs əlamətləri 

faizlə hesablanmış, sonra isə sinonim cütlüyünün konnotativ əlamətlərinin fərqi qruplara görə 

təyin edilmişdir. Fərq dominant sinonim cütlüyü ilə müqayisə edilərək tapılmışdır. Belə ki, 

məhz dominantlıq sinonimlər üçün "hesablama nöqtəsi" təşkil edir. 

Riyazi statistikanın köməyi ilə sinonimlər arasında ən əhəmiyyətli fərq təyin olunur. 

Apardığımız təcrübədə sinonim sözlərin məna çalarlarını hesablamaq üçün ilk öncə 

sinonim cütlüklərdən ibarət cədvəllər hazırlanmışdır. Həmin cədvəldə sinonim sözlərin müs-

bət, mənfi, neytral xüsusiyyətlərinə aid ayrıca qrafalar ayrılmışdır. ADPU-nun müxtəlif 

fakültələrin tələbələrinə hazırlanan sorğu vərəqələri paylanılaraq hər bir xanaya uyğun qeyd-

lər aparmaları istənilmişdir. Tələbələrin sinonim sözlərin müsbət, mənfi, neytral əlamətlərinə 

qoyduğu + işarəsi əsasında cəm alınmış və faizlə hesablanmışdır. 

Hazırladığımız sorğu vərəqələri sinonim cütlüyünə daxil olan sözlərin hər birinin  ayrı-

ayrılıqda məna çalarlarının hansı kateqoriyaya aid olduğunu təyin etməklə yanaşı, həm də onla-

rın bu cütlüklər arasındakı fərqi də öyrənməyimizə yardım edir. Təcrübə üçün hazırladığımız bu 

metod sinonim cütlüklər üzərində statistik hesablamalar aparmağa da xidmət göstərir: 

 

№  



SİNONİMLƏR 

MÜSBƏT % 

Fərq 


(dominantla 

müqayisə də) 



MƏNFİ %

Fərq 

(dominantla 

müqayisədə)

NEYTRAL

% 

Fərq 

(dominantla 

müqayisədə)

1. 

Şən 

89 

 

8



 

3 

 

Şad 



87 

2%

6



2%

7 

4%

Xürrəm 



81 

8%

7



1%

12 

9%

2. 

Hündür 

50 

 

38



 

12 

 

Yüksək 



66 

16%


26

12%


8 

4%

Uca 



70 

20%


21

17%


9 

3%

Ali 



78 

28%


15

23%


7 

5%

3. 



Saxta 

85 

 

9

 



6 

 

Qəlp 



67 

18%


18

9%

15 



9%

Qondarma 

67 

18%


23

14%


10 

4%

 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

799



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 

Məlum olduğu kimi sinonimik paradiqma - yaxın və ya eynimənalı sözlərin bir qrupda 



cəmlənməsidir. Buna görə də sinonimlərlə fonosemantika arasında əlaqəni qurarkən identiklik 

və yaxınmənalılıq  əlamətlərini nəzərə almaq lazımdır. Amma yalnız leksik deyil, eyni 

zamanda fonetika baxımından bu əlamətlərə baxılmalıdır. Belə ki, əgər sinonimlik cərgəsini 

təşkil edən sözlərin müsbət, mənfi, neytral əlamətlərin fərqi 9% təşkil edirsə onda bu 

sinonimlər fonosemantik səviyyədə identiklik ifadə edir (Журавлев  А.П.  Вопросы 

семантики. Калининград, 1978). 

Sinonimlərin məna fərqliliyi əlamətini əsas tutaraq onları bir neçə qrupa ayırmaq olar. 

Qruplara bölərkən sinonim cütlüyü - dominant + sinonimik paradiqmasından biri. Belə ki, 

sinonim cütlüyünün bir üzvü 9% dən az, digəri isə 9 %-dən çox fəqrli səs əlaməti daşıya bilər. 

Bunları əsas götürərək biz sinonimləri aşağıdakı qruplara ayırdıq: 

1. Fonosemantik müstəvidə "uyğunluq" ifadə edənlər 

2. Fonosemantik müstəvidə az "uyğunluq" ifadə edənlər 

3. Fonosemantik müstəvidə "uyğunluq" ifadə etməyənlər 

 

Birinci qrup -"Fonosemantik müstəvidə "uyğunluq" ifadə edənlər" özü də iki 



yarımqrupa bölünmüşdür: A yarımqrupu və B yarımqrupu. A yarımqrupuna emosional məna 

çalarları 9%-dən az olan, B yarımqrupuna isə 9%-dən çox olan sinonim cütlüklər daxildir. 

 

İkinci yarımqrupa fonosemantik müstəvidə cüzi "uyğunluq" təşkil edən sinonimlər 



aiddir.Üçüncü qrupa isə fonosemantik səviyyədə "uyğunluq" təşkil etməyən sinonimlər daxil 

edilmişdir. 

Beləliklə, apardığımız təcrübəyə  əsasən biz aşağıdakı  nəticələri  əldə etdik: sinonim 

cütlüklərin 97%-ində həm leksik, həm də fonosemantik oxşarlıq, yaxınlıq müşahidə edilir. 

Bundan əlavə tədqiqatın gedişində sinonimlərin tipləri də təyin olunur. Burada məqsəd 

sinonimlərin fonosemantikası ilə onların semantikası arasındakı əlaqəni təyin etməkdir. 

 

 

 



XIX ƏSRDƏ VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ NAXÇIVAN ƏDƏBİ 

MÜHİTİNDƏ ŞƏRQ VƏ QƏRB ƏNƏNƏLƏRİNƏ MÜNASİBƏT 

 

Nərgiz İSMAYILOVA 

AMEA Naxçıvan Bölməsinergiz.ismayilova@hotmail.com 

AZƏRBAYCAN 

 

XIX-XX  əsrlər Azərbaycan  ədəbiyyatı tarixi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu 



dövrdə  həm dünya ədəbiyyatında, həm də Azərbaycan  ədəbiyyatında maraqlı konsepsiyalar 

ortaya atılmış, bu istiqamətdə  fərqli  ədəbi yanaşmalar ortaya çıxmışdır. Həmin dövrün 

ədəbiyyatı uğurlu inkişaf dövrü keçməklə yanaşı, bir o qədər də qarışıq olmuşdur. Dünyaya 

inteqrasiya, dünya ədəbiyyatı ilə sintez, dünya ədəbiyyatı fövqündə milli ədəbiyyat yaratmaq 

cəhdləri bu dövr ədəbiyyatının əsas prinsiplərindən idi. XIX əsrin sonu XX əsrin əvvəllərində 

də Naxçıvan Azərbaycan elminə  və maarifinə  böyük töhfələr vermişdir.  Azərbaycanda 

təzahür edən milli maarifçilik hərəkatı Naxçıvanda da özünü göstərməyə başlamışdır. İctimai-

iqtisadi, sosial-mədəni yeniliklər mütərəqqi, demokratik ziyalılar  təbəqəsinin formalaşması 

üçün münbit zəmin yaratmışdır. Yeni tipli mədəni-maarif ocaqlarının təşkil edilməsi 

nəticəsində dünyəvi elmlər tədris olunmağa başlamış, müəllim və  şagirdlərin sayı getdikcə 

artmağa  başlamışdır. Qərb  ədəbiyyatına meylin artdığı bir zamanda, Şərq  ədəbiyyatına 

hörmətin izləri hələ  də qalırdı. Naxçıvan  ədəbi mühitində yetişən sənətkarların hər birinin 

yaradıcılığında Şərq motivi özünəməxsus bir şəkildə təzahür edib. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

800



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Bu cür sujetlərə biz R. Babayevin “Azərbaycan folklorunun Regional xüsusiyyətlər”i, 

Naxçıvan folkoru adlı dissertasiyasında da rast gəlirik: “Qırğızlar “təkgözlü divi” Malgün, 

yəni Məlun, qaqauzlar isə Denegoz adlandırırlar. Yunan, Hind və digər mənbələrdə onunla 

bağlı maraqlı məlumatlar var. Azərbaycan folklorunda Təpəgözə münasibət daha maraqlıdır”. 

“Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi 

sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır. Məhəmmədağa 

Şahtaxtılının mədəniyyət konsepsiyası və bundan doğan vətəndaşlıq keyfiyyətləri “Şərqi-rus” 

qəzetində çap edilən “Hər gün bir az” silsilə məqaləsində də öz ifadəsini tapmışdır. O, Şərqin 

taleyindən danışarkən ilk növbədə  tərəqqini mühüm amil hesab edir. Avropalıların bütün 

nailiyyətlərə və yeni mədəniyyətlərə tərəqqi ilə nail olduqlarını söyləyir və bunu müsəlman-

lara nümunə göstərir. Eyni zamanda, tərəqqidən danışarkən qadınların cəmiyyətdəki roluna da 

xüsusi diqqət yetirir. Avropa və Amerika qadınları ilə müsəlman qadınları arasındakı fərqin 

Şərqin zərərinə işlədiyini əsaslandırır”. 

Qadın azadlığı  şüarı ilə diqqət çəkən sənətkarlardan olan Eynəli bəy Sultanov, Cəlil 

Məmmədquluzadə isə qadınların azadlığını, inkişafını elmdə təhsildə görürdü. 

Eynəli bəy Sultanov da publisist məqalələrində Qafqaz və Şərq xalqlarının  mənafeyini 

müdafiə etmişdir. O “Təzə pir” hekayəsinin əvvəlində Hafizdən bir sitat gətirmişdir: “Riyazi-

dəruniyi –pərdə zi rindani-məst purs” (Pərdənin dalındakı sirri sərxoşlardan soruş). Bu 

hekayədə o, müsəlmanların avamlığından, dini-fanatizmdən və onun bilinməyən, gülünc 

tərəflərindən bəhs edir. Hekayədə eşşəklərin dəfn olunduğu məzarları xalqa “əməlisaleh, mö-

min  şəxsin məzarı” kimi qələmə verib, məzarın üzərində türbə ucaldan fırıldaqçılar tənqid 

atəşinə tutulur.   

Azərbaycan klassikləri ilə bərabər, Şərq və Qərbin böyük sənətkarlarını, böyük filosof-

larını, tələbəlikdən oxuyub öyrənməyə başlayan Mirzə Cəlil isə bu işə 80-90-cı illərdə daha 

ciddi fikir verir. Dünya mədəniyyəti gənc yazıçının təşəkkülünə, kamilləşməsinə kömək edən 

bir amil, fikir xəzinəsi olsa da, onun fikrincə, hər bir milli mədəniyyətin öz qiyməti, öz gözəl-

liyi vardır.  

C.Məmmədquluzadə “Danabaş  kəndinin  əhvalatları”nda qədim yunan filosofu Sokrat-

dan sitat gətirmişdir. Həmin  əsərdə    həm də “Camei-Abbasdan” bəhs edən müəllif Qəzetçi 

Xəlilin dili ilə o vaxt oxunan əsərlərə bu yolla diqqət çəkir. Görüldüyü kimi, sonrakı dövrdə 

Azərbaycanın məktəb və  mədrəsələrində  Sədinin “Gülüstan” ,“Bustan” əsərləri, Füzulinin 

“Divanı”, “Tarixi-Nadir”, “Camei-Abbas” kimi kitablar dərslik və dərs vəsaitləri kimi geniş 

şəkildə istifadə olunmuşdur. Həmin kitablar şagirdlərin bilik və yaş səviyyəsinə uyğun olmasa 

da, milli dərslik yaradıcılığımızda ilk nümunələr kimi qiymətlidir. C.Məmmədquluzadənin 

başçılıq etdiyi “Molla Nəsrəddin”  ədəbi məktəbinin nümayəndələrinin yaradıcılıqlarında da 

Şərqin təsviri, Şərq mövzusu aktual idi.  

Şərq və  Qərbin sintezi şəklində  əsaslandırılan hadisələr və bu hadisələrə  fərqli baxış 

romanı daha da qiymətli edir. Əsərdə müəllifin Şərqə və Qərbə münasibəti müxtəlif surətlərin 

dili ilə verilir. “Dumanlı  Təbriz” romanında həmçinin Qərbin  Şərqə,  Şərqin də  Qərbə 

münasibəti, bu münasibətdəki mənfi və müsbət cəhətlər təsvir olunub. Əsərdə “Vəhşi Şərqə” 

mədəniyyət gətirib, Şərqi mədəniləşdirmək istəyən rus, alman, türk, ingilis xalqlarının daxili 

siması  məharətlə  təsvir olunub. Əsərin müxtəlif hissələrində Ordubadi Şərq və  Qərbin 

müqayisəsini də vermişdir.  Şərqi maddi zənginliklərini tərif edən  ədib bəzən də  Şərqin 

təfəkküründəki geriliyi tənqid edir. “Şərqin mülkədarını da Qərbin mülkədarı ilə müqayisə 

etmək olmaz” və  s.  kimi  ifadələr bu fikri sübut edir.  Şərqdə  hökm sürən fanatik və cahil 

mühitin bədii və siyasi mənzərəsini yaradır və göstərir ki, dinini kamil bilməyən  şərqliləri 

molla qiyafəsinə bürünən rus və Qərb casusları aldada bilir. Şərqlilərin yaşadığı evləri təsvir 

edən sənətkarın bu qeydləri də diqqət çəkir: “Ümumiyyətlə, Təbriz evləri fransızların nəşə və 

zövqünə      uyğun bir vəziyyətdə düzədilmişdir. Təbriz evlərinin səqfində  çılpaq  məlakə 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

801



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

şəkillərinə  təsadüf etmək olurdu”–deyən  ədib bu yolla Şərqdəki Qərb meyillərinə diqqət 

çəkmək istəmişdir. Şərqdə Qərb əhval ruhiyyəsini təsvir edən bu xırda cəhətlər xaric, Şərqdə 

Qərbləşmək  ab-havası hiss edilmir.  

Ordubadi  əsərində  təzadlı fikirlərlə  çıxış edib,  Şərq qadınının gözəlliyini ucaltsa da 

“xüsusən gözlərindən gülmək və baxışında oynamaq yalnız Təbiz qadınlarına məxsus 

gözəllikdir” desə də , əsərdə əsas obraz olaraq qərbli qadın seçilmişdir.  Ədib romanda  Saib, 

Əndəlib,  Əda, Sədi, Xəyyam, Hafiz, Rudəki, Füzuli, Xaqani, Firdovsi kimi Şərqin məşhur 

sənətkarlarınını da xatırlayır.  

Şərqdəki inkişafın hər sahəsinə diqqət çəkilən və əsaslandırılan “Qılınc və Qələm” əsəri 

də bu baxımdan qiymətlidir.  Əsərdə müəllif Firdovsidən bəhs etmiş, hətta bəzən onun 

müəyyən fikirləriylə razılaşmadığını bildirmişdir. Lakin buna baxmayaraq Ordubadi Şərqin 

dahi sənətkarına böyük ehtiramla yanaşmışdır. Naxçıvan  ədəbi mühitində yaranan 

ədəbiyyatda Şərq mövzusu, Şərqi öyrənmək, təbliğ etmək geniş vüsət tapmışdır. Şərqə maraq, 

Şərqi tərənnüm etmək XIX-XX əsrlərdə əvvəlki dövrlərə nisbətən zəif olsa da, müəyyən qrup 

sənətkarların yaradıcılığında bu motiv güclü idi.  

Mənbələrdə göstərilir ki, Ə.Qəmküsar da Şərq və Azərbaycan  ədəbiyyatını  dərindən 

mənimsəmişdir. Məsələn, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov özünün “Ə.Qəmküsar 

yaradıcılığında  Şərq-türk  ədəbiyyatına münasibətin tənqidi-realist prinsipləri” adlı 

məqaləsində qeyd edir: “Əliqulu Qəmküsarın  Şərq–türk ədəbiyyatı ilə bağlılığında aşağıdakı 

məqamlar daha çox diqqəti cəlb etməkdədir:  

1.Klassik Şərq şeiri şəkillərindən istifadə; 

2.Şərq  ədəbiyyatı tarixində mühüm yer tutan məşhur yazarların və ya surətlərin nəzər 

nöqtəsinə çəkilməsi; 

3.Klassik Şərq-türk ədəbiyyatına ehtiram; 

4.Çağdaş türk müəlliflərinin yaradıcılığına tənqidi münasibət” . 

Hüseyn Cavid isə Şərqi öz əsərlərində özünəməxsus bir şəkildə əks etdirirdi. Məlumdur 

ki, “Şeyx Sənan” Azərbaycan  ədəbiyyatında ilk mənzum tarixi faciədir. Və bu mövzunun 

tarixi, yaxud əfsanəvi olub olmaması xüsusi bir söhbətin mövzusudur. 

Fakt budur ki, H.Cavid bu möhtəşəm  əsərində-romantik faciədə ilahi eşq problemini 

qoyur. Əsərin sonunda Şeyx Sənan Xumarın əlindən tutub “Ya allah!” deyərək uçuruma atılır. 

“Uçalım, haqqa doğru, gəl uçalım!” -deyir Şeyx Sənan. Oxucu bu uçurumdakı yüksəkliyi dərk 

edir. 

Tək Tanrılı türkün müqəddəs “Quran” vasitəsilə öyrəndiyi cənnətin qədim türk 



dilindəki sinonimi uçmaq idi. Dərvişin xəbər verdiyi və ümumun şəhadət gətirdiyi kimi Şeyx 

Sənanla Xumarın fəzada sanki bir mələk olaraq uçduqlarını bütünlüklə romantizm ədəbi 

metodunun imkanları  çərçivəsində incələmək yetərli deyil, burada göyə qayıdan türk oğlu 

Sənan var, Tanrı sevgisinin müqabilində cənnətlə -uçmaqla müjdələnmiş Sənan var”.  

Amma daha konkret müqayisə göstərir ki, o, məhz bir Nitsşedir. Burada Nitsşenin ideya 

obrazı onun “Zərdüşt belə demişdir”  əsərindəki nurani Qoca obrazı ilə bir araya gətirilir. 

Caviddə ixtiyar, nurani Dərviş  ağaclıqdan  Şeyx Sənanın qarşısına çıxır. Nitsşenin nurani 

Qocası meşədə  Zərdüştün qarşısına çıxır və ona insanlardan uzaq olmağı  məsləhət görür: 

“Bəs mən niyə meşəyə çəkilmişəm, niyə özümdə dəfn olunmuşam? Ona görə deyilmi ki, mən 

insanları  qədərindən artıq sevirdim? İndi yalnız Allahı sevirəm.  İnsanları sevmirəm daha. 

İnsan mənim nəzərimdə natamam, yarımçıq məxluqdur”. 

Cavid “Səyavuş”  əsəri ilə  Şərqin böyük sənətkarı Firdovsiyə olan etiramını nümayiş 

etdirdi. “Firdovsi və onun “Şahnamə”silə  bizim ədəbiyyatımız arasında böyük bir əlaqə var-

dır. Bu əlaqə dörd şəkildə meydana çıxmaqdadır: 1) Firdovsi qəhrəmanlarının xalq yaradıcı-

lığına təsiri; 2) Ədiblərimizin Firdovsiyə münasibəti; 3) “Şahnamə”dən müxtəlif parçaların 

tərcümə edilməsi; 4) Bədii  yaradıcılıqda Firdovsi üslubunun təqlid olunması”. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin