III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
802
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
XX əsrin ilk illərində E.Sultanov, C.Məmmədquluzadə, M.S.Ordubadi və H.Cavid yara-
dıcılığında xüsusi yer tutan qadın azadlığı məsələsi Şərq ədəbiyyatı ilə ortaqlıq təşkil edən
hadisələrdəndir.
Naxçıvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Məşhur şair-
lər, nasirlər, elm və mədəniyyət xadimləri yetirən bu torpaqda olduqca zəngin ədəbi mühit
formalaşmışdı. Bu illərdə yaradılan ədəbiyyatda tarix, incəsənət, psixologiya, pedoqojika,
coğrafiya, politologiya, dilçilik və sair kimi elmlərin izləri vardır.
EYNƏLİ BƏY SULTANOV BİR FOLKLORŞÜNAS KİMİ
Elxan MƏMMƏDOV
AMEA Naxçıvan Bölməsi
elxan.yurdoglu@yahoo.com
AZƏRBAYCAN
XIX əsrin sonlarında H.Zərdabi, F.Köçərli, E.Sultanov, Y.V.Çəmənzəminli kimi Azər-
baycanın görkəmli simaları şifahi xalq ədəbiyyatımıza ciddi maraq göstərmiş, ondan lazı-
mınca bəhrələnərək folklor materiallarını toplamış, tədqiqinə çalışmışlar.
Belə ziyalılardan biri olan Eynəli bəy Sultanovun folkorşünaslıq fəaliyyəti də bu baxım-
dan diqqəti cəlb edir. XX əsr ədəbiyyatşünaslıq elmimizin görkəmli simaları folklor məsələ-
lərindən bəhs edərkən E.Sultanovun adını həmişə ön sıralarda çəkmişlər.
E.Sultanovun folklorşünaslıq fəaliyyətinin tədqiqi, öyrənilməsi folklorşünaslıq qarşısın-
da duran əsas məsələlərdən biri olmuşdur. Düzdür, Eynəli bəy Sultanovun folkorşünaslıq
fəaliyyəti ətraflı tədiqaqata ilk dəfədir tərəfimizdən cəlb olunur. Buna baxmayaraq folklor-
şünaslıq tariximiz öyrənilərkən E.Sultanovun bu fəaliyyəti diqqətdən yayınmamışdır.
Abbas Zamanovun, Aidə Feyzullayevanın, Adil Mişiyevin, İsa Həbibbəylinin, Paşa
Əfəndiyevin, İzzət Maqsudov və digərlərinin tədqiqatlarının bir hissəsini E.Sultanovun folk-
lorşünaslıq fəaliyyətinin öyrənilməsi təşkil edir.
XIX əsrin sonlarından E.Sultanov folklorla ciddi maraqlanır, xalq məsəlləri və atalar
sözlərini toplayır, onların ideya-bədii xüsusiyyətləri haqqında məqalələr yazırdı.
Ədibin folklorşünaslıq fəaliyyətindən danışan Z.Əlizadə bildirir ki, “XX əsrin əvvəl-
lərinə qədər folklor nümunələrinin toplanması, nəşri, öyrənilməsi təsadüfi, kortəbii səciyyə
daşımış, bu iş ayrı-ayrı maraq sahiblərinin zövqünə müvafiq şəkildə görülmüşdür. Buna bax-
mayaraq folklor materiallarının həyat üzü görmələrində ziyalılarımızın böyük əməyi olduğunu
deməliyik. XIX əsrdə Azərbaycan folklorunun bütün janrlarına aid nümunələr—atalar sözü,
zərb məsəl, tapmaca, əfsanə, nağıl və s. toplanıb rus mətbuatında çap etdirilmişdir. Bu sahədə
Eynəli bəy Sultanovun xidməti təqdirəlayiqdir”.
E.Sultanovun geniş ictimaiyyətə təqdim olunmasında A.Zamanovun rolu danılmazdır.
A.Zamanov məqalələrində E.Sultanovun folklora münasibəti, fəaliyyətində folklora bağlılığı
barədə dəyərli mülahizələr irəli sürmüşdür. O, E.Sultanovun “Seçilmiş hekayələr” kitabına
yazdığı ön sözdə bu məsələyə münasibətini bildirmiş, E.Sultanovun folkloru toplamasıyla
yanaşı, bədii əsərlərində folklor nümunələrində istifadə etməsini diqqətə çatdırmışdır.
Bu sahədə əhatəli tədqiqatlar İzzət Maqsudova məxsusdur. İ.Maqsudov ədibin folklor-
şünaslıq fəaliyyətinə geniş yer ayıraraq yazır: “E.Sultanov xalq ədəbiyyatını toplayıb nəşr
etdirməkdə böyük xidmətlər göstərmişdir. Çox maraqlıdır ki, o, inqilabdan əvvəlki ağır bir
şəraitdə, bütün çətinliklərə sinə gərərək 3000-ə qədər atalar sözü toplamış, onları elmi surətdə
təsnifləşdirib, bir qismini rus mətbuatında nəşr etdirmişdir. Onun xalq ədəbiyyatı, aşıq
yaradıcılığı haqqındakı fikirləri ayrıca tədqiqə layiqdir”.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
803
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Abbas Hacıyev isə özünün “Tiflis ədəbi mühiti” adlı monoqrafiyasında E.Sultanovun
müxtəlif istiqamətli yaradıcılığına toxunur, ədibin folklorla bağlılığı haqqında da söhbət açır,
folklorun toplanması, öyrənilməsi, təbliği, tərcüməsi sahəsində E.Sultanovun xidmətlərini
göstərərək yazır: “Eynəli Sultanov da şifahi xalq ədəbiyyatı ilə ciddi maraqlanır, xalq
məsəlləri və atalar sözləri toplayır, onların tərbiyəvi əhəmiyyətini, ideya-bədii xüsusiyyətləri,
daxili hərarəti və emosiyası haqqında oxucularda aydın təsəvvür oyatmağa çalışırdı”. Müəllif
ümumilikdə belə qənaətə gəlir ki, “E.Sultanov folkloru yazılı ədəbiyyatın inkişafı üçün
mənbə, praktik qənaətlərin poetik ifadəsi adlandırırdı”.
Maarifçi ziyalının folklorşünaslıq irsi müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünas-
lığında akademik İsa Həbibbəylinin axttarışlarında da özünü göstərir. E.Sultanovun Azərbay-
can el ədəbiyyatı nümunələrini xüsusi qayğı ilə topladığına toxunan İ.Həbibbəyli öz tədqiqat-
larında ədibin xalq ədəbiyyatı nümunələrinin toplanma vəziyyəti və qaydaları haqqında şərh-
lər irəli sürdüyünü diqqətə çatdırır: “Şifahi xalq ədəbiyyatı ənənələrinə qüvvətli meyl onun
əsərlərinin bədii-emosional səviyyəsini yüksəltdiyi kimi, xəlqilik keyfiyyətini də gücləndir-
mişdir” deyən akademik E.Sultanovun bədii əsərlərində də folklordan geniş istifadə etdiyini
bildirirərək yazır: “E.Sultanovun müdrik xalq hikmətlərini yorulmadan yazıya alıb dərc etdir-
məsi xalqına böyük məhəbbət bəsləyən həssas bir ziyalının vətəndaşlıq borcundan çox, həmin
folklor nümunələrinin vasitəsiylə içində yaşadığı cammaatın bağrından qopan, ürəyindən
süzülüb gələn işıqlı ümidlərinin dilləndirilməsi təsiri bağışlayır”.
Digər filoloq-alim A.Feyzullayevanın tədqiqatlarında E.Sultanovun folklorla bağlılığı,
“Novoye obozreniye” qəzetindəki məqalələrinin timsalında ətraflı tədqiqatçı müşahidəsindən
keçirilir. “Maarif carçıları” monoqrafiyasında müəllif bu barədə ətraflı bəhs edərək bu qəna-
ətə gəlir ki, E.Sultanov öz hekayələrində çoxlu atalar sözü, zərb-məsəl, xalq mahnısı, bayatı,
qoşma, aşıq şeiri və s. folklor nümunələrindən istifadə etmişdir. O, zəngin xalq müdrikliyi
xəzinəsinin pərəstişkarlarından biri idi, atalar sözlərində çoxəsrlik xalq təcrübəsinin
təcəssümünü görürdü. E.Sultanov Azərbaycan folklorunu səbrlə, diqqətlə toplayır və tədqiq
edirdi. O, şifahi xalq yaradıcılığını xalq təfəkkürünün və psixologiyasının güzgüsü sayırdı.
E.Sultanovun folklorşünaslıq fəaliyyətinə geniş yer ayrılan araşdırmada ilk dəfə
Azərbaycan atalar sözlərinin ideya məzmununa, məna və bədii xüsusiyyətlərinə əsaslanaraq
təsnifatının E.Sultanov tərəfindən aparıldığı qeyd edilir.
Azərbaycan folklorşünaslığının tarixini geniş tədqiq edən professor Paşa Əfəndiyevin
elmi axtarışlarında da E.Sultanovun folklorşünaslıq irsi barədə bəhs olunur. XIX əsrin
sonlarından XX əsrin ikinci yarısının ortalarınadək olan bir dövrü əhatə edən doktorluq
dissertasiyasında P.Əfəndiyev milli folklorşünaslığımızın tarixində E.Sultanovun adını
ehtiramla çəkir: “XIX əsrdə Azərbaycan atalar sözü və məsəlləri ilə ən çox maraqlanan
ziyalılardan biri Eynəlibəy Sultanov idi” yazan alim görkəmli ziyalının “Kavkaz” qəzetində
çap olunan “Azərbaycan xalq müdrikliyi nümunləri” məqaləsindən də geniş bəhs edir.
E. Sultanovun folklorşünaslıq irsinin tədqiqi sahəsində araşdırmalar apararkən bir
cəhət xüsusi diqqətimizi çəkdi. Belə ki, E.Sultanovun həyat və fəaliyyətindən, bədii və
publisistik yaradıcılığından bəhs edən bütün tədqiqatçılar görkəmli ziyalının folklorşünaslıq
irsinə, folklorun toplanması, tədqiqi, tərcüməsi, nəşri və təbliğində gördüyü işləri xüsusilə
diqqətə çatdırırlar. Bütün bunlar E.Sultanovun folklorşünas kimi fəaliyyət göstərdiyini bir
daha sübut edir və onun folklorşünas kim tanınmasında böyük əhəmiyyət daşıyır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
804
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ÖMƏR XƏYYAM RÜBAİLƏRİNİN SEHRİ
Şahin YUSİFLİ
Bakı Dövlət Universiteti
yusifli145@gmail.com
AZƏRBAYCAN
Dörd misralıq şeir nə qədər cəlbedici ola bilərdi ki, əsrlər boyu öz qüvvəsini saxla-
sın?...Bu misralar özündən dünyaya və ya yaradılışa nələr vəd edirdi? Bəs niyə onun
şeirinlərə bütün dünya xalqları pənah gətirdi?
Xəyyamın rübailəri o qədər ümumbəşəri olmuş, o həddə qədər bəşərin ideyalarını
təcəssüm və ya təmsil etmişdir ki, dünya tarixinin nadir inciləri sırasına düşmüş, bütün
dillərə, hətta qaraçı dilinə də tərcümə edilmişdir. Təkcə 1913-cü ildə Ömər Xəyyamın
əsərləri ancaq ingilis dilində yüz iyirmi dəfə çap olunmuşdur.
Hər şeydən əvvəl Xəyyamın rübailərindən danışdıqda bu sual meydana
çıxır.Xəyyamın rübailərinin sehri nədədir? Səkkiz yüz il əvvəl yaranmış şeirin müasir
insanı həyəcanlandırması insana çox qəribə gəlir.Lakin elə məsələ bundadır ki, il anlayışı
Xəyyamın rübailərinə aid deyildir.Bu rübailər sanki bir anlıq fanilikdən kənarda
mövcuddur, onlar sanki zamanın sakitliyi və əbədiliyinin hansısa xəttinə və strukturuna
hopmuşdur.Ancaq bununla belə Xəyyamı oxuyarkən, çox vaxt bilmirsən ki, onun
şeirlərindəki fikri izləyəsən, və yaxud sadəcə olaraq rübainin gözəlliyindən, onun
obrazlılığından və bəzəyindən, musiqi ritmindən zövq alasan.
Xəyyamın rübailəri müasir oxucunu nə ilə cəzb edir? Yığcamlığıylamı?
Sadəliyiyləmi? Bəlkə də fəlsəfi fikirlərin yığcam və zəngin ifadəsi ilə? Axı həqiqətən
şeirlərindəki musiqini nəsr dilində ifadə etmək faydasız məşğələdir.Bəlkə də, hərəmiz
Xəyyamı bir cür anlayırıq və yaşımız artdıqca yeni cəhətlər və xususiyyətlər kəşf edirik.
Xəyyam şairlikdən oyana böyük riyaziyyatçı idi.O rübaiyə bir tənlik kimi baxmış,
kiçik ölçülü formada, qəliblənmiş dörd misrada həyatın bir çox mətləblərini həll
etmişdir.Xəyyamın rübailərinin əsasında gündəlik həyatı məsələr deyil, ruhunda olan
cavab tapa bilmədiyi narahatlıqlar dururdu.O, yaşamağın gözəlliyin hiss edən bir həqiqət
axtarıcısı, böyük bir filosof, eyni zamanda zərif və incə hislərə malik bir insan idi.
Xəyyamın əsərlərində dünyada çox az adamın etiraf etdiyi bir şey var.Bu həyat
sevgisi və ölüm qorxusudur.Bu qorxu əslində əsl qorxudan fərqlidir.Xəyyamın qorxusu
təəssüfdür, dünyadan doymamaqdır.Bu səbəbdən Xəyyamın fikirləri mistikadan və
sxolastikadan ayrılır, həqiqi həyati fikirlərlə birləşir.Bəziləri bildirir ki, şair Allahı danır.
Xeyr, şair kainatın yaradıcısına naz və sitəm edir.Onun nəzərində dünya-həyat keçicidir.
Bəziləri Xəyyamın şeirlərinə baxaraq onu zövq əhli hətta əyyaş, bəziləri heç bir şeyə
etiqad etməyən nihilist, kimi mülhid, kimi münkir, kimisi rəzil bir qələndər, digərləri isə
Avropa filosoflarına bənzətmiş, bir qismi isə mükəmmək sufi kimi qələmə vermişdir.
Xəyyamın şeirlərində şərab simvolu bədbinliyə qarşı xoşbəxtlik, hür insanların
düşüncələrinə hopan bir aramlıqdır.Xəyyamdakı şərab təsəvvüfi şərab olmasa da, o yenə
də ruhu sərxoş edən xəyali bir şərabdır.
Bir çox səbəblərə görə ehtimal etmək olar ki, Xəyyam tərəfindən bu söz sırf rəmzi
mahiyyət daşımışdır.İkinci baxışdan elə rübailər tapırlar ki, onların fikrincə orada heç bir
mənaaltı sufizmdən söhbət gedə bilməz.
O, özünün ən yaxşı rübailərində obrazlarda xüsusi təfəkkür üsulunun modelini
yaratmış və formalaşdırmışdır. Xəyyamın rübailərini oxuyan hər bir şəxs, onunla birlikdə
düşünür və başqasının dərdinə şərik olur. Xəyyamı bir məsələ düşündürürdü. Bütün
yaradılışı Allah yaratmışsa, sonra nə üçün məhv edir ? Lakin sonra Xəyyam görür ki,
dəyişilməyən heç nə yoxdur. Həyatda hər şey müvəqqətidir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
805
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Xəyyama görə insanın ömrü sürətlə keçir, neçə ki su arxdan, külək səhradan.Axıb
gedən həyat bir də geri dönmür, ölüm qətidir.Madam ki, belədir, insan həyatını zövq və
səfa ilə keçirməli, təbiətin gözəlliklərindən və nemətlərindən mümkün qədər çox istifadə
etməlidir.Bu səbəbdən şair meyi və şərabı xüsusi ilə bir həmdəm kimi məsləhət görür.Bu
həmdəm həqiqi şərab məhfumundan uzaq olan fəqət həqiqi sərməstliyə yaxın bir hissləri
özündə ehtiva edən simvolik bir içkidir.Şairə görə həyat ancaq bu dünyadır.Saysız hesabsız
ölüb gedənlərdən bir xəbər yoxdur.Ölənlər çürüyüb qəbirdə torpağa dönürlər. Qabaqınız-
dakı bu şərab şüşələri, qədəhlər, piyalələr ölüb getmiş dilbərlərin əlləri, dodaqları, gözəl
üzləri, zərif boyunları, aşiq və məşuqələrin torpaqa dönmüş üzvləridir. Varlıqda olan mad-
dələr fasiləsiz toplanır, dəyişir və dağılır.Sonsuz fəzalarda axıb gedən ulduzların, boşluq-
larda dönüb dolaşan kainatın nə əvvəli olmuş, nə də axırı olacaq.Haradan gəlmişik? Haraya
gedirik? Nə üçün doğuluruq? Nə üçün ölürük? İnsanın heç yüz min ildən sonra bir ot kimi
bitmək ümidi də yoxdur.Bu kuzəçinin ayaqları altında tapdalanan torpaq ölüb getmiş
insanların vücududur.Bu kuzələri alanlar da, düzəldənlər də, satanlar da yoxluqdan gəlib
yoxluğa gedən müsafirlərdir.Madam ki, belədir onda faydalı iş görək, müvəqqəti həyatdan
zövq alaq.Əgər bunları da etməsək, deməli dünyadan nakam gedəcəyik.Boş mövhümata,
parçalanmış din qalıqlarına inanmayaq.Dünyanın ləzzətlərindən faydalanaq.
Xəyyam özü istədiyi kimi yaşaya bilməmiş, amma insanların azad və xoşbəxt
yaşamasını arzu etmişdir.Xəyyam öz dövründə çox sıxışdırıldı, cəmiyyətə görə, ona olunan
təzyiqə görə özünü sıxdı.Rübailərində qəlbindən axan sözləri gələcəyə çatdırdı.Onun dün-
yanın fani olmasını bu qədər ifratçılıqla qeyd etməsi insanda müəyyən fikirlər yaradır.Axı
Xəyyam kimi böyük filosof nəyəsə söykənməsə bu fikirləri deməzdi.Bəli, Xəyyamdan
keçən yüz illər boyunca bu bütün tədqiqatçıların müəmma doğuran sualına çevrildi.
“Zaman külək kimi əsdikcə, tarix ələk kimi ələndikcə, bəşəriyyətin nadir inciləri
almaz dənələri kimi üzə çıxır. Zamansız və məkansız Ömər Xəyyam kimi”...
XIII-XIV ƏSRDƏ AD VƏ FEİL HİSSƏSİ EYNİ OLAN SUBSTANTİV VƏ
PREDİKATİV FRAZEOLOJİ VARİANTLARIN SEMANTİK-ÜSLUBİ
ÖZƏLLİKLƏRİ (NƏSIMI DILININ ƏSASINDA)
Türkan ASKEROVA
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu Dil tarixi və Dialektologiya
disser083@gmail.com
AZƏRBAYCAN
Qeyd etmek lazımdır ki, Azərbaycan dilçiliyində ümumən sabit söz birləşmələri quru-
luşuna görə mürəkkəb sözlərə daxil edilir. Bir qism alimlər isə mürəkkəb sözlərin idiomatik
səciyyə daşımasını vurğulayaraq, səs vermək tipli məcazlaşmış feli birləşmələr sabit söz
birləşmələri hesab edirlər. Son elmi mənbələrbu fikri təsdiqləyir. Məsələ ilə əlaqədar Q.
Kazımov yazır: “Feillər qədim tarixi olan bir nitq hissəsi olaraq həqiqi mənada işləndikləri
kimi əksəriyyət etibarilə məcaziləşərək başqa bir sözlə (adlarla) birləşir, ismi və feili fraze-
oloji vahidlər əmələ gətirir”.
Həm klassiklərimizin, həm də Nəsiminin dilində adların feillərlə birləşməsi nəticəsin-
də yaranan mürəkkəb feil qurluşlu feili frazeoloji vahidlər çoxdur. Bu tip feili frazeoloji
vahidlər, mürəkkəb feil kimi, məna və qrammatik cəhətdən birləşərək bir məna ifadə edir və
semantik baxımından zəngin məna çalarlı feili frazeoloji vahidlərkimi formalaşır.
Məlumdur ki, Azərbaycan dilində feili frazeoloji vahidlərin bir qismini də leksik və
leksik-qramatik fərqlərlə bir – birindən fərqlənən, lakin məzmunca dəyişməyən frazeoloji
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
806
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
variantlar təşkil edir. Elmi ədəbiyyatlarda frazeoloji varinatlar üçün səciyyəvi xüsusiyyət
olaraq onların tərkibində müxtəlif ortaq sözün olması, lakin eyni mənaya malik olması,
mətndə variantların bir-birini əvəz etməsi, obrazlılığın eyni olması kimi amillər göstərilir.
Frazeoloji varinatlarda komponentlər arasında eyniyyət olması mühüm şərt hesab
edilir. Bu səbəbdən, komponentlərin eyni olması baxımından, Azərbaycan dilində olan feili
frazeoloji variantların iki növü müəyyən edilir:
a. Ad hissəsi eyni olan feili frazeoloji variantlar
b. Feil hissəsi eyni olan frazeoloji variantlar.
a. Ad hissəsi eyni olan feili frazeoloji varinatlar və onların semantik-üslubi özəllikləri
Baş olmaq, başçıxarmaq, (dərdə düşmək), mərifət satmaq, mərifət kəsb etmək (özünü
mərifətli göstərmək), dad vermək, dada gətirmək (sözün mahiyyətini artırmaq; ətək itirmək
(ayrılmaq, uzaqlaşmaq: Yanaram eşqində, axar gözlərimdən yaşlar, Firqətin dərdiçıxardı
yürəgimdə başlar! Yarimi ayırdı məndən çərxi – qəddar, üştə gör! Yürəgim baş oldu qəmdən,
gəl içim yar, üştə gör! Mərifət satır gəlir hər mərifətsiz canavar, Mərifət kəsb eylə ləbi – lövhə
məşğul ol!; Gərçi Nəsimi sözün dadini verdi, vəli, Dada gətirdi anı ləfzi – şəkər barımız!; Ətək
silkinmək (uzaqlaşmaq, rədd etmək), Tozlu cahana silkin ətək kim, nəiminə, Hər kim, bibəsər
oldu müqəyyəd əsirdir; Yarın ətəgin itirdin əldən, Düşün bu xərabə bil nədən?
Göründüyü kimi, bu qrupa daxil olan feili frazeoloji vahidlər, əsasən eyni mənanı
bildirən feili frazeoloji variantlardır və bunların birinci komponenti (tərəfi) ümumidir, yəni
eyni sözdür; həmin frazeoloji vahidlərdəki ümumi sözlər baş (yara), ətək, mərifət sözləri
olanların eyni fikrin variantlar vasitəsilə ifadə edilməsini təmin edir: nəfsini öldürmək (nəfsə
uymamaq), nəfsini qurtarmaq (əmarədən - ərəbcə əmr edən, əmr verən) və daha bədii obrazlı
variantlar: nəfsini yük etməmək, nəfsi oda atmaq, nəfsin çərisin basmaq, nəfsi - şumun atına
binməmək kimi variantlar bədii şəkildə müasir Azərbaycan dilində işlənməkdə olan nəfsini
basmaq, nəfsini öldürməyi bacarmaq frazeoloji vahidlərin daha emosional, daha ekspressiv
ifadəsidir.
b. Feil hissəsi eyni olan feili frazeoloji variantlar və onların semantik-üslubi özəllikləri
Bu vahidlər feil hissəsi eyni olub, yaxın mənaları bildirən feili frazeoloji variantlardır.
Bu tip feili frazeoloji variantlar Nəsiminin dilində birinci tiplərə (I komponenti – ad hissəsi
eyni olan frazeoloji variantlara) nisbətən çoxluq təşkil edir və Nəsiminin dilinin bədii
zənginliyini təmin edən əsas vasitələrdən biri kimi maraqlıdır. Digər tərəfdən isə feilin çox
zəngin məna çalarlarına malik olması ilə isə izah oluna bilər.
İkinci komponentibasmaq, eyləmək, etmək, olmaq, düşmək, gəlmək feil ilə ifadə
edilən feili frazeoloji varinatlar: qədəm basmaq, ayaq basmaq (gəlmək, daxil olmaq): Başıma
qutlu ayağın gəldi basdı ol nigar, Kölgəsi düşdü mana sərvi - xuramanın yenə!; Bas qədəm
meydani – eşqə görəsən məvayi – eşq!; yəğma eyləmək (dağıtmaq, bərbat eyləmək): Könlümün
şəhrini çünkim eylədi yəğmayi – eşq, Saldı əqlim mülkünə şüri – şərü qovğayi - eşq!
Kərəmeyləmək, lütf eyləmək: Gəl kərəm eylə, zahir et dildəki bu xəbər nədir?; Allah ilə ol
imdi, niyaz eylə, Nəsimi! Başəd ki, suçundan keçə, lütf eyliyə rəzzaq!;qan eyləmək, qiyamət
eyləmək (poetik mənada cilvələnmək, özünə cəzb etmək): Ey Nəsimi sübhdən var, ərz qıl
dildarə kim, Qəmziyə versin nəsihət, yoxsa çox qan eylədi!; Rüxün niqab içində yaşur, ey
qəmər surətli! Ki rüxün qiyamət eylər! zahir etmək (açıqlamaq, yaymaq, üzə çıxarmaq):
Vüslət çinə - çin olub, razu şikar edin bizə, Gəl kərəm eylə, zahir et dildəki bu xəbər nədir?;
muştaq olmaq, heyran olmaq (vurulmaq, xoşlamaq): Eşqində məhv oldu cahan, hüsnündə
heyran oldu, can, Ey küntə-kənzin gövhəri, eşqin əcəb dərya imiş; Gəl ki, müştaq olmuşam
sirin dodağın qəndinə!
Beytdən aydın olur ki, şair bu frazeoloji variantlar vasitəsilə öz daxili gərginliklərini,
poetik duyğularını dəryaların qaynaması, içindən coşub-daşması ilə yer üzündə bütün
varlığının fəryad etməsini və yalnız bundan sonra cavab tapmasını bəyan edir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
807
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİ TƏLİMİNDƏ SÖZÜN LEKSİK-SEMANTİK
XÜSUSİYYƏTLƏRİ ÜZƏRİNDƏ APARILAN İŞİN MƏZMUNU
Aynur QAFARLI
Azərbaycan Dövlət Pedaqoji Universiteti
qafarli1976@mail.ru
AZƏRBAYCAN
Ümumtəhsil məktəblərində “Azərbaycan dili” fənni nəzəri və praktik mahiyyət daşıyan
təlim məqsədlərinə xidmət edir. Dilin fonetik, leksik, qarammatik xüsusiyyətləri ilə bağlı ən
zəruri biliklər şagirdlərdə elmi dünyagörüşün yaradılmasına yönəlmişdirsə, bu zəmin üzərində
aşılanan bacarıqlar şifahi və yazılı nitq mədəniyyətinin formalaşmasına istiqamətlənmişdir.
Əsası ibtidai siniflərdə sadə məlumatlar şəklində qoyulan nəzəri məlumatlar orta təhsil
səviyyəsində nisbətən dərinləşdirilərək bir sistem daxilində mənimsədilir. Səs, söz və cümlə
kimi əsas dil vahidlərinin linqvistik aspektdən öyrənilməsi bir-biri ilə qarşılıqlı əlaqədə həyata
keçirilir və təlimin şüurlu təşkilində mühüm rol oynayır. Bu yanaşmada söz digər dil vahidləri
ilə müqayisədə daha qabarıq şəkildə öyrənmə obyektinə cəlb edilir.
Metodik araşdırmalar göstərir ki, dil dərslərində sözlə bağlı aparılan işlər, əsasən,
aşağıdakı istiqmətlərdə yerinə yetirilməlidir:
Dostları ilə paylaş: |