Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
76
MÖVZU 37
Travmatik şok, təsnifatı. Göstərilən ilk tibbi yardım
Təbii fəlakətlər və texnogen fövqəladə hallar zamanı zərbə dalğasının təsirindən, ağır əşyaların
düşməsi və zədələyici təsir altında insanlarda mexaniki travmalar əmələ gəlir. Bunun da ən çox
təhlükəli fəsadı travmatik şokdur.
Şok terminini fransız həkim Le Dran tərəfindən irəli sürülüb və tərcüməsi ―sarsılma‖ deməkdir.
Etiologiyasından asılı olaraq təsnifatı:
1. Travmatik şok – ağır travmalar zamanı
2. Hipovolemik şok – qanitirrmə zamanı
3. Hemotransfuzion şok – qanköçürmə zamanı RH(rezus) və qan qrupu uyğun olmayanda
4. Kardiogen şok – ürəyin nasos funksiyası pozulduqda ( infarkt)
5. Anafilaktik şok – sensibilizə olunmuş orqanizmin hiperergik reaksiyası nəticəsində inkişaf edir.
6. Yanıq şoku – yanıqlar zamanı, yanıq xəstəliyi inkişaf edəndə.
Etilologiyası müxtəlif olsa da orqanizmdə baş verən proseslər demək olar ki, eynidir – həyati
vacib orqanların fəaliyyətinin pozulması. Bunun əsasında isə sinir sisteminin, hemodinamikanın,
tənəffüsün, endokrin sistemin və maddələr mübadiləsinin pozulması durur. Beləliklə, ekzogen və
endogen faktorların təsiri nəticəsində orqanizmdə həyatı vacib orqanların fəaliyyətinin pozulmasına
şok deyilir. Şokun əmələgəlmə tezliyi travmanın ağırlığından, ağrıya səbəb olan faktorun gücündən və
təsir müddətindən, yaranın lokalizasiyasından (şok zonası) əlavə faktorlardan (qanitirmə, infeksiya,
soyuqlama) asılıdır. Mexaniki təsir altında beyin qabığında oyanma baş verir və bu da şokun
klinikasının mərhələlərini müəyyən edir.
I mərhələ oyanma – erektil
II mərhələ tormozlanma – torpid
Dostları ilə paylaş: