Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə93/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Venoz qanaxma 
– xarakterik əlamətləri: 
1. Qanın sakit, fasiləsiz axın şəklində olması; 
2. Qan karbon qazı ilə zəngin olduğundan tünd qırmızı rəngdə olur; 
3. Qanaxmanı saxlamaq üçün vena yaradan yuxarı və aşağı hissələrdən sıxılmalıdır. 
Döş qəfəsinə yaxın və boyunda olan venalar (körpücükaltı, qoltuqaltı) zədələndikdə nəfəsalma 
zamanı döş qəfəsində təzyiq mənfi olduğu üçün yaralanmış venaya hava daxil olur və hava emboliyası 
baş verir. Bu da təhlükəli haldır. Ona görə həmin damarı hermetik tamponada etmək lazımdır. 
Kapillyar qanaxma 
- xırda damarların (kapilyarlar) zədələnməsi nəticəsində baş verir. Qan 
yaradan ləng, damcıyla axır. Laxtalanma pozulmayıbsa, özü dayanır. 
Parenximatoz qanaxma 
– parenximatoz üzvlərin (qaraciyər, dalaq, ağ ciyər, böyrək) 
zədələnməsi zamanı baş verən qanaxmadır. Çox təhlükəlidir.
1. Yarada gözlə görünən qanayan damar olmur
2. Yara bütün səthilə qanayır; 
3. Parenximatoz qanaxmada damarların bütün növləri zədələnir; 
4. Bu üzvlərin yarası tikilərkən, tikişlər asanlıqla cırılır. 
Qarışıq qanaxma 
- həm arteriya, həm də venaların birgə zədələnməsi ilə müşahidə olunur. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
74
Daxili qanaxma 
– axan qanın orqanizmin xarici mühitlə əlaqəsi olmayan təbii boşluqlara 
axması (qarın boşluğuna – hemoperitonit, döş boşluğuna – hemotoraks, oynaq boşluğuna - 
hemoartroz), borulu üzvlərin daxilinə (mədə - bağırsaq, sidik kisəsi) və toxumaların arasına (əzələlər, 
piy toxuması) toplana bilir. Toxumadaxili qanaxmalarda zədələnmiş ətrafda ağrılar, hematoma əmələ 
gəlməsi nəticəsində şişkinlik, toxumaların gərginliyi müşahidə edilir. Zədələnmiş damardan aşağı – 
dəri avazıyır, periferik nəbz olmur və ətraf soyuq olur. Damardan çıxan qanın toxumalara diffuz 
hopması qansızma adlanır. Qansızmadan sonra qançırlar əmələ gəlir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin