Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə92/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
73
MÖVZU 35 
 
Qanaxmalar – təsnifatı. Göstərilən ilk tibbi yardım 
Fəlakətlər zamanı ən çox mexaniki travmalar və onun fəsadı kimi, qanaxmalar və kəskin massiv 
qanitirməyə rast gəlinir. Müxtəlif səbəblərdən qanın öz yatağını tərk etməsinə, yəni damar divarından 
axmasına qanaxmadeyilir. 
Qanaxmanın həcmi və sürəti yaranın ölçüsündən, zədələnmiş damarın növündən asılıdır. 
Həyat üçün təhlükəli iri və orta ölçülü damarların zədələnməsidir. Xırda damarların zədələnməsi 
isə qan laxtalanmasının pozulması nəticəsində baş verə bilər. 
Təsnifatı. 
1. Səbəbinə görə: travmatik (mexaniki) patoloji, fizioloji. 
2. Anatomik – fizioloji təsnifat (zədələnmiş damarın növünə görə) – arterial, venoz, kapilyar, 
parenximatoz, qarışıq. 
3. Axan qanın orqanizmə münasibətinə görə - daxili, xarici, qarışıq. 
4. Baş vermə vaxtına görə - birincili, ikincili. 
5. Baş vermə sayına görə - bir dəfə, təkrari, çoxsaylı. 
6. Davamiyyətinə görə - dayanmış, davam edən. 
7. İntensivliyinə görə - proffuz, orta həcmli, zəif. 
8. Təzahür etməsinə görə - aydın nəzərə çarpan və gizli. 
Travmatik qanaxma 
– damarların mexaniki (küt və açıq) zədələnməsi zamanı, onun 
tamlığının pozulması nəticəsində baş verir. Müharibə və fəlakətlər zamanı bu növ qanaxmalar ön plana 
çıxır. 
Patoloji qanaxmalar 
– səbəbi qan xəstəlikləri (hemofiliya, trombositopeniya və s.) və bir 
sıra patoloji proseslərdir (sepsis, skarlatina). Bu zaman laxtalanma kəskin pozulur və damar divarı 
keçiriciliyi artır. 
Arterial qanaxma 
– qanaxmaların ən təhlükəlisidir. Əgər qanaxma dayandırılmazsa, insan 
aortanın yaralanmasında 1 dəq, diametri 1 sm və daha çox olan magistral arteriyaların zədələnməsində 
5 dəq ərzində ölə bilər. Ölümə səbəb isə beyinin kəskin anemiyasıdır. Arterial qanaxmanın xarakterik 
cəhəti: 
1. Arteriyalarda təzyiq yüksək olduğundan qan sürətlə və fəvvarə ilə axır; 
2. Qan oksigenlə zəngin olduğundan al-qırmızı rəngdə olur; 
3. Qanaxmanı saxlamaq üçün arteriya mərkəzi hissədə yaradan ürəyə doğru olan hissədə 
sıxılmalıdır. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin