55
Qaraqoyunlu
və
Ağqoyunlu
dövlətlərinin
hakimiyyəti
zamanı
Azərbaycanda Səfəvi şeyxlərinə mənsub olan vəqf mülkləri mövcud idi. Müxtəlif
feodal hakimlərin hədiyyə verdiyi torpaqlar sayəsində vəqf mülkləri
genişlənməkdə idi. Qeyd olunmalıdır ki, vəqf torpaq mülkiyyəti sahəsinin artım
mənbələri yalnız hökmdarların bəxşişlərindən ibarət deyildi. Bu dövrdə torpaq
sahibləri arasında gözə çarpan faydadan çıxış edərək öz mülklərini vəqfə çevirmək
ənənəsi özünü göstərirdi. Məlumdur ki, vəqflər adətən vergi və inzibati
toxunulmazlıq hüququndan istifadə edir, çox nadir hallarda müsadirəyə məruz
qalırdı. Həmin feodallar bu yolla öz mülkiyyətlərini ruhanilərin etibarlı mühafizəsi
altında keçirir və öz soyadının ardınca mütəvəlli (vəqf işləri müdiri) vəzifəsini
yazdırmaqla xəzinəyə ödəyəcəyi vergilərdən canlarını qurtarırdılar.
208
Azərbaycanda bütün XV əsr boyu iqta, soyurqal və tiyul institutları
fəaliyyətdə olmuşdur. İqta təsisatı XVI əsrə qədər mövcud olsa da, bu istilaha
sonrakı əsrlərdə də təsadüf olunur. Deməli, sonrakı əsrlərdə də аrа-sıra işlənən bu
istilah onu əvəz edən soyurqalı və tiyulu bildirirdi. İndi isə vəqf, iqta, soyurqal və
tiyul institutları barədə müxtəsər məlumat vermək məqsədə müvafiqdir.
Dostları ilə paylaş: