56
XV əsrin II yarısında Azərbaycandakı ən böyük vəqflər bunlar idi:
Ərdəbildə
Şeyx Səfiəddin məqbərəsi, Təbrizdəki Həsən şah məscidi, Cahanşah
tərəfindən vəqf edilən Cahanşahiyyə vəqfləri, Qazan xanın məzarı.
Vəqf əmlakı satıla və bağışlana bilməzdi.
210
Ġqta institutu. Bu şərti torpaq mülkiyyəti növü
böyük inkişaf mərhələsi
keçirmişdir. Əvvəllər o, ayrı-ayrı şəxslərə fəqət о torpaqdan xərac alıb yaşaması
üçün verilərdi. XI-XII əsrlərdə isə iqta hərbiçilərə əta olunmağa başladı. İqtadar
(iqta sahibi) həmin torpaqlarda yaşayan kəndlilər üzərində tam hakimiyyətə malik
idi. Azərbaycanda bu torpaq mülkiyyəti (iqta sahibi); artıq monqol hakimiyyəti
zamanı (XIII-XIV əsrlər) irsi idi. XV əsrdə də iqta hərbi torpaq mülkiyyəti növü
kimi
qalmaqda idi, amma bəzi şahzadələrə də yaşayış yerləri iqta kimi verilirdi.
Məsələn, Diyarbəkr şəhəri Ağqoyunlu şahzadəsi Yaqub bəyə iqta şəklində əta
olunmuşdu.
211
Əsrin sonunda isə iqta öz yerini soyurqal institutuna verdi.
212
Dostları ilə paylaş: