Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   ...   17   18   19   20   21   22   23   24   25
kitab20100722120332154

Qonalqa. Xarici dövlət nümayəndələrinin (elçi), şah qasidlərinin, ali rütbəli 
məmur və əyanların rəiyyət evlərində saxlanması (müvəqqəti olaraq) üçün çəkilən 
xərcləri ödəyən vergi idi.
228
Savəri. Bəzi mənbələrdə «peşkəş» istilahı ilə
birlikdə işlənir. «Könüllü 
verilən hədiyyə» mənasında da anlaşılır. Bu vergi bütün yüksək rütbəli dövlət 
məmurlarının qarşılanma və yola salınmaları zamanı onlara təqdim edilirdi.
229
Mirabi. Bu istilah Yaqub Ağqoyunlunun 1479-cu ilə aid bir fərmanında 
verilir. Mirab-hərfən «su əmiri», yəni suvarma arx və kanallarının rəisi mənasını 
verir. Deməli, belə qənaətə gəlmək olar ki, suvarma üçün suyun düzgün 
bölüşdürülməsinə nəzarət edən məmur belə adlanmışdır.
230
Dəhyek. - farsca «ondan bir» deməkdir və ərəbcə «üşr» («on») istilahının 
sinonimidir. Yığılan məhsulun mülkədar və məmurların xeyrinə ayrılan 
hissəsidir.
231
Bayramlıq. Kəndlilərin mülkədarlara bayramlarda ödədiyi məcburi vergi 
növüdür. Bu vergi adətən dini bayramlar və novruz münasibətilə verilirdi. Qasım 
Ağqoyunlunun bir soyurqal sənədində həmin vergi «eydi» və «novruzi» kimi də 
qeyd olunmuşdur.
232
Çuvallıq. Səciyyə etibarilə kəndli mükəlləfiyyətidir. Bu vergi növünə 
Əhməd Ağqoyunlunun 1497-ci il tarixli fərmanında təsadüf olunur. Azərbaycanda 
çuval sözündən yaranmış bu istilah, güman edildiyinə görə istər qoşunlarda, istərsə 
də divan vergi idarələrində mühüm əşya olan çuvalların tədarükü üçün 
düşünülmüşdür.
233
Kəndəlik. Türk sözüdür və «divarda bürc ucaltmaq» kimi şərh olunmuşdur. 
Güman etmək olar ki, bu istilah qala bürclərinin tikintisi üzrə rəiyyət üzərinə 
qoyulan mükəlləfiyyətlərdən biri olmuşdur.
234 
Əvvəlki və sonrakı əsrlərdə olduğu kimi XV əsrdə də kəndli və şəhərli əhali 
üzərinə qoyulan vergi növlərinin kəmiyyətcə çox olması feodalizm dövründə 
227
Yenə orada. səh.84-85. 
228
İ.P.Petruşevski. XVI-XIX əsrin əvvəllərində..., səh.274-275 
229
Yenə orada, səh.284-285 
230
O.Ə.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti, səh.202. 
231
Yenə orada. 
232
İ.P.Petruşevski. XVI-XIX əsrin əvvəllərində..., səh.281. 
233
O.Ə.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti, səh.203. 
234
Yenə orada, səh.204. 


60 
Azərbaycan və ona qonşu ölkələrdə hökm sürən zülmkarlığın aşkar təzahürüdür. 
Qasım Ağqoyunlunun 1498-ci ilə aid olan soyurqal sənədində 31 növ, Yaqub 
Ağqoyunlunun 1488-ci ilə aid olan vəqf sənədində isə 27 növ vergi və 
mükəlləfiyyət adı çəkilmişdir.
235
Belə güman etmək olar ki, Ağqoyunlular dövründə vergi və 
mükəlləfiyyətlərin sayı Qaraqoyunlular dövrünə nisbətən daha çox olmuşdur. 
Yuxarıda adı çəkilən 1474-cü il Şirvan sənədində isə cəmi 5 vergi növünə işarə 
olunmuşdur, bu isə Şirvanda Azərbaycanın cənub dövlətlərinə nisbətən vergi və 
mükəlləfiyyətlərin az olduğuna dəlalət edir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin