Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   ...   17   18   19   20   21   22   23   24   25
kitab20100722120332154

NƏTĠCƏ 
 
Orta əsrlərin, о cümlədən XV əsrin bu və ya digər dövlətlərinin quruluşunun 
öyrənilməsi təbii ki, Azərbaycan tarix və hüquq elmlərinin qarşısında olan son 
dərəcə mühüm və aktual bir problemdir, çünki bizim mövcud qanunlarımız illər 
boyu tərtib edilərkən, şübhəsiz, sabiq qanunların müsbət cəhətlərini özündə əks 
etdirmişdir. 
XV əsr Azərbaycan feodal dövlətlərinin tarixinə həsr olunmuş onlarla elmi 
kitab və məqalə vardırsa da, dövrün Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar 
dövlətlərinin quruluşuna xüsusi həsr edilən tədqiqat əsəri hələlik yoxdur. Bu 
mövzunun hərtərəfli işlənməsi, bütövlükdə əhəmiyyətli bir tədqiqat işi kimi 
dəyərlənməlidir. 
Bu dərs vəsaitində məlum yüzillikdəki feodal dövlətlərimizin siyasi 
quruluşunun, mərkəzi və yerli idarəetmə orqanlarının, hərbi sistem və məhkəmə 
quruluşunun, əmlakın hüquqi vəziyyətinin, torpaq üzərində mülkiyyət 
formalarının, vergi və mükəlləfiyyətlərin, habelə hüququn inkişafının əsas 
cəhətlərinə xüsusi diqqət yetirilmiş, bundan ötrü mənbəşünaslıq, tarixşünaslıq və 
hüquqşünaslıq cəhətdən dəyərli olan bir sıra mənbə və tədqiqat xarakterli əsərlərə 
müraciət edilmişdir. Habelə XV əsr Аzərbaycan feodal dövlətlərinin mərkəzi və 
yerli idarəetmə orqanlarının fəaliyyət mexanizminin öyrənilməsi ön plana 


70 
çəkilmiş, idarəetmə orqanlarının təsnifatı verilmişdir. Şah, şahzədə, lələ, əmiri-
divan, sədri-əzəm, vəkil, vəzir, hakim, dəruğə, möhrdar, pərvanəçi, mustovfi, 
münşiəl məmalik və s. dövlət vəzifələrinin araşdırılması əsas məsələlərdən biri 
olmuşdur. Əsərdə hərbi quruluş və məhkəmə sisteminə xüsusi diqqət yetirilmiş, 
döyüşçü dəstələri /çərik/, qoşunun müxtəlif cinahları araşdırılmaqla yanaşı hərbi 
rütbə sahiblərinin hüquq və səlahiyyətləri müəyyən edilmişdir. 
Məhkəmə sisteminə gəldikdə isə deyə bilərik ki, Azərbaycanın XV əsrdə 
mövcud olmuş hər üç dövlətində məhkəmə sistemi təxminən eyni tərzdə təşəkkül 
tapmışdı və müsəlman hüququna əsaslanırdı. Təsbit edilmişdir ki, ümumiyyətlə 
müsəlman dövlətlərində dini hakimiyyət ilə dövlət hakimiyyəti bir-birindən ayrı 
deyildisə də, tədqiq olunan dövrdə dövlət hakimiyyəti XVI əsrə nisbətən güclü 
olmuşdur. Məsələn, müəyyən hökmlərin çıxarılması və cəzaların verilməsində əsas 
və qəti söz qazilərin deyil, hökmdarın olmuşdur, eləcə də məhkəmə hökmlərini 
adətən ilahiyyatçı hüquqşünaslar deyil, nüfuzlu feodallar, tayfa başçıları, yüksək 
rütbəli əmirlər icra etmişlər. XV əsrin hər üç dövlətində hərbi quruluş və məhkəmə 
sistemi özlərindən əvvəlki dövlətlərin təcrübi xüsusiyyətlərinə əsaslanmışdı. 
Qaraqoyunlu, 
Ağqoyunlu 
və Şirvanşahlar dövlətlərinin iqtisadi 
quruluşlarının əsas xüsusiyyətlərinə gəldikdə isə deməliyik ki, həmin quruluşların 
şəriət qanunları əsasında formalaşdığı və əmlakın hüquqi vəziyyətinin fiqh elminin 
tələbatına müvafiq olduğu nəzərə çatdırılmışdır.
Araşdırılan dövrdə müsəlman hüququna görə torpaq sahibliyinin 5 əsas 
növü olmuş (dövlət torpaqları, hakim sülalənin şəxsi mülkləri, müsəlman-ruhani 
idarələrinin ixtiyarına verilən vəqf torpaqları, xüsusi mülkiyyətdəki torpaqlar və 
kənd icmalarının mülkiyyəti olan torpaq sahələri), ərazidə iqta, soyurqal və tiyul 
institutları fəaliyyət göstərmişlər. Qeyd olunmuşdur ki, ölkədə divanın və 
feodalların nəfinə yığılan 30-dan artıq vergi növü mövcud olmuşdur. Bu vergi 
növləri Ağqoyunlu dövlətində çox, Qaraqoyunlularda nisbətən az, Şirvanşahlarda 
isə az tətbiq olunurdu. 
Azərbaycan feodal dövlətlərində ictimai münasibətlər müsəlman hüququnun 
qayda-qanunları əsasında nizama salınırdı. Bu tələbata müvafiq olaraq 
Azərbaycanda hüquqçular - Quranın təfsirçiləri, kəlamçılar, fəqihlər, mühəddislər 
yetişmiş, mövcud ictimai münasibətləri tənzimləyən hüquqi əsərlər yazılmışdır. 
Müsəlman hüququnu tədqiq edərkən ilk növbədə islamın mənbəyi və nəzəri əsası 
olan Quranda toplanmış hüquq normaları, həmin normaların sonralar müsəlman 
fəqihləri tərəfindən inkişaf etdirilməsi, adı çəkilən normalara ictimai 
münasibətlərin tənzimlənməsi üçün yanaşılması olduqca zəruridir. 
Qeyd olunmalıdır ki, müsəlman hüququ ümumi şəkildə «şəriət» adlanan 
elmlər sistemində toplanmışdı. XV əsrdə şəriət hökmləri iki hüquqi şəxs tərəfindən 
verilirdi: Mülki-siyasi hökmlər - hökmdar tərəfindən, ruhani hökmlər isə şəriət 
icraçıları tərəfindən verilirdi. Fiqh sahəsində fəaliyyət göstərən üləmalar isə 
«müctəhid» adlanırdı. 


71 
Bəhs olunan dövrdə dünyəvi hakimlər /Qara Yusif, Cahanşah, Uzun Həsən, 
Fərrux Yəsar və b./ tərəfindən şəriət hökmlərinin fəaliyyətini dayandıran və ya 
dayandırmadan ictimai münasibətləri tənzim edən qanunlar çıxarılması adi hal 
olmuşdu. Vergi yığılması və dövlət idarəçiliyi sahəsində qanunlar çox vaxt 
dünyəvi hakimlər tərəfindən verilmiş, bu barədə şəriət ehkamı sadəcə olaraq əxlaq 
yüksəldici xarakter kəsb etmişdir. 
Bu deyilənlərdən məlum olur ki, XV əsr Azərbaycan feodal dövlətləri başqa 
Yaxın və Orta Şərq ölkələrində mövcud olan dövlətlər kimi müsəlman hüququ ilə 
idarə olunmuşlar. Bəzi hökmdarlar tərəfindən müsəlman hüquqşünaslığı dəyərli 
əsərlər, о cümlədən hökm, fərman, vəqfnamə, dəsturül-əməllər, qanunnamələr ilə 
zənginləşdirilmişdir ki, onlardan biri Uzun Həsənin «Qanunnamə»si olmuşdur. 
Beləliklə, bir daha qeyd olunmalıdır ki, bizim tərəfimizdən qələmə alınan 
"XV əsrdə Azərbaycanda dövlət quruluşu" monoqrafiyası bu sahədə yazılan ilk 
böyük həcmli əsərdir və o, imkan daxilində Azərbaycanın Qaraqoyunlu, 
Ağqoyunlu və Şirvanşahlar kimi mövcud feodal dövlətlərinin dövlət və hüquq 
tarixinə dair elmi cəhətdən əhəmiyyətli olan müddəalarla əsaslandırılmışdır. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin