III FƏSĠL:
XV ƏSR AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRĠNDƏ HÜQUQUN
ĠNKĠġAFINDA ƏSAS CƏHƏTLƏR
(MÜSƏLMAN HÜQUQU, UZUN HƏSƏN AĞQOYUNLUNUN
«QANUNNAMƏSİ)
Orta əsrlər Azərbaycan hüquqşünaslığı və Azərbaycanda hüquq elminin
inkişafı dedikdə ilk növbədə şəriət və onun elmi sahələri olan Quranın təfsiri,
kəlam, fiqh və hədislərin öyrənilməsi barədə elmlər, onlar haqqında yazılmış
əsərlər, müsəlman hüququnun müxtəlif dövrlərdə tətbiq edilmə xüsusiyyətləri başa
düşülür. Məlumdur ki, VII əsrdə Ərəbistanın Məkkə şəhərində Məhəmməd
peyğəmbər tərəfindən yaradılmış islam dini çox çəkmədən sivilizasiyanın mövcud
olduğu ərazilərin əksəriyyətini öz əhatəsinə alıb həmin ərazilərdə yaşayan xalqları
islamlaşdırdı. Artıq XI əsrdə islam dini İspaniyadan Mancuriyaya, İndoneziyadan
Sibirə və Urala qədər olan geniş ərazidə hakim ideologiya idi.
236
Başqa dinlər kimi islam da ilk növbədə öz dövrünün ictimai-iqtisadi şəraiti
zəminində meydana gəlmiş, teokratik dövlətlərin yaranması tələbatına müvafiq
olaraq təkallahlığı təbliğ etməklə bütün ideoloji və ictimai münasibətləri bunun
üzərində qurmuşdur. Müsəlman hüququ isə həmin əsas üzərində yaranmış ictimai
münasibətləri tənzim edirdi.
237
XV əsrdə mövcud olmuş Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu və Şirvan
dövlətlərində yaşayan əhali də ictimai münasibətləri müsəlman hüququnun qayda-
qanunları əsasında nizama salırdı. Bu tələbata müvafiq olaraq Azərbaycanda
hüquqçular - Quranın təfsirçiləri, kəlamçılar, fəqihlər, mühəddislər yetişmiş,
235
İ.P. Petruşevski. XVI-XIX əsrin əvvəllərində..., səh.263-264.
236
E.Cəlilov. Göst. əsər, səh.44.
237
Yenə orada.
61
mövcud ictimai münasibətləri tənzim edən hüquq əsərləri yazmış, hüququn və
mədəniyyətin inkişafına böyük təsir etmişlər. E.Cəlilovun düzgün olaraq dediyi
kimi, bu baxımdan orta əsr Azərbaycan hüququnu ümumi müsəlman hüququndan
kənarda təsəvvür etmək mümkün olmadığı kimi, onun inkişafını da müsəlman
hüququ və islam dini ideologiyasının yaranması və inkişafından kənarda təsəvvür
etmək mümkün deyil. Orta əsr Azərbaycan hüququ, о cümlədən XV əsr
hüququmuz da müsəlman hüququnun üzvi bir hissəsi olub mahiyyətcə heç bir
cəhətdən ondan fərqlənməmişdir.
Ümumiyyətlə, hər hansı bir xalqın tarixi və mədəniyyəti öyrənilərkən onun
ərazisində mövcud olmuş dövlətlər (bizim əhatə dairəmizdə Qaraqoyunlular,
Ağqoyunlular və Şirvanşahlar), dövrə müvafiq ictimai-iqtisadi münasibətlər və
həmin münasibətləri tənzim edən hüquq normaları, üstqurum kimi həmin
normaların bazisə münasibəti araşdırılır. Təəssüflə qeyd etmək lazımdır ki,
Azərbaycanın orta əsrlərdə yaşayıb-yaratmış hüquqşünaslarının əsərləri həmin
şəxslərin zəngin bir irs qoyub getmələrinə baxmayaraq bu günə qədər
öyrənilməmiş qalır.
Müsəlman hüququnu tədqiq edərkən ilk növbədə islamın əsas mənbəyi və
nəzəri əsası olan Quranda toplanmış hüquq normaları, həmin normaların sonralar
müsəlman fəqihləri tərəfindən inkişaf etdirilməsi, ictimai münasibətlərin tənzim
edilməsi üçün bu normalara yanaşılması, qiymətləndirilməsi zəruridir.
XV əsrdə Azərbaycanda islamın sünni qolu şiə qoluna nisbətən güclü idi.
XVI əsrdən başlayaraq şiə qolu genişlənməyə və ətraf dövlətlərə də yayılmağa
başladı.
Məlum olduğu kimi Qaraqoyunlular şiə, Ağqoyunlular və Şirvan əhli isə
əsasən sünniməzhəb olmuşlar. Şiəlik və sünniliyin yan-yana mövcud olduğu
Qaraqoyunlu, Ağqoyunlu və Şirvan dövlətlərində göstərilən dövrdə heç bir ciddi
dini ixtilaf zahirə çıxmamışdır.
XV əsrdə Azərbaycanda müsəlman hüququnu öyrənmək üçün həmin dövrdə
hüququn ümumi inkişafını şərh etmək lazımdır.
ġəriət. Müsəlman hüququ ümumi şəkildə şəriət adlanan elmlər sistemində
toplanmışdır. Bu söz ərəb dilində «su içiləcək yerə gedər yol» mənasındadır,
ümumiyyətlə isə islam dini qanununun, Allah əmrlərinin və ehkamlarının
məcmusudur. E.Cəlilova görə, buna görə də şəriət sözü ilə hökm sözü bir növ
eyniyyət təşkil edir.
238
XV əsr feodal dövlətlərində qazi və müftilər tərəfindən düzgün çıxarılmış
hökmə «şəridir» deyilirdi. Padşahların müəyyən hökm və fərmanlarında da şəriətə
əsaslanır, şəriət ehkamlarına uyğun olmayan hallar kəskin tənqid edilir, əhalinin
şeyx və imamların məsləhətləri ilə oturub-durmaları nəzərə çatdırılırdı. Şirvanşah
238
E.Cəlilov. Göst. əsər, səh.54.
62
Fərrux Yəsarın məlum sənədində (1474-cü il) Şirvan ölkəsinin Gəştasfı və Salyan
vilayətlərinin hakimi vəzifəsinə təyin olunan oğluna belə məsləhət verilir: «...
həmin şəhər və vilayət sakinlərinin vəziyyətlərini ehtiyatla öyrənsin, əhalini
narahat edən məsələləri axund və üləmalarla müzakirə etsin, .... əzəmətli seyidlər,
kəramətli şeyxlər və xalq imamlarına izzət və ehtiram göstərsin, çünki onların
şərafətli vücudlarının mübarəkliyi və nurlu xatirələrinin köməyi olmadan yer
üzərində zəmanə əhlini nizam-intizamda saxlamaq mümkün deyildir.
239
». Bu
sənəddə üləmalar «şəriət qanunlarının icraçıları» adlandırılmışdır.
240
XV əsrdə şəriət hökmləri iki hüquqi şəxs tərəfindən verilirdi: mülki-siyasi
hökmlər-hökmdar tərəfindən, ruhani hökmlər isə - şəriət icraçıları /seyid, qazi,
axund və s./ tərəfindən.
Sünnilərdə şəriət hökmləri ibadət (Allah qarşısında qulluq), müamilət
(mülki-hüquq məsələləri) və üqubət (cəza) kimi üç qismə bölünmüşdür, şiələrdə
isə ibadət (iki tərəfli hüquqi münasibətlər), itaət (təktərəfli hüquqi münasibətlər) və
ehkam (digər hüquqi hökmlər) kimi digər 3 bölgüyə ayrılmışdır.
241
Fiqh sahəsində fəaliyyət göstərən üləmalar müctəhid adlanırdı. Müctəhidlər
də üç dərəcəyə ayrılırdı: qanun yaradıcılığında, şəriətdə ictihad, məzhəbdə ictihad
və müəyyən məsələlərin həllində ictihad müstəqilliyini özündə ehtiva edən
müctəhidlər. Birinci dərəcəli müctəhidlər Quranı bütün cəhətlərdən şərh etməli və
əzbər bilməli, bütün ehkamları, onun bölmələrini, hədisləri əzbər bilməklə onların
Quran ehkamı ilə əlaqəsini və məzmununu dərindən bilməli, şəxsiyyətcə təmiz və
saf olmalı, bütün şəriət elmlərini bilməli idi. İkinci dərəcəli müctəhidlər mənsub
olduqları mənsəbin və inamın ardıcılları olub həmin məzhəbi inkişaf etdirməli,
qanunları əzbər bilməli, Quran və təfsirini mənimsəməli, onları şərh etməyi
bacarmalı idilər. Üçüncü dərəcəli müctəhidlər isə qanunları və Quranı əzbər
bilməklə yanaşı onları şərh etməyi bacarmalı, fitva vermək iqtidarında olmalı
idilər. Fiqh elmi ilə məşğul olub bu üç ictihad dərəcəsinə çata bilməyən üləmalar
isə təqlidçi-müqəllid adlanırdı.
242
Bəhs olunan dövrdə, yəni XV əsrdə dünyəvi hakimlər (Qara Yusif,
Cahanşah, Uzun Həsən, Fərrux Yəsar və b.) tərəfindən şəriət hökmlərinin
fəaliyyətini dayandıran və ya dayandırmadan ictimai münasibətləri tənzim edən
qanunlar verilməsi də adi hal olmuşdu. Vergilər yığımı, dövlət idarəçiliyi sahəsində
qanunlar çox vaxt dünyəvi hakimlər tərəfindən verilmiş bu barədə şəriət ehkamı
sadəcə olaraq əxlaq yüksəldici xarakter kəsb etmişdir. Ümumiyyətlə isə dünyəvi
hökmdarlar ruhani fəqihlərlə qarşı-qarşıya gəlməkdən çəkinmiş, bəziləri islam dini
239
M.X.Nemətova. Göst. məqalə, səh.70.
240
Yenə orada.
241
E.Cəlilov. Göst. əsər, səh.56-57.
242
Yenə orada, səh 57-58.
63
ilə yaxından bağlı olduğundan dinə qarşı çıxmayaraq hətta onun qaydalarına daha
çox yaxınlaşmağa çalışmış, hətta müəyyən hallarda islama uyğun olmayan
vergiləri belə ləğv etmişdir. Bütün bunlara baxmayaraq müsəlman hüququ dövlətin
siyasi, daxili idarəçilik, ticarət və maliyyə məsələlərinin həllində həlledici mövqe
tuta bilməmiş, bu sahələrdə qanunvericilik dövlət orqanlarına, ilk növbədə
hökmdara bağlı olmuşdur. Hüquqda bu ikiliyin - dövlətlərin verdiyi qanunların və
fiqhin mövcudluğunun nəticəsidir ki, bütün islam dövlətlərində о cümlədən
Azərbaycanda XV əsrdə şəriət qaziləri ilə yanaşı dövlət qaziləri (mülki qazilər) də
olmuşdur.
Şəriətin elmi ehkamının müfəssəl sübutlarından bəhs edən elm fiqh elmidir.
Fiqhin əsas vəzifəsi şəriət ehkamını tədqiq etməklə hüquq normaları yaratmaq,
müsəlman hüququnu sistemləşdirmək və onların tətbiqinə şərait yaratmaqdır.
Müsəlman hüququnun müəyyən etdiyi qaydaların əsası 5-dir: vücub (zərurətlər),
nədub (həm zəruri, həm də qeyri-zəruri qaydalar), qəbahət (xoşagəlməz əməllərə
görə qaydalar), hörmət və nifrət.
243
Müsəlmanın hərəkətləri də 5 yerə bölünür: Vacib əməllər, buna fərz əməllər
də deyilir, yəni namaz qılma, xüms və zəkat vermə; müstəhəb əməllər, yəni
bəyənilən əməllər (həccə getmə, sədəqə vermə və s.); mübah əməllər, yəni
edilməsinə görə nə mükafat, nə də cəza verilməyən əməllər, məsələn, ticarət
əqdləri, müqavilələr bağlamaq və s; məkruh əməllər, məsələn danışanda ədəbsiz
sözlər işlətmə, ağsaqqallara qarşı etinasız olma və s.; haram əməllər - şəriətin
cəzalandırdığı işlər, məsələn şərab içmə, adam öldürmə, zinakarlıq və s.
244
İman şəriətin və islamın əsasıdır. İman iki yerə bölünür: etiqada iman;
işlərə, əməllərə aid iman.
İmanın 6 şərti vardır: Allaha, onun mələklərinə, peyğəmbərliyə, kitablara,
axirət gününə, xeyir və şərin Allahdan olmasına inam. İslamın özünün isə 5 şərti
vardır: kəlmeyi-şəhadət, gündə 5 dəfə namaz qılmaq, oruc tutmaq, ildə bir dəfə
əmlakının zəkatını vermək, ömürdə bir dəfə həccə getmək. Bəzi fəqihlər cahadı da
buraya əlavə etmişlər.
245
Heç də təsadüfi deyil ki, böyük padşahlar, о cümlədən
Əmir Teymur, İldırım Bayəzid, Uzun Həsən, Sultan Məhəmməd böyük hərbi
yürüşlərə başlamazdan əvvəl həmin hərəkəti şəriət ilə əsaslandırır, qazilər və
müftilər fitva verir və rəsmən cahad elan olunurdu.
Şəri hüquqa görə sübutun 8 növü vardır: sübutun həyatiliyi, elmiliyi,
eşidilməli, görülməli olması, iradi olması, qadir adam tərəfindən edilməsi,
danışılmalı olması və qanun qüdrətinə inam.
246
243
E.Cəlilov. Göst. əsər, səh.61.
244
Yenə orada, səh.61-62.
245
Yenə orada, səh.62.
246
E.Cəlilov. Göst. əsər, səh.62.
64
Müsəlman hüququnun, yəni fiqhin 4 əsas kökü vardır: Quran, Sünnə, Qiyas,
İcma. Bu mənbələrin tədqiqi ilə «Üsul əl-fiqh» elmi məşğul olur. Ümumiyyətlə
fiqh elmi iki hissəyə ayrılır: 1.Üsul əl-fiqh və 2. Füru əl-fiqh. Birinci - müsəlman
hüququnun köklərindən, ikinci isə onun budaqlarından, yəni konkret hüquq
institutlarından bəhs edir. Üsul əl-fiqh müsəlman hüququnun qaynaqları olan
Quran, Sünnə, Qiyas və İcmanı təhqiq etməklə onlarda olan normaların
düzgünlüyünü və yeni normalar yaradılarkən əməl edilməli qayda və prinsipləri
müəyyən edir. Fiqhin mənbələrindən Quran və Sünnə heç zaman mübahisə
doğurmamış, bütün məzhəblər tərəfindən qəbul olunmuşdur. Digər iki mənbə isə
bəzi məzhəblər tərəfindən ya qəbul olunmamış, yaxud da qeyd-şərtlə qəbul
olunmuşdur.
247
Füru əl-fiqh isə ibadətdən, təharətdən (ruhun təmizliyi və bədənin
təmizliyi), namazdan, orucdan, zəkatdan, həccdən və bunların hüquq
normalarından bəhs edən elmdir.
248
Bu deyilənlərdən məlum olur ki, XV əsr Azərbaycan feodal dövlətləri başqa
Yaxın və Orta Şərq ölkələrində mövcud olan dövlətlər kimi müsəlman hüququ ilə
idarə olunmuşlar. Bəzi hökmdarlar tərəfindən müsəlman hüquqşünaslığı dəyərli
əsərlər, о cümlədən hökm, fərman, vəqfnamə, dəsturül - əməllər, qanunnamələr ilə
zənginləşdirilmişdir. Biz onlardan birinə - Uzun Həsən Ağqoyunlunun
«Qanunnamə» adlanan qanunlar məcəlləsinə öz münasibətimizi bildirmək istərdik.
Hər şeydən əvvəl qeyd etməliyik ki, bu «Qanunnamə» çox güman ki,
dövrümüzədək gəlib çıxmamışdır.
İ.P.Petruşevski yazmışdır ki, Uzun Həsən əhalinin rəğbətini qazanmaqdan
ötrü müxtəlif fərmanlar vermiş, «Qanunnamə», yaxud vergi işlərinin
qanuniləşdirilməsi və tənzimlənməsi barədə kitab hazırlamışdı. O, «Şərəfnamə»
əsərinə istinadən bildirir ki, XVI əsrin sonlarında da Azərbaycanda həmin
«Qanunnamə»dən istifadə edilirdi, lakin Uzun Həsənin vəfatından sonra onun
qanun kitabının müxtəlif maddələri pozulmağa başladı.
249
«Qanunnamə» barədə O.Ə.Əfəndiyevin birinci monoqrafiyasında da
müxtəsər məlumat vardır.
250
«Azərbaycan Səfəvilər dövləti» kitabında isə yazılır:
«Maraqlıdır ki, Uzun Həsənin qanunları Kiçik Asiyanın şərq vilayətlərində (onlar
XVI əsrin əvvəlində Osmanlı imperiyasının tərkibinə daxil olduqdan xeyli sonralar
da) də feodal münasibətlərinin normaları olaraq qalırdı»
251
.
Uzun Həsənin «Qanunnamə»si barədə Cəfər İbrahimov da məlumat verib
yazır ki, mərkəzi hakimiyyəti və inzibati aparatı möhkəmləndirmək, vergi sistemini
tənzimləmək və dövlət xəzinəsinə vergi toplanışını artırmaqdan ötrü irəli atılan ilk
247
Yenə orada, səh.63, 78, 80.
248
Yenə orada., səh. 135-159.
249
İ.P.Petruşevski. «Sbornik statey po istorii Azerbaydcana» kitabı, səh.153.
250
O.Ə.Əfəndiyev. XVI əsrin əvvəlində..., səh.50-51.
251
Yenə onun: Azərbaycan Səfəvilər dövləti..., səh. 200.
65
addım «Qanunnamə» adlı qanunlar məcmuəsinin hazırlanması oldu ki, orada
vergilər və onların yığılması barədə maddələr olmuşdur. «Təəssüf ki, о qiymətli
abidə dövrümüzə qədər gəlib çıxmadı, amma orta əsr tarixçiləri Xandəmirin,
Yəhya Qəzvinin və Şərəf xan Bidlisinin həmin əsər haqqında verdikləri məlumat
olduqca azdır» yazan C.İbrahimov öz kitabını sovet hakimiyyətinin tüğyan etdiyi
bir zamanda yazdığı üçün Uzun Həsənin «Qanunnamə»sinə marksist-leninçi
baxımdan yanaşmış, həmin Ağqoyunlu padşahının ölkədə apardığı islahatların elə
bir əhəmiyyəti olmadığını bildirmişdir.
252
Amma, XVI əsrin sonunda yazıldığı
tarixdən təxminən 120 il sonra da İraq, Fars və Azərbaycanda işlənməkdə olan
Uzun Həsən qanunlarının kölgə altına salınması, təbii ki, obyektiv qiymət deyildir.
Mənbələrin məlumatına görəsə, Uzun Həsən rəiyyətin qayğısına qalan bir padşah
olmuşdur. Biz İ.P.Petruşevskiyə əsaslanıb yazmışıq ki, о «Qanunnamə» adlı bir
sənəd hazırlamış, rəiyyətdən vergi yığılarkən feodal və dövlət məmurları tərəfindən
sui-istifadə hallarının qarşısını ala bilmişdi.
253
Uzun Həsənin qanunları Şərqi
Anadoluda «Həsən padşah qanunu» adı ilə məşhur olmuş, oranı ələ keçirən
Osmanlılar çox-çox sonralar da həmin qanunları oralarda tətbiq etmişlər. Bu fakt
həmin vilayətlərə aid olan təhrir dəftərlərinə edilən qeydlərdə açıq-aşkar təsbit
edilir. Kəmax, Ərzincan, Bayburd, Kəlkit, İspir şəhərlərinin h.917 və h.937-ci
illərə aid (miladi 1511 və 1530 - Ş.F.) «müfəssəl təhrir və ovqaf dəftərləri»ndə
«səbt olunan» qanunlar məhz Uzun Həsənin «Qanunnamə»sinə əsasən
yazılmışdır» məlumatını verən Ş.Fərzəliyev habelə türk tədqiqatçısı Fəxrəddin
Kırzıoğlunun Türkiyə Baş Vəkalət arxivi sənədlərinə əsaslandığı məlumata istinad
edərək bildirir ki, XV əsrin II yarısında Diyarbəkir vilayətində olduğu kimi, XVI
əsrin I rübündə Ərzincan vilayətində yerli xalqın çoxdan bəri alışdığı «bacü
tamğa» vergiləri Uzun Həsəndən qalma «Həsən padşah yasarı»na əsasən
toplanırdı. İlk Osmanlı təhrir dəftərində /h.924-m.l518/ yazılmışdır: «Məhsulati-
qürra bər movcibi-qanuni Osmani və bacü tamğa bər mövcibi-Həsən padşah»
(«Şəhər və kəndlərdən yığılan vergilər Osmanlı qanunları, bac və tamğa isə Həsən
padşah qanunları əsasında yığılırdı»).
254
«Qanunnamə» barədə prof. Y.Mahmudlu da «Azərbaycan diplomatiyası»
kitabında məlumat vermişdir. O, yazır: «...Uzun Həsən bir sıra islahatlar keçirdi. O,
köçəri hərbçi əyanlara deyil, oturaq əhaliyə əsaslanmaq xətti götürdü. Cəmiyyəti
yaşadan əsas istehsalçılar olan kəndlilərin, habelə sənətkarların vəziyyətini
nisbətən yaxşılaşdırmaq və bununla da məhsuldar qüvvələrin canlanmasını təmin
etmək məqsədilə xüsusi «Qanunnamə» hazırlatdı. Sonralar «Həsən padşahın
qanunları» adı ilə məşhurlaşan, hətta bütün XVI əsr boyu qüvvədə qalan bu
252
C.İbrahimov. XV əsrdə Azərbaycan ərazisində..., səh 39-40.
253
Ş.Fərzəliyev. Azərbaycan və Osmanlı imperiyası..., səh.54.
254
Yenə orada. səh.54.
66
«Qanunnamə»yə əsasən kəndlilərdən alınacaq vergilər müəyyənləşdirildi və
onların miqdarı dəqiqləşdirildi. Vergi yığımı nisbətən sistemə salındı. Vergiyığan
məmurların özbaşınalığı azaldıldı. Kəndlilərin, sənətkarların vəziyyəti, müvəqqəti
də olsa, yüngülləşdirildi.Nəticə etibarilə Uzun Həsənin qanunları ölkədə məhsuldar
qüvvələri müəyyən dərəcədə canlandırdı; kəndli və sənətkarlardan alınan
vergilərin birbaşa xəzinəyə axması təmin olundu. Dövlət iqtisadi cəhətdən xeyli
qüvvətləndi».
255
1996-cı ildə çap olunmuş "Azərbaycan tarixi" kitabının redaktoru və əsas
müəlliflərindən biri olan professor Süleyman Əliyarlı da Həsən bəy Ağqoyunlu və
onun "Qanunnamə"si barədə müəyyən məlumat verib yazır: "Tarixi qaynaqlarda
Uzun Həsən "Sultanül-adil Həsən xan", "Sultanül-qalib Həsən Padişah"
adlandırılır. Daxili siyasətdə Uzun Həsən mərkəzi hakimiyyətin güclənməsinə,
hərbi əyanların özbaşınalığına qanunla sədd qoyulmasına, xüsusilə rəiyyət üzərinə
düşən vergi, ödənc və mükəlləfiyyətlərin azaldılıb nizama salınmasına çalışdı. Bu
sonuncuların sayını aydınlaşdırmaq, vergi və ödənc toplayan əyanların və
məmurların özbaşınalığına son qoymaq üçün Uzun Həsən ayrıca bir "Qanunnamə"
buraxdı. XV-XVI yüzillərin yalnız vergi sisteminin deyil, dövlətin bütün iç
işlərinin qaydaya salınmasında dəyərli rol oynadı". (Bax: Azərbaycan tarixi, 1998,
səh.321).
256
Uzun Həsən «Qanunnamə»sindəki qanunların mahiyyəti haqqında ümumi
məlumatın olmasına baxmayaraq, həmin qanunların dəqiq hansı sahələrə aid
olması məsələsi hələlik qəti şəkildə müəyyənləşməmişdir. Türk tədqiqatçısı Xəlil
Yınancın fikrincə «Qanunnamə» osmanlılar zamanı şərq vilayətlərinin ərazi və
timar (torpaq - Ş.F.) qanunlarının əsası kimi Səfəvilərin də belə təşkilatlarının əsası
olmuşdur. X.Yınanca görə onun qanunları «ərazi təşkilatı və timarlı sipahilər
(torpağa bağlı əsgərlər) barəsində idi.
257
C.Vudsa görəsə «Uzun Həsənin «Qanunnamə»si ticari, mədəni, cəzayi və
vergi yasaları» idi.
258
XV əsrin bu məşhur qanunlar kitabı barədə ən müfəssəl məlumatı biz prof.
A.K.Rzayevin «Azərbaycanda siyasi-hüquqi təlim tarixinə dair oçerklər» kitabında
təsadüf edirik. A.K.Rzayev yazır: «XV əsrin hüquqi aktları içərisində Uzun
Həsənin «Qanunlar»ı mühüm yer tutur. Həmin qanunlar (1470-1477) təkcə
Azərbaycanda deyil, həmçinin Ağqoyunlulara tabe olan ölkələrdə də tətbiq edilirdi.
Çox təəssüf ki, о qanunlar dövrümüzədək gəlib çatmamışdır...
255
Y.Mahmudlu. Göst. əsər, səh.90.
256
Azərbaycan tarixi, Bakı, “Azərbaycan” nəşriyyatı,1996, səh. 321.
257
İslam ensiklopediyası, I cild, səh.266.
258
C.Vuds. Göst. əsər səh.186-187.
67
Uzun Həsənin qanunları əsasən aqrar xarakter daşımışdır. Həmin
qanunlarda feodal və kəndli torpaqlarından yığılası vergilərin miqdarı göstərilir,
qanun pozulması hallarında veriləsi cəzalar öz əksini tapırdı.
Uzun Həsənin «Qanunnamə»sindən bir neçə misal:
1) «Yüksək saray» dəftərxanasının kitabında adları qeyd olunan və mülk
sahiblərinin xidmətində olan kəndlilərin öz torpaqlarını tərk etmələri qadağan
olunur.
2) Kəndlinin xidmətə gedəcəyi yer bir günlük məsafədən artıqsa o,
xidmətinə gedəcəyi feodala töycü verməkdən azad edilir.
3) Kəndli yalnız işlədiyi torpağın əkin-biçini qurtardıqdan sonra oranı tərk
edib başqa torpaq sahələrində xidmətə gedə bilər. Əgər о bu qanunu pozarsa,
qanunauyğun şəkildə öz sahibinə əlavə töycü verməlidir.
4) Torpaq sahəsini əkib-becərmədən sərbəst şəkildə başqa yerə köçən
kəndli həmin torpağın becərilməsi üçün torpaq vergisi və töycü verməlidir.
5) Həddi-buluğa çatmış hər bir müsəlman olmayan şəxs xəzinəyə 25 ağca
məbləğində ispənc vergisi ödəməlidir.
6)Əgər kəndlinin mal-qarası başqa kəndlinin bostan və əkin sahəsinə zərər
yetirərsə, mal-qara sahibi cəzaya - 5 dəfə qamçılanmağa və 5 ağca cəriməyə məruz
qalmalıdır».
259
A.K.Rzayev sonra yazır ki, Uzun Həsənin qanunları Azərbaycanda
təxminən 85 il, yəni 1556-cı ilədək qüvvədə qaldı. 1556-cı ildə hakimiyyətə gələn
Şah Təhmasib
**
yeni qanunlar kodeksi hazırladı. Adı «Dəsturül-əməli Şah
Təhmasib» olan həmin qanunlar da, təəssüf ki, dövrümüzə qədər gəlib
çatmamışdır. A.K.Rzayev Şah Təhmasibin qanunlarının 1617-ci ilədək qüvvədə
qaldığını bildirir.
260
Uzun Həsənin «Qanunnamə»si haqqında dolğun məlumat verən
tədqiqatçılardan biri də Ş.M.Mustafayevdir. Onun «Şərqi Anadolu: Ağqoyunludan
Osmanlı imperiyasına doğru» adlanan dəyərli kitabında Şərqi Anadolunun hüquq
təliminin səlcuq, monqol və postmonqol ənənələrinin yerli hüquq normaları ilə
qarışığından ibarət olması vurğulanır və deyilir ki, həmin təlimin kodifikasiyası
(qüvvədə olan qanunların sistemə salınması) XV əsrin 70-ci illərində Ağqoyunlu
dövlətinin başçısı Uzun Həsənin qanunvericilik fəaliyyətinin nəticəsində sonralar
həmin regionun ilk Osmanlı əyalət hüquq qanunlarında (vilayət və sancaq
qanunnamələri) öz əksini tapmışdı. Osmanlı hüquq elmi bu yolla Uzun Həsənin
Ağca XV əsrdə Azərbaycanda işlənən pul vahididir. 1 misqal gümüş, həmçinin 12 ağca pul 1 dirhəmə
bərabər idi. İspənc isə bostanlardan yığılan vergi olmuşdur. /Bax: A.K.Rzayev. Göst. əsər,səh.86/.
259
A.K.Rzayev. Göst. əsər, səh.86.
**
Şah Təhmasib 1556-cı ildə yox, 1524-cü ildə hakimiyyətə gəlmişdir.
260
A.K.Rzayev. Göst.əsər,səh.86-87.
68
qanunvericiliyindən bəhrələnərək Şərqi Anadolu əyalətlərinin «yasa» adlanan
qanunlarını hazırlamışdı».
261
Məlum olduğu kimi, Şərqi Anadolu torpaqları XV əsrdə Ağqoyunlu
dövlətinin qərb hissəsini əhatə edirdi. Uzun Həsənin qanunlar məcmuəsini təşkil
edən «Qanunnamə» əsasında bu əsrin sonlarında və XVI əsrin I rübündə əhalidən
yığılan vergilərin miqdarı və yığım qayda-qanunu müəyyən edildi, həmçinin tranzit
karvan və daxili ticarətdən toplanan vergilər tənzimlənmiş oldu. Osmanlı dövləti
tərəfindən Uzun Həsən qanunları əsasında hazırlanmış olan kənd və şəhər əhalisinə
aid qanunların təhlili bizim dövrə qədər gəlib çatmayan Uzun Həsən
«Qanunnamə»sinin əsas cəhətlərinin bərpası üçün son dərəcə gözəl imkan
yaratmışdır.
Öz kitabının «Əlavələr» hissəsində «Uzun Həsənə aid olan Şərqi Anadolu
vilayətlərinin Osmanlı qanunları» başlığı altında 16 qanun dəftərinin rus dilinə
tərcüməsini verən Ş.Mustafayev son dərəcə faydalı bir iş görmüş, həmin qanunları
oxucu və tədqiqatçıların mütaliə və tədqiqinə vermişdir. Bu Osmanlı qanunlarının
əksəriyyəti aşağıdakı cümlələrlə başlayır: «1518 (924)-ci il. Həsən padşah
«Qanunnamə»sinə əsasən tərtib olunmuşdur.
262
Yaxud, «1518 (924)-ci il Mardin
vilayətinin müfəssəl «Qanunnamə»sinin kənd və şəhər məhsullarından vergi
toplanmasını tənzimləyən bölməsi Osmanlı qanunu əsasında, lakin adı çəkilən
şəhərdə bac və tamğa vergisinin yığılması isə... Həsən padşahın qanununa əsasən
tərtib edilmişdir.
263
Bu qanun dəftərlərini mütaliə etdikdə məlum olur ki, 1516-1518-ci illərə aid
Şərqi Anadolu kəndlərindən yığılan vergilər əsasən mövcud Osmanlı qanunları
üzrə, Mardin, Xərput, Ərzincan, Kəmax, Bayburt və s. şəhərlərdən toplanan
vergilər isə «Həsən padşah qanunları»na əsasən tənzimlənirdi. Amma 1540-cı ildə
Sultan Süleyman Qanuninin əmri ilə bütün Şərqi Anadoluda tətbiq edilən Uzun
Həsən dövrünün köhnə qanunları ləğv olundu və yalnız Rum (Osmanlı) qanunları
qüvvəyə mindi və beləliklə də Şərqi Anadolunun osmanlaşmasının yeni mərhələsi
başlandı.
264
Bu xüsusda qeyd olunmalıdır ki, Osmanlı dövlətindən fərqli olaraq
İranda XVIII əsrin əvvəlində də Səfəvi sarayının xəzinəsinə daxil olan vergilərin
miqdarı Uzun Həsən tərəfindən yaradılan qanunlar əsasında həyata keçirilirdi.
265
Gənc tədqiqatçı Mirafərim Seyidovun qənaətinə görə Uzun Həsənin
"Qaunnamə"sinin müstəsna əhəmiyyəti onda idi ki, burada vergi və
mükəlləfiyyətlərin miqdarının dəqiqləşdirilməsi, vergi toplayanların zülm və
özbaşınalığına son qoymaqla yanaşı, əhalinin dövlətə, hökmdara rəğbətini artırmış,
261
Ş.Mustafayev. Göst.əsər,səh.5-6.
262
Yenə orada, səh,149,152-159.
263
Ş.Mustafayev, Göst. səh.162.
264
Yenə orada, səh.141.
265
Yenə orada, səh.12.
69
vergi ödəyən təbəqələrin baş verə biləcək qiyamlarının qarşısını almaq məqsədi
güdmüşdür.
"Qanunnamə"də
vergi
və
mükəlləfiyyətlərin
miqdarı
yüngülləşdirilməyə, hətta kəndli ailəsində ailə üzvlərinin ildə üç gün biyara
işləməsi nəzərdə tutulsa da, bu məcmuə vergi və mükəlləfiyyətlərin
toplanılmasında feodal və dövlət məmurlarının qanundan kənara çıxmasının, hər
hansı bir əlavə rüsum yığmalarının qarşısını aldı.
Nəticə etibarilə, ilk dəfə idi ki, 44 növ vergi, mükəlləfiyyət, həmçinin
cərimələr haqqında qanunnamə verməklə Ağqoyunlu hökmdarı bu sahədə
müəyyən qayda-qanun yaradılmasına nail ola bildi. Bu tədbir həm də ölkədə kənd
təsərrüfatı, sənətkarlıq və ticarətin inkişafına təkan verdi, vergi verən təbəqənin
həyat şəraitinin yaxşılaşmasına səbəb oldu. Təsadüfi deyildir ki, uzun müddət
Osmanlı sultanları da Türkiyənin bir çox vilayətlərində tamğa və bac vergilərinin
miqdarını həmin Qanunnamənin əsasında müəyyən edirdilər.» (Bax: Seyidov
Mirafərim Nəzir oğlu. XV yüzillikdə Azərbaycanda dövlət və hüquq. Hüquq
elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyanın əlyazma nüsxəsi,
Səh. 95)
Beləliklə, fikrimizin yekunu kimi deyə bilərik ki, XV əsr Azərbaycan feodal
dövlətlərində hüququn inkişafında əsas cəhətlər dövrün müsəlman hüququnun,
həmçinin Uzun Həsənin əldə olmayan, lakin müəyyən maddələri məlum olan
qanunları nəzərə alınmadan tədqiq edilə bilməz.
Dostları ilə paylaş: |