57
Uzun Həsən 1476-cı ildə Gürcüstana yeni yürüş edərək özü ilə bir dəstə seyid və
şeyx aparmış, nəticədə xeyli soyurqal paylamışdı. Bəzi hökmdarlar çoxlu soyurqal
verməklə özlərinə arxa yaratmağa çalışırdılar (Rüstəm Ağqoyunlu), bəziləri isə
soyurqal paylamadıqlarına görə öldürülmüşdülər (Gödək Əhməd).
Soyurqalın üç növü məlumdur: Torpaqla verilən soyurqal; pul ilə ödənilən
soyurqal; müştərək istifadə üçün verilən soyurqal.
214
Tiyul institutu. Bu şərti torpaq mülkiyyəti növünün məhz hansı
əsrdə
bərqərar olması barədə müxtəlif fikirlər vardır. İ.P.Petruşevskiyə istinad edən
O.Ə.Əfəndiyev tiyulun XVI əsrdə soyurqalı əvəz etdiyini bildirmişdir.
215
Lakin
V.F.Minorski teymurilər dövründə tiyul istilahının işlədilməsi ilə əlaqədar olaraq
iqta mülkiyyətinin aradan çıxdığını söyləmişdir. Tiyul barədə ingilis alimi
K.S.Ləmbtonun da bir-birinə zidd iki fikri vardır. O,
gah tiyulun Səfəvilər
dövründə iqtanı əvəz etdiyini, gah da elə elxanilər zamanı iqtanın tiyul ilə əvəz
olunmağa başladığını qeyd etmişdir. Amma, məlum olduğu kimi, iqtanı əvəz edən
institut tiyul yox, soyurqal institutu olmuşdur.
216
Tiyul müəyyən bir yerin müvəqqəti istifadə olunmasından ötrü şahın dövlət
torpaqları hesabına xüsusi şəxslərə verdiyi sahəyə deyilirdi. Tiyul sahibi (tiyuldar)
həmin torpaqdan alınan gəlirin hamısını, yaxud böyük bir hissəsini mənimsəyirdi.
O, dövlətə hər il «rüsum» adı altında müəyyən məbləğ pul verməliydi. Bəzən tiyul
müəyyən qoşun hissələri hazırlanması məqsədilə də verilir və tiyuldar lazımi
vaxtda hökumətin sərəncamına əsgəri qüvvə verməyə vəzifədar edilirdi. Tiyul
soyurqaldan
fərqli olaraq əmir, şahzadə və başqa şəxslərə irsən verilə bilməzdi,
çünki bu torpaq mülkiyyəti növü məhz tiyula layiq görülən hökumət məmurunun
etdiyi xüsusi xidmət müqabilində maaş kimi verilirdi.
217
Xidməti böyük olan şəxsin tiyulu da böyük olurdu. 1406-cı ildə Qara Yusif
Bəstam Cagirə əmirül-ümara vəzifəsini verdiyi vaxt Sultaniyyə, Ərdəbil və Muğan
da tiyul kimi həmin əmirə xas idi.
218
Dövlət başçısı müharibəyə yollanan vaxt tiyuldarlar da onunla həmrah
olmalı, öz qoşunları ilə köməklik göstərməliydilər.
Tiyulun ləğvi nəticəsində yaranan vahimə bu mülkiyyət formasının tiyuldar
əmirlərdən ötrü nə qədər gərəkli olduğunu
bariz şəkildə əks etdirir.
219
Vergi və mükəlləfiyyətlərə gəldikdə isə, deməliyik ki,
vergi sistemini və
onun terminologiyasını öyrənən nisbətən
çoxsaylı əsərlərin olmasına baxmayaraq,
indiyə kimi bu sahədə bir çox məsələlər aydın deyil və həll olunmamışdır.
214
Ş.Fərzəliyev Azərbaycan XV-XVI əsrlərdə ..., səh 76-78.
215
О.А.Эфендиев Образование Азербайджанского государства Сефевидов в начале XVI века,
Баку, 1961,стр.37.
216
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə ..., səh.79-80.
217
Yenə orada, səh.80.
218
Yenə orada.
219
Ş.Fərzəliyev, Azərbaycan XV-XVI əsrlərdə, səh.81.
58
Vergilər, xüsusi vergiyığanlar - mühəssillər vasitəsilə toplanırdı. Onlar isə
vergiləri müəyyən olunmuş miqdardan artıq yığmağa çalışırdılar. Vergilər əhalidən
məhsul və pul ilə yığılırdı.
220
Vergi yığımı barədə xüsusi «dəstur»lar /qanunlar/ mövcud idi. Şirvanşah
Fərrux Yəsarın 1474-cü ildə Abşeron valisi olan oğlu Şamxal Sultan Məhəmməd
Qaziyə Mahmudabadın da verilməsi xüsusundakı bir sənəddə vergi yığımı barədə
aşağıdakı məsləhətlər vardır: «Onlar /dövlət məmurları - N.M./... divan vergilərinin
toplanmasında rəiyyətlərlə sabiq dəstura və məlum qanun-qaydaya əməl edib...
rəiyyətin məhsulunu mənimsəməsinlər. Onlara həvaləni yalnız cərimələri dəftərlə
səbt olunmuş şəri və ürfi /mülki/ qayda üzrə sübut olunandan sonra...
göndərsinlər»
221
.
XV əsrdə əhalidən divanın və feodalların nəfinə yığılan 30-dan
çox vergi
növü olmuşdur. Onlardan aşağıdakıları göstərmək olar:
Malcehat, ixracat, şiltaqat, əvarizat, ələfə, ülufə, qonaqla, ulaq, ülam, biyar,
savəri, peşkəş, səlami, eydi, novruzi, şilənbəha, rəsməl-möhr, rüsumi-daruğəgi və
kəlantəri, rəsməl-vozəra, düşüllük, mirabi, dəhyeki-mustovfiyan, dəhyeki-soyurqal,
dəhyeki-rəiyyəti, xırmanbəhrə, çuvallıq, çərik, cizyə, tərx, cıraqlıq, məvaşi, mərai,
sərşümar, bəhayi-morq, sorğu, ximə, kəndəlik və s.
222
Bu vergilərin bəziləri haqqında müxtəsər məlumat verməyi münasib bilirik:
Dostları ilə paylaş: