5.Az
ərbaycanda atmosferin ekoloji vəziyyəti və problemləri
Az
ərbaycan dünyanın ən zəngin təbiətinə malik olmaqla füsunkar gözəlliyi ilə seçilir.
Bitki, heyvanlar al
əmi və insanlar biosferin tərkib hissəsi kimi bir-biri ilə əlaqədə olur.
Biosferin t
ərkib hissəsi olan atmosfer, litosfer və hidrosferdə baş verən fıziki-kimyəvi
hadis
ələr oksigenin və ozonun, aktiv hissəcikləri və minlərlə zərərli maddələrin qarşılıqlı
t
əsiri nəticəsində hava, torpaq və su mənbələri çirklənir. Zərərli maddələrlə çirklənmə
d
ərəcəsi biosferin əsas tərkib hissələrinin fıziki-kimyəvi və digər xüsusiyyətlərindən
asılıdır. Ətraf mühitə zərərli maddələrin təsirini müəyyən etmək üçün atmosfer, hidrosfer
v
ə litosferin əsas xüsusiyyətlərini və onlarda zərərli maddələrin təsirindən baş verən
d
əyişiklikləri, fıziki-kimyəvi çevrilmələri öyrənmək vacibdir. Atmosferin ekoloji durumu
Yer kürəsi üzərində gedən proseslərdən asılıdır. Atmosferin litosferdən fərqli olaraq
s
ərhədləri yoxdur. Atmosferin Yer kürəsinin hansı ərazisində çirklənməsinə baxmayaraq
bütün bəşəriyyət, o cümlədən respublikamız üçün təhlükə yaradır. Respublikamızın
atmosferind
ə gedən dəyişikliklər planetimizdə gedən proseslərlə əlaqəli olduğu üçün bu
bar
ədə müəyyən biliklərə yiyələnmək vacibdir. Belə qlobal problemlərin dövlət sərhədi
yoxdur. Atmosferin çirklənməsi və parnik effekti. Planetimizdə son yüz il ərzində illik
temperatur 1 sclsi d
ərəcə artmışdır. Temperaturun 0,75 selsi artımı son onilliyə təsadüf
edir. İqlimin qlobal istiləşməsi müxtəlif nəticələrə - bəzi regionlarda yağıntıların
çoxalması və ya quraqlıq; buzlaqların əriməsi; subasmalar və dəniz səviyyəsinin
artması nəticəsində təsərrüfat üçün əhəmiyyətli sahələrin su altında qalması; təbii
kataklizml
ərin və infeksion xəstəliklərin sayının artması və s. gətirib çıxara bilər
Mütəxəssislərin fikrincə, temperaturun 10-15 sclsi artması həyatın məhv olması ilə
n
əticələnə bilər. Əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən
sonra Yerd
ə həyat mövcud olmayacaq. Qlobal kataklizmlərin artması isə artıq müşahidə
edilm
əkdədir. Bu mövzuda dünya alimlərinin fikirləri ziddiyyət təşkil edir. Bəzi alimlərin
fikrinc
ə, iqlimin qlobal istiləşməsi Yerin təkamü- liindəki digər təbii istiləşmələrdən biri
olub sonrakı soyuqlaşma mərhələsi ilə növbələşəcək. Əlbəttə ki, bu prosesdə insan
f
əaliyyətinin rolu danılmazdır. Belə ki, iqlimin qlobal istiləşməsi antropogen faktorların
t
əsirindən baş verən prosesdir. Burada istixana (parnik) effektinin və ətraf mühitin istilik
çirklənməsinin rolu olduqca böyükdür. Yerdə həyatın əmələ gəlməsində atmosferin
formalaşması və Yerin istilik balansının saxlanılması mühüm əhəmiyyət kəsb etmişdir.
Atmosfer qaz t
əbəqəsi olub Yeri əhatə edir. Bildiyimiz kimi, atmosfer qazlar qarışığından
ibar
ət olub, müəyyən qaz tərkibinə malikdir. Atmosferdə qazların nisbəti aşağıdakı
kimidir: 78% azot, 21% oksigen, 0.03% karbon qazı (C02), 0.93% arqon, təxminən
0.01% qalan qazlar (neon, helium, metan, ksenon, radon v
ə s.). Parnik effekti
atmosferd
ə su buxarı vo bir sıra qazların: karbon qazı (СО,), dəm qazı (СО), metan
(CH4), azot oksidl
əri (NOx), kükürd oksidləri (SOx) və s. miqdarının artması ilə
əlaqədardır. Bu qazları parnik (istixana) qazları adlandırırlar. Pamik qazları atmosferdə
yayılaraq Yerin ətrafında istixana tavanını xatırladan örtük əmələ gətirir. Nəticədə
atmosfer Günəşdən gələn istiliyi Yerə buraxır, Yerdən kosmosa şüalanmalı olan
enerjinin - istiliyin is
ə qarşısını alır. İşləmə mexanizmi etibarilə bu örtük istixana
effektinin yaranmasına səbəb olur. Pamik effekti nəticəsində Yerdəki istiliyin yalnız
20%-i yenid
ən kosmosa şüalanır. Pamik effektinin yaranmasında pamik qazlarının
iştirakı aşağıdakı kimidir: 60% - C02, 20% - CH4, 5% - H20. Göründüyü kimi, pamik
effektinin
əmələ gəlməsində karbon qazının rolu çox böyükdür. Atmosferin tərkibində bu
qazın miqdan son 150 ildə dəyişmişdir (nisbətən artmışdır). Hazırda atmosferdə 2, 6103
milyard ton C02 var v
ə hər il atmosferə 20 milyard ton karbon qazı tullanır. Tədqiqatlara
görə, 1988-ci ildə karbon tərkibli yanacağın yandırılması nəticəsində atmosferə 5,5
milyard ton v
ə meşə yanğınları nəticəsində 2,5 milyard ton karbon atılmışdır. Hər il, iki
milyard ton karbon C02-nin t
ərkibində fotosintez prosesi nəticəsində bitkilər tərəfindən,
iki milyard ton karbon is
ə Dünya Okeanı tərəfindən mənimsənilir. Qalan iki milyard ton
karbon is
ə mənimsənilməmiş qalaraq atmosferdə onun qatılığmın artmasına səbəb olur.
ABŞ-nın MEA-nın hesablamalarına görə, 2100-cü ildə atmosferdə karbon qazının
qatdığının 2 dəfə artması gözlənilir. Metan da istixana qazlarına aiddir. Metanın
atmosferd
ə qatdığı hər il 1,2- 1,5% artır. Hazırda atmosferdə metan qazı sənayenin
inkişaf etmədiyi dövrlə müqayisədə 60% çoxdur. Təbiətdə pamik effektinin tamamilə
mövcud olmaması, biosferdə çox böyük mənfi nəticələrə gətirib çıxara bilər. Atmosferdə
pamik qazlarının tamamilə olmaması şəraitində Yer səthində temperatur 30-35°C
azalar. Onda Yerd
əki şərait Ayda olan şəraiti xatırladar, gündüzlər yer çox qızar,
gec
ələr isə çox soyuyar. Pamik effekti və ümumilikdə atmosferin çirklənməsi
ekosistemin quruluşunda və onda gedən proseslərdə elə dəyişikliklərə səbəb olur ki,
ekosistemin t
ənzimedici prosesləri bu mənfi dəyişiklikləri aradan qaldıra bilmir.
Atmosferin çirklənməsi insan orqanizminə də özünəməxsus təsir göstərir. Belə ki, C02-
nin
əmələ gətirdiyi sulfat turşusu, insan və heyvanların ağciyər toxumasını dağıdır. Bunu
iri şəhərlərdə yaşayan uşaqların ağciyər xəstəlikləri ile bu şəhərlərin atmosferdoki C02-
nin miqdarı arasındakı əlaqənin tədqiqi zamanı aydın müşahidə etmək olar. 1992-ci ildə
BMT-nin Rio-dc-
Jcncyro şəhərində (Braziliya) «Ətraf mühit və inkişaf» mövzusunda
keçirilən konfransda iqlimin dəyişməsi haqqında konvensiya qəbul edildi. 1997-ci ilin
dekabr ayında isə Kiotada (Yaponiya) yuxarıda qeyd olunan konfransın tərəflərinin
iştirakı ilə protokol təşkil olundu. Bu protokol Kioto Protokolu adlanır. Burada 159
ölkədən 2 min nümayəndə iştirak edirdi. Kiota Protokoluna görə, atmosferə atılan par-
nik qazlarının miqdan 5,2% azaldılmalıdır. Bütün xoşagəlməz proqnozlara baxmayaraq,
dünya ictimaiyyəti atmosferin çirklənməsinin və pamik effektinin pik nöqtəyə çatmasının
qarşısını almaq üçün müəyyən tədbirlər görməlidir: 1. Sənaye müəssisələrində
t
əmizləyici qurğuların qoyulması ilə atmosferə tullanan pamik qazlarının miqdarının
azalması; 2. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə edilməsi. Bura külək, günəş
enerjisi, AES-
ları və s. daxildir; 3. Meşələrin qırılmasının qarşısının alınması və yeni
meşə sahələrinin salınması; 4. Zibillərin çeşidlənərək xüsusi zavodlarda utilize edilməsi
v
ə bu yolla atmosferə tullanan zəhərli qazların miqdarının minimuma endirilməsi; 5. İri
şəhərlərdə atmosfer çirklənməsinin qarşısım almaq məqsədilə tıxacların sayını
azaltmaq üçün müəyyən tədbirlərin görülməsi. Bu cür tədbirlər ayn-ayrı ölkələrin
siyas
ətinin başlıca istiqamətlərindən olmalıdır. Çünki qlobal problemlər dövlət sərhədləri
tanımır və atmosferin çirklənməsi belə qlobal problemlərdəndir. Ümid edək ki, yüksək
insanlıq bu problemin öhdəsindən də layiqincə gəlməyi bacaracaq. Səs-küy ekoloji
problemi. Elmi-texniki t
ərəqqinin respublikamızda yaratdığı ən aktual problemlərdən biri
d
ə səs-küy və Mobil telefonlarla bağlıdır. Səs dedikdə, hissəciklərin rəqslərinin elastik
mühitdə (bərk, maye, qaz) yayılması başa düşülür. Səsin bioloji və fiziki anlayışları
mövcuddur. Bioloji səs anlayışına rəqslər və dalğalar aiddir, hansılar ki, insanın eşitmə
orqanı ilə qəbul olunur. Səs o zaman hiss olunur ki, səslərin rəqsləri və intensivliyi
müəyyən hüdudlarda olsun. Özünəməxsus qabiliyyət və yaşı nəzərə almasaq insanın
qulağı üçün eşidilən rəqslərin spektri 15-20 hs-dən 20 khs-ə qədər olur. Fiziki səs
anlayışına elastiki mühitin eşidilən və eşidilməyən rəqsləri daxildir (şərti olaraq 0 hs-dən
1013 hs-d
ək). 20 hs-dən aşağı olan rəqslərin tezliyi infrasəs adlanır. İnfrasəslərin
tezliyinin aşağı sərhədi məhdud deyil. Bizi əhatə edən ətraf mühitdə min hissəli tezlikli
infras
əslərə rast gəlinir. İnfrasosli dalğaların diapazonlarının öyrənilməsi böyük maraq
k
əsb edir. Məsələn: Yer kürəsi qabığında baş verən seysmik dalğa. Onların yayılma
xarakterind
ən asılı olaraq yer qabığının quruluşunu və faydalı qazıntıların kəşfiyyatını
h
əyata keçirmək olur. 20 khs-dən yüksək rəqsli dalğalar ultrasəslər adlanır. Hansılar ki,
eşitmə hissi oyatmaq qabiliyyətinə malik deyil. Müasir texnologiyalarda ultra səslərdən
geniş istifadə olunur. Tibbdə, diaqnostikada və cərrahiyyədə, radiotexnikada və s. 109-
1013 hs tezlikli diapazonda elastiki mühütin tezlikləri yerləşir. Bu da hipersəs adlanır.
Arasıkəsilməz spektr ilə eşidilən periodik olmayan rəqslərin səsləri səs-küy kimi başa
düşülür. Səs-küyün intensivliyi çox müxtəlif olur. Ağac yarpaqlarının tərpənməsindən
tutmuş ildırım boşalmasınadək. Səs-küy öz mənbələrinə görə təbii və texnogen olmaqla
2 qrupa bölünürlər. Təbii mənşəli səs-küy. Atmosferdə insanlardan asılı olmayaraq təbii
m
ənşəli səs-kiiy mövcud olur. Onun diapazonuna 3-10 3 hs-li infrasəsdən tutmuş
ultras
əs və hipersəslor aiddir. Məsələn: dəniz dalğalan, dağ uçurumları, meşədə baş
ver
ən küləklər, quşların oxuması, hcyvanlann səsi, şəlalə nin axması və s. İnfra səslərin
m
ənbəyi - meteoroloji və coğrafi mənşəli olur. Məsələn: Maqnit qasırğaları, qütb
parıltısı, qasırğalar, zəlzələlər və s. Təbii mənşəli səs-küy o qədər rəngarəngdir ki, onu
tam t
əsəvvür etmək çətindir. Texnogen mənşəli səs-küy. Texnogen mənşəli səs-küyə
müasir dövrdə mövcud olan texniki mexanizmlər, nəqliyyat, təchizat və s. aiddir. Bunlar
öz növbəsində ətraf mühitdə nəzərəçarpacaq dərəcədə səs-küylü çirklənmə törədirlər.
Texnogen m
ənşəli səs-küylərin mənbələrinə misal olaraq: dəmir yolu, su nəqliyyatları,
aviasiya v
ə təkərli nəqliyyat, sənaye və məişət obyektlərinin texniki təchizatı, sanitar-
mexaniki t
əchizat, istilik-energetik sistemli elektromexaniki qurğular, qaz-truba
kompressoru, elektrotexniki cihazlar v
ə təchizat, aeroqaz dinamik qurğuları və s. aiddir.
Texnogen m
ənşəli səs-küy fiziki təbiətinə görə aşağıdakı qruplara ayrılır: -
mexanizml
ərin, maşınların, qurğuların, dəzgahlann qarşılıqlı təsiri nəticəsində törədilən,
habel
ə üst qatlarının vibrasiyası nəticəsində əmələ gələn mexaniki səs-küylər; -
elektromaqnit cihazların elektromaqnit təsiri nəticəsində əmələ gələn, transformator,
stator v
ə rotorların yaratdığı elektromaqnit səs-küy; -aerodinamik səs-küy. Məsələn:
sıxılmış qazm adiobatik genişlənməsi zamanı müşahidə olunur; -mayelərdə müxtəlif
prosesl
ər nəticəsində baş verən hidrodinamik səs- küy. Texnogen mənşəli səs-küy
insan orqanizmin
ə zərərli təsir göstərir. Bu zərərli təsir eşitmə orqanının özünəməxsus
korlanmasına gətirib çıxanr. Bununla bərabər insan orqanizminin digər sistemlərinə də
t
əsir edir. Tibbdə «Səs-küy xəstəliyi» adlı termin mövcuddur. Bu isə insanlarda
hipertoniya, hipotoniya v
ə s. xəstəliklər ilə müşahidə olunur. İnsana təsir göstərən səs-
küyün səviyyəsi, xarakteri, spektral tərkibi, təsir etmə müddəti və həssaslığın fərdiliyi
böyük məna kəsb edir. Səs-küyün intensiv təsiri davam edərsə, sinir və endokrin
sistem, damarların tonusu, mədə-bağırsaq taktına və s. öz təsirini göstərir. Bu
sadalananlar spesifik t
əsirlərdir. Qeyri-spesifik təsirlər də mövcuddur. Bunlar daha tez
özlərini göstərmək qabiliyyətinə malikdirlər. Eşitmə orqanı korlanmazdan əvvəl vege-
tativ sinir sisteminin pozulması halı müşahidə olunur. Səs-küy problemi həm də
vestibulyar aparatın korlanmasına da səbəb olur. Məhz, bütün bunlara görə müasir
dövrdə ekoloji problem kimi səs-küy problemi daha qabarıq nəzərə çarpır. Müəyyən
olunmuşdur ki, 15-20 hs tezlikli infrasəs qorxu hissi yaradır. Bu cür səs-küylərin
m
ənbələri isə müasir dövrdə çox müxtəlifdir. Təsərrüfat və məişət səs-küyü yorğunluq,
qıcıqlanma yaradır, iş qabiliyyətini aşağı salır, diqqəti pozur və s. Lakin təbiətdə baş
ver
ən səs-küy quşların oxuması, su səsi, yarpaq xışıltısı öz təsir effektlərinə görə pozitiv
hesab olunur. İnkişaf etməkdə olan şəhərlərdə tikinti işlərinin aparılması insanlar hiss
etm
ədən onlara öz neqativ təsirini göstərir. Sutkanın müxtəlif saatlarında eşidilən bu
s
əs-küy yuxusuzluğa, həzm sisteminə, hiss orqanlarına təsir göstərir. İntensiv səs-kiiy
zamanı (partlayışlar, zərbəli dalğalar) səs 130 dB-dən yüksək olanda ağrı hissləri
müşahidə olunur. Əgər səs 140 dB- dən yüksək olarsa, eşitmə orqanı tam olaraq
sıradan çıxır. Ümumilikdə isə intensiv səsə dözmə hüdudu 154 dB hesab olunur. Bu
zaman güclü baş ağrısı, görmə orqanının sıradan çıxması, ürək bulanma müşahidə
olunur. Akustik t
əsir və ya səs-küy geniş yayılmış fiziki faktordur. Əhaliyə mənfi təsir
göstərdiyi üçün səs-küy problemi sanitar-gigiyenik normanı aşan problem kimi qeyd
olunur. Sadalanan f
əsadlarla yanaşı endokrin sistemdə vəzlərin ölçüsünün dəyişməsi,
qan damarlarının daralması, qan təzyiqinin qalxması, bəbəklərin böyüməsi, cinsi
f
əaliyyətin zəifləməsi, iştaha pozğunluğu və bir sıra psixi dəyişikliklər meydana çıxır.
Konkret bir s
əs-küyə müxtəlif insanlar müxtəlif cür reaksiya verirlər. Bu həmin insanların
əsəb sistemindən, ümumi sağlamlığından, psixo-emosional durumundan asılıdır.
N
əqliyyat, onların siqnalları, tikinti səsləri daha spesifik təsirə malikdirlər. Bunları nəzərə
alaraq, yol k
ənarında və ya tikinti gedən ərazilərdə evlərin pəncərələri xüsusi örtüklü
olmalıdır. Lakin bəzən yaşayış binalarının daxilində do müəyyən narahatlıq törədən səs-
küyə də təsadüf olunur. Məsələn: lift, su nasosu, zibil çıxarıcı boru, ventilyasiya
qurğuları və s. Səs-kiiy yaradan əsas mənbələrdən biri də avtomobil nəqliyyatıdır.
Magistral yollardakı avtomobil nəqliyyatının səsi bəzən 90-95 dB olur. Avtomobil
n
əqliyyatının səsi sürətdən, maşınların sayından, saz olma vəziyyətindən, küçələrin
enind
ən, keyfiyyətindən və yolların ətrafında olan yaşıllıqların olub - olmamasından
asılıdır. Sənaye şəhərlərində yük maşınlarına daha çox rast gəlinir. Müasir dövrdə isə
maşınların say artımı çox intensiv olmuşdur. Statistik göstəricilərə görə 27 yaşadək olan
insanların 46%-i, 28-37 yaşlı insanların 57%-i, 38-57 yaşlı insanların 62%-i, 58 və yuxarı
yaşlı insanların 72%-nə səs-kiiy təsir göstərir. Məhz, bunları nəzərə alaraq dövlət
standartlarına uyğun olaraq, xüsusi akustik komfortlu mühəndis və məişət cihazlarına
ehtiyac yaranmışdır. Respublikamızın ən ciddi qlobal problemlərindən biri də ətraf
mühitin mühafizəsi problemidir. Çünki XX əsrin ikinci yarısında insanın iqtisadi və digər
f
əaliyyətinin nəticəsi olaraq ətraf mühit son dərəcə çirklənmiş və insan cəmiyyəti təhlükə
altına alınmışdır. Ona görə do ekoloji təhlükəsizlik insanların həyat və sağlamlığının ən
mühüm amilinə çevrilmişdir. İqtisadiyyat və ekologiya arasında mövcud olan ziddiyyətlər
müasir dövrdə ətraf mühiti qorumaq və bəşəriyyətin öz mövcudluğunu kəskinləşdirən
t
əhlükədən xilas etmək üçün dövləti konstitusiya səviyyəsində hüquqi tənzimləmə
mexanizmind
ən istifadə etməyə məcbur etmişdir. Respublikamızın ətraf mühitin
çirklənməsinin əsas mənbələrini sənaye, kənd təsərrüfatı, nəqliyyat, şəhərsalma təşkil
edir. Ətraf mühiti çirkləndirən fiziki faktorlar (səs, elektromaqnit şüaları, vibrasiya və s.)
içərisində böyük neqativ güco malik səs və vibrasiyanın ətraf mühitə təsiri problemi
respublikamız üçün daha təhlükəlidir Nəzərdən keçirdiyimiz bu problem və bu kimi digər
probleml
ər müasir dövrdə çox vacib və bəzən də çox təhlükəli olduğundan
konstitusiyada öz əksini tapmışdır. Konstitusiyanın bu məsələlər ilə bağlı müəyyən etdiyi
müddəalardan biri də 39-cu maddədə təsbit olunmuşdur. Orada deyilir ki, hər kəsin
sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti
haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və
əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Sağlam ətraf mühitdə yaşamaq
hüququ özündə bir sıra prinsipləri əks etdirir: əvvəla, Konstitusiya normasında ifadə
olunan m
ənəvi prinsip; ikincisi, obyektiv ekoloji qanunvericilik sisteminin qurulması üçün
prinsip; üçüncüsü, bu hüquq vətəndaşın, dövlətin ətraf mühiti əlverişli, sağlam
v
əziyyətdə saxlamaq, habelə əlverişsiz, qeyri-sağlam mühitin insana mənfi təsirini
aradan qaldırmaq üçün müxtəlif tədbirləri aradan qaldırmaq və həyata keçirmək
v
əzifəsini müəyyən edən, subyektiv hüquqdur. Respublikamızda atmosferin nəqliyyat
vasit
ələri ilə çirklənməsi vəziyyəti. Daxili yanma mühərrikləri ilə işləyən nəqliyyat
vasit
ələri atmos- ferdəki havanı, yerdəki suyu və torpağı çirkləndirən əsas amillərdəndir.
Dünyada təqribən 600 milyon ədəd avtomobil vardır və onlardan gündəlik atmosferə
500 mln. ton karbon oksidi buraxılır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə Yer
kürəsinin şəhər əhalisinin üçdə iki hissəsi çirklənmiş hava ilə nəfəs alır. Atmosfer Yerdə
h
əyat üçün əsas şərtdir. Onun vəziyyətindən və keyfiyyətindən insanlığın, bəşəriyyətin
mövcudluğu və ya məhvi asılıdır. Atmosferin antropogen çirklənməsi xəstəliklərin
yayılmasına və məhvinə səbəb olur. Atmosferin təbii tarazlığı, antropogen qazların
(90%), tozların və aero- zollann artırılması ilə pozulur. Havanın əsas çirkləndiricilərindən
biri avton
əqliyyatlar tərəfindən buraxılan karbon oksididir. Dünyada avtomobillərin daxili
yanma mühərriklərində hər il neftdən alınan 2 milyard ton yanacaqdan istifadə olunur və
bu zaman atmosfer çirkləndirilir. Atmosferə düşən karbon oksidi 2-4 il müddətində
havada qalır və bütün Yer səthinə yayılır. Son zamanlarda müəyyən edilmişdir ki,
karbon oksidinin daimi olaraq çox kiçik miqdarının təsiri nəticəsində insan orqanizmində
ürək - damar xəstəliyinə, tac damarların zədələnməsinə və sinir sisteminə təsir göstərir.
D
əm qazı qanda oksigenə nisbətən 200 dəfə tez həll olur və karboksihe- moqlobin
əmələ gətirir. Havada karbon oksidinin miqdarı çox olduqda insan orqanizmində
hüceyrələrdə oksigenin miqdarı arabir azalır və insan ölümünə səbəb olur. Müəyyən
olunmuşdur ki, bir avtomobil bir gündə bir insanın bir ildə istifadə etdiyi qədər oksigen
m
əsrəf edir və karbon qazı buraxır. Respublikamızda hazırda 600-700 minə yaxın
avtomobil vardır və onlardan gündəlik olaraq atmosferə 450-500 min tona yaxın karbon
oksidi buraxılır. Respublika ərazisində olan avtomobillərin 70-75 faizi benzin, 26,0 faizi
dizel v
ə 1 faizi isə maye qaz ilə işləyir. Havanın nəqliyyat vasitələri ilə çirklənməsinin
qarşısının alınmasında ictimaiyyət arasında aparılan maarifləndirici tədbirlərin
əhəmiyyəti çox böyükdür və biz ictimai təşkilat olaraq bu sahədə monitorinqlər
aparmışıq. Nəqliyyat vasitələri tərəfindən atmosferə buraxılan karbon oksidinin yol
verm
ə miqdarı 3 faizdən yuxarı olmamalıdır. Yəni BBH<3% təşkil etməlidir.
Dostları ilə paylaş: |