«İxtisasa giriş»



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
M.Sunay-İxtisasa-giriş

6. Hidrosferin 
əmələ gəlməsi və funksiyaları 
H
ələ antik dövrdə ətraf mühit haqqında təbii – elmi anlayışlar irəli sürərkən Milet 
m
əktəbinin əsasını qoyan qədim yunan mütəfəkkiri Fales (eramızdan əvvəl 642 – 548 
ill
ər) təbiətin bütün hadisələrini suyun hərəkəti və çevrilməsi ilə aydınlaşdıraraq suyu hər 
şeyin ilk əsası sayırdı, Falesin bu görüşləri şübhəsiz digər qədim mütəfəkkir - Platonun 
(eramızdan əvvəl 427 – 347 illər) fəlsəfəsinə də təsir göstərdi . Suyun dövranı ideyası 
Platona aiddir. Lakin o, s
əhv təsəvvürə əsaslanıb qeyd edirdi ki, Yerin bütün səth 
sularının bilavasitə başlanğıcı dəniz suyudur. Lakin Platonun suyun dövranı haqqındakı 
əsas fikri o qədim dövr üçün dahiyanə sayılırdı. Platonun şagirdi - Aristotel ( eramızdan 
əvvəl 384 – 352 – ci illər) suyun dövranı haqqında öz müəllimlərinin fikrinə böyük 
d
əyişiklik etdi. Günəş istiliyinin təsirilə suyun dəniz və okeanların səthindən 
buxarlanaraq Yerin yüksəkliklərində kondensasiya olunub yağış şəklində düşərək 
çayları qidalandırması prosesini ilk dəfə Aristotel dərk etmişdir. IX – əsrdə ərəb alimi 
Maqsudi Aristotelin suyun atmosfer dövranını təsdiq edən olduqca sadə və inandırıcı 
t
əcrübə apardı: dəniz suyunu buxarlandıraraq onun buxarından şirin ( duzsuz) 
kondensat aldı. Aristoteldən sonra uzun əsrlər ərzində ümumiyyətlə suyun, torpağın, 
odun ( at
əşin ) və havanın qarşılıqlı çevrilməsi ehtimal edilirdi ki, 2 min il əvvəl yaşamış 
Hollandiya kimyag
əri və fizioloq İ.Van – Helmont və Avisenna ,ingilis kimyaçısı R.Boyl 
da bu mövqedə durmuşlar. Onlar suyun bir maddə olması haqqında real elmi fikrə gələ 
bilm
əmişlər .Yalnız XVIII əsrin sonunda Avropa fizikləri əsərlərində ( P.Laplas, 
A.Lavueze v
ə b) suyun yalnız iki elementin - hidrogen və oksigenin birləşməsi olduğunu 
t
əsdiq edərək onun digər maddələrə çevrilməsi haqqında çoxəsrlik nəzəriyyəyə son 
qoydu . Bu, suyun t
ərkibi və xassələri haqqında müasir elmin başlanğıcı oldu . Su 
olduqca qiym
ətli sərvətdir. O , üzvi həyatı təşkil edən maddələr mübadiləsi 
prosesl
ərində çox mühüm rol oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında 
böyük əhəmiyyəti vardır. Torpağın tərkibində də su vardır. Bütün canlı orqanizmlərin, 
bitkil
ərin, heyvanların tərkibinə su daxil olur. İnsan orqanizminin ümumi kütləsinin 3 2 -
si, qanın 80 % - i sudan təşkil olunmuşdur.Bir çox tərəvəz və meyvələrin kütləsinin 90 – 
95 % - i sudan ibar
ətdir. Su olmadıqda həyat da dayanır, çatışmadıqda bitkinin 
m
əhsuldarlığı aşağı düşür. Bir çox canlılar su mühitində yaşayır. Su təbiətdə dövran 
ed
ərək Yer səthinin formalaşmasında iştirak edir. Su müxtəlif qeyri – üzvi maddələri 
dağıdaraq , əridərək və daşıyaraq çökmə süxurların yaranmasına və torpağın əmələ 
g
əlməsinə səbəb olur. Su ucuz elektrik enerjisinin mənbəyidir.Dənizlər və çaylarda 
n
əqliyyat vasitəsi kimi istifadə olunur. Sudan sənayedə də istifadə olunur. Məsələn, 1 
ton polad istehsal etm
ək üçün 120 m 3 , 1 ton kimyəvi lif istehsalında isə 2000m3 su 
s
ərf edilir. Kənd təsərrüfatında sudan daha çox istifadə olunur, süni suvarılan 1 hektar 
topağa saniyədə orta hesabla bir l su gedir. Bir ton buğda əldə etmək üçün 1500m3 , 1 
ton pambıq becərmək üçün 10 000m3 su tələb olunur .Vegetasiya dövründə 1 hektar 
qarğıdalı sahəsinə 3000 m3 , 1 ha kələm sahəsinə 8000 m3 , 1 ha çəltik sahəsinə isə 
12000-20000 m3 su s
ərf olunur. Əhalinin məişətinə də çoxlu su sərf olunur. İnsan gün 


ərzində orta hesabla 2 l su qəbul edir. Müxtəlif su mənbələri və su hövzələrindən 
müalicə rekreasiya məqsədilə istifadə olunur. Alman alimi Hansın fikrincə Planetimizdə 
içməli su həyatın əsasını təşkil edir. Hidrosfer - Yerin su örtüyü olub planetin bütün su 
obyektl
ərinin (okeanlar, dənizlər, çaylar, göllər, bataqlıqlar, buzlaqlar, qar örtüyü, yeraltı 
sular) m
əcmuudur. Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, torpaq suyu və canlı 
orqaniziml
ərdə olan sular daxildir. Hidrosferdə ( təbiətdə ) su 5 faza vəziyyətində 
mövcuddur: maye , bərk ( buz, qar ) və qaz ( buxar ). Yerin bütöv örtüyü olan hidrosfer , 
b
əzən «görünməz» halda ( yalnız su buxarı və torpaq rütubətliyi şəklində) olur. 
Hidrosferin ayrı – ayrı «görünməyən» sahələrinin rolu az deyildir, əksinə, atmosferdə 
olan su buxar
ı mühüm geoekoloji prosesin - ilkin bioloji məhsulun və ya fotosintezin 
z
əruri yaradıcısı; torpağın rütubətliyi isə Yerin bitki örtüyü kütləsinin yaradıcı prosesinin 
praktiki olaraq vacib komponentidir. Bununla yanaşı həm su buxarı, həm də torpağın 
rütubətliyi qlobal hidroloji tsiklində mühüm rol oynayır. Məkanca hidrosfer faktiki olaraq 
ekosferl
ə birləşir. Hidrosfer bütün digər geosferlərə daxil olaraq (girərək) maddələr və 
enerji mübadiləsinin qlobal proseslərində mühüm rol oynayır. Su olduqca spesifik 
xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər Yerdə baş verən və su iştirak edən bir çox təbii 
prosesl
ərə ciddi təsir göstərərək planetdə həyatın inkişafını təmin edir. Təbiətdə su, bir 
çox qarşılıqlı əlaqələrin, o cümlədən digər geosferlərin mərkəzində dayanır.Cəmiyyətdə 
bir sıra iqtisadi, ictimai və siyasi problemlərin böhranlı faktoru sayılır.Ekoloji baxımdan, 
ümumi şəkildə demək olar ki, qurunun suyu ekosferdə üç əsas mühüm funksiyası 
daşıyır: 1. Maddələrin qlobal tsiklində iştirakçı, çox vaxt aparıcı və birləşdirici iştirakçı; 2. 
Ekosisteml
ərin , xüsusilə çay və göllərin indiqatoru; 3. Ən geniş istifadə edilən təbii 
s
ərvət. Çox hallarda su əsas qlobal ekoloji problemlərin hakim faktoru sayılır. Su karbon 
qazı, azot, kükürd, fosfor və b. elementləri qlobal biokimyəvi tsikllərin və böyük geoloji 
tsiklin ekzogen hiss
əsinin (eroziyasedimentasiya tsiklinin) mühüm faktorudur. Qlobal 
hidroloji tsikl ekosferin 
əsas həyattəminedici mexanizmidir. Bir sıra gərgin ekoloji 
probleml
ər su problemlərilə əlaqədardır.Antropogen təbii və kənd təsərrüfatı sistemlərin 
v
əziyyətinin pisləşməsi, ya su rejiminin dəyişməsi nəticəsində (çox vaxt insanın 
f
əaliyyəti nəticəsində) baş verir, və ya əksinə, sistemin antropogen dəyişməsi torpağın 
susaxlama qabiliyy
ətinin, bitki tərəfindən suyun tutulub saxlanmasının, torpağın 
susızdırma qabiliyyətinin və ona uyğun hidroloji rejimin dəyişməsinə səbəb olur. Su 
hövzədə gedən prosesləri birləşdirmək xüsusiyyətilə fərqlənir.Bütövlüklə, demək olar ki, 
su t
əbiətdə bir çox qarşılıqlı əlaqələrin mərkəzində duraraq bənzər landşaftlarda , 
insanın bədənində qanın oynadığı ro\ la uyğun rol oynayır.Qanın analizi xəstənin 
v
əziyyətini göstərirsə, təbii suların kimyəvi və fiziki xüsusiyyətləri hövzədə gedən bir çox 
prosesl
ərin obyektiv indiqatoru hesab olunur. Zonal təbii proseslər hidroloji rejimin əsas 
göstəricilərində əks olunur.Məsələn , rütubətli tropik meşə zonasında çaylar çox sulu 
olub axımın qalınlığı təxminən 1200mm təşkil edir, yeraltı axımın payı yüksək (50 % - ə 
yaxın), suyun temperaturu da daim yüksək (25-270 C) olur. Bu zonanın təbii suları ultra 
– şirin olub tərkibində həllolan maddələrin miqdarı 100mq/l – dən az , hətta bəzi hallarda 
10mq/l t
əşkil edir, hidrokarbonatlı – silisli sinfə daxildir, asılı gətirmələr çox az qatılıqlı 
olub 50q/l 
– dən az təşkil edir. Bozqır zonada axımın qalınlığı az olub il ərzində 50 mm 
t
əşkil edir.Mövsüm ərzində çox dəyişgən olur.Axım əsasən ( 80 % ) sutoplayıcı 
hövzənin səthi ilə axan sularla formalaşır.Suları şirindir , lakin tərkibində çoxlu duzlar ( 
1000mq/l 
– ə qədər ) olur , hidrokarbonatlı – kalsiumlu , bulanıqlıq dərəcəsi yüksək olub 
500mq/l 
–ə qədər təşkil edir. Su ehtiyatları Su ən geniş istifadə olunan təbii ehtiyat 


hesab olunur. Dünyanın bütün mənbələrindən bir ildə götürülən suyun miqdarı 4000 
km3 t
əşkil edir. Ən çox istifadə edilən neft və daş kömür kimi təbii ehtiyatlardan istifadə 
olunması təxminən 3-4 dəfə azdır. Dünyanın bərpa olunan su ehtiyatlarından quru 
s
əthinə düşən yağıntıların ümumi cəmi təxminən ildə 120000 km3 təşkil edir. Əgər bu 
suyun 10 % - i t
əsərrüfatda işlədilərək qaytarılmazsa bu ekoloji təhlükə 
dem
əkdir.Dünyanın digər real bərpa olunan ehtiyatı sayılan çay axınları təxminən ildə 
40 000 km3 t
əşkil edir, onun 12 000 m3 həcmindən asan istifadə etmək olur. İçməli su 
il
ə təmin olunma ayrı – ayrı ölkələr də kəsgin fərqlənir: Qabonda adambaşına 
328000m3 su düşür, fars körfəzi ölkələrində isə praktiki olaraq su ilə təmin olunma sıfra 
b
ərabərdir.adambaşına 500m3 su və ondan aşağı olduqda aşağı hədd hesab olunur. 
Adambaşına 1000m3 su adətən kritik hədd sayılır və həmin ölkədə su ehtiyatının kəskin 
qıt olmasını göstərir. Bəndlər, onunla əlaqədar qurğularla (su anbarları, irriqasiya 
sisteml
əri, hidroelektrostansiyalar, şlüzlər və s. ) birlikdə inkişaf etməkdə olan ölkələrin 
strategiyasının mühüm hissəsini təşkil edir. Tropik şəraitdə mülayim iqlimli ölkələrlə 
müqayisədə çay axımının nizamlanması əlavə problemlər yaradır.Belə ki, su 
anbarlarının rejimi və onların ətraf mühitə təsiri yüksək dərəcədə təbii şəraitdən asılıdır. 
Tropik regionda h
ər yeni su anbarı yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi 
k
əsgin yüksəlir: su mubadiləsinin yavaş (zəif) olması, su biokütləsinin çoxalması ilə 
əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay sularına nisbətən adətən pis olur. Bu 
is
ə xəstəliklərin artmasına səbəb olur.Malyariya, şistosomatoz kimi xəstəliklərin 
yayıcıları əvvəlkinə nisbətən su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait 
tapır, bu isə xəstəliklərin kəsgin artmasına səbəb olur. Son illər rütubətli ekvatorial meşə 
zonasında da su anbarları tikilir.Bu isə yuxarıda göstərilənlərdən başqa əlavə yeni 
ekoloji probleml
ər yaradır.Bu zonada ilk su anbarı və 8 mln kvt. gücündə SES 
Braziliyada Tukurui hesab olunur.Burada daim yüksək dərəcədə istiliyin olması 
şəraitində su bitki örtüyü olduqca yaxşı inkişaf etdiyi üçün su anbarında suyun səthi 
praktiki olaraq görünmür. Ölü su biokütləsinin sonrakı çürüməsi həll olmuş oksigeni 
sudan tam udaraq n
əhayət qalan biokütlənin anaerob çürüməsinə və oldluqca zəhərli 
hidrogen sulfidin ayrılmasına gətirib çıxarır. Burada ölümlə nəticələnən ensofalit 
x
əstəliyinin bir növü də daha çox müşahidə olunmağa başladı.Belə vəziyyət Surinamda 
da mövcuddur, burada o qədər də böyük olmayan Brokopondo su anbarında hidrogen – 
sulfidin iyi o d
ərəcədə kəsgindir ki , SES – də operatorlar işlədiyi zaman əleyhqazdan 
istifad
ə edirlər. Su anbarlarında suyun keyfiyyəti ora tökülən çayların çirklənmə 
d
ərəcəsindən, onların yatağının səhiyyə – gigiyena vəziyyətindən asılıdır. Alimlərin 
t
ədqiqatları göstərir ki, çayların intensiv çirklənməsi fonunda yaradılan su anbarları 
antropogen evtrofikasiya n
əticəsində suyun keyfiyyəti kəsgin pisləşir. Əvvəllər kiçik su 
hövzələri antropogen evtrofikasiyaya məruz qalırdısa, indiki dövrdə iri su anbarlarında , 
xüsusilə kaskadla tənzimlənən çaylar üzərində tikilən su anbarlarında «suyun 
çirklənməsi» baş verir. Son on illərdə evtrofikasiya prosesi Dneprovodsk və Volqa 
kasakadlı su anbarlarında, iri göllərdə (Ladoqa, Oneqa, Pskov – Çud), daxili dənizlərdə 
(Baltik, X
əzər, Qara) və kiçik çaylarda baş vermişdir. Müxtəlif su anbarlarında 
antropogen evtrofikasiya prosesi müxtəlif səbəblərdən baş verir.Ladoqa gölünün 
çirklənməsi alüminium sənayesi, Pskov – Cud gölünki isə sahələrin çirkab sularilə 
əlaqədardır.Belorusiya və Baltikyani ölkələrdə su hövzələrinin evtrofikasiyası kənd 
t
əsərrüfatı çirklənməsi ilə bağlıdır. Azərbaycanda səth sularının çirklənməsində bir çox 
s
ənaye və kənd təsərrüfatı iştirak edir. Əsas su anbarları qonşu dövlətlərdə güclü 


çirklənməyə məruz qalan iri çayların Kür və Araz çaylarının üzərində yaradılmışdır.Kür , 
Araz çaylarının və onların qollarının çirklənməsi haqda məlumat yuxarıda müvafiq 
f
əsildə verilmişdir. Qonşu dövlətlərdə güclü çirklənən Kür çayı respublikamızın ərazisinə 
daxil olark
ən sürəti azaldığından daha iri və ağır asılı hissəciklər zibil halında çayın 
dibin
ə çökmüş , qalanları isə Şəmkir su anbarına keçir.Bunun nəticəsində çöküntülərin 
v
ə su anbarının dibi çirklənir, suda həll olan zərərli maddələr , xüsusilə biogen 
elementl
ər bütün su hövzələri kaskadında su anbarının antropogen evtrofikasiyaına 
s
əbəb olur. Bununla yanaşı Mingəçevir və Şəmkir su anbarının dibi bitki örtüyündən ( 
meşə, kol ,lianlar və s,) təmizlənmiş və onların tədricən çürüməsi suyun keyfiyyətinə , 
oksigen rejimin
ə və su hövzəsinin heyvanat aləminə (balıqlara) mənfi təsir göstərir 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin