«İxtisasa giriş»


 Atmosfer ə olan antropogen təsirlər



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
M.Sunay-İxtisasa-giriş

4. Atmosfer
ə olan antropogen təsirlər 
Qara metallurgiya. çuqunun əridilməsi və ondan polad istehsalı zamanı 
atmosfer
ə müxtəlif qazlar atılır. 1 ton polad istehsalı zamanı havaya 4,5 kq 
toz, 2,7 kq kükürd qazı, 0,1-0,6 kq marqans atılır. Domna qazlarından 
başqa atmosferə həm də az miqdarda arsen, fosfor, qurğuşun, civə və 
nadir metalların buxarları, antimon ( sürmə ) və qətranlı maddələr atılır. 
Marten v
ə poladəridən sexlərin tullantıları da atmosferi xeyli çirkləndirir. 
Polad 
əriyən zaman həm də metalın buxarı, şlak və metal oksidləri və 
qazlar
ı ayrılır. Marten peçlərinin tozunun əsas hissəsi dəmir – 3 oksid (67 
% ), alüminium – 3 oksid ( 6,7 % ) – dən ibarət olur. 1 ton marten poladının 
oksigensiz 
əridilmə prosesində 3000- 4000 m3 qaz ayrılır, onların 
t
ərkibində tozun qatılığı orta hesabla 0,5 q/m3 təşkil edir. Müasir qara 
metallurgiya zavodlarının çoxunda kömürün kokslaşdırılması peçləri vardır. 
Kokskimy
əvi istehsalı atmosfer havasını tozla və uçucu birləşmələrin 
qarışığı ilə çirkləndirir. İş rejimi pozulduqda isə atmosferə küllü miqdarda 
t
əmizlənməmiş koks qazı atılır. V.Şaprinskiyə görə 1 milyon ton polad 
istehsalı zamanı atmosferə 75 min ton SO2 ixrac edilir . Hər 1000 ton mis 
piriti emalından atmosferə 600 ton sulfid anhidridi tullanır. Qara 
metallurgiya sah
əsində sənaye qəzaları zamanı regionda ekoloji vəziyyət 
daha da k
əskinləşir . Əlvan metallurgiya - Gil – torpaq alüminium – oksid , 
alyuminium, mis, qurğuşun, qalay, sink, nikel və digər metalların peçdə 
istehsalı zamanı, materialların yüklənməsi, boşaldılması zamanı quruducu 
aqreqatlarda 
, açıq anbarlarda zərərli maddələr əmələ gəlir . Əlvan 
metallurgiya atmosfer havasını əsasən kükürd anhidridi (75 % ), karbon 
qazı, ( 10,5% ) və tozla çirkləndirir. Kimya və neft - kimya sənayesi Kimya 
s
ənayesində turşuların ( sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat 
turşusu və s .) istehsalı zamanı, rezin – texniki işlərində, fosforit, plastik 
kütlələr, rənglər və yuyucu vasitələr, süni kauçuk, mineral gübrələr, 
h
əlledicilərin (toluol, aseton, fenol, benzol ) istehsalı zamanı atmosferə 
tull
antılar atılır. Çirkləndirici maddələrin tərkibində əsasən karbon qazı (28 


%), kükürd anhidridi (16,3 % ), azot oksidi (6,8 % ) olur. Tullantıların 
t
ərkibində amonyak (3,7 %), benzin ( 3,3 % ), hidrogen - sulfid, karbon - 
sulfid, toluol ( 1,2 % ) aseton (0,95 %), benzol (0,7 %) , ksilol ( 0,3 % ) , 
dixloretan (0,6 % ) , sulfat turşusu (0,3 % ) da olur .Neft - ayırma sənaye 
müəsissələri atmosferi karbohidrogen ( 23 %) , kükürd qazı ( 16,6 % ) , 
karbon qazı (7,3 %) , azot oksidi ( 2 % ) birləşmələrilə çirkləndirir. İstilik 
elektrik stansiyaları ( İES ) İES –lərin ətrafı həmişə ziyanlı aerozolla daha 
z
əngin olur. Pirogen mənşəli aerozolların miqdarı sərf olunan yanacaq 
növündən asılı olaraq həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir. 
Az
ərbaycanın böyük (iri) İES-ləri (1 mln.MVt) Abşeron rayonunda, 
Ming
əçevir şəhəri yaxınlığında (Azərbaycan İES) və Əli – Bayramlı 
şəhərinin 10 – 15 km – yində (Əlibayramlı İES) yerləşir.Azərbaycanın bütün 
İES – ri yanacaqla (mazut) və qazla işləyir.Mazutun kükürdlülük dərəcəsi 
2% t
əşkil edir.Tüstü borularından atmosferə sutkada 700-1000 ton kükürd 
v
ə azot oksidləri atılır.Azərbaycanın iri İES - nin borularının hündürlüyü 
100-
330m, kiçik İES və iri istixana borularının hündürlüyü isə 50-10 m olur. 
Az
ərbaycan İES-i ətrafında 3-5km radiusunda havada CO2 - in qatılığı 
yüksək həddə çataraq 0.4 – 0.6 mq/m3 təşkil etmişdir. Tədqiqatların 
n
əticələri göstərdi ki, kükürd qazının, azot 2- oksidin və tozun qatılığının 
zonal yayılması qanunauyğun olaraq stansiyanın yerləşdiyi mənbədən 2,5 
– 3 km məsafədə maksimum çirklənmə müşahidə edilir. Azərbaycan İES –
d
ə (Mingəçevir) qaz işlədilərsə adambaşına ildə 250 – 300 kq his düşər, 
mazutdan istifad
ə zamanı bu rəqəm 5 dəfə yüksək olar. Azərbaycan İES – 
d
ə əsas yanacaq kimi qazdan (80 – 87 %), ehtiyat yanacaq şəklində 
mazutdan istifad
ə (13 - 20 %) nəzərdə tutulur. Təəssüf ki, 1986 – cı ildən 
b
əri yüksək kükürdlü (4 % - ə qədər) mazutdan istifadə edilir. Alternativ 
enerji m
ənbələri (AEM) AEM – nə günəş və külək enerjisi, həmçinin termal 
suları aid etmək olar. Günəş və külək enerjisi respublikamızda elektrik 
enerjisini 
əldə etmək üçün perspektivli və ekoloji cəhətdən səmərəli 
m
ənbələrdir. Günəşdən yerə il ərzində 1500 trilyon kilovat saatdan çox 


enerji g
əlir. Bu hazırda planetimizdə istehsal edilən bütün yanacaq növləri 
enerjisi c
əmindən təxminən 150 min dəfə çoxdur. Günəş enerjisinin yalnız 
0.2% - i bitkil
ər tərəfindən udulub fotosintez vasitəsilə enerji mənbəyinə 
çevrilir.(Əzizov, Cəlilov, 2003) Respublikanın böyük potensial ehtiyatlara 
malik enerji m
ənbələrindən biri də termal sulardır.Əlverişli təbii şəraitdə 
geotermal sisteml
ər, ənənəvi yolla alınan enerjidən 2.0 – 2.5 dəfə ucuz 
başa gələn enerji istehsal etməyə imkan verir. Yaponiyada XXI əsrin 
əvvəllərində geotermal elektrik stansiyalarının gücünün 50 milyon kvt. saat, 
ABŞ – da 400 milyon kvt saata çatdırmaq nəzərdə tutulmuşdur. 
Az
ərbaycanda termal sular geniş yayılmışdır.Onların öyrənilməsinin hazırki 
v
əziyyətində yalnız Abşeron , Gəncə , Lənkəran, Şirvan, Muğan, Xaçmaz 
v
ə Naxçıvan rayonları praktiki əhəmiyyətə malikdir.Tədqiqatlar göstərdi ki, 
(Əzizov, Cəlilov, 2003) respublika ərazisində termal sulardan isti su 
t
əchizatında, istixanaların qızdırılmasında, balneoloji məqsədlər üçün, 
kimy
əvi xammal kimi istifadə oluna bilər. Respublikada termal sulardan 
istifad
əyə yalnız Kürdəmir rayonu ərazisində başlanılmışdır.1980 - ci illərdə 
neft 
– qaz axtarışı məqsədilə qazılan quyudan sutkada 6 – 10 min m3 
q
ədər həcmdə, istiliyi 80 - 900 - yə çatan termal su çıxmışdır.İyirmi ildən 
yuxarı müddət ərzində həmin sular istifadəsiz qalaraq ətraf ərazilərə ax mış 
v
ə xeyli torpaq sahələrini yararsız hala salmışdır.Hazırda həmin sulardan 
balneoloji m
əqsədlər üçün istifadə olunur. Termal sulardan xalq 
t
əsərrüfatının müxtəlif sahələrində dünyanın bir çox ölkələrində, o 
cümlədən Gürcüstan və Dağıstanda geniş istifadə olunur. Külək enerjisi. 
Külək enerjisindən (KE) istifadə haqqında məlumatları N.Ş.Hüseynov və 
E.P.Yusifovun (2002) t
ədqiqatlarının nəticələrinə əsaslanaraq təqdim edirik. 
Özünün ekoloji təmizliyi və tükənməzliyilə seçilən KE başqa alternativ enerji 
m
ənbələrindən maya dəyərinə və effektiliyinə görə ən sərfəli hesab olunur. 
İlk sadə külək mühərrikləri qədim Misir və Çin dövrünə təsadüf edir. İlk 
q
ədim yel dəyirmanları İranda eramızın VII əsrində quraşdırılmışdır. XIII 
əsrdən etibarən KE gəmilərin hərəkətində, quyulardan suyun vurulmasında 


geniş istifadə olunmuşdur. Avropanın 20- dən artıq ölkəsində və Türkiyədə 
ümumi gücü 18 Mw olan minlərlə külək Enerjisi Qurğuları (KEQ) fəaliyyət 
göstərir. Fransanın şərq sahillərində hər biri 1.3 Mw olan 16 KEQ illik 64 
miliyon kvt/saat enerji il
ə 25600 nəfəri elektirik enerjisi ilə təmin etməklə, 
h
əmin ildə 32000 ton CO2 – nin atmosferə buraxılmasının qarşısını alır. 
Az
ərbaycan özünün coğrafi mövqeyinə və təbii şəraitinə görə 800 MVT illik 
külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə 4 milyard KVt/saat elektirik 
enerjisi dem
əkdir, yaxud ildə 1 milyon ton şərti yanacağa qənaət etməklə 
3700 ton karbon qazının atmosferə atılmasının qarşısı alınır. Qeyd etmək 
lazımdır ki, Abşeron yarımadası, onun sahil zonası və ətrafdakı adalar 
külək enerjisindən istifadə üçün əlverişli sayılır.Bu ərazilərdə küləyin orta 
illik sürəti 5.5 – 7.0 m/san olduğundan KEQ sistemləri üçün tam yararlı və 
yüksək rentabelli hesab olunur. KEQ sistemləri üçün Şərur, Culfa və Gəncə 
– Daşkəsən rayonları da əlverişlidir.Bu ərazilərdə küləyin orta illik sürəti 3-5 
m/san olduğundan orta güclü KEQ sistemlərinin qurulması üçün istifadə 
edil
ə bilər. Abşeron arxipelaqlarında neft quyuları elektrik enerji təminatında 
h
əm texniki, həm də iqtisadi baxımdan daha effektiv və sərfəlidir. 
Danimarkanın Şimal dənizi sularında quraşdırılan hər biri 2MVt gücündə 80 
ədəd turbinin illik elektirik enerjisi 600 QVt gücündədir. Dağ – mədən işləri 
zamanı süxurların toplandığı ərazilər, xüsusilə plansız, pərakəndə istismar 
edil
ən daş, qum, çınqıl karxanaları atmosferi daim çirkləndirən mənbələrdir. 
Avropa 
ərazisinin 7 %-i lazımsız dağ – mədən tullantıları ilə zəbt edilib. 
Az
ərbaycan Respublikasında neft və qazdan başqa 450 – dən artıq qara, 
əlvan metal filizləri, qeyri – filiz xammalı, tikinti materialları, yeraltı mineral, 
termal v
ə yodlu – bromlu sənaye suları və s. yataqları vardır.Qara 
metallurgiyanın mineral – xammal bazası Daşkəsən dəmir filizi yataqları, 
Daşsalahlı betonit gilli və Xoşbulaq flyuz əhəngdaş yataqları olub 
d
əyərlərinə görə respublikanın potensial ehtiyatının 10.4 % - ni təşkil edir. 
(İsayeva, 2003). Əlvan metallurgiyanın mineral – xammal bazası əsasən 
alunit, mis, qurğuşun, sink, molibden, kobalt, civə, sürmə və s.yataqları kəşf 


edilmiş ümumi ehtiyatların dəyərinə görə respublikanın mineral – xammal 
bazasının əsasını (43.7%) təşkil edir.(İsayeva,2003) 1991 – ci ildən sonra 
başqa ölkələrlə əlaqələr zəiflədiyindən republikamızda filiz üzrə dağ – 
m
ədən sənayesi tənəzzülə uğramışdır.Lakin, yeni sənaye sahələrinin 
yaranması ilə əlaqədar mülki və sənaye obyektlərinin tikintiləri üçün vacib 
olan qeyri 
– filiz və inşaat materiallarına təlabat artdığından belə yataqların 
geniş istismarına başlanmışdır.Hazırda bu yataqlarda 300 – ə yaxın təşkilat 
v
ə firmalar istismar işləri aparır. Əvvəllər geniş həcmli istismar işləri 
aparılan Daşkəsən rayonunda istismar sahələrində və filiz saflaşdırma 
kombinatı yerləşən ərazidə, həmçinin Zəylik alunit yatağının istismarı 
sah
əsində və Gəncə gil – torpaq kombinatı ərazilərində 100 mln.m3 – la 
ölçülən istehsalat tullantılarının ətraf mühitə neqativ təsiri davam 
etm
əkdədir.Abşeronda və Qobustanda əhəng daşı yataqlarının, Xəzər 
sahilind
ə qum yataqlarının, çay vadilərində qum – çınqıl yataqlarının 
kort
əbii istismarı nəticəsində ekoloji problemlər artmaqdadır.Bu regionlarda 
quraqlıq iqlim və güclü küləklər şəraitində son illərdə karxanaların miqdarı 
15 
– 20 dəfə artmışdır.Ona görə də Abşeronun atmosferində toz xassəli 
aerozolun miqdarı da son illər xeyli çoxalmışdır. Dağ - mədən sənayesinin 
ətraf mühitdə problem yaradan istehsalat prosesləri və faktorları 
aşağıdakılardır. (İsayeva,2003) - Faydalı qazıntıların açıq və yeraltı üsulla 
çıxarılması; - Ətraf sahədə istehsalat strukturunun yerləşdirilməsi və onların 
f
əaliyyəti; - Zənginləşdirmə və ya saflaşdırma qurğularının yerləşdirilməsi 
v
ə fəaliyyəti; - İstehsalat tullantılarının yaranması, toplanması, təkrar 
istehsalat tullantıları; - Ağır yüklərin nəqli; Yarımfabrikat məhsulların 
hazırlanması üzrə qurğuların yerləşdirilməsi və onların fəaliyyəti. 
Yuxarıdakı proseslərin hər bir mərhələsində çoxsaylı problemlər yaranır, bu 
probleml
ərin əsas faktorları bunlardır:toz, səs, vibrasiya, istehsalat 
tullantıları, texnogen sular, ağır metalların çökməsi, zərərli qarışıqlar, zərərli 
kimy
əvi reaksiya məhsulları, toksiki tullantılar, atmosferə buraxılan 
tullantılar, məişət tullantıları və s. Dağ - mədən sənayesinin ətraf mühitdə 


yaratdığı problemləri aşağıdakı kimi qruplaşdırmaq olar: a) Ətraf mühitdə 
baş verən dəyişmələr: torpaq və bitki deqradasiyası və çirklənməsi, 
atmosfer havasının, səth sularının, yeraltı suların çirklənməsi, əsaslı 
landşaft dəyişmələri. b) Geoloji mühitdə baş verən dəyişmələr: təbii - texniki 
şəraitin, hidroloji rejimin və tektonik rejimin pozulması, geokimyəvi 
d
əyişmələr. c) Törəmə problmlər:tədrici landşaft dəyişiklikləri, ekzogen 
sgeoloji prosesl
ərin aktivləşməsi, seysmik aktivləşmə və s. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin