26
spesefik
mərhələdən, sakitləşmə (ləngimə) mərhələsindən,
davamsız, qeyri-sabit mərhələdən və davamlı şərti reflekslərin
yaranması mərhələsindən ibarətdir.
Belə ki, körpənin 2-3 aylığında əvvəlcə dəri hissiyyatı
(taktil), daha sonra eşitmə və işıq qıcıqlandırıcılarına qarşı
süni qidalanma (məsələn, süni qarışıqlı olan “Malyutka” ilə)
və müdafiyə refleksləri inkişaf edir. Məhz bu dövrdə
körpələrdə süni qidalanmaya və süni qidaya qarşı müsbət şərti
refleks əmələ gətirir. Məsələn, 2-3 aylıq körpə yataqda
olduğu
zaman, təklif olunan süd qarışığı ilə doldurulmuş butulkaya
hec bir reaksiya ilə cavab vermir. Lakin, ana körpəni əllərinə
aldıqda körpə həmin butulkaya tərəf yönəlməyə cəhd göstərir
və şərti udma refleksini icra edir.
Körpənin ilk aylarında onun sinir sistemində oyanma
prosesləri zəif yaranır və asanlıqla ləngimə ilə əvəz olunur.
Bu
da təbiidir, çünki o, sutkanın çox hissəsini yuxululuq
vəziyyətində keçirir. Bu körpələrdə diferensiasiya, yəni
fərqləndirici reflekslər də zəyiflədir və bunun hesabına
onlarda daxili ləngimə çətinlikləri yaranır.
Yalnız 5-7 aylığından
körpədə bir çox təbii şərti
reflekslər, o cümlədən otağın mebelinə, əşyalara və körpəyə
qulluq edən insanlara qarşı şərti reflekslər yaxşı inkişaf edir.
Postnatal inkişafın sonrakı dövründə kiçik yaşlı uşaqlarda
yeni şərti reflekslərin yaranması və onların
möhkəmlənməsi
müşahidə olunur. Uşaqlarda nitqin yaranması və inkişafı buna
köməklik edir. Lakin 3-7 yaşlı uşaqlarda şərti reflekslərin
yaranması, onlarda vegenativ funksiyaların (nəbzin artması
və s.) üstünlüyü ilə müşayiət edilir. Bu onu göstərir ki, həmin
yaşlı uşaqlarda böyük yarımkürələr qabığının funskional
inkişafı hələ tamamlanmamışdır.
Burada yaranan oyanmalar
asanlıqla qabıqaltı şöbələrə yayılır (
oyanmanın irradiasiyası
27
hadisəsi). Bu zaman uşaqlarda şərti refleksin yaranması üçün
qıcığın daha çox təkrar verilməsi zəruridir. Eyni zamanda 3-7
yaşlı uşaqlarda yeni stimullara (qıcıq mənbəyinə) qarşı maraq
getdikcə artır. Bu isə onlarda emosional reaksiyaların
zənginləşməsinə zəmin yaradır və o zaman uşaqlarda
vegetativ reaksiyalar davamlı olur. Beləliklə, 6-8 yaşlı
uşaqlarda böyük yarımkürələr qabığının funksiyaları müəyyən
ardıcıllıqla möhkəmlənir, onun ayrı-ayrı
şöbələrinin
diferensiasiya-sı baş verir. Nəhayət bu yaşlı və 11-12 yaşlı
uşaqlarda bir necə qıcığın (kompleks qıcığlar) verilməsi
zamanı, onlarda yalnız müəyən qıcığa diqqətin daha çox cəlb
edilməsi nəzərə çarpır. Bu dövr təfəkkürün inkişafı, beyin
qabığının təhliletmə və inteqrasiya qabiliyyətinin aktivləşməsi
ilə xarakterizə olunur. Xarici mühitin dərk olunması
prosesində 11-12 yaşlı uşaqlarda və yeniyetmələrdə “bu
nədir?” refleksin üstünlüyü nəzərə çarpır.
Uşaqlarda şərti reflekslərin yaranması və möhkəmlənməsi
prosesində bir qrup reflekslər mühüm əhəmiyyət kəsb edir.
Onlardan bələdləşmə, oxşatma, hərəki, dərketmə hissiyyatı və
s. Refleksləri göstərmək olar.
Beləliklə, uşaq doğulduğu
andan eşitmə və görmə
qabiliyyətinə malik olmasına baxmayaraq onun hisslər
haqqındakı təssüratı aydın və incə olmur. Körpə yalnız 2-ci
ayında fitin səsini zəngdən ayırır, 6 aylığında rengləri ayırd
edir ( diferensiasiya reaksiyaları).
Körpə inkişaf etdikcə qıcıqlara qarşı
orqanizmdə
Dostları ilə paylaş: