105
Bir aktlı hərəkətlərin sürətinin inkişafı 9-13 yaşlılarda
yüksək səmərə verir.
Dözümlülük. Müxtəlif yaş dövrlərində dözümlülük
qeyri-bərabər şəkildə artır. Belə ki, aerob şiddətli hərəkətlərdə
ən yüksək artım 15-16 yaşdan 17-18 yaşadək olur.
Anaerob
şiddətli hərəkətlərdə isə işin müddətinin artması 10-12 yaşdan
13-14 yaşadək olur.
Gənc idmançılarda bir tərəfdən dözümlülük yüksək olur,
digər tərəfdən yaş ilə əlaqədar artım da çox olur.
Cəldlik. Hərəkətlərin qüvvə, sahə və vaxt parametrlər ilə
idarəetmə bacarığına cəldlik deyilir. Cəldliyin təzahüründən
biri sahə etibarı ilə dəqiq istiqamət qabiliyyətidir. Sahə etibarı
ilə hərəkətlərin fərqləndirmə qabiliyyəti 5-6 yaşda güclənir.
Bu qabiliyyətin ən yüksək dərəcədə olması 7-10 yaşadək qeyd
olunur. 14-15
yaşlarda pisləşir, lakin 16-17 yaşlarda isə
hərəkətin
istiqamətlənmək
qabiliyyəti
böyüklərin
göstəricilərinə çatır.
Məşqin təsiri altında hərəkətlərin idarə olunması
yaxşılaşır, hərəkətlərin koordinasiyasının inkişafının yüksək
dərəcəsi hərəkət keyfiyyətlərini təkmilləşdirir.
Dostları ilə paylaş: