OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


 Hərəki keyfiyyətlərin inkişafı



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə60/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   68
Ar2018-2944 (1)

9.1 Hərəki keyfiyyətlərin inkişafı. 
 
 Hərəki 
keyfiyyətləri 
ilə 
hərəkət 
vərdişlərinin 
formalaşması arasında sıx əlaqə mövcuddur. Yeni 
hərəkətlərin 
əldə 
edilməsi 
hərəki 
keyfiyyətlərin 
təkmilləşməsinə gətirib çıxarır.
Ontogenezdə hərəki keyfiyyətlərin formalaşması və 
inkişafı eyni vaxtda olmur. Bu da orqanizmin sistemlərin 
inkişafından asılıdır. Məsələn, dözümlülük keyfiyyətinin 
təkmilləşməsi ürək-damar, tənəffüs sistemlərinin birgə 
fəaliyyət göstərməsi ilə əlaqədardır. Hər bir yaş dövrünə 
hərəki keyfiyyətlərin inkişafının müəyyən səviyyəsi 
məxsusdur. Qüvvənin, sürətin və dözümlülüyün ən yüksək 
göstəriciləri müxtəlif dövrlərdə olur. Müntəzəm məşq hərəki 
keyfiyyətlərin inkişafını sürətləndirir. 
Qüvvə. Maksimal iradi qüvvə (MİQ) 8 yaşdan 10 
yaşadək bütün əzələlərdə nisbətən eyni artır. 11 yaşda 
qüvvənin artımı yüksək olur. MİQ-nin ən yüksək artımı 13-14 
yaşdan 16-17 yaşadək qeyd olunur. 
Hazırda akselerasiya ilə əlaqədar ayrı-ayrı əzələlərin 
qüvvəsinin artması yaş etibarı ilə daha tez baş verir. 
Sürət. İdman hərəkətlərinin icrası zamanı sürət keyfiyyəti 
kompleks şəkildə özünü göstərir. Məsələn, sprint qaçışda 
nəticə hərəkət reaksiyasının müddətin-dən, bir aktlı 
hərəkətlərin tezliyindən və sıxlığından, tempindən asılıdır. 
İlk dəfə ayrı-ayrı hərəkətlərdə reaksiyanın müddətini 2-3 
yaşlılarda müəyyən etmək mümkün olub (0,50-0,90 s). Lakin 
5-7 yaşlılarda bu müddət azalaraq 0,30-0,40 s çatır. 13-14 
yaşlılarda isə böyüklərdəki kimi 0,11-0,25 s olur. Məşq 
hərəkət reaksiyasının sürətini artırır (9-12). 


105 
Bir aktlı hərəkətlərin sürətinin inkişafı 9-13 yaşlılarda 
yüksək səmərə verir. 
Dözümlülük. Müxtəlif yaş dövrlərində dözümlülük 
qeyri-bərabər şəkildə artır. Belə ki, aerob şiddətli hərəkətlərdə 
ən yüksək artım 15-16 yaşdan 17-18 yaşadək olur. Anaerob 
şiddətli hərəkətlərdə isə işin müddətinin artması 10-12 yaşdan 
13-14 yaşadək olur. 
Gənc idmançılarda bir tərəfdən dözümlülük yüksək olur, 
digər tərəfdən yaş ilə əlaqədar artım da çox olur. 
Cəldlik. Hərəkətlərin qüvvə, sahə və vaxt parametrlər ilə 
idarəetmə bacarığına cəldlik deyilir. Cəldliyin təzahüründən 
biri sahə etibarı ilə dəqiq istiqamət qabiliyyətidir. Sahə etibarı 
ilə hərəkətlərin fərqləndirmə qabiliyyəti 5-6 yaşda güclənir. 
Bu qabiliyyətin ən yüksək dərəcədə olması 7-10 yaşadək qeyd 
olunur. 14-15 yaşlarda pisləşir, lakin 16-17 yaşlarda isə 
hərəkətin 
istiqamətlənmək 
qabiliyyəti 
böyüklərin 
göstəricilərinə çatır. 
Məşqin təsiri altında hərəkətlərin idarə olunması 
yaxşılaşır, hərəkətlərin koordinasiyasının inkişafının yüksək 
dərəcəsi hərəkət keyfiyyətlərini təkmilləşdirir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin