108
tam başqa dövrdür, belə ki, həddən artıq
yüksək nəticələrə
nail olmaqla yaranan idmançı populyarlığı hamıya yaxşı
məlumdur və idman fəaliyyətinin nüfuzu artmaqda davam
edir. Lakin bunlara baxmayaraq, mütəxəssislər böyük
idmanın neqativ tərəflərini də qeyd etməyi unutmurlar. Onlar
düşünülməmiş, kortəbii, əsaslandırılmamış
yüksək fiziki və
psixi yüklənmələrin tətbiqinin insan sağlamlığında törədə
biləcəyi risk barədə mütəmadi olaraq açıq şəkildə elmi və
dövri mətbuatda məlumatlar verirlər. Hal-hazırda yüksək
dərəcəli idmançıların məşq prosesində istifadə etdiyi yüklərin
yeni başlayanlara tətbiqi,
təbii ki, çox ağır fəsadlar törədə
bilər, ələxsus qadınlarda. Nüfuzlu yarışlarda uğurlu çıxış
etməkdən ötrü zəruri olan orqanizmin məşq yüklərinə yüksək
səviyyəli adaptasiyasına çatmaq getdikcə çətinləşir. Intensiv
idman fəaliyyətinə qadın orqanizminin uyğunlaşma “qiyməti”
ildən-ilə artmaqdadır, belə ki, o idmançı qadınların
orqanizminin bir sıra sistemlərinin, o cümlədən reproduktiv
sistemin fəaliyyətində də mənfi cəhətdən xarakterizə olunur.
Idman məşqi prosesində
təzahür olunan böyük fiziki
yüklərin tətbiqi zamanı idmançı qadınların orqanizminin
adaptasıya “qiymətinin” çox mühüm bir tərkib hissəsi kimi də
qadın reproduktiv sisteminin ritmik fəaliyyətinin pozuntuları
qeyd oluna bilər. Bu pozuntuların əlamətləri qadınların
həyatında dövrü olaraq təkrarlanan menopauza öncəsi
klimaks dövrü ilə adlandırılan fazanın əlamətləri ilə oxşardır.
Klimaks – V.M.Dilmanın qeyd etdiyi kimi elə bir
mexanizmdir ki, ona istinadən ovulyasiya dövrü qurtarır və
menopauza – yəni yumurtalıqların ovulyasion funksiyasının
yaşla əlaqədar olaraq sona çatması əlaməti meydana çıxır.
Predmenopauza – yumurtalıqların dövrülük və ovulyator
fəaliyyətinin yaşla əlaqədar olaraq nizamsızlıq
əlamətidir ki,
109
bu da bəzi qadınlarda menopauza prosesinə üstün gəlir.
Klimaks – normal bir proses olmaqla yanaşı, eyni zamanda da
xəstəlikdir.
Qadın orqanizmində klimaks qanunauyğun bir
hadisə olduğundan normal proses hesab edilir. Klimaks
mübadilənin davamlı pozulmasıdır ki, bu da yekun nəticədə
orqanizmin həyat qabiliyyətinin aşağı
düşməsinə gətirib
çıxarır, buna görə də xəstəlik hesab edilir.
Dostları ilə paylaş: