114
Sabit halı saxlamaq qabiliyyəti yaşdan asılıdır. Uşaqlar
böyüklərə nisbətən onu az müddətdə saxlayırlar. Onlar OMS
səviyyəsinə tez çatırlar, lakin onlarda bunu saxlamaq bacarığı
azdır.
Yorulmanın xarakteri də yaşdan asılıdır.
Uşaqlarda
yorulma zamanı iş qabiliyyəti, hərəkətlərin sürəti, böyüklərə
nisbətən daha çox azalır. Yaş,
bərpa prosesləri xarakterinə
də təsir göstərir. Qısa müddətli anaerob hərəkətlərdən sonra iş
qabiliyyətinin, vegetativ funksiyaların, oksigen borcunun
ləğvi böyüklərə nisbətən uşaqlarda qısa vaxtda bərpa olunur.
Orqanizmin inkişafı ilə əlaqədar olaraq gənc idmançıların
fiziki iş qabiliyyətinin
bərpası artır. İdmanda
bu özünü
hərəkətlərin sürətinin artmasında, qaçışın müddətinin və
intensivliyinin çoxalmasında özünü göstərir (üzgüçülükdə.
avarçəkmədə və s.).
İdman məşqi fiziki iş qabiliyyətini artırır. İdmanla məşğul
olmayanlarla müqayisədə gənc idmançıların iş qabiliyyəti
yüksək olur.
Məlum olmuşdur ki, 8- 9 yaşlı idmançıların
veloerqometrdə icra etdiyi 3874 kqm iş, idmanla məşğul
olmayan yaşıdlarında isə 3684 kqm olur.
İş qabiliyyətinin artması və yaş ilə əlaqədar dözümlülük
tələb edən hərəkətlərə adaptasiya
mühüm dərəcədə aerob
işgüzarlığın, xüsusən OMS-nin artması ilə əlaqədardır.