OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə66/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   68
Ar2018-2944 (1)

Yükün seçilmə prinsipi. Hərəki fəallıq zəif olduqda
hipodinamiya, həddindən artıq səviyyədə müşahidə edildikdə 
isə hiperdinamiya (hiperkineziya) yaranır. Normal hərəki 
fəallıq yaşla əlaqədar olaraq dəyişilir. Məsələn, 8-9 yaşlı
yeniyetmə sutka ərzində orta hesabla 21 min addım getdiyi bir 
halda, 14-15 yaşlı yeniyetmədə bu göstərici 28±0,3 min 
addımadək artır və onlar sutka ərzində 150 min kqm 
həcmində etdiyi iş həcmindən təxminən 3 dəfə çoxdur. 
Yeniyetməlik dövründə qızların sutka ərzində icra etdiyi 
addımların sayı və bu zaman onların gördükləri iş həcmi həm 
yaşıd oğlanlara nisbətən 17% azlıq edir. Hərəki fəallıq 
hüduddan artıq səviyyədə təzahür edildikdə orqanizim-də bir 
sıra cavab reaksiyaları yaranır ki, bu da orqanizmə mənfi təsir 
göstərir. Məsələn, hərəki fəallığın fizioloji tələbləri 
gözlənilmədikdə, yəni fiziki tərbiyənin sürəti şiddətləndikdə 
idmançılarda hipofizin ön payı və böyrəküstü vəzilərin qabıq 
hissəsinin funksiyasının ləngiməsi müşahidə olunur. İdmançı 
olmayan uşaqlarda isə, əlavə olaraq ürək damar sisteminin 
funksional pozulması hallarına da rast gəlinir. 


117 
Yaşla əlaqədar olaraq hərəki fəallığın gigiyenik normativləri
Cədvəl 11.1 
 
 
 
Uşaq və yeniyetmələrdə fiziki tərbiyənin monitorinqi. 
Hiperdinamiyanın profilaktikası fiziki tərbiyəyə verilən, 
fizioloji tələblərin tam gözlənilməsi ilə həll olunur. Məsələn, 
məlumdur ki, əzələ qüvvəsinin və onun dözümlüyünün sürətlə 
inkişafı yüngül və ağır atletika, boks, futbol və basketbol kimi 
idman növləri məşğələlərində müşahidə olunur. Odur ki, bu 
idman növlərinə yalnız 13-14 yaşından etibarən yeniyetmələri 
cəlb etmək məsləhət bilinir. Bu zaman əvvəlcə 2-3 il ərzində 
bu uşaqlar ilkin idman hazırlığı mərhələsinə keçməlidirlər. 
Yalnız bundan sonra onlar əsas idman qruplarına daxil 
olunurlar. Ağır atletika idman növü
misalında bu idman növü üzrə uşaq və gənclər idman 
məktəbinin hazırlıq qrupuna oğlanlar yalnız 13-14 yaşında, 
məktəbin ixtisas qrupuna isə 14-15 yaşından qəbul edilir.
Yuxarıdakı cədvəldə (cədvəl 11.1) yaşla əlaqədar olaraq 
hərəki 
fəallığın 
gigiyenik 
normativləri 
verilmişdir. 
Yaş qrupları 
Hərəki fəallıq 
addım hesabı 
ilə (lokomosiya) 
Hərəki fallığın 
vaxt müddəti 
(saatla) 
3—4 yaşlı 
5—6 yaşlı 
7—10 yaşlı 
11 —14 yaşlı 
9—12 min 
11 —15min 
15—20 min 
18—25 min 
5 s. 30 dəq —6s 
4 s. 30 dəq- 5 s 
3 s. 30 dəq —4 s 
15-17 
yaş 
oqlan 
və qızlar 
25—30 min 
20—25 min 
3—4 s 
3 s—4 s 30 dəq. 


118 
Göründüyü kimi, insanın sutka ərzində icra etdiyi hərəki 
addımların sayı yaşla əlaqədar olaraq tədricən artır. Lakin, 
eyni zamanda sutka ərzindəki hərəkətetmə müddəti 5,5-6,0 
saatdan (3-4 yaşlarında) 3-4,5 saatadək (gənclərdə) kiçilir. 
Gün ərzində də hərəki fəallıq saat 9- dan 12-dək və saat 15-
18- dək təzahür edilir ki, bu da fizioloji baxımdan uyğundur. 
Çünki sutkalıq bioritimlərdə məhz bu dövrlərdə insanda daha 
böyük səviyyəli fəallıq nəzərə çarpır. Nəzərə almaq lazımdır 
ki, uşaqlarda ən yüksək fəallıq yay mövsümündə nisbətən 
daha zəif fəallıq qışda müşahidə olunur.


119 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin