Qadınlarda spesifik bioloji ritm – menstruial dövrün
pozuntuları daha çox idman karyerasını yenicə başlayan
qadınlarla yanaşı, öz “idman formasının” pik zirvəsində olan
yüksək dərəcəli idmançı qadınlarda da müşahidə olunur. Bu
zaman onlarda daha çox menstruial dövrün ritmiklik
xüsusiyyəti pozulur, əgər bu dəyişilmirsə, yalnız ovulyator
formasında saxlanılır.
Qadın idmançılarda sistematik əzələ fəaliyyəti
sayəsində əldə edilmiş, böyük fiziki yüklənmələrə yüksək
səviyyəli adaptasiyanın reproduktiv sisteminin anovulyator
vəziyyətini, analoji olaraq predmenapauza fazası kimi hesab
etməklə, həm normal, həm də xəstəlik kimi nəzərə almaq olar.
Adaptasiya olduğu üçün normal hesab edilir, belə ki,
adaptasiya – orqanizmin onu əhatə edən mühitin təsirlərinə
uyğunlaşması ilə əlaqədar olan daima fəaliyyətdə olan bir
prosesdir. Anovulyator dövrü və onun tam şəkildə itməsi –
hüdud fiziki və psixi yüklənmələrdən törənən stress
vəziyyətlərinə
qarşı
qadınların
uyğunlaşmasının
bir
əlamətidir. Həcminə görə hüdud və intensiv fiziki yüklərin
icrası zamanı qadın idmançıların orqanizmində hərəkət
aparatının müvafiq səviyyəli iş qabiliyyətini təmin etməkdən
ötrü orqanizmdə mövcud olan funksional ehtiyyatların böyük
bir hissəsi səfərbər olunur. Bu zaman dominant sistem
(hərəkət aparatı) təkcə öz ehtiyyatlarını deyil, eləcə də
110
bilavasitə hərəkət aktında iştirak etməyən digər sistemlərin
(həzm orqanları, sidik ifrazı, immun, o cümlədən reproduktiv
sistem) də ehtiyyatlarından istifadə edir. Bu sistemlərdə qan
axını əhəmiyyətli dərəcədə azalır, belə ki, onlar normal
fəaliyyət üçün zəruri olan energetik maddələr və oksigen
almaya bilərlər.
Funksional
ehtiyyatların
özünəməxsus
yenidən
paylanması baş verir: işləyən əzələlər öz ehtiyyatlarına
bilavasitə əzələ fəaliyyətində iştirak etməyən reproduktiv
sistemin funksional ehtiyyatlarını da “əlavə edirlər”. Bu da
intensiv fiziki işin nəticəsində orqanizmin homeostaz
vəziyyətinin nizamsızlığının bərpasına yönəldilmiş normal
fizioloji bir prosesdir.
Bu halda orqanizmin funksional vəziyyətinə adekvat olan
əhəmiyyətli dərəcədə fiziki yüklərin icrası zamanı menstruial
dövrün pozuntuları idman sahəsində çalışan bir çox
mütəxəssislərin hesab etdiyi kimi xəstəlik deyil, qadın
idmançıların orqanizminin patologiya öncəsi vəziyyətinin
əlaməti sayılır, belə ki, iş qurtardıqdan sonra müəyyən bir
zaman çərçivəsində orqanizmdə homeostaz vəziyyəti
normallaşır. Məlum olduğu kimi orqanizmin normal vəziyyəti
təkcə onun fəaliyyətinin optimal halı ilə əlaqələndirilmir, bu
həm də patologiya ərəfəsində orqanizmin şəxsi özünü tənzim
sisteminin köməkliyi ilə mümkün şəraitdə onun aradan
qaldırılması ilə də şərtləndirilir. Idmançı qadınların funksional
vəziyyətinə qeyri adekvat olan məşq yükləri zamanı
menstruial dövrlə əlaqəli olan patologiya öncəsi vəziyyət
patologiya – xəstəlik halına keçə bilər ki, bu zaman
ovulyasiya və menstruasiyanın uzun müddət və yaxud tam
şəkildə baş verməməsi ilə təzahür olunmaqla, onların uşaq
dünyaya gətirmə funksiyasının itməsi ilə nəticələnə bilər.
111
Ona görə də idman fəaliyyəti nəticəsində menstruial
dövrün keçirilməsi xarakterindəki dəyişikliklərlə əlaqədar
olan qadınların reproduktiv sistemindəki normal vəziyətin
nizamsizlıqlarının, bizim yuxarıda qeyd etdiyimiz kimi, həm
normal,
həm
də
xəstəlik
kimi
qeyd
edilməsi
məqsədəuyğundur. Bununla əlaqədar olaraq məşq dövrlərinin
işdən sonrakı etaplarında bərpaedici vasitələrlə orqanizmə
təsirin müvafiq taktikasını planlaşdırmaq lazımdır. Hal-
hazırda bir çox həkimlər qadın idman növləri sahəsindəki
mütəxəssislər intensiv fəaliyyət nəticəsində reproduktiv
sistemdə törənən istənilən pozuntunu xəstəlik hesab edirlər ki,
bu da reproduktiv funksiyaların təcili tam bərpasına
(menstruial
dövrün
bütün
fazalarında)
yönəldilmiş
təxirəsalınmaz dərman müalicəsini tələb edir. Qadınların
reproduktiv funksiyalarındakı pozuntularını onların adi
həyatının qeyri-optimal bir vəziyyəti kimi hesab edilməsi ilə
razılaşmamaq olmur. Xüsusən də yüksək naliyyətlərə çatmaq
üçün Olimpiya idmanı adi mülkü həyat tərzi deyil. Qadın
idmançının həyatı, onun idman fəaliyyəti hər zaman
sağlamlığının riski ilə müşayiət olunur. Ətraf mühitin stress
faktorlarına, o cümlədən böyük fiziki yüklənmələrə
orqanizmin adaptivliyinin hər bir vəziyyətinin öz “qiyməti”
var. Yüksək dərəcəli idmançılarda böyük fiziki yüklənmələrə
adaptasiyanın “qiyməti” ilk növbədə qadınlarda əzələ
fəaliyyətində iştirak etməyən sistemlərin, ən əsas da
reproduktiv sistemin funksional imkanlarının azalması ilə
əlaqədardır. Ona görə də yüksək dərəcəli qadın idmançıların
öz “idman formasının” pik zirvəsini fəth edən zamanlarda
menstruial dövrdəki pozuntuları xəstəlik hesab etməmək üçün
bütün əsaslar var, həm də bir halda ki, menstruial dövr fiziki
yüklərin intensivliyinin azalması zamanı özünü bərpa
112
mərhələsinə malikdir. Ona görə də həkimlər tərəfindən
tövsiyyə olunan və adətən belə hallarda tətbiq edilən
reproduktiv sistemin dərman müalicəsini biz səmərəli tədbir
kimi hesab etmirik. Belə ki, bu zaman qadın idmançıların
reproduktiv sisteminin fəaliyyətinin aktivliyi azalır. İlk öncə
reproduktiv sistem üçün mühafizəedici, qoruyucu faktor
hesab edilməklə bərabər, böyük fiziki yüklənmə zamanı
orqanizmin ümumi homeostazı üçün də, stress vəziyyətinə
üstün gəlməyə yönəlmiş funksional ehtiyyatların yenidən
bölünməsini gücləndirir.
Menstruial dövrün normallaşdırılması üçün zəruri ehtiyac
ortaya çıxdıqda, onu dərman müalicəsi yolu ilə ləğv etmək
düzgün olmazdı, çünki o idmançı qadınlarda pozuntu zamanı
yaranan səbəbi aradan qaldırmır. Belə halda reproduktiv
sistemin fəaliyyətində pozuntuya əsas səbəb olan əzələ
yüklərinin intensivliyinin azaldılması yolunun seçilməsi
məqsədə uyğun olardı. Patologiya önü vəziyyət məşq
prosesinin həcmi və intensivliyinin əhəmiyyətli dərəcədə
azaldılmasından sonra da davam edərsə, bu zaman menstruial
dövrün bərpasına yönəldilmiş dərman müalicəsi və digər
başqa vasitələrin istifadəsini həyata keçirmək olar.
Qadın idmançıların öz “idman formalarının” pik
zirvəsində menstruial dövrdə olan pozuntular qadın
orqanizmində stress faktorlarına (buna həmçinin böyük fiziki
yüklənmələr də aiddir) cavab olaraq, adaptasion tədbirlər
kompleksinin tərkib hissəsi hesab edilir.
Menstruial dövrün qadın idmançılarda pozuntuları onların
orqanizminin gərgin məşq və yarış yüklərinə yüksək
səviyyəli adaptivliyi baxımından xüsusi “qiymətə” malikdir.
Menstruial dövrün pozuntularının normal fizioloji proses
və ya reproduktiv sistemin patoloji vəziyyətindən hansına aid
113
olması çox maraq doğurur. Məşq yüklərinin müddət və
intensivliyinin
azaldılması
ilə
reproduktiv
sistemin
fəaliyyətinin adi dövrülüyü bərpa olunarsa, bu normal hesab
olunur, əks təqdirdə, yəni əgər bu pozuntuların əlamətlərinin
qalması ilə müşahidə olunarsa, onda xəstəlik hesab edilir.
Bu pozuntuların fizioloji normalar civarında olması və ya
patoloji prosesə çıxara biləcək dərəcədə olan reproduktiv
sistemin pozuntularının davamlı əlamətlərinin baş verməsinə
müvafiq olaraq, müalicəvi bərpa tədbirlərinin həyata
keçirilməsi məqsədəuyğun olar.
İlk
əvvəl
gücləndirilmiş
dərman
müalicəsindən
çəkinməklə, sadəcə fiziki yüklərin həcm və intensivliyinin
Dostları ilə paylaş: |