Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Tağı Şahbazi, filologiya, BDU, yüz illik, ilk rektor



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə98/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   94   95   96   97   98   99   100   101   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: Tağı Şahbazi, filologiya, BDU, yüz illik, ilk rektor.  
 
JALƏ VƏLİ 
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 
 
ELMAN ARASLININ HƏYATI VƏ FƏALİYYƏTİ HAQQINDA BİR NEÇƏ SÖZ 
 
Elman Həmid oğlu Araslı 1934-cü ildə tanınmış ziyalı, ədəbiyyatşünas, tənqidçi, akademik Həmid 
Araslının ailəsində doğulmuşdur. Bu ailənin Azərbaycanın çoxəsrlik tarixi ilə dərin əlaqələri var idi. 
Babası Məmmədağa Araslı Azərbaycanın aparıcı mərkəzi olan Gəncə şəhərinin savadlı din xadimlərindən 
olmuşdur.
Keçən əsrin ortalarında təbiətin qoynunda dost yığıncaqları keçirmək adət halı almışdı. Elman 
Araslının valideynləri bu cür tədbirlərin hazırlanmasında aktiv iştirak edirdilər. Onun uşaqlığı Bakı ədəbi 
mühitində mərhum atasının dostları Məmməd Rahim, Səməd Vurğun, Mehdi Hüseyn, Mir Calal Paşayev, 
Süleyman Rüstəm, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan və başqalarının ətrafında keçmişdir.
1956-cı ildə o, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Filologiya fakültəsini 
bitirir. Taleyini müəyyənləşdirən bu hadisə ailə ənənəsini davam etdirməyin göstəricisi olmalı idi. Amma 
həyat onu doğma Bakı mühitindən, ailəsindən, dostlardan uzaqlaşdıraraq Moskva şəhərinə aparır. Burada o,
Sovet İttifaqının Şərq Araşdırmalarının əsas mərkəzi olan SSRİ-nin Elmlər Akademiyasının Şərqşünaslıq 
İnstitutunda aspiranturada oxuyur. “Corci Zeydan və ərəb ədəbiyyatında tarixi roman janrı” adlı 
dissertasiyası üzərində işləyir. Bu zaman o, çoxsaylı ərəbdilli, rusdilli mənbələrdən geniş şəkildə istifadə 
edir. Bundan başqa, Elman Araslı qərb alimlərinin bir sıra tədqiqatlarını araşdıraraq onlardan bəhrələnir. 
Dövrün filologiya elminin ən tanınmış biliciləri Q.Şerbatov, Y.Ansis və başqaları onun müəllimləri 
olmuşdur. 
1962-ci ildə Qahirədə baş tutan ilk uzunmüddətli məzuniyyətdən Elman Araslının yarım əsr davam 
edən məsuliyyətli, çətin diplomatik fəaliyyəti başlayır. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, 
SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk 
dəfə olaraq diplomatik fəaliyyətə başlayır.
65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu 
qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” 
fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet 
Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini icra edir. Bundan əlavə, Elman Araslı Azərbaycanın 
Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edir, İslam Əməkdaşlıq Təşkilatında daimi 
nümayəndə olur. Filologiya fakültəsinin məşhur məzunu doğma Universitetini ən yüksək səviyyədə təmsil 
edir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin