BDU-nun Filologiya fakültəsi - 100 3
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci qrant müsabiqəsinə layihə şəklində təqdim edilmiş və qalib olmuşdur. Konfrans həmin layihə əsasında həyata keçirilmişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfransın materialları. Bakı, 2019, 84 səh. Konfrans Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər silsiləsi çərçivəsində təşkil olunmuşdur. Konfransın materiallar toplusunda Azərbaycandan, Türkiyədən və Şimali Kipr Türk Cümhuriyyətindən olan alimlərin və gənc tədqiqatçıların BDU- nun Filologiya fakültəsinin 100 illik fəaliyyətindən bəhs edən tezisləri çap edilmişdir. Topludan