BDU-nun Filologiya fakültəsi - 100
14
işlərin yaranmasına meydan açdı - A.Əbilov, İ.Əhmədzadə, Z.Nəbiyeva və başqalarının tədqiqatı üçün bir
örnək oldu.
2. BDU araşdırmaçılarının
sadə cümlə sintaksisinə və cümlədaxili vahidlərə aid tədqiqatları da
diqqəti cəlb edir. Cümlə üzvlərinə aid dos. A.Həsənovun araşdırmaları maraq doğurur.
Müəllif birinci və
ikinci dərəcəli üzvlərin qrammatik və semantik təyinatı, aralarındakı əlaqə, müəyyənlik və qeyri-müəyyənlik,
eyni zamanda cümlə üzvlərinin bəzilərinin daxili məna növləri haqqında maraqlı araşdırmalar aparmışdır.
Prof. Ə.Z.Abdullayevin əlavə və xüsusiləşmələrə aid araşdırmaları indi də öz aktuallığını saxlayır. Dos.
S.Kazımova sadə cümlənin həmcinsliyi, Z.Şahbazovanın ara söz, ara söz birləşmələri haqqında gəldiyi
nəticələr indi də elmi ictimaiyyətin diqqət mərkəzindədir.
3.1950-1955-ci illərdə
mürəkkəb cümlə problemi, ümumən, türkologiyada aktual problemlərdən biri
idi. Budaq cümlə və feilin təsriflənməyən formaları arasındakı münasibətlər
uzun zaman mübahisəli
olmuşdur. Bəzi müəlliflər bunlar arasında adekvatlığı qeyd edir, bəziləri budaq cümləni tərkib, qısaldılmış
cümlə, potensial cümlə, kvazi-pronozision,
çevrilmiş üzvlər, sintaktik budaq cümlə, transform,
xüsusi tipli
budaq cümlə adlandırmışlar. Bəzən isə feili tərkibli cümlələri qovuşmuş mürəkkəb cümlə adlandırmışlar.
Ə.Abdullayevin “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr”, “Sintaksisin aktual məsələləri”
kitablarında bu problemlərə aydınlıq gətirilmişdir. Müəllifin İ.X.Axmatovla birgə yazdığı “Грамматика
карачаево-балкарского языка” adlı əsəri artıq yeniliyin türkologiyada qəbul olunduğunun sübutu idi.
Yaratdığı məktəbin davamçıları – F. Cəlilov “Mürəkkəb cümlə sintaksisi” , T. Hacıyev “Tabeli mürəkkəb
cümlənin transformasiyası”, “Mürəkkəb cümlənin struktur-semantik tipləri”, E.Həsənova “Mürəkkəb
cümlənin polipredikativliyi”, Ə.Cavadov “Tabeli mürəkkəb cümlənin məna özəyi (cütözəklilik), S.Seyidova
“Azərbaycan dilində tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr” adlı elmi işlərini nəşr etdirmişlər.
Burada K.Vəliyev, R.Quliyeva, Ə.Əliyevin də adları qeyd edilməlidir.
4. Sintaksisin aktual problemlərindən biri də
mətn sintaksisidir. Nisbətən
gənc sahə olan mətn
sintaksisi sahəsində ilk araşdırmaçılardan filologiya fakültəsinin yetirməsi olan, indi isə akademik
səviyyəsinə yüksəlmiş K.Abdullayevin rolu danılmazdır. Mətn,
onun sərhədləri, bağlanma vasitələri,
kompozisiyası, aktual üzvlənmə sahəsində aparılan araşdırmalarda dos. Ə.Xəlilov, prof. K.Vəliyev, dos.
F.Əlizadə, dos. E.Həsənova, prof. Z.Şahbazovanın elmi məqalə və kitablarını qeyd etmək olar.
Dostları ilə paylaş: