Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə13/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   9   10   11   12   13   14   15   16   ...   122
SON - BDU-100 KONFRANS 1

Ключевые слова: основоположник, русистика, филология, фразеология, словарь
 
 


BDU-nun Filologiya fakültəsi - 100 
13 
TOFİQ HACIYEV 
Filologiya elmləri doktoru, professor 
Bakı Dövlət Universiteti 
 
ORİJİNAL DİLÇİLİK FİKİRLƏRİNİN MÜƏLLİFİ
 
Azərbaycan dilinin dərin araşdırıcısı, ümumi dilçiliyin müxtəlif problemlərinə aid maraqlı əsərlər 
müəllifi olan Musa İsrafil oğlu Adilov zəngin elmi irs qoymuşdur. Fonetika, leksikologiya, morfologiya, 
sintaksis, üslubiyyat, onomastika, nitq mədəniyyəti və s. sahələr alimin uğurlu tədqiqat səhələridir. Bu 
sahələrin hər birinə aid çoxlu sayda məqalələrlə yanaşı, monoqrafiyalar müəllifi olan alim heç bir sahədə 
tapdanmış yolla getməmiş, maraqlı, orijinal, yeni elmi tapıntı və təklifləri ilə dilçiliyimizin müvafiq 
sahələrinin boşluqlarının doldurulmasında böyük rol oynamışdır.
M.İ.Adilovun müraciət etdiyi sahələrdən biri dilimizin qrammatikasıdır. Onun mürəkkəb sözlər 
(“Müasir Azərbaycan dilində mürəkkəb sözlər”), sintaktik təkrarlar (“Azərbaycan dilində təkrarlar sistemi”) 
mövzusunda araşdırmaları bu sahədə aktuallığını heç vaxt itirməyən, elmi siqləti ilə dilçiliyimizin ən dəyərli 
əsərləri cərgəsində özünə yer tutan tədqiqatlardandır. Mürəkkəb sözlərə aid ilk monoqrafik araşdırma olan 
birinci əsərdə müəllif dilçiliyimizdə ilk dəfə mürəkkəb sözlərin sərhədini dəqiqləşdirir, onların söz 
birləşmələri, xüsusən də mürəkkəb adlardan fərqli cəhətlərini müəyyənləşdirir, sadə və mürəkkəb söz 
sərhədini müəyyənləşdirir, mürəkkəb sözlərin təsnifini verir. Müəllif tabesizlik əlaqəsi əsasında formalaşmış 
mürəkkəb sözlərin zəngin formalaşma üsullarını verməklə dilimizin böyük yaradıcılıq imkanlarını bir daha 
aşkara çıxarmışdır. Tabelilik əsasında formalaşan mürəkkəb sözlərin daha zəngin və rəngarəng struktur-
semantik xüsusiyyətlərindən bəhs edən müəllifin yalnız apelyativlərin deyil, habelə onomastik vahidlərin də 
bu üsullarla yaranmasını açıqlamaqla xüsusi adların da mürəkkəb söz yaradıcılığındakı ümumi yaradıcılıq 
yollarını əsaslandırmışdır. 
Azərbaycan dili zəngin, rəngarəng və orijinal təkrarlar sisteminə malikdir. Sözlərin müxtəlif səviyyə 
və formalarda təkrarı daha çox emosional-ekspressiv münasibəti özündə əks etdirir. Azərbaycan dili 
materialını incəliklərinə qədər bilən, onu duyan M.İ.Adilov bu çətin sahədə də uğurlu tədqiqatların müəllifi 
kimi tanınır. Müəllif sintaktik təkrarların həm normativ aktlar çərçivəsində, həm də üslubi məqamlarda 
yaranıb fəaliyyət göstərməsini inandırıcı faktlarla əsaslandırır. O, təkrarlar sahəsində özünü göstərən termin 
qarışıqlığına son qoyur, xüsusən də təkrar, intensivlik, pleonazm terminlərinin dəqiq sərhədini 
müəyyənləşdirir. Sintaktik-konstruktiv təkrarlar, onların növləri, xüsusən daxili obyektli tərkiblər, 
üzvlənməyən üzvlər səviyyəsində təkrarlar və onların fikrin ifadəsindəki rolu elmi şəkildə şərh olunur. 
Alimin qrammatikanın digər məsələləri ilə bağlı da dəyərli araşdırmaları vardır. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin