Bakı Dövlət Universiteti Filologiya fakültəsi


DOS. ELMİRA HƏSƏNOVA, DOS. FİKRƏT ƏLİZADƏ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə21/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   17   18   19   20   21   22   23   24   ...   122
SON - BDU-100 KONFRANS 1

DOS. ELMİRA HƏSƏNOVA, DOS. FİKRƏT ƏLİZADƏ 
Bakı Dövlət Universiteti 
 
AKADEMİK AĞAMUSA AXUNDOV FENOMENİ
 
Akademik Ağamusa Axundov! Bu, istər türkologiyaya, istərsə ədəbiyyatşünaslığımıza qızıl hərflərlə 
yazılmış addır. O, gözəl bir insan olmaqla yanaşı, çox qüdrətli alim kimi bir sıra titulların daşıyıcısı idi: 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər 
Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı,Azərbaycan Respublikası 
Əməkdar Elm Xadimi.
Ağamusa Axundov 1932-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən 
sonra riyaziyyatçı olmaq arzusu ilə Bakıya gələrkən bir təsadüf nəticəsində taleyini indiki BDU-nun 
Filologiya fakültəsinə bağlayır, daha sonralar dosent ola-ola Azərbaycan Pedaqoji Dillər İnstitutunda ingilis 
dili üzrə ikinci təhsil alır.
40 il BDU-da çalışan professor həm klassik müəllim, həm də dərinzəkalı alim, xeyirxah insan kimi 
öhdəsinə düşən bütün vəzifələri layiqincə, sürətlə və böyük uğurla yerinə yetirmişdir. Hər zaman insanlara 
yardımçı olmaq ona Muxtar Hüseynzadə kimi böyük müəllimlərindən miras qalmışdı.
Ağamusa müəllim o zaman nəinki SSRİ məkanında, hətta Şərqdə filologiya üzrə ən gənc - 32 yaşda 
elmlər doktoru oldu. Artıq 35 yaşda Filologiya fakültəsinin dekanı seçildi və müəyyən fasilə ilə 17 il bu 
vəzifəni ləyaqətlə yerinə yetirdi. Ümumi dilçilik, daha sonralar Azərbaycan dilçiliyi kafedrasının müdiri, 21 
il AMEA-nın Dilçilik İnstitutunun direktoru, AMEA-nın Rəyasət Heyətinin müşaviri, akademik-katib, 
“Türkologiya” jurnalının redaktoru olduqda da Ağamusa müəllim əsl alim sadəliyi ilə kollektivin sevimlisi 
olmuşdur. 
Professor Ağamusa Axundovun dilçiliyin, demək olar ki, bütün sahələrinə dair tədqiqatları, hətta riyazi 
dilçiliyə aid kitabı vardır. Ali məktəblər üçün yazdığı əvəzsiz kitablar dəfələrlə işıq üzü görmüşdür. 
Bədii yaradıcılığa “İkinci görüş” adlı hekayəsi ilə başlamışdır. Bundan sonra poeziyanın sənətkarlıq 
problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur. 
 Misir  
Ərəb 
Respublikasının Qahirə şəhərinin 
Eyn-Şəms 
Universitetində 1il 
Azərbaycan 
dili və ədəbiyyatından dərs demiş, Praqa, Ankara, Belqrad, Budapeşt, Kayseri, İstanbul şəhərlərində keçirilən 
beynəlxalq elmi konfranslarda iştirak etmişdir. 
Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında 
dilimizə aid 2 konfrans keçirmişdir.
O, bir sıra elmi, əlaqələndirmə, müdafiə şuralarının sədri, “Ulduz” və “Azərbaycan” jurnallarının 
redaksiya heyətlərinin üzvü, “Türkologiya” jurnalının baş redaktoru olmuşdur. 
Görkəmli dilçi ABŞ-ın “Frendship fors” ictimai təşkilatının Fəxri fərmanına layiq görülmüş, Azərbaycan 
və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Almaniyada çıxan “Fonetika, dilçilik: 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin