Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə22/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   18   19   20   21   22   23   24   25   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
19 
Kommunikativ tədqiqatlar” adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin üzvü kimi fəaliyyət 
göstərmişdir.
Dilçilik və ədəbiyyatşünaslıqdakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 
Ağamusa müəllim əqli oyunlar arasında şahmata böyük üstünlük verirdi. O, I dərəcəli şahmatçı kimi çox 
gözəl taktiki oyunları ilə biliciləri heyran qoyurdu. 
Görkəmli dilçi-alim öz sahəsinin vurğunu olaraq belə demişdir: “Mən dünyaya ikinci dəfə gəlsəm, yenə 
də dilçi olacağam”. 
Açar sözlər: Ağamusa Axundov, BDU-nun Filologiya fakültəsi, türkologiya, elmi tədqiqatlar, 
beynəlxalq konfranslar. 
 
ELNARƏ ƏLİYEVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu 
YARIMÇIQ QALMIŞ ÖMÜR - ŞAMƏDDİN XƏLİLOVUN YARADICILIQ DÜNYASI 
1994-2000-ci illər – Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr və magistr pilləsi 
üzrə təhsil aldığım illər, dəyərli alim və müəllimlərlə tanış olduğum dövrdür. Bu dövrdə akademik 
T.Hacıyev, professor S.Əlizadə, professor E.Əzizov, professor Y.Seyidov, professor M.Novruzov və adını 
çəkmədiyim digər müəllimlər elmin incəliklərini yorulmadan tələbələrinə öyrədirdilər. Əlbəttə, bu insanların 
hər biri haqqında günlərlə danışmaq olar, lakin mən dünyadan vaxtsız getmiş Şaməddin Xəlilovu xatırlamaq 
istədim. O, 1971-ci ildən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Türkologiya 
kafedrasında müəllim, 1976-cı ildən baş müəllim kimi çalışmış, 1982-ci ildə isə müsabiqə nəticəsində həmin 
kafedranın dosenti təyin olunmuşdur. Ömrünün sonunadək tələbəsi olduğu doğma universitetdə müəllim 
kimi ləyaqətlə çalışmışdır. Bu 27 illik bir dönəmdə mükəmməl və savadlı bir müəllim kimi tələbələrinin 
dərin sevgisini qazanmışdır.
Şeyx Fəridəddin Əttar yaradıcılığının ən dəyərli nümunələrindən olan “Əsrarnamə”əsəri 
Ş.Xəlilovun sevə-sevə araşdırdığı ilk əsərlərdəndir. 1974-cü ildə “XV əsr Azərbaycan yazılı abidəsi 
“Əsrarnamə”nin dili” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edən Ş.Xəlilov sonralar da 
anadilli abidələrin tədqiqi ilə bağlı araşdırmalarını davam etdirmiş və 1991-ci ildə Cahangir Qəhrəmanovla 
birgə “Mustafa Zərir. Yusif və Züleyxa” adlı möhtəşəm bir təqdiqat əsərini oxuculara təqdim etmişdir. Uzun 
müddət üzərində çalışdığı “Orta əsrlər Azərbaycan yazılı abidələrinin dili” mövzusunda doktorluq 
dissertasiyası da ilkin müzakirədən müvəffəqiyyətlə keçsə də, vaxtsız ölüm onun bu işini yarımçıq 
qoymuşdur. Ş.Xəlilov AMEA Əlyazmalar İnstitutunda saxlanılan – hələ tədqiq olunmamış əlyazmaların 
taleyindən nigaran idi. Təəssüf ki, öz əlyazmaları da yarımçıq ömrün yarımçıq əsərləri kimi elmi camiəyə 
həsrət qaldı.
O, Ş.Xəlilov iki kitab, 30-dan çox elmi məqalənin müəllifidir. Xüsusi vurğulamağı özümüzə borc 
bilirik ki, alimin gərgin əməyi nəticəsində ərsəyə gəlmiş bu əsərlər təkcə dil tarixçiləri üçün deyil, həm 
türkoloqlar, dialektoloqlar, həm də tarixçilər üçün olduqca qiymətli tədqiqat işləridir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin