Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə30/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   26   27   28   29   30   31   32   33   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: tarixi dialektologiya, məhəlli fərqlər, qarışıq şivələr, fonetik, leksik və morfoloji 
yaruslar. 
 
MƏHƏMMƏD MƏMMƏDOV 
Filologiya üzrə fəlsəfə doktoru, dosent  
Bakı Dövlət Universiteti 
 
PROFESSOR NƏSİR NƏSİRZADƏ MƏMMƏDOV VƏ AZƏRBAYCAN NƏZƏRİ DİLÇİLİYİ 
Azərbaycanda nəzəri – ümumi dilçiliyin yaranması professor N.N.Məmmədovun adı ilə bağlıdır. 
Onun 1961-ci ildə nəşr edilmiş “Dilçiliyin əsasları” adlı əsəri bu istiqamətdə yazılmış ilk dərs vəsaitidir. 
Bəkir Çobanzadənin 1924-cü ildə nəşr edilmiş “Türk-tatar lisaniyyətinə mədxəl” əsəri, ümumən, türk 
dilçiliyində nəzəri dilçilik məsələlərinə həsr olunmuş ilk əsər kimi qəbul edilə bilər. 1937-ci ilin 
repressiyalarından sonra ümumi – nəzəri dilçilik sahəsində bir boşluq yaranmışdır. Bu baxımdan 
N.Məmmədovun “Dilçiliyin əsasları” əsəri Azərbaycan dilçiliyində nəzəri dilçilik sahəsinin yaranmasını 
xəbər verirdi. Bu əsərdə dilin başlıca nəzəri məsələləri – dilin ictimai mahiyyəti, daxili quruluşu, mənşəyi, 
dillərin genealoji təsnifi prinsipləri nəzəri məsələlər kimi öyrənilir. 
Deməli, N.Məmmədovun bu əsəri ilə Azərbaycanda ümumi dilçiliyin təməli qoyulur. Bir qədər sonra 
isə N.Məmmədov bu əsərin təkmilləşmiş şəklini “Dilçiliyə giriş” adı ilə (1966) dərslik kimi nəşr etdirir 
(həmmüəllifli). Dərslik 1980-ci ildə ikinci dəfə nəşr olunur. Əsərdə dilçiliyin qısa tarixi, dilin daxili 
quruluşu, dillərin təsnifi, dil və cəmiyyət, dilin inkişafı kimi müxtəlif məsələlər əhatə edilir. 
Prof. N.Məmmədovun qoyduğu təməl onun tələbələri tərəfindən daha da möhkəmləndirilmiş, 
“Dilçiliyə giriş”, “Dilçiliyin əsasları”, “Ümumi dilçilik” adlı müxtəlif dərslik və dərs vəsaitləri yazılmış və 
nəşr edilmişdir. Lakin dilçi alimin müəllifi olduğu “Dilçiliyə giriş” dərsliyi bu gün də ali məktəblərdə dərslik 
kimi istifadə olunur. 
Prof. N.Məmmədovun dərslik və dərs vəsaitləri ümumi dilçiliyin ibtidai kursunun başlıca məsələlərini 
əhatə edir, özünün elmi və pedaqoji əhəmiyyətini saxlayır. 
Ümumən, professor N.N.Məmmədov Azərbaycan dilçiliyində “Dilçiliyin əsasları” və ya “Dilçiliyə 
giriş” kurslarını bir fənn kimi formalaşdıran və tədris edən görkəmli alim – pedaqoq kimi qiymətləndirilə 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin