BDU-nun Filologiya fakültəsi - 100
30
Vaqifə birləşdirir” fikri ilə ədəbi dil tariximizin böyük bir mərhələsini bir cümlə daxilində ustalıqla
xarakterizə edən S.Əlizadə bəzi araşdırmalarında,
yeri gəldikcə, orta əsrlərdə Azərbaycan dövlət dilinin,
Azərbaycan
diplomatiya dilinin, dəftərxana dilinin yaranmasına və inkişafına xüsusi diqqət yetirmişdir.
Tədqiqatçı klassik ədəbi şəxsiyyətlərin dili ilə yanaşı, müasir dövrün şair və yazıçılarının dili ilə bağlı
yazdığı çoxsaylı məqalələrində dərin elmi təhlillər aparmış, görkəmli söz sənətkarlarının poetik üslubunu
ustalıqla şərh etmişdir.
Peyğəmbərimizin gözəl bir hədisi var: “İnsan rəhmətə gedəndən sonra onu üç şey yaşadar: biri gözəl,
xeyirxah əməllərdir ki, ona həmişə savab qazandırıb, rəhmət oxudar. İkincisi gözəl əsər, üçüncüsü isə gözəl
övladdır”. Tanrı S.Əlizadəyə bu dünyada hər üç xoşbəxtliyi nəsib edib. Böyük yazıçımız Mir Cəlalın
hikmətamiz şəkildə dediyi “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir” fikrini elə S.Əlizadənin
həyat
yoluna da aid etmək olar. Hazırda mərhumun qızı Mehriban Əlizadə xalqımızın milli varlığı olan
Azərbaycan dilinin qloballaşma dövrünün tələblərinə uyğun şəkildə öyrənilməsi, dövlət dilinin saflığının
qorunması və tədrisi sahəsindəki nümunəvi fəaliyyəti ilə atasının - görkəmli dilçi-alimin yolunu layiqincə
davam etdirir.
Dostları ilə paylaş: