Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə41/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   37   38   39   40   41   42   43   44   ...   122
SON - BDU-100 KONFRANS 1

Anahtar kelimelerM.Şireliyev, Azerbaycan Türkçesi, diyalektoloji, atlas.
 
TƏRANƏ ŞÜKÜRLÜ 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu 
 
YUSİF SEYİDOVUN TƏKRARSIZLIĞI 
 
Bütöv bir dilçi alimlər nəslinin ustadı sayılan Yusif Seyidov Azərbaycan dilinin görkəmli 
tədqiqatçılarından idi. O, morfologiya və sintaksis problemləri ilə məşğul olub və öz sözünü müstəsna 
səviyyədə deyib. Misilsiz tədqiqatları ilə Azərbaycan dilçiliyinə fərqli bir nəfəs gətirib. Hər bir alimin 
elmi fəaliyyətinin ana xətti olur. Həmin istiqamət tədqiqatçını daha çox düşündürür, zəngin axtarışlara 
sövq edir. O, “Nəsiminin dili” kitabında Azərbaycan dilinin inkişafı tarixində Nəsiminin rolunu 
müəyyən etməyə çalışıb. Nəsimi dilini klassik şeir dilimizin başlanğıc nümunələrindən biri kimi 
araşdırıb. Özünün də qeyd etdiyi kimi: “Əsər üzərində işlərkən hərdən Nəsimin fikir dünyasına daxil 
olmaq arzusunda olurdum. Bunun üçün təkcə Nəsiminin şeirlərini dəfələrlə, həm də düşünə-düşünə 
oxumaqla kifayətlənmirdim”. Yusif Seyidov həyatını dilçilik elminin, Azərbaycan təhsilinin inkişafına 
həsr etmişdir. Onun zəngin elmi yaradıcılığı vardır. 
Dilimizin hərtərəfli inkişafı hər şeydən əvvəl onun elmi cəhətdən dərindən tədqiqini tələb edir. Bu 
mənada, alimin “Azərbaycan dilinin qrammatikası” kitabı bu sahədə yazılmış elmi əsərlər içərisində xüsusi 
yer tutur. Həmin əsər elmi və sadə bir dildə yazılmışdır. O, subyektiv fikirləri ilə morfologiya sahəsini 
ənənəvi sakit axarından fərqləndirdi. Qrammatik kateqoriyaları sistem şəklində tədqiq etdi. Y.Seyidova görə, 
söz dil və nitq vahidlərinin əsasında dayanır. Dilçilik elmi sözə əsaslanmadan, toxunmadan keçinə bilməz. 
Azərbaycan dilində söz birləşmələri məsələsi Y.Seyidovu bütün yaradıcılığı boyu məşğul etmişdir. 
Hər bir elm sahəsində olduğu kimi, söz birləşmələrinin hərtərəfli və düzgün izahı üçün onların təsnif edərək 
qruplaşdırılması mühüm əhəmiyyətə malikdir. Söz birləşmələrinə müxtəlif cəhətdən yanaşmaq, 
qruplaşdırmaq və izah etmək Yusif Seyidovun tədqiqatlarında aparıcı yeri tutur. Tanınmış türkoloq 
A.N.Kononov Yusif Seyidovun “Müasir Azərbaycan ədəbi dilində söz birləşmələri” əsərinə çox yüksək 
qiymət vermişdi. Alimin fikrincə, söz birləşməsi sözlə cümlənin sərhədində dayanır.  
Y.Seyidov “zərf birləşmələri”ni söz birləşmələrinin növü hesab edir. Qeyd edir ki, zərf birləşmələri 
bir sıra xüsusiyyətlərinə görə ismi birləşmələrə meyil etsə də, bu birləşmələrin əsas sözü zərflərdən ibarət 
olduğuna görə ayrıca söz birləşməsi kimi izah edilir.
Y.Seyidovun əsərlərinin maraqlı və orijinal quruluşu var. Hamısı bir-birilə sıx bağlıdır, Azərbaycan 
dilinin qrammatikasını tamamlayır. O, gözəl dilçi-alim, ədəbiyyatşünas, publisist olmaqla yanaşı, həm də 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin