Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə49/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   45   46   47   48   49   50   51   52   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
37 
Professor H.Həsənov 27 elmi-metodiki əsərin, 150-ə yaxın elmi, elmi-publisistik məqalənin 
müəllifidir. 
Professor H.Həsənovun əsərləri, tələbələri onun şərəfli ömrünün ən parlaq səhifələridir.
Açar sözlər: dilçi-alim, lüğət, nitq mədəniyyəti, üslubiyyat, dərslik. 
 
SEVİNC QƏMBƏROVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Gəncə Dövlət Universiteti 
BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ DİALEKTOLOJİ ARAŞDIRMALAR 
 
Azərbaycan dialektologiyası məktəbinin yaranması və bu məktəbin görkəmli davamçılarının 
yetişməsi birbaşa Bakı Dövlət Universitetinin adı ilə bağlıdır. 1962-ci ildə “Azərbaycan dialektologiyasının 
əsasları” dərsliyini nəşr etdirən Məmmədağa Şirəliyev bu sahəyə böyük töhfə vermişdir. Dəfələrlə nəşr 
olunan dərslikdə ilk dəfə olaraq Azərbaycan dili dialektlərinin təsnifi verilmiş, dialektologiyanın nəzəri 
əsasları işlənilərək, yeri gəldikcə digər türk dillərinin materialları ilə müqayisəyə cəlb olunmuşdur. Onun 
rəhbərliyi ilə “Azərbaycan dilinin dialektoloji atlası” tərtib edilərək nəşr olunmuşdur. 
Uzun illər BDU-da çalışan Rəsul Rüstəmov öz sanballı tədqiqatları ilə Azərbaycan 
dialektologiyasına böyük töhfələr vermişdir. Müəllifin “Azərbaycan dili dialekt və şivələrində feil” (1965) 
monoqrafiyasında dialektologiyanın bu sahəsi ardıcıl və sistemli çəkildə tədqiqata cəlb olunaraq 
ümumiləşdirilmişdir. Rəsul Rüstəmov Quba dialektini tədqiq etmiş və “Azərbaycan dilinin dialektoloji 
lüğəti”nin əsas tərtibçi və redaktorlarından olmuşdur. 
Azərbaycan dilçiliyinin bir çox sahələrində uğurlu tədqiqatlara imza atan akademik Tofiq Hacıyev 
namizədlik dissertasiyasını Cəbrayıl şivəsinin araşdırılmasına həsr etmişdir. Hərtərəfli tədqiqata cəlb olunan 
Cəbrayıl şivəsinin qərb və cənub ləhcələrinin təsir dairəsində olan keçid şivə olduğu ortaya çıxarılmışdır. 
Tədqiqat işində şivənin fonetik, qrammatik xüsusiyyətləri, leksik qatı tədqiq olunaraq elm aləminə 
qazandırılmışdır. 
1999-cu ildə BDU-nun Türkologiya kafedrasının professoru Elbrus Əzizovun “Azərbaycan dilinin 
tarixi dialektologiyası. Dialekt sisteminin təşəkkülü və inkişafı” adlı dərs vəsaiti işıq üzü görmüşdür. 2016-cı 
ildə yenidən nəşr olunan və böyük elmi dəyəri olan bu əsər Azərbaycan dilçiliyinin gənc sahələrdən olan 
tarixi dialektologiyaya böyük töhfədir. Burada Azərbaycan dilinin mükəmməl və müasir tələblərə cavab 
verən son dialekt təsnifi verilmiş və bu sahədə məqbul sayılaraq fəallaşdırılan yeni terminlər (ləhcə, şivə və 
s.) aydınlaşdırılmışdır. 
BDU-nun Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədlinin “Azərbaycan dili 
şivələrində ismin qrammatik kateqoriyaları” (2003) əsərində ilk dəfə olaraq bu sahə sistemli və müqayisəli 
şəkildə tədqiqata cəlb olunaraq ümumiləşdirilmişdir. 2011-ci ildə müəllifin tərtib etdiyi “Azərbaycan 
dialektologiyasına dair mühazirələr” vəsaiti, 2019-cu ildə isə “Azərbaycan dialektologiyası” dərsliyi işıq üzü 
görmüşdür. Bu əsərlərdə dialektologiya sahəsinə aid olan bütün son yeniliklər öz əksini tapmışdır. Hazırda 
bu əsərlərdən “Azərbaycan dialektologiyası” fənni tədris olunan bütün ali məktəblərdə geniş şəkildə istifadə 
olunmaqdadır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin