Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə46/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   42   43   44   45   46   47   48   49   ...   122
SON - BDU-100 KONFRANS 1

Anahtar kelimeler: Kemal Abdulla, Bakü Devlet Üniversitesi, dilbilimci, Türkoloji, Dede Korkut 
Destanı.
 
 
 
 
 
 
 
 


BDU-nun Filologiya fakültəsi - 100 
35 
MƏTANƏT ƏMRAHOVA 
Filologiya üzrə fəlsəfə doktoru  
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 
AZƏRBAYCAN TÜRKOLOGİYASINDA FƏRHAD ZEYNALOV MƏRHƏLƏSİ
 
Bu il 90 illik yubileyi qeyd olunan BDU-nun Türkologiya kafedrasının yaradıcısı (1969), görkəmli 
türkoloq, professor Fərhad Zeynalov (1929-1984) ilk Azərbaycan dilçilərindəndir ki, bütün əsərlərini, 
ümumən, bütün həyatını türk dillərinin öyrənilməsinə, türkologiyaya həsr etmişdir. Onu görkəmli dilçi alim 
Bəkir Çobanzadədən sonra müasir Azərbaycan türkologiyasının banisi hesab etmək olar. 1953-cü ildə BDU-
nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Fərhad Zeynalov 1953-1956-cı illərdə 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır.
1957-ci ildə BDU-nun Ümumi dilçilik kafedrasında müəllim kimi fəaliyyətə başlayan Fərhad 
müəllim elə həmin ildə “Nitq hissələrinin təsnifi prinsipləri (adlar)” mövzusunda namizədlik, 1966-cı ildə isə 
“Müasir türk dillərində köməkçi nitq hissələri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Erkən yaşda 
dünyasını dəyişməyinə baxmayaraq, türkoloq alim özündən sonra zəngin elmi irs qoyub getmişdir. Elmi 
fəaliyyəti türk dilləri və Azərbaycan dilinin tarixi sahələrinə aid olan tədqiqatçı 11 kitab və 70 elmi 
məqalənin müəllifidir: “Türk dillərində nitq hissələrinin ənənəvi bölgüsü”, “Nitq hissələrinin təsnifi 
prinsipləri”, “Müasir türk dillərində köməkçi nitq hissələri”, “Qədim türk yazılı abidələri”, “Türkologiyanın 
əsasları”, “Türk dillərinin müqayisəli qrammatikası” və s. Dilçi alim türk dillərinin qrammatik quruluşunun 
müqayisəli öyrənilməsi sahəsində altı əsər yazmışdır ki, bu kitablar Azərbaycan dilçiliyində türk dillərinin 
sistemli şəkildə araşdırılmasına həsr olunmuş ilk mötəbər elmi qaynaqlardır. 
Fərhad Zeynalov mətnşünaslıq sahəsində də qələmini sınamış, Samət Əlizadə ilə birlikdə “Kitabi-
Dədə Qorqud” dastanının elmi-tənqidi mətnini geniş müqəddimə ilə tərtib etmişdir. “Kitabi-Dədə Qorqud və 
dünya şərqşünaslığı”, “Dastani-Əhmədi Hərami – Azərbaycanın ən qədim ədəbi abidəsi” və s. elmi əsərləri 
dil tariximizin öyrənilməsində qiymətli elmi mənbələrdir. 
F.Zeynalov kitabları ilə yanaşı, məqalələrində də həm ayrı-ayrı türk dillərində, həm də türk dillərinin 
müqayisəsi aspektində türkoloji dilçilik üçün mübahisə doğuran mühüm problemlər qaldırmış, onları elmi 
ictimaiyyətin müzakirəsinə çıxarmaqla bır sıra məsələlərin həllinə nail olmuşdur.
Diqqət çəkən əsas məqamlardan biri də odur ki, F.Zeynalov türkologiyaya həsr etdiyi bütün əsərlərin 
mövzusunu Azərbaycan dili ilə əlaqələndirmişdir. O, Azərbaycan dilinin araşdırılmasını türkoloji səviyyəyə 
qaldırmış və bununla da mövcud problemlərə digər türkoloqların da münasibət bildirməsinə zəmin 
yaratmışdır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin