Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: leksikologiya, leksik-semantik sisem, semasiologiya, leksikoqrafiya, ümumi dilçilik



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə44/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   40   41   42   43   44   45   46   47   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərleksikologiya, leksik-semantik sisem, semasiologiya, leksikoqrafiya, ümumi dilçilik. 
 
AYGÜN MƏHƏRRƏMOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
 
PROFESSOR ZEMFİRA ŞAHBAZOVANIN DİL TƏDQİQATLARINDA ƏVƏZLİK PROBLEMİ 
 
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru, filologiya elmləri doktoru Zemfira 
Şahbazova elmi yaradıcılığında Azərbaycan dilçiliyinin müxtəlif problemlərinə toxunmuş, xüsusən dilimizin 
qrammatik quruluşu ilə bağlı dəyərli araşdırmalar aparmışdır. Alim ümumilikdə 11 kitabın, 100-dən çox elmi 
məqalənin müəllifidir. 1985-ci ildə çap olunmuş “Müasir Azərbaycan dilində ara sözlər və söz birləşmələri” 
adlı əsəri bu istiqamətdə aparılmış tədqiqatlar içərisində özünəməxsus yer tutur.
Z.Şahbazova dilçiliyimizdə əvəzliyin tanınmış tədqiqatçılarından biridir. Alimin əsərlərində 
əvəzliyin etimologiyası, leksik-semantik xüsusiyyətləri, qrammatik əlamətləri, vəzifələri və funksiyaları 
geniş şəkildə tədqiq olunmuşdur. O, “Azərbaycan dilində əvəzliklər” (2007), “Azərbaycan dilində əvəzliyin 
sintaksisi” (2007), “Azərbaycan dilində əvəzliyin morfologiyası” (2007), “Əvəzliyin qrammatikası” (2008), 
“Əvəzliyin linqvistik xüsusiyyətləri” (2018) adlı kitablarında bu nitq hissəsinin qrammatik xüsusiyyəti 
haqqında ətraflı bəhs etmiş, problemlə bağlı bir sıra mübahisəli məsələlərin həllinə nail olmuşdur.
Z.Şahbazovanın tədqiqatlarında əvəzlik bir nitq hissəsi kimi müasir dil materialları əsasında 
öyrənilmiş, bu problem Azərbaycan dilçiliyində ilk dəfə monoqrafik şəkildə araşdırılmışdır. Müəllif 


BDU-nun Filologiya fakültəsi - 100 
34 
əvəzliyin nitq hissələri arasında mövqeyini əsaslandırmış, onların növləri və söz tutumunu dəqiqləşdirmiş, 
hər bir növünün özünəməxsus leksik-semantik xüsusiyyətlərini izah etmişdir. Onun bu sahədəki mühüm 
xidmətlərindən biri Azərbaycan dilindəki əvəzlikləri digər türk dillərində işlənən əvəzliklərlə müqayisəli 
şəkildə tədqiq etməsidir. Aparılan müqayisələr daha çox özünü əvəzliyin əhatə dairəsinin, sərhədlərinin, 
onun vəzifə və funksiyalarının çoxtərəfliliyində göstərir. Alimin araşdırmalarının elmi yeniliyinin başlıca 
cəhətlərindən biri sintaktik vahidlərin (xüsusən mürəkkəb cümlə komponentlərinin) və mətn 
komponentlərinin əlaqələnməsində əvəzliklərin rolunun araşdırılmasıdır. Z.Şahbazovanın tədqiqatlarında: a) 
əvəzliklərin məna növləri müasir türk dilləri ilə müqayisəli şəkildə tədqiq edilmişdir; b) türk dillərində 
əvəzliklərin söz tutumunun bir-birindən fərqlənmədiyi və onların fərqli və oxşar cəhətləri göstərilmişdir; c) 
əvəzliyin həm morfoloji, həm də sintaktik vəzifə və funksiyaları ayrı-ayrılıqda təhlil olunmuş, onun məna 
növlərinin cümlə üzvü kimi yerinə yetiridiyi funksiyalar ilk dəfə geniş izah edilmişdir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin