Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə54/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   50   51   52   53   54   55   56   57   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: ümumi dilçilik, nəzəri dilçilik, Bəkir Çobanzadə, Ağamusa Axundov, Əbülfəz Rəcəbli. 
 
ARZU İSGƏNDƏRZADƏ 
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu 
 
AKADEMİK TOFİQ HACIYEVİN ELMİ YARADICILIĞINDA PUBLİSİST ÜSLUBUN
TARİXİ MƏNZƏRƏSİ
 
Azərbaycanın görkəmli dilçisi, AMEA-nın həqiqi üzvü olmuş akademik Tofiq Hacıyevin 
yaradıcılığı geniş və çoxşaxəlidir. Akademik Tofiq Hacıyevin Azərbaycan təhsilinin, maarifçiliyinin, 
türkologiyanın inkişafındakı xidmətləri misilsizdir. 
Görkəmli alimin “Azərbaycan ədəbi dilinin tarixi” adlı dərsliyi 1976-cı ildə nəşr edilmişdir. 2012-ci 
ildə əsəri təkmilləşdirərək yenidən çap etdirən Tofiq müəllim, dəyərli klassiklərimizin əsərlərindən, qədim 
əlyazmalardan istifadə edərək Azərbaycan ədəbi dilinin yaranmasını, təşəkkülünü, onun norma və üslublarını 
yüksək səviyyədə tədqiq etmişdir. Ədəbi dilimizin inkişaf mərhələlərini dəqiq öyrənmək üçün Qazı 
Bürhanəddin, Nəsimi, Xətai, Füzuli kimi görkəmli şəxsiyyətlərin yaradıcılığına toxunan Tofiq Hacıyev, bu 
şəxsiyyətlərin ədəbi dilimizin yaranmasında və formalaşmasında misilsiz rol oynadıqlarını söyləmişdir. 
Azərbaycanda ədəbi dil tarixinin XIX əsrdən başlayaraq daha da təkmilləşdiyini və kütləviləşdiyini 
söyləmək mümkündür. XIX əsr Azərbaycan xalqının ictimai-iqtisadi və mədəni inkişaf tarixində bir dönüş 
nöqtəsidir. Tofiq Hacıyev yazır ki: “Dövrün mədəni nailiyyətlərindən biri də mətbuatın inkişafıdır ki, bu da 
bilavasitə milli ədəbi dilin kütləviləşməsinə güclü təkandır”. Görkəmli alim, mətbuatın ədəbi dili cilalayıb 
kamil norma yaratdığını, bu normanı tətbiq edib sabitləşdirdiyini, oxucu kütləsinə çatdırıb təbliğ etdiyini 
vurğulayır. Tofiq Hacıyev qeyd edir ki, dövrün ədəbi dil normasının müəyyənləşməsində görkəmli söz 
ustaları ilə yanaşı, mətbuat işçilərinin və ziyalılarının da əvəzsiz rolu olmuşdur. Ədəbi dilin normaları tarixi 
hadisədir. Ədəbi dilin norması millətin, milli dilin təşəkkülü prosesi ilə əlaqədar olaraq formalaşır. Ədəbi 
dilin söz ehtiyatının zənginləşməsi, alınma sözlərin dilə yerləşməsi publisistik üslub vasitəsilə gerçəkləşir. 
Buna görə də publisistik üslub ədəbi dilin ən kütləvi üslubu hesab edilir. Əgər daha əvvəl bədii üslub aparıcı 
olmuşdursa, publisistik üslub yarandıqdan sonra Azərbaycan ədəbi dilinin aparıcı üslubuna çevrilmişdir. 
Bildiyimiz kimi, publisistik üslub ədəbi dilin bir qolu kimi yarandığı gündən bu günümüzə qədər uzun 
təkmilləşmə yolu keçmişdir. Bu üslubun ilk elementi kimi publisistik leksikonun formalaşdığını qeyd edən 
alim, bu leksikonun mühüm qisminin xalq dilində işlənən sözlər olduğunu yazır. Deməli, publisistik üslub 
eyni zamanda ədəbi dili xalq danışıq dilinə daha da yaxınlaşdırır, milli dil uğrunda mübarizənin fəal tribunası 
kimi çıxış edir.
Bütün bunlar isə üslublar sistemində mühüm yer tutan publisist üslubun gələcək inkişafını yeni bir 
istiqamətə yönləndirir. Akademik T.Hacıyevin “Azərbaycan ədəbi dilinin tarixi” adlı dərsliyi publisist 
üslubun tarixi mənzərəsinin öyrənilməsində əvəzsiz qaynaq rolunu oynayır. Ümumiyyətlə, Azərbaycan ədəbi 
dilini tarixi aspektdə müxtəlif yöndən təqdim edən bu əsər akademik T.Hacıyevin yaradıcılığında mühüm yer 
tutur. Təbii ki, bu tipli bir-birindən qiymətli əsərləri akademik T.Hacıyevi əbədiləşdirir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin