Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə55/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   51   52   53   54   55   56   57   58   ...   122
SON - BDU-100 KONFRANS 1

 
Açar sözlər:  Tofiq Hacıyev, türkoloq-alim, ədəbi dil, norma, publisistik üslub. 
 


BDU-nun Filologiya fakültəsi - 100 
41 
AYTƏKİN MİRZƏYEVA 
Bakı Dövlət Universiteti 
PROFESSOR YUSİF SEYİDOV ABDULLA ŞAİQİN DİLİ HAQQINDA 
BDU-da yüz ilə ərzində Azərbaycan dilçiliyinin görkəmli nümayəndələri fəaliyyət göstərmiş və 
onların hər biri özündən sonra bu məktəbi uğurla davam etdirən alim və mütəxəssislər yetişdirmişlər. Belə 
alimlərdən biri də ömrünü Azərbaycan dilçiliyinin müxtəlif problemlərinin araşdırılmasına həsr etmiş 
professor Yusif Seyidovdur. Yusif Seyidov bir çox ədəbi şəxsiyyətlər haqqında dəyərli fikirlər söyləmişdir. 
Bunlardan biri də görkəmli ədib Abdulla Şaiqdir. A.Şaiqin ədəbi-bədii irsində dil problemləri mühüm yer 
tutur.
Azərbaycan ədəbi dil məsələləri, bu dilin tədrisi və inkişaf problemləri A. Şaiqin bütün 
yaradıcılığında öz əksini tapır. A.Şaiq hər şeydən əvvəl Azərbaycan dilinin məziyyətlərini qeyd edir, bu dilin 
üstünlüklərinə, ahənginə, ifadə imkanlarına, əhatə dairəsinə diqqəti cəlb edir və “... dilimiz ən asan və 
olduqca gözəl bir lisandır”, - deyirdi. 
Yusif Seyidov ədibin “Dilimiz və ədəbiyyatımız” adlı məqaləsində xalqların həyatında dili dövrün 
ən qüvvətli silahı kimi səciyyələndirdiyini vurğulayır. O, Abdulla Şaiqin “Yazıçılarımızın və dilçilərimizin 
şərəf işi” adlı məqaləsində onun əsas məqsədinin bir tərəfdən yeni dövrdə dilimizin inkişafı və saflaşması 
yollarını müəyyən etmək idisə, digər tərəfdən ədibin dilimizin tarixinə, xüsusən də XX əsrdə ədəbi dilimiz 
uğrunda mübarizəyə də xüsusi yer ayırdığını qeyd edir. 
Görkəmli dilçi belə nəticəyə gəlmişdir ki, ədib hər zaman ana dilinə diqqət yetirmiş, dil və üslub 
məsələlərini ana dili mövqeyindən qiymətləndirmişdir.Yusif Seyidov Abdulla Şaiqin dilə dair görüşlərinin 
milli dilçilik elminin inkişafında mühüm tarixi xidmətlər olduğunu sübut etmişdir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin