Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Ə.Abdullayev, Azərbaycan dili, morfologiya, qrammatik quruluş



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə63/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   59   60   61   62   63   64   65   66   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərƏ.Abdullayev, Azərbaycan dili, morfologiya, qrammatik quruluş.
 
PƏRVİN EYVAZOV 
Bakı Dövlət Universiteti 
AZƏRBAYCANDA İLK AKADEMİK DİLÇİLİK MƏKTƏBİNİN YARADICISI –
BƏKİR ÇOBANZADƏ 
 
Alim bir dəqiqə belə xəyal qurmaqdan məhrum 
olsa, millətə xidmət etməkdən geri qalar.
Bəkir Çobanzadə 
 
Bakı Dövlət Universitetində filologiya üzrə milli kadrların hazırlanmasında böyük xidmətləri olan, 
görkəmli türkoloq professor Bəkir Çobanzadə 1920-ci illərdə ümumi dilçilik və türkologiya aspektlərində 
tədqiqatlar apararaq, Azərbaycanda dilçilik elminin yeni inkişaf mərhələsinin təməlini qoymuşdur.
26 yaşında Şərqdə ilk elmlər doktoru (1920) və professor (1922) elmi adlarını qazanan, 1920-ci 
illərin əvvəllərində Bakıya dəvət olunan B.Çobanzadə1924-cü ildən BDU-da fəaliyyət göstərməyə başlamış, 


BDU-nun Filologiya fakültəsi - 100 
46 
kafedra müdiri və dekan vəzifələrində çalışmışdır. Zəngin və çoxcəhətli nəzəri-filoloji irsə malik olan, ərəb, 
fars, rus, ingilis, alman, fransız, macar, çex, polyak, gürcü və slavyan dillərini, o cümlədən türk dillərinin 
bütün ləhcə və şivələrini mükəmməl bilən B.Çobanzadə türkologiya, dil tarixi və ümumi dilçiliyin tədqiqi və 
tədrisində misilsiz xidmətlər göstərmişdir. R.Əskərin də qeyd etdiyi kimi, o, “dahi M.Kaşğarlıdan və böyük 
Mirzə Kazım bəydən sonra türk dili və ədəbiyyatı sahəsində ən tanınmış alimlərimizdən biridir”. Bu mənada, 
Azərbaycanda ilk akademik dilçilik məktəbinin əsasını məhz B.Çobanzadə qoymuşdur.
1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın əsas təşkilatçılarından olan B.Çobanzadə 
“Türk-tatar lisaniyyətinə mədxəl”, “Türk-tatar dialektolojisi”, “Türk qrameri”, “Krım-tatar elmi-sərfi” kimi 
kitabların, eləcə də onlarla elmi məqalənin müəllifidir. Alim 1937-ci ildə bir sıra görkəmli ziyalılarımız kimi, 
əks-inqilabçılıqda, antisovet fəaliyyətdə günahlandırılaraq həbs olunmuş, bununla da, onun həyata keçirdiyi 
işlər yarımçıq qalmışdır. Azərbaycan humanitar elminin M.A.Dadaşzadə, M.Şirəliyev, H.Araslı, 
Ə.Dəmirçizadə, F.Qasımzadə, M.Hüseynzadə, M.C.Cəfərov kimi görkəmli filoloq alimləri B.Çobanzadənin 
yetirmələri olub.
Mübaliğəsiz demək olar ki, 1950-ci illərdən başlayaraq, Azərbaycan dilçiliyinin müxtəlif 
istiqamətləri üzrə fundamental əsərlər yazan dilçilərin fikir ustadı məhz B.Çobanzadə olmuşdur. A.Qurbanov 
da məqalələrinin birində yazır ki, “B.Çobanzadənin araşdırmaları, kitabları tələbələrinin stollarının üstündə 
görünməsə də, bizim ondan əxz etdiklərimiz nəticəsində yeni nəslin qəlbinə girmiş, orada isti məhəbbət 
yuvası qurmuşdur”.
1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərindən başlayaraq, B.Çobanzadənin elmi-pedaqoji 
ənənələrinin davam etdirilməsi nəticəsində BDU-da bu gün də fəaliyyət göstərən “Ümumi dilçilik və 
türkologiya” akademik məktəbi formalaşmışdır.
B.Çobanzadənin Azərbaycan dilçiliyi məsələləri üzrə apardığı tədqiqatlar müasir dilçilik 
araşdırmalarının əsas mənbəyidir. Ə.Dəmirçizadə, M.Hüseynzadə, M.Şirəliyev, Ə.Abdullayev, T.Hacıyev, 
Y.Seyidov və başqa görkəmli dilçilərin Azərbaycan ədəbi dilinin müxtəlif problemləri ilə bağlı sanballı 
tədqiqatlarının fikir qaynağı B.Çobanzadənin elmi yaradıcılığıdır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin