Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: B.Çobanzadə, Bakı Dövlət Universiteti, Azərbaycan dilçiliyi, akademik məktəb



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə64/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   60   61   62   63   64   65   66   67   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərB.Çobanzadə, Bakı Dövlət Universiteti, Azərbaycan dilçiliyi, akademik məktəb. 
 
RAMİL BAYRAMOV
Bakı Dövlət Universiteti 
AZƏRBAYCAN DİLİNDƏ MADDİ MƏDƏNİYYƏT LEKSİKASINA KOMPLEKS YANAŞMA 
(Professor Hüseyn Əsgərovun dilçilik tədqiqatları əsasında) 
Azərbaycan dilçiliyinin inkişafına çoxsaylı tədqiqatları ilə mühüm töhfələr verən, dilçiliyimizi öz 
dərin elmi araşdırmaları ilə daha da zənginləşdirən alimlərdən biri, Yusif Seyidov məktəbinin layiqli 
davamçısı professor Hüseyn Əsgərovdur. Hüseyn Əsgərov uzun müddət Yusif Seyidovun rəhbərlik etdiyi 
BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında çalışmış, onun dilçilik 
məktəbində yetişmişdir. Hal-hazırda həmin kafedraya rəhbərlik etməklə böyük sələfinin layiqli davamçısı 
kimi onun ideyalarını yüksək səviyyədə inkişaf etdirir, özünün zəngin elmi-pedaqoji təcrübəsi ilə 
yüksəkixtisaslı kadrların hazırlanması və gənc tədqiqatçıların yetişməsi istiqamətində mühüm işlər görür. 
H.Əsgərov “Azərbaycan dilində zərgərlik leksikası” mövzusunda namizədlik, “Azərbaycan dilində 
maddi mədəniyyət leksikası” mövzusunda isə doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş və professor 
elmi adını almışdır. Alimin dilçilik istiqamətində apardığı tədqiqatların mühüm müddəaları onun çap 
etdirdiyi monoqrafiya, dərs vəsaiti, metodik vəsait və məqalələrində öz əksini tapır. Belə ki, onun iki yüzdən 
artıq məqaləsi, iki monoqrafiyası, metodik və dərs vəsaitləri mövcuddur. Həmçinin ümumtəhsil 
məktəblərinin Azərbaycan dili dərsliklərinin əsas müəlliflərindən biridir.
Hüseyn Əsgərovun “Azərbaycan dilində zərgərlik leksikası”, “Dilin leksik sistemində peşə-sənət 
leksikasının yeri”, “Azərbaycan dili və nitq mədəniyyətinin tədrisi”, “Peşə-sənət leksikası və loru leksika”, 
“Azərbaycan dilinin dəriçilik leksikası”, “Dillərin qarşılıqlı əlaqəsi problemi”, “Peşə-sənət leksikası, termin 
və ümumişlək sözlər” və s. kimi zəngin dilçilik tədqiqatları içərisində “Azərbaycan dilində maddi 
mədəniyyət leksikası” adlı monoqrafıyası daha çox diqqət çəkir. Alim bu əsərində haqlı olaraq Azərbaycan 
dilinin peşə-sənət leksikasını bütövlükdə maddi mədəniyyət leksikası adı ilə təqdim edir. Monoqrafiyada 
Azərbaycan xalqının maddi mədəniyyətinin tərkib hissəsi olan ayrı-ayrı peşə-sənətə məxsus leksik vahidlər 
linqvistik baxımdan tədqiq edilib sistemləşdirilir. Onların bir sıra xarakterik xüsusiyyətləri, digər leksik 
vahidlərlə əlaqəsi, oxşarlığı, fərqli cəhətləri və s. keyfiyyətləri müqayisəli şəkildə incələnir. Ümumiyyətlə
alimin bu kitabında dəmirçilik, metalişləmə, misgərlik, zərgərlik, toxuculuq, xalçaçılıq, dulusçuluq, dəriçilik, 
boyaqçılıq, ağacişləmə, daşişləmə, dabbaqlıq, papaçılıq, bəzzazlıq, çəkməçilik, sərraclıq, şalbaflıq və s. kimi 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin