Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə60/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   56   57   58   59   60   61   62   63   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərHadi Mirzəzadə, Azərbaycan dili tarixi, dilçi, alim, Bakı Dövlət Universiteti. 


BDU-nun Filologiya fakültəsi - 100 
44 
ƏMİNƏ RZAYEVA 
Bakı Dövlət Universiteti 
AZƏRBAYCAN DİLÇİLİYİNİN İNKİŞAFINDA BDU-nun ROLU 
1919-cu ildə yaradılan və birəsrlik tarixi yol keçən Filologiya fakültəsinin məzunlarının Azərbaycan 
filologiyasının formalaşması və inkişafında əvəzsiz xidmətləri olmuşdur. Müxtəlif dövrlərdə B.Çobanzadə, 
M.Şirəliyev, M.Hüseynzadə, Ə.Abdullayev, S.Cəfərov, F.Zeynalov, M.Adilov, A.Axundov, T.Hacıyev və 
başqalarının ardıcıl fəaliyyətinin nəticəsi kimi dilçilik elmində, respublikada filoloji fikrin inkişafında 
mühüm rol oynayan bir neçə elmi-pedaqoji məktəb formalaşmışdır. Bu məktəblərin yaradılmasında Bəkir 
Çobanzadənin müstəsna xidmətləri olub. Azərbaycan dilçiliyində yeni bir dalğa yaradan, lakin sonradan 
repressiyanın qurbanına çevrilmiş Bəkir Çobanzadənin yarımçıq qoyduğu işləri Ə.Dəmirçizadə, Muxtar 
Hüseynzadə, Səlim Cəfərov və başqaları davam etdirmişdir.
Əbdüləzəl Dəmirçizadə və Ağamusa Axundovun ədəbi dil tarixi materiallarına əsaslanan sistemli 
elmi təhlilləri, dilçilik tədqiqatları fonetikaşünaslığın nəzəri əsaslarını təşkil edən ən mötəbər elmi əsərlərdir. 
Ağamusa Axundov Azərbaycan dilinin tarixi fonetikası haqqında sistemli elmi təhlilin yaradıcısıdır.
Leksikologiya sahəsində geniş araşdırmaları, elmi təhlilləriylə Səlim Cəfərov leksikologiya elmi 
məktəbini yaratmışdır. 
Morfologiya sahəsində öz sözünü demiş Muxtar Hüseynzadə, sintaksisi tədqiq edən Əlövsət 
Abdullayev, türkologiya elminin inkişafında böyük iş görən prof. F.Zeynalov tədqiqatları ilə Azərbaycan 
dilçiliyinə fərqli bir nəfəs gətirən Yusif Seyidov da özlərindən sonra elmi məktəb yaratmağı bacarmışlar. 
Dilçi alimlərin tədqiqatları bu sahədə yeni nəsil dilçi alimlərin hazırlanmasında mühüm rol oynamışdır. 
Dilimizin tarixi qrammatikasını araşdıran Hadi Mirzəzadə, Ə.Dəmirçizadə və Azərbaycan dilinin 
tarixi, dialektologiya, türkologiya məsələlərini araşdıran Tofiq Hacıyev də bu sahədə elmi məktəb yaradıb 
və həmin məktəb bu gün dilçiliyimizin ən ciddi problemlərinin həlli ilə məşğul olur. M.Ş.Şirəliyev
Azərbaycan dialektologiyasının öyrənilməsindəki tədqiqatlarıyla dialektoloji elmi məktəb yaratmağı 
bacarmışdır.
Filologiya fakültəsinin Azərbaycanda dilçilik sahəsində xüsusi söz sahibi olan, yeni nəsil dilçi 
alimlərin yetişməsində əvəzsiz xidmət göstərən Bayram Əhmədov, Kamil Əliyev, Kamil Vəliyev, Nizami 
Cəfərov, Əbülfəz Rəcəbli, E.Əzizov, Tofiq Müzəffəroğlu kimi dilçi alimləri də vardır. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin