Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə57/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   53   54   55   56   57   58   59   60   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
42 
развитие русистики, методики преподавания русского языка в средней и высшей школе, многое 
сделал для совершенствования лексикографической практики в нашей республике. 
Ключевые словафилолог, русист, фразеология, монография, русистика. 
 
DİLARƏ QULİYEVA 
Sumqayıt Dövlət Universiteti 
PROFESSOR YUSİF SEYİDOVUN ELMİ ARAŞDIRMALARINA BİR BAXIŞ 
 
Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti ilə yaşıd olan Filologiya 
fakültəsinin türkologiya, ümumi dilçilik və Azərbaycan dilçiliyi ixtisaslarının yaranması və inkişafında bir 
çox dilçi alimlərin, o cümlədən B.Çobanzadə, M.Hüseynzadə, Ə.Abdullayev, S.Cəfərov, A.Axundov, 
F.Zeynalov, H.Mirzəzadə, S.Əlizadə, Y.Seyidov, T.Hacıyev, K.Abdulla, İ.Əhmədzadə və bir çox başqa 
ziyalıların böyük xidmətləri olmuşdur. 
Azərbaycan dilçiliyinə yeni istiqamət verən, xüsusilə də morfologiya və sintaksisin tədrisində və 
inkişafında böyük rolu olan professor Yusif Mirəhməd oğlu Seyidov həm gözəl insan, həm böyük alim və 
həm də dəyərli pedaqoq kimi həmişə tələbələrinin sevimlisi olmuşdur.
“Müasir Azərbaycan dilində feili bağlama tərkibləri” mövzusunda namizədlik dissertasiyası, “Müasir 
Azərbaycan dilində söz birləşmələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Sistemli şəkildə 
qrammatika ilə məşğul olan əməkdar elm xadimi Yusif Seyidov daim dilimizin saflığının qayğısına qalan 
və bu sahədə ciddi təbliğat aparan böyük şəxsiyyətlərdən olmuşdur. 
Dilçi alimin əsas xidmətləri sırasında onun elmi məzmununa və metodik mükəmməlliyinə görə 
dilçiliyin nəzəri və tətbiqi məsələlərinə həsr olunmuş iki yüzdən çox elmi əsərinin, otuzdan çox kitabının, o 
cümlədən Filologiya fakültəsinin tələbələri üçün hazırlanan və nəşr olunan “Müasir Azərbaycan dili. IV 
hissə. Sintaksis” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” və s. kimi ali məktəb dərsliklərinin 
müəllifi olması durur.
Azərbaycan dilçilik elminin inkişafında müstəsna rolu olan professor Yusif Seyidov dilçilik elmi ilə 
yanaşı, ədəbiyyatşünaslıq sahəsində də tədqiqatlarının genişliyi ilə seçilən alimlərdən olub. Müraciət etdiyi 
hər bir mövzunu zəngin faktlarla, inandırıcı sübutlarla, mükəmməl nəticələrlə sonlandırmışdır. “Yazıçı və 
dil”, “Sözün şöhrəti”, “Sözün qüdrəti”, “Sözün hikməti” və s. adlı əsərlərində XI-XX əsrlərdə yaşamış 
Azərbaycan yazarlarının söz və dil haqqındakı fikirlərini toplayıb sistemə salaraq, Azərbaycan xalqının 
dilçilik və ədəbiyyatşünaslıq görüşlərinin yığcam salnaməsini yaratmışdır. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin