Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: dilçiliyimiz, filologiya, dilçilər, elmi məktəb, tədqiqat



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə61/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   57   58   59   60   61   62   63   64   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: dilçiliyimiz, filologiya, dilçilər, elmi məktəb, tədqiqat. 
 
GÜNEL MUSTAFAYEVA 
Bakı Dövlət Universiteti 
 
PROFESSOR YUSİF SEYİDOV ƏLAVƏ CÜMLƏ PROBLEMİNİN TƏDQİQATÇISI KİMİ 
Azərbaycan dilçiliyinin inkişafında özünəməxsus yeri olan Bakı Dövlət Universitetinin Filologiya 
fakültəsində uzun illər Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışan 
professor Yusif Seyidov öz mükəmməl əsərləri ilə yaddaşlara həkk olunmuşdur. Yusif Seyidovun tədqiqat 
dairəsi rəngarəng idi. O, dilçi, metodist, ədəbiyyatçı, həm də tənqidçi kimi qələmini sınamışdı.
Yusif Seyidov Azərbaycan dilinin morfologiyasına, sintaksisinə həsr olunmuş bir çox dərslik və 
monoqrafiyaların müəllifi olmuşdur. Sintaksisin ən mübahisəli məsələlərindən olan əlavə sözlər və əlavə 
cümlələr haqqında ilk dəfə professor Yusif Seyidov tədqiqat aparmışdır. Sadə cümləni genişləndirən 
vasitələr sırasında söylənilən fikrə münasibət bildirən və ya cümlənin əsas məzmunundan fərqli əlavə 
məlumat verən sözlərin, söz birləşmələri və cümlələrin dildə mühüm rolu vardır. Bunlar öz funksiyalarına 
görə fərqlənərək iki növə ayrılır: a) ara konstruksiyalar; b) əlavə konstruksiyalar. Ara konstruksiyalar 
söylənilən fikrə münasibət bildirir; əlavə konstruksiyalar əlavə məlumat vermək məqsədi daşıyır. Yusif 
Seyidov 1958-ci ildə çap etdirdiyi “Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər” adlı 
kitabında əlavə cümlələr haqqında bir qədər geniş, əlavə sözlər haqqında isə ötəri məlumat vermişdir. 
Müəllif qeyd edir ki, Azərbaycan dilçiliyində bu sahədə heç məqalə də yazılmamışdır, qrammatikalarda bu 
problemə yer ayrılmamışdır. 1959-cu ildə buraxılmış “Müasir Azərbaycan dili. Sintaksis” adlı irihəcmli dərs 
vəsaitində əlavə cümlələr hissəsini də Y.M.Seyidov yazdığına görə, izahatlar və misallar onun “Qrammatik 
cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər” kitabındakılarla, əsasən, üst-üstə düşür. Bundan sonra 
əlavə cümlələr (qismən də əlavə sözlər) qrammatika kitablarında özünə daimi yer tutmağa başlayır. Bu 
mövzu orta məktəblərin 7-8-ci siniflərinə aid dərsliklərdə “Əlavə cümlələr və əlavə sözlər” adlı başlıqlar 
altında müstəqil mövzular kimi izah edilmişdir. 2000-ci ildə “Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin