Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə37/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   33   34   35   36   37   38   39   40   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
29 
SULTAN SEYİDOVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
PROFESSOR YUSİF SEYİDOVUN “AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ SÖZ BİRLƏŞMƏLƏRİ” 
MONOQRAFİYASI
 
Azərbaycan dilçiliyinin XX əsrin 50-ci illərindən sonrakı inkişafında böyük rolu olan görkəmli 
alimlərdən biri Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Yusif Seyidovdur. Y.Seyidov 
Azərbaycan dili qrammatikasının yaradıcılarındandır. Onun dilçiliyimizdəki ən böyük xidməti sintaksis 
sahəsində apardığı tədqiqatlardır. Görkəmli alimin bu sahədəki araşdırmaları onun ayrı-ayrı məqalələrində və 
kitablarında öz əksini tapmış, bütöv halda isə “Azərbaycan ədəbi dilində söz birləşmələri” adlı 
monoqrafiyasında əks olunmuşdur. Müəllifin uzun və gərgin elmi axtarışlarının nəticəsi kimi ərsəyə gətirdiyi 
“Azərbaycan ədəbi dilində söz birləşmələri” əsəri nəinki Azərbaycan dilçiliyi üçün, türkologiya üçün, 
ümumən, nəzəri dilçilik üçün əhəmiyyətli olan fundamental araşdırmadır. Təsadüfi deyil ki, bu dəyərli 
tədqiqat işi türkoloqlar tərəfindən maraqla qarşılanmışdır. Onun yaradıcılığının zirvəsini təşkil edən bu əsəri 
akademik A.Kononov hələ 1977-ci ildə yüksək qiymətləndirmiş, onun müəllifinin – Y.Seyidovun adını türk 
dilləri sintaksisinin əsas problemlərinin həllində böyük xidmətləri olan sovet alimlərinin sırasında çəkmişdir. 
Həmin dissertasiyanın rəsmi opponenti olmuş SSRİ Elmlər Akademiyasının baş elmi işçisi, professor 
N.A.Baskakov dissertasiyanın yüksək elmi dəyərindən danışmış, bu dissertasiya işini dilçilik elmində 
yeniliyin nümunəsi kimi xarakterizə etmişdir. 
İki dəfə işıq üzü görümüş bu əsərdə söz birləşmələrinin nəzəri və praktik məsələləri bütövlüklə əhatə 
edilmiş, tədqiq tarixi araşdırılmış, söz birləşmələrinin növləri haqqında sistemli məlumat verilmişdir. 
Araşdırmada qədim hind, yunan dilçilərindən başlayaraq XX əsrin 60-cı illərinə qədər söz birləşmələri 
haqqında müxtəlif fikir və mülahizələrin ardıcıl və yığcam elmi xülasəsi verilmişdir. Müəllif yunan 
filosoflarının söz birləşmələri barəsindəki ibtidai baxışlarında məntiqi arqumentləri açıb göstərmiş, müasir 
filosofların bu problemlə əlaqədar fikirlərini təhlil etmişdir. Azərbaycan dilçiliyində ənənəvi olaraq ikinci və 
üçüncü növ təyini söz birləşmələrinin tərəfləri birlikdə bir mürəkkəb cümlə üzvü kimi təhlil edilir. Təbii ki, 
bu, dilçilərimizin həssas dilçilik intuisiyasından irəli gəlirdi. Lakin həmin birləşmələrin cümlə üzvü kimi 
parçalana bilməməsinin elmi qrammatik əsasları ilk dəfə professor Yusif Seyidov tərəfindən 
müəyyənləşdirilmişdir. 
Azərbaycan dili sintaksisinin ən aktual problemlərinə həsr olunmuş və biblioqrafik nüsxəyə 
çevrilmiş bu sanballı kitab bu gün də mütəxəssislərin, türkoloqların və tələbələrin istinad etdiyi fundamental 
elmi mənbədir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin