Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Azərbaycan, ədəbi dil, tarix, dövrləşdirmə, norma



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə36/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   32   33   34   35   36   37   38   39   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərAzərbaycan, ədəbi dil, tarix, dövrləşdirmə, norma. 
 
SEVDA SADIQOVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
 
AKADEMİK TOFİQ HACIYEV YARADICILIĞINDA DİL VƏ KİMLİK MƏSƏLƏSİ 
 
İnsan fenomeni əvvəli və sonu olmayan araşdırma mənbəyidir. Bu tədqiqatın ən mürəkkəb 
tərəflərindən biri isə insanın şüur, intellekt fəaliyyəti və bu fəaliyyətin dillə ifadəsidir. Şüur və intellekti 
ölçən xüsusi cihaz yoxdur, yalnız fiziki orqanların fəaliyyəti ilə müəyyənləşir və öyrənilir. Onun əsas 
göstəricisi isə dildir. Elmi düşüncə, biliklər dil işarələrində öz ifadəsini taparaq reallaşır. Odur ki, bütün
zamanlarda və cəmiyyətlərdə sözə dəyər verilmiş, söz sənəti əsas elm sahələrindən biri kimi diqqət 
mərkəzində olmuşdur.  
Dil mənsub olduğu xalqın kimlik vəsiqəsidir, min illik həyat təcrübəsinin, düşüncə tərzinin,
psixologiyasının və s. toplusudur. Dil və kimlik məsələsi ədəbi fikir və dil tariximizin yorulmaz tədqiqatçısı, 
görkəmli türkoloq, dilçilik elminin korifeylərindən olan T.Hacıyev yaradıcılığının ana sütunlarından birini 
təşkil edir. O, silsilə tədqiqatlarında, həmçinin “Azərbaycan ədəbi dilinin tarixi” adlı iki cildlik
fundamental əsərində Azərbaycan xalqının və dilinin etnogenezi ilə qlottogenezi məsələlərinə geniş yer 
ayırır, dil və düşüncə, dil və xalq, dil və cəmiyyət müstəvisində Çin filosofu Konfutsinin “....heç bir şey dil 
qədər əhəmiyyətli deyil” fəlsəfi yanaşmasını əsaslı hesab edir. Alimin davamlı elmi araşdırmalarının 
məntiqi nəticəsi kimi gəldiyi “Cəmiyyət dilin gerçək, yoxsa yalan danışmağı ilə keyfiyyətlənir”. “Dilimiz 
“Qar üstünə qar dammış kimi al yanaqlım” təşbehindən bəri, “Gördüm” və “Görmədim” fəlsəfi təsdiq 
və inkarından, “El bilir ki, sən mənimsən” Vətən sevgisinə və “Qalib gələcəkmi dünyada kamal” bəşəri 
sualına qədər uzun və uğurlu bir yol keçib”. Bu yol sonsuzluğa üz tutub... Bu yolun sahibləri bizik!” fikri 
Azərbaycan ədəbi dilinin struktur mükəmməlliyi və məzmun funksionallığının tarixi inkişaf mənzərəsini 
dəqiq ifadə edir, konsept fəallığı haqqında təsəvvür yaradır. 
Açar sözlərTofiq Hacıyev, dil, kimlik, dil tarixi, ədəbi dil. 
 
 
 
 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin