Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə34/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   30   31   32   33   34   35   36   37   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
27 
RUSLAN ABDULLAYEV 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu 
AZƏRBAYCAN DİLÇİLİYİNDƏ TOFİQ ƏHMƏDOV FENOMENİ 
 
Tofiq Mürsəl oğlu Əhmədov Azərbaycanın tanınmış dilçilərindən biri, filologiya elmlər doktoru, 
professor, toponimist tədqiqatçı, gözəl pedaqoq, Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan dili 
kafedrasının müdiri olmuşdur. O, 1938-ci il mayın 8-də Quba şəhərinin Şuduq kəndində anadan olmuşdur. 
İlk təhsilini doğma kəndlərindəki 7 illik məktəbdə, orta təhsilini isə qonşu Rustov kənd orta məktəbində 
tamamlamışdır. Orta məktəbi bitirdikdən sonra 1956-1959-cu illərdə Bakı şəhərində fəhlə kimi əmək 
fəaliyyətinə başlamışdır. 1959-1960-cı illərdə hərbi qulluqda olmuşdur. Ordudan qayıtdıqdan sonra elmə, 
təhsilə marağı olduğu üçün Şuduq məktəbində kargüzar kimi işləmişdir. 1962-ci ildə Bakı Dövlət 
Universitetinin filologiya fakültəsinə qəbul olmuş və 1967-ci ildə oranı bitirmişdir. Həmin illərdə 
universitetin “Elmi əsərləri”ndə onun bir neçə elmi məqalələri çap olunmuşdur. Mərhum professor, imtahan 
komissiyasının sədri K.Məmmədovun məsləhəti ilə akademik Məmmədağa Şirəli oğlu Şirəliyev onu Dilçilik 
İnstitutuna işə dəvət etmişdir. T.Əhmədovun tədqiqatçılıq bacarığını üzə çıxaran müəllimləri M.Hüseynzadə 
və C.Cəfərov onu elmi fəaliyyətlə məşğul olmağa istiqamətləndirmişlər. 
Tofiq Əhmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda baş laborantlıqdan 
baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1967-1979-cu illərdə Dilçilik İnstitutunun müxtəlif şöbələrində 
işləmiş, Azərbaycan və ümumiyyətlə, türk dilçiliyinin müxtəlif problemləri ilə bağlı çoxlu əsər və məqalələr 
çap etdirmişdir. Bu baxımdan onun Azərbaycan dilçiliyinin dialektologiya, onomastika, nitq mədəniyyəti, 
üslubiyyat, müasir dil, və s. sahələri haqqında yazdığı əsərlər öz mövzu yeniliyi ilə və aktuallığı ilə seçilir. 
Azərbaycan-İran dil əlaqələri, Azərbaycan dialektologiyası, Azərbaycan onomastikası, nitq mədəniyyəti, 
üslubiyyat və s. sahələrə aid yazdığı əsərlər yeniliyi və aktuallığı ilə seçilir. Həmin illərdə, o ilk dəfə olaraq, 
Azərbaycan dilinin Dərbənd dialektini tədqiq etmiş və onun ayrıca bir dialekt kimi fəaliyyət göstərdiyini 
sübut etmişdir. 1970-ci illərdə o, “Azərbaycan və tat dilinin leksik əlaqələri” mövzusunda namizədlik 
dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 
İ.Nəsimi adına Dilçilik İnstitutunda çalışmaqla yanaşı, uzun müddət Azərbaycan Dövlət 
Universitetində Azərbaycanşünaslığın ən aktual problemlərindən biri olan Azərbaycan toponimikasının 
tədqiqi ilə məşğul olmuşdur. Burada əvvəlcə baş müəllim, dosent, sonra isə professor vəzifələrini tutmuşdur. 
1987-ci ildə “Azərbaycanın toponimlər sistemi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 
Professor Tofiq Əhmədov elə həmin ildə Sovet Türkoloqları Komitəsinin XV plenumunun qərarı ilə SSRİ 
Elmlər Akademiyası Türk Onomastikası bölməsinin büro üzvü və 1988-ci ildə Azərbaycan Mədəniyyət 
Fondunun elmi-ictimai toponimiya şurası sədrinin müavini seçilmişdir. Tofiq Əhmədov Azərbaycan 
toponimlərini ilk dəfə sistem halında təhlil etmiş, onların müxtəlif sözlərdən törəmə olduğunu, ümumi leksik 
vahidlərlə toponimlərin fərqinin, mikro və makro toponimlərin xüsusiyyətlərini, elliptik və tam formada 
işləndiklərini, sintaktik xüsusiyyətlərini, qədim türk sözlərinin toponimlərdə əks olunması və s. problemlərə 
aid sanballı əsərlər yazmış, bu sahədə 120-dən çox elmi məqalə çap etdirmişdir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin